Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə63/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   59   60   61   62   63   64   65   66   ...   95

ABŞ-da gender m
əsələləri
193
qələmə  verənlər  də  tapılır.  Nəticə  olaraq,  özümüz  də  bilmədən 
stereotipləşmiş gender rollarımızın ifaçısına çevrilirik və seksiz-
mə rəvac veririk.  
ABŞ-da genderləşmiş KİVKİV-in gender rollarına təsiri
İnsanların qadın və kişilər haqqında fikirlərinin formalaşmasında 
KİV-in  rolu  çox  böyükdür.  Tədqiqatda  genderlə  KİV-in  müna-
sibətindən, genderlərin KİV vasitəsilə təqdimatından və onların 
təsirindən  formalaşmasından  bəhs  edilir.  Qəzet,  jurnal,  komiks 
(şəkillər vasitəsilə ötürülən fikirlər), novella, CD və musiqi vide-
oları vasitəsilə cəmiyyətə genderlər haqqında ismarıclar ötürülür. 
Elə bu təqdimatlar da genderlərin cəmiyyət tərəfindən necə qəbul 
edilməsinə təsir edir. Əlbəttə burada şəxsi seçim də rol oynayır və 
insanların hansı potensiala mənsub olmağının da rolu böyükdür. 
Reklam və şəkillər mədəni norma və dəyərlər haqqında əhəmiy-
yətli ismarıclar ötürür. 
Məlumdur ki, eqalitar cəmiyyətin qurulması müasir demokra-
tik cəmiyyətin prioritetlərindəndir. Eyni hüquqlu qadın və kişilər-
dən ibarət cəmiyyətin qurulub formalaşmasında KİV-in unikal və 
önəmli rol oynaması inkaredilməz faktdır. Bu bir həqiqətdir ki, 
qadınlarda hüquq anlayışı nə qədər çox olarsa, eqalitar cəmiyyət 
qurmaq da o qədər asan olar. Bu məqsədə çatmağın yolları insan 
hüquqlarının siyasi, psixoloji, sosial, iqtisadi, fəlsəfi mənada an-
layışından keçir. KİV adı çəkilən sferalarda uğurla addımlamaqda 
insanlara yardım edir. Ümumiyyətlə, KİV-in nümayəndələri ilk 
növbədə  mənsub  olduğu  dövlətin  bu  istiqamətdə  qəbul  etdiyi 
qanunlardan tam xəbərdar olmalıdır.   
Yuxarıda  söylənilənlər  bütün  cəmiyyətlər  üçün  keçərli-
dir,  o  cümlədən  ABŞ-da  cəmiyyətin  demokratik  yolla  inkişafı 
üçün  vətəndaşların  əsas  qarantı  da  elə  dövlətin  Konstitusiyası-
dır. Bildiyimiz kimi, ABŞ Konstitusiyası qəbul edildikdən sonra 
ona  27  düzəliş  əlavə  olunmuşdur. ABŞ  Konstitusiyasına  ilk 10 
düzəliş  1791-ci  ilin  dekabrında  əlavə  olunmuşdur  və  bu  düzə-
liş  bir  çox fundamental  vətəndaş  azadlıqlarının təminatı  rolunu 


Ki̇fayət  Ağayeva
194
 oynamışdır.  Əlavə  olunan  Düzəliş  “Hüquqlar  haqqında  bill” 
(qanun)  adlanır.  Həmin düzəlişlərdə vicdan  azadlığı,  söz  və 
mətbuat  azadlığı  haqqında  da  qanunlar  vardır  (U.S.  CONST., 
Amendment.I). Bu Düzəlişdə əsas məqsəd insan haqlarının qo-
runmasını təmin etməkdən ibarətdir, çünki bu olmadan heç bir 
uğurlu siyasi və sosial dəyişiklikdən söz gedə bilməz (Norman 
Smith,  1972:21-2). 
ABŞ-da KİV və genderdən bəhs edəndə bu tədqiqata bir neçə 
aspektdən yanaşmaq vacibdir: 
a) qadın və kişilər KİV-də hansı şəkildə təmsil olunurlar
b) qadınların jurnalistika və reklamlardakı obrazları; 
c) qadın maraqlarının KİV-də təmsili.
Dövlət və KİV-in gender bərabərliyin təminatında rolu çox bö-
yükdür. Sosial və siyasi qurum hesab olunan KİV-in siyasi proses-
lərə və ictimai fikrin formalaşmasına təsiri çoxdur. İctimai  şüurun 
formalaşması  ilə  KİV-in  qarşılıqlı  əlaqəsi  sübut  edir  ki,  eqalitar 
cəmiyyətin dəyərlərinin anlaşılması üçün demokratik və inkişaf et-
miş KİV əsasdır. Eqalitarlığın əldə olunmasında çətinliklər varsa, 
bunun səbəblərini ilk növbədə KİV-də axtarmaq lazımdır: 
a)  cəmiyyətdə  çətinliklər  gender  bərabərliyinin  olmaması 
ucbatından  olur; 
b) KİV-in funksiyalarındakı çatışmazlıqlar bu bərabərsizlik-
lərə təkan verə bilər.
 Bugünkü mövcud texnoloji hakimiyyətin və sosial idarəçi-
liyin əsasında güclü və müasir KİV dayanır. Güclü və inkişaf et-
miş KİV də nəhəng və dinamik biznesin bir növüdür. Bütün döv-
lətlərdə olduğu kimi, ABŞ-da da dövlət birbaşa və ya dolayısı 
ilə KİV-də “oyun qaydalarını” nəzarətdə saxlamaq üçün əlindən 
gələni etməyə çalışır. Elə dövlətdə gender bərabərliyi siyasətinin 
uğurlu əldə edilməsində də KİV bəzən dövlətin sifarişini yerinə 
yetirir. Beləliklə, KİV-də qadınlarla əlaqəli mövzuların necə əks 
olunması cəmiyyətdə demokratik ideyaların hansı şəkildə təza-
hür olunmasına bilavasitə təsir göstərir.   


ABŞ-da gender m
əsələləri
195
Amerika  feminist  yazıçısı  Betti  Fridan Amerika  qadın  jur-
nallarını  təhlil  edir    (Ladies  Home  Journal,  McCall’s, Good 
 Housekeeping and Woman’s  Home  Companion)  və  özünün 
1963-cü ildə dərc etdirdiyi “Qadın sirri” (“The Feminine Mys-
tique”)  əsərində  bu  təhlilləri  təqdim  edir.  Bu  əsərdə  o,  qadının 
Amerika  cəmiyyətindəki  rolundan  bəhs  edir.  Müəllif  qeyd  edir 
ki, II Dünya Müharibəsinə qədər, KİV-də qadınlar müasir, xoş-
bəxt və öz həyatını qurmağa çalışan biri kimi təsvir olunurdu. Bu 
qadınlar professional həyata maraq göstərən və müstəqil olmağa 
can atan qismində təqdim olunurdular. II Dünya Müharibəsindən 
sonra ABŞ-da KİV ənənəvi qadınları təbliğ etməyə başladı, əsl və 
əsil qadının xöşbəxtliyə gedən yolunun ev xanımlığından keçməsi 
ideyasını təbliğ edirdilər. Bu evdar qadınlar öz faydalı məsləhət-
ləri ilə ərlərinə yardım edir və bununla da ailələrinin xöşbəxtliyini 
dəstəkləyirlər. KİV, gender və qadınliq identifikasiyası analıq və 
evdarlıq konsepsiyası ilə assosiasiya olunurdu. Bu da maskulin-
liyin femininlik üzərində üstünlüyü paradiqmasına təkan verirdi. 
 İnsanlar KİV-lə təmasda olduğu müddətdə fasiləsiz olaraq 
öz  genderləri  haqqında  ismarıclar  alırlar.  KİV-in  bütün  növləri 
gender stereotiplərini insanların beyninə ötürür. KİV üç formada 
genderi təmsil edir. Birincisi, KİV-in təqdimatına görə, kişilər elə 
mədəni standartların özüdür və qadınlar əhəmiyyətsiz və görün-
məzdirlər. İkincisi, qadın və kişilər stereotipləşmiş şəkildə təsvir 
olunurlar  və  KİV  qadınları  daha  az  əhəmiyyətli  gender  olması 
fikrini dəstəkləyir. Üçüncüsü, qadınların söylənilən şəkildə təs-
viri onların ənənəvi rollarını gücləndirir və qadınlara qarşı tətbiq 
edilən zorakılıq normal hal kimi təqdim olunur.   
KİV-də qadınların daha zəif gender qismində təqdim olun-
ması onların cəmiyyətdə güclənməsinə mane olan ən əsas amil-
lərdəndir.  Bundan  əlavə,  KİV-də  irqi  ayrı-seçicilik  də  yer  alır. 
Məsələn,  televizor  kanallarında  gün  ərzində  qeyri-ağdərili  qa-
dınlar ağdərili qadınlarla müqayisədə daha az nümayiş etdirilir 
(Basow S. A, 1992: 159). Hətta uşaq proqramlarında da oğlanları 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə