Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə71/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   67   68   69   70   71   72   73   74   ...   95

Ki̇fayət  Ağayeva
218
Hər kəsə məlumdur ki, gender rolları mədəniyyətlə forma-
laşır. Ataların kilsədəki vəziyyəti nəzərə alınsa, qadınların əxlaqı-
nın kişi dünyasının dəyərlərinə uyğun şəkildə nizama salınması 
yaxşı  anlaşılar.  Xristianlıq  birmənalı  şəkildə  ta  başlanğıcından 
qadınları idarəçilik və liderlikdən xaric etmişdir. O, qadını nə bir 
ciddi elm sahəsində, nə də bir dövlət qulluğunda görür. Xristian 
ailə mədəniyyətinə görə, qadının yeri ailəsinin yanıdır. Xristian-
lıqda ailədə patriarxallıq əsas götürülür. Xristian kilsələri kişi din 
xadimlərin tam nəzarəti altındadır. Xristian mədəniyyəti qadını ev 
sferasına, ailəyə sıxışdırmışdır. Xristian din xadimləri hər zaman 
qadınların  müştərək  ev  və  karyera  fəaliyyətlərindən  əndişələn-
mişlər. Xristian ailələrindəki gender asimmetriyası xristian mə-
dəniyyətinin gender diferensiasiyasının üzərinə düşür. Kilsə hər 
zaman aktual olan gender rolları konfliktinin əleyhinədir. İşgüzar 
qadınlar xrsitian mədəniyyəti üçün real təhlükə hesab olunurlar, 
çünki ənənəvi ailələrin bünövrəsini bu sarsıda bilər və bu, hətta o 
qədər təhlükəlidir ki, dövlətin mövcud quruluş modelinə də xələl 
gətirə bilər (Lynne Marie Kohm, 2008:339).  
Katolik  kilsəsində  qadınların  rolu.  2005-ci  il  oktyabrın 
4-də Avropa  Birliyinin  Parlament Assembleyasında  “Avropada 
qadınlar və din”, 1464 Qətnaməsi qəbul  olunmuşdur. Qətnamə, 
kişi və qadınların bərabər imkanlarına dair AB Komissiyasının 
təqdim  etdiyi  hesabat  əsasında  hazırlanmışdır.
 “Alman dalğası”nın məlumatına görə, Vatikanın katolik kil-
səsində  qadınların  rolu  haqda  yepiskoplara  müraciəti  nəşr  edil-
mişdir. Müraciətdə Vatikan birtərəfli insan obrazı yaratmış müa-
sir  feminist  diskursu  ilə  polemikaya  girir.  Bu  obrazda  əsas  şərt 
–  katolik  iyerarxlarının  ehtimallarına  görə,  bərabərlik  uğrunda 
mübarizə  maskası  altında  əslində,  güc  uğrunda  mübarizə  aparı-
lır. Genderlər arasında bərabərliyə nail olmaq cəhdi insanın təbii 
başlanğıcında  dəyişikliklərə  gətirib  çıxara  bilər.  Təbiətə  üstün 
gəlmə ideyası ilk növbədə ailəyə dağıdıcı təsir göstərir. Vatikan-
da  ehtiyat  edirlər  ki,  insanın  cinsi  mənsubiyyətinə  olan  biganə-


ABŞ-da gender m
əsələləri
219
lik, cəmiyyətin özünün mövcud olub-olmamasına təsir edə bilər.  
Sənəddə kişi və qadınların bərabər vəziyyətindən, ailədə tutduğu 
xüsusi  rolla  bağlı  iş  yerində  qadınların  xüsusi  hüquqların  qanu-
niləşdirilməsinin vacibliyindən bəhs olunur. Müraciətdə qeyd  olu-
nur ki, katolik kilsəsində keşiş rütbəsi kişilərə məxsusdur, lakin qa-
dının da kilsəin həyatında böyük rolu vardır. Papa qadınların keşiş 
rütbəsini əldə edə bilməkləri haqda müzakirələrə bir neçə il əvvəl 
fikir bildirmişdi. İki il əvvəl kardinal Ratsinger Almaniya, Avstri-
ya və ABŞ katolik qadınların kilsədən ayrılmasına nail olmuşdur, 
çünki Vatikan yepiskopu bu məsələdə dəstəkləmişdir.  
Sənəddə ingilis dilli dünyada yayılmış “gender ideologiya-
sına’ müqavimət göstərməyin vacibliyindən bəhs olunur. Bu ide-
ologiyaya görə, kişi və qadın başlıca bioloji varlıqdan daha çox 
sosial determinist rola malik olan varlıq kimi dəstəklənir. Kato-
lik kilsəsi insanllara Tanrı tərəfindən bəxş olunmuş təbiət rolla-
rın aradan qaldırıla bilməsinin imkansızlığından bəhs edir. O, bir 
tərəfdən cinsi əlamətlərə görə sosial və siyasi diskriminasiyaya 
qarşı qanuni və vacib mübarizəni, digər tərəfdən isə təbiətə qarşı 
əks-mədəni qiyamı fərqləndirməyi tələb edir. Bununla əlaqədar 
Vatikan bir sıra ölkələrdə qanuniləşdirilmiş bircinsli nikahı rədd 
edir. Tanrı kişi və qadın arasında nikahı təkcə nəslin fiziki davamı 
üçün deyil, həm də qarşılıqlı natamamlığı təkmilləşdirmək üçün 
yaratmışdır. 
Alman KNA agentliyinin məlumatına görə, “Kilsədə və dün-
yada kişi və qadınların əməkdaşlığı haqda katolik kilsə yepiskop-
larına müraciət” adlı sənəd, dünyada çoxsaylı dini konfessiyala-
rın bütün təşkilatlarına göndərilmişdir. Müraciət kardinal Yozef 
Ratsinger tərəfindən tərtib olunmuş və Roma Papası İoann II Pa-
vel tərəfindən bəyənilmişdir. “Kilsədə və dünyada kişi və qadın-
ların əməkdaşlığı haqda” sənəddə Vatikan qeyd edir ki, qadınlara 
hörmət etmək və onlara iş yerlərində bərabər hüquqlar vermək 
lazımdır, lakin genderlər arasında fərq tanınmalı və qeyd olunma-
lıdır. Katolik kilsəsinin mövqeyini yenidən təsdiqləyən sənəddə, 


Ki̇fayət  Ağayeva
220
qadın-keşişlərə qadağa qoyulması haqqında müraciət daxil edil-
mişdir.  Orada  deyilir  ki,  qadınların  çoxu  “kişilərin  köməkçisi” 
olduğunu yaxşı bilirlər. Burada feminizmin gender fərqlərini ara-
dan qaldırma cəhdləri tənqidə məruz qalır və təsdiq olunur ki, fe-
minizm, ana və atadan ibarət ənənəvi ailə strukturunu sual altına 
alan ideologiyaları ruhlandırmış, ümumilikdə, homoseksualizmlə 
heteroseksualizmi ekvivalent etmişdir. 
Reuters məlumat verir ki, qadınlar Vatikanın feminizm haqda 
sənədinə böyük narazılıq və təəccüblə cavab vermişlər. Feminist-
lərə görə, belə müraciətlər yalnız qadınlarla ciddi münasibətləri 
olmayan, qadın hüquqları uğrunda hərəkatın həm qadınlara, həm 
də kişilərə bəxş etdiyi pozitiv dəyişikliklərdən təsəvvürü olma-
yan kişilər tərəfindən edilə bilər. Vatikan bu gün mövcud olma-
yan dünya haqqında yazmışdır. Analıq “qadın identikliyinin açar 
elementi”  olsa  da,  qadınlara  ancaq  nəsil  artırma  mövqeyindən 
baxmaq düzgün deyil.     
Buddizm və qadın. Buddizmin əsası e.ə. 563 – e.ə. 483-cü 
illər  arasında  yaşadığı  güman  edilən,  bu  gün  Budda  olaraq  bi-
linən Siddharta Qautama tərəfindən qoyulmuşdur. Şimali Hindis-
tanda şahzadə kimi dünyaya gələn Siddharta Qautama həyatdakı 
əzablardan qurtulmaq üçün bir yol tapmaq məqsədilə krallığı tərk 
etmiş və uzun illərin zehni fəaliyyəti nəticəsində müəyyən elmi 
nəticələr əldə etmişdir.
 Buddizm Siddharta Qautamanın prinsipləri əsasında yaradıl-
mışdır. O, eramızdan əvvəl 546-483-cü illərdə Hindistanın Kapi-
lavastu şəhərində yaşamışdır və bu din eramızdan təxminən 2500 
il əvvəl Hindistanın Cənub-Qərbində meydana gəlmişdir. Daha 
sonralar, Monqolustan, Şri-Lanka, Seylon, Nepal, Tailand, Yapo-
niya,  Koreya,  Çin  və Tibetdə  geniş  vüsət  almışdır.  Ehtimallara 
görə, dünyada 300 milyon buddist mövcuddur. Buddistlərin ən 
mühüm və ən kamil müqəddəs kitabı “3 səbət” mənasını daşıyan 
“Teripitaka”dır. Bu 3 səbət aşağıdakılardır:  


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə