ABŞ-da gender m
əsələləri
199
Bachelorette” və “Jill and Jessa: Moving on” kimi verilişləri mi-
sal göstərmək olar. Lakin bu Reality Show-larda da daim gender
stereotipləri gözlənirdi.
Amerikada qadın hüquqları və sosial proqresin əksini təbliğ
edən verilişlərdən “The Bachelor-2015”-i misal göstərmək olar.
Burada heteroseksual münasibətlərdə disbalans nümayiş olunur.
Burada subay qadın və kişilər “qeyri-ənənəvi” yolla tanış olurlar,
dörd ekstravaqant görüşdən sonra kiməsə vurulurlar, sonra şouya
geri dönürlər və münasibətləri haqqında məlumat verib müzakirə
edirlər. Bu zaman insanlar öz hiss və emosiyalarını, dərdlərini di-
gərləri ilə bölüşürlər. “Mən uğursuzam... mənə nəsə olub... kim-
sə məni sevmir...” kimi kəlmələrlə özləri haqqında danışırlar. Bu
proqramda qadınları elə təsvir edirlər ki, onlar yalnız yanlarında
kişi olanda, xöşbəxt ola bilərlər. Verilişin rejissorunun təqdima-
tına görə, bütün subay qadınlar yazıqdırlar, nikah onlar üçün va-
cibdir, yalnız evliliklə onlar dürüst həyat tərzinə malik olurlar,
ailəyə qayğı və ev yığışdırmaq qadınlara aid vəzifədir, ailələr o
zaman yaxşı dolana bilərlər ki, orada kişi evə gəlir gətirir. Burada
onlar əsasən ağdərili qadın və kişilərdən bəhs edirlər (14 sezon
The Bachelor və 6 sezon The Bachelorette verilişində bir dənə də
olsun etnik qrupdan iştirakçı olmamışdır). Bununla bərabər stere-
otipləri dəf etməyi təbliğ edən verilişlər (“ Revenge”, “How to get
away with Murder”, “Scandal”, “Nahville” və “Gilmore Girls”)
də nümayiş olunurdu. Bu tip verilişlər 2000-ci illərdən sonra
daha çox yayımlanmağa başlandı. Məsələn, Revenge verilişində
qadınlar dominant, qəddar, yumor hissli, müstəqil xarakterli təs-
vir olunur. Digər qeyd etdiyimiz verilişlərdə də analoji təbliğat
növləri mövcuddur. Bu şoularda artıq qadınlar ənənəvi ev qadını,
kişisiz yaşamağı bacarmayan kimi deyil, güclü, müstəqil xüsusiy-
yətlərə malik olan varlıq kimi təsvir olunur. “Qadınların pozitiv
təsviri onlara neqativ stereotipləri dəf etməyi təlqin edir”. “ To Get
Away With Murder” şousunda seksual və münaqişəni sevən in-
sanlar təsvir edilir və sirli qətlərdən bəhs olunur” (“ Strong female
Ki̇fayət Ağayeva
200
portrayals eliminate negative effects of violent media”, 2012).
Burada güclü qadın xarakteri təqdim olunsa da, qadınlar hələ də
seksual obyekt olmaqdan qurtula bilmirlər.
Cizgi filmləri. Cizgi filmlərində qadınlar ciddi və ağır tə-
biətlidirlər. Kişilər lap yeniyetməlik dövrlərindən əzələli və enli
kürəklidirlər və erkən yaşlarından artıq öz genderlərinə uyğun
davranışa malikdirlər. Əksər cizgi filmlərində əsas qəhrəman hər
zaman düzgün qərar verməyi bacaran kişidir. 1998-ci ildə ciz-
gi filmlərində ( The Jetsons, Scooby Doo: Where are You? Jonny
Quest: The Real Adventures, The New Adventures of Captain
Planet) qadın və kişi xarakterləri ilə bağlı bir araşdırma aparılır.
Dörd müxtəlif cizgi filmində “dörd müxtəlif gender tipi müəy-
yənləşdirilir: maskulin kişi, qeyri-adekvat kişi, incə qadın və çox
müasir qadın”. Məsələn, “ Scooby Doo: Where are you?” adlı
cizgi filmində gənclər gözəl geyimli, maskulin xarakterli Fred
tərəfindən idarə olunur və Fred bütün qərarları qrup adından özü
verir. Şaqi də kişidir və əsas xarakterlərdəndir, lakin onun geyimi
bərbaddır və heç bir hörməti yoxdur. Bu iki ziddiyyətli xarakter
üzbəüz qoyulur və eyni cizgi filmində təqdim olunur. Lakin bu iki
qəhrəman banda şəklində, birlikdə hərəkət edir və sirləri birlikdə
açırlar (Eick, Kelly, 2016).
Amerikada “masculine” sözünün mənası Amerika cəmiyyəti-
nin qəbul etdiyi stereotipləşmiş, yaraşıqlı, əzələli, konservativ stilli
geyimi və saç düzümü olan “kişi kimi kişi” deməkdir. Qeyri-adek-
vat kişi yuxarıda söylənilənlərə uyğun gəlməyən kişilərdir. Bu tip
kişilər zəif, qorxaq, fiziki cəhətdən dözümsüz və kişilər üçün mü-
hüm olan bəzi xüsusiyyətləri çatışmayanlardır. Bunlar cizgi film-
lərində də belə təsvir olunurlar. İncə qadın obrazı cizgi filmlərində
gözəl fiziki quruluşlu, nərmənazik olur və o elə bir geyim geyinir
ki, ənənəvi kişi işlərinin hamısını yerinə yetirə bilsin. Müasir qadın
neytral dəbli geyim geyinir, bu cins və ya adi şalvar ola bilər, artıq
incəbellilik burada o qədər də önəmli olmur (Yenə orada).
Xarakterlərin rollarına baxsaq, görərik ki, “dörd roldan üçü
ABŞ-da gender m
əsələləri
201
əsl kişi xarakterli rollardır”, yalnız bir roldakı kişinin xarekterin-
də əsl kişilik müşahidə olunmur. Qadın xarakterləri də “əsl qəh-
rəman rollarıdır, lakin fəaliyyətlərində hər zaman olduğu kimi,
onlar yenə də daha güclü kişilər kimi hərəkət edirlər və nə edirlər
etsinlər, onların etdikləri kişilərin etdiklərinin yanında kölgədə
qalır.” Bununla bərabər cizgi filmlərində elə bir kişi xarakteri tapa
bilməzsən ki, “onun etdiyi işlər ənənəvi qadın işi olsun”.
Başqa bir araşdırmaya görə “həm qadın, həm də kişi xarak-
terləri stereotipləşmiş formada təsvir olunur. Qadın xarakteri ilə
müqayisə etsək, kişi xarakteri daha parlaqdır və daha dinamik-
dir, onlar daha çox danışırlar” (Thompson, Theresa L., Zerbinos,
Eugenia, 2016). Buna baxmayaraq, 1980-ci illərdən sonrakı cizgi
filmlərində gender stereotipləri bir qədər yumşaqlığa doğru gedir.
Kinolarda gender rollarında fərqlər. 1950-ci ildən 1980-ci
illərə qədər kinolarda qəhramanlar demək olar ki, kişilər olurdu və
kişi xarakterlərində “ağıllı və çevik rollar təqdim olunurdu ki, bu da
onları əsas məqsədə aparırdı, lakin qadınlar yalnız kişilərin sevgilisi
və köməkçisi kimi rollarda iştirak edirdilər”. Hətta qadın xarakter-
ləri punktual və parlaq olsa belə, onlar aparıcı mövqedə olmurdular,
əsas qərarları onlar vermirdi, kişilərin tabeçiliyində onlara yardım
edirdilər. 1990-cı illərdən sonra kişi xarakterləri maskulin qəhrə-
man xarakterlərindən fərqlənir və 1980-ci illərdən sonra qadınlar
sərt xarakterləri oynamağa başlayırlar (Gauntlett, David, 2008).
1950-ci illərdə “High Noon” (1952), “12 Angry Men” (1957),
“The Bridge on the River Kwai” (1957), “Rear Window” (1954)
və “North by Northwest” (1959) filmlərində kişi qəhrəmanlar
qərar qəbul edirlər, aparıcı mövqedədirlər və pozitiv, qətiyyətli,
dominant xüsusiyyətləri ilə fərqlənirlər. Lakin qadınlar qorxaq,
ürkək- baxışlı, qətiyyətsiz, müdafiəyə və yol göstərməyə ehtiyacı
olan, sevilən və tabeçi xarakterləri canlandırırlar (Yenə orada).
Bu qəhrəmanlar 1980-ci illərin qəhrəmanlarından fərqlə-
nirlər, onlar maskulinliyin göstəricilərinə sadiq qalıb, “ənənəvi,
dövlətçiliyi qoruyan, çevik düşüncəli”, qadınlar isə tam əksinə,
Dostları ilə paylaş: |