Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə65/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   61   62   63   64   65   66   67   68   ...   95

ABŞ-da gender m
əsələləri
199
Bachelorette” və “Jill and Jessa: Moving on” kimi verilişləri mi-
sal göstərmək olar. Lakin bu Reality Show-larda da daim gender 
stereotipləri  gözlənirdi.
Amerikada qadın hüquqları və sosial proqresin əksini təbliğ 
edən verilişlərdən “The Bachelor-2015”-i misal göstərmək olar. 
Burada heteroseksual münasibətlərdə disbalans nümayiş olunur. 
Burada subay qadın və kişilər “qeyri-ənənəvi” yolla tanış olurlar, 
dörd ekstravaqant görüşdən sonra kiməsə vurulurlar, sonra şouya 
geri dönürlər və münasibətləri haqqında məlumat verib müzakirə 
edirlər. Bu zaman insanlar öz hiss və emosiyalarını, dərdlərini di-
gərləri ilə bölüşürlər. “Mən uğursuzam... mənə nəsə olub... kim-
sə məni sevmir...” kimi kəlmələrlə özləri haqqında danışırlar. Bu 
proqramda qadınları elə təsvir edirlər ki, onlar yalnız yanlarında 
kişi  olanda, xöşbəxt ola bilərlər. Verilişin rejissorunun təqdima-
tına görə, bütün subay qadınlar yazıqdırlar, nikah onlar üçün va-
cibdir,  yalnız  evliliklə  onlar  dürüst  həyat  tərzinə  malik  olurlar, 
ailəyə qayğı və ev yığışdırmaq qadınlara aid vəzifədir, ailələr o 
zaman yaxşı dolana bilərlər ki, orada kişi evə gəlir gətirir. Burada 
onlar əsasən ağdərili qadın və kişilərdən bəhs edirlər (14 sezon 
The Bachelor və 6 sezon The Bachelorette verilişində bir dənə də 
olsun etnik qrupdan iştirakçı olmamışdır). Bununla bərabər stere-
otipləri dəf etməyi təbliğ edən verilişlər (“Revenge”, “How to get 
away with Murder”, “Scandal”, “Nahville”  “Gilmore  Girls”) 
də  nümayiş  olunurdu.  Bu  tip  verilişlər  2000-ci  illərdən  sonra 
daha çox yayımlanmağa başlandı. Məsələn, Revenge verilişində 
qadınlar dominant, qəddar, yumor hissli, müstəqil xarakterli təs-
vir olunur. Digər qeyd etdiyimiz verilişlərdə də analoji təbliğat 
növləri mövcuddur. Bu şoularda artıq qadınlar ənənəvi ev qadını, 
kişisiz yaşamağı bacarmayan kimi deyil, güclü, müstəqil xüsusiy-
yətlərə malik olan varlıq kimi təsvir olunur. “Qadınların pozitiv 
təsviri onlara neqativ stereotipləri dəf etməyi təlqin edir”. “To Get 
Away With Murder” şousunda seksual və münaqişəni sevən in-
sanlar təsvir edilir və sirli qətlərdən bəhs olunur” (“Strong  female 


Ki̇fayət  Ağayeva
200
 portrayals  eliminate  negative  effects  of  violent  media”,  2012). 
Burada güclü qadın xarakteri təqdim olunsa da, qadınlar hələ də 
seksual obyekt olmaqdan qurtula bilmirlər. 
Cizgi  filmləri.  Cizgi  filmlərində  qadınlar  ciddi  və  ağır  tə-
biətlidirlər. Kişilər lap yeniyetməlik dövrlərindən əzələli və enli 
kürəklidirlər  və  erkən  yaşlarından  artıq  öz  genderlərinə  uyğun 
davranışa malikdirlər. Əksər cizgi filmlərində əsas qəhrəman hər 
zaman  düzgün  qərar  verməyi  bacaran  kişidir.  1998-ci  ildə  ciz-
gi filmlərində (The Jetsons, Scooby Doo: Where are You?  Jonny 
Quest:  The  Real  Adventures,  The  New  Adventures  of  Captain 
Planet) qadın və kişi xarakterləri ilə bağlı bir araşdırma aparılır. 
Dörd müxtəlif cizgi filmində “dörd müxtəlif gender tipi müəy-
yənləşdirilir: maskulin kişi, qeyri-adekvat kişi, incə qadın və çox 
müasir  qadın”.  Məsələn,  “Scooby  Doo:  Where  are  you?”  adlı 
cizgi  filmində  gənclər  gözəl  geyimli,  maskulin  xarakterli  Fred 
tərəfindən idarə olunur və Fred bütün qərarları qrup adından özü 
verir. Şaqi də kişidir və əsas xarakterlərdəndir, lakin onun geyimi 
bərbaddır və heç bir hörməti yoxdur. Bu iki ziddiyyətli xarakter 
üzbəüz qoyulur və eyni cizgi filmində təqdim olunur. Lakin bu iki 
qəhrəman banda şəklində, birlikdə hərəkət edir və sirləri birlikdə 
açırlar (Eick, Kelly, 2016).
 Amerikada “masculine” sözünün mənası Amerika cəmiyyəti-
nin qəbul etdiyi stereotipləşmiş, yaraşıqlı, əzələli, konservativ stilli 
geyimi və saç düzümü olan  “kişi kimi kişi” deməkdir. Qeyri-adek-
vat kişi yuxarıda söylənilənlərə uyğun gəlməyən kişilərdir. Bu tip 
kişilər zəif, qorxaq, fiziki cəhətdən dözümsüz və kişilər üçün mü-
hüm olan bəzi xüsusiyyətləri çatışmayanlardır. Bunlar cizgi film-
lərində də belə təsvir olunurlar. İncə qadın obrazı cizgi filmlərində 
gözəl fiziki quruluşlu, nərmənazik olur və o elə bir geyim geyinir 
ki, ənənəvi kişi işlərinin hamısını yerinə yetirə bilsin. Müasir qadın 
neytral dəbli geyim geyinir, bu cins və ya adi şalvar ola bilər, artıq 
incəbellilik burada o qədər də önəmli olmur (Yenə orada).
Xarakterlərin rollarına baxsaq, görərik ki, “dörd roldan üçü 


ABŞ-da gender m
əsələləri
201
əsl kişi xarakterli rollardır”, yalnız bir roldakı kişinin xarekterin-
də əsl kişilik müşahidə olunmur. Qadın xarakterləri də “əsl qəh-
rəman  rollarıdır,  lakin  fəaliyyətlərində  hər  zaman  olduğu  kimi, 
onlar yenə də daha güclü kişilər kimi hərəkət edirlər və nə edirlər 
etsinlər,  onların  etdikləri  kişilərin  etdiklərinin  yanında  kölgədə 
qalır.” Bununla bərabər cizgi filmlərində elə bir kişi xarakteri tapa 
bilməzsən ki, “onun etdiyi işlər ənənəvi qadın işi olsun”. 
Başqa bir araşdırmaya görə “həm qadın, həm də kişi xarak-
terləri stereotipləşmiş formada təsvir olunur. Qadın xarakteri ilə 
müqayisə etsək, kişi xarakteri daha parlaqdır və daha dinamik-
dir, onlar daha çox danışırlar” (Thompson, Theresa L., Zerbinos, 
 Eugenia, 2016). Buna baxmayaraq, 1980-ci illərdən sonrakı cizgi 
filmlərində gender stereotipləri bir qədər yumşaqlığa doğru gedir.        
Kinolarda gender rollarında fərqlər. 1950-ci ildən 1980-ci 
illərə qədər kinolarda qəhramanlar demək olar ki, kişilər olurdu və 
kişi xarakterlərində “ağıllı və çevik rollar təqdim olunurdu ki, bu da 
onları əsas məqsədə aparırdı, lakin qadınlar yalnız kişilərin sevgilisi 
və köməkçisi kimi rollarda iştirak edirdilər”. Hətta qadın xarakter-
ləri punktual və parlaq olsa belə, onlar aparıcı mövqedə olmurdular, 
əsas qərarları onlar vermirdi, kişilərin tabeçiliyində onlara yardım 
edirdilər. 1990-cı illərdən sonra kişi xarakterləri maskulin qəhrə-
man xarakterlərindən fərqlənir və 1980-ci illərdən sonra qadınlar 
sərt xarakterləri oynamağa başlayırlar (Gauntlett, David, 2008). 
1950-ci illərdə “High Noon” (1952), “12 Angry Men” (1957), 
The Bridge on the River Kwai” (1957), “Rear Window” (1954) 
və  “North  by  Northwest”  (1959)  filmlərində  kişi  qəhrəmanlar 
qərar qəbul edirlər, aparıcı mövqedədirlər və pozitiv, qətiyyətli, 
dominant xüsusiyyətləri ilə fərqlənirlər. Lakin qadınlar qorxaq, 
ürkək- baxışlı, qətiyyətsiz, müdafiəyə və yol göstərməyə ehtiyacı 
olan, sevilən və tabeçi xarakterləri canlandırırlar (Yenə orada).   
Bu  qəhrəmanlar  1980-ci  illərin  qəhrəmanlarından  fərqlə-
nirlər, onlar maskulinliyin göstəricilərinə sadiq qalıb, “ənənəvi, 
dövlətçiliyi qoruyan, çevik düşüncəli”, qadınlar isə tam əksinə, 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə