Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə70/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   66   67   68   69   70   71   72   73   ...   95

ABŞ-da gender m
əsələləri
215
XIX əsr qadınları artıq evdən kənar fəaliyyətlərində də fərqlə-
nirdilər və bəzi xeyriyyəçilik missiyalarında fəal iştirak edirdilər. 
Məsələn, Nyu York şəhərinin sakini İzabella Qraham 1800-ci il-
lərdə xeyriyyəçilik işlərində çox vacib simalardan biri idi. Eliza-
bet Seton ilk amerikalı qadın idi ki, Müqəddəs Cozef Bacılar Xey-
riyyəçilik cəmiyyəti adlı dini cəmiyyətin bünövrəsini qoymuşdu. 
Bundan əlavə, həmin dövrlərdə Abiqail Roberts və Carena Li də 
daxil olmaqla, bir neçə qadın vaiz kimi fəaliyyət göstərirdi. Bu-
nunla da, əsrlərlə kişi dominantlığı ilə müşayiət olunan peşələrdə 
az da olsa, qadınlar görünməyə başlamışdı. Hazırda Filadelfiya 
Kitabxana Şirkətində belə qadınlardan bəhs edən kitablar saxlanı-
lır. Həmin universitetin şəkil qallereyasında tarixdə dini fəaliyyəti 
ilə örnək ola biləcək qadınların portretləri vardır. Belə qadınların 
fəaliyyətlərindən bəhs edən kitabların yazılmasında əsas məqsəd 
xristian qadınlarında xeyriyyəçiliyə maraq oyatmaqdan ibarətdir 
(Charles H. Lippy, Peter W. Williams, 2010).  
  ABŞ-da son illərə qədər qadınlara rəsmi dini işlərdə çalış-
mağa icazə verilmirdi. Bütün dünyada olduğu kimi, Amerikada 
da qadınlar hər zaman dini mədəniyyətin daşıyıcısı qismində fəa-
liyyət  göstərmişlər.  Hətta  Amerika  aktivist  qadınların  arasında 
dini inanclarla motivə olub siyasi islahatlar aparmaq üçün yola 
çıxanlar da olmuşdur. Buna misal olaraq, Amerika qadın abolişi-
nistlərini göstərmək olar.  
  1800-ci illərin əvvəllərində ağdərili, hətta qaradərili xristi-
an və yəhudi mənşəli qadınlar bir neçə dini məktəb və xeyriyyə-
çilik təşkilatı açmışdılar. Elə bu məktəb və təşkilatlar vətəndaş 
hərəkatlarına təkan vermişdi. 1860-cı illərdə vətəndaş hüquqları 
hərəkatı uğrunda yola çıxan Afro-Amerika qadınları güclərini bu 
təşkilatlardan  almışdılar. Yəni  dini  məkanlar  tarixən  təkcə  dini 
ayinləri yerinə yetirmək üçün deyil, həmçinin siyasi məsələləri 
müzakirə etmək üçün də istifadə olunmuşdur.
Amerikanın  din  tarixinə  nəzər  salanda,  yuxarıda  toxunulan 


Ki̇fayət  Ağayeva
216
məqamlara tez-tez təsadüf olunur və dini fəaliyyəti ilə seçilən ilk-
lər aşağıdakılardır:   
* 1790-cı illərdə Merilənd yaxınlığında Anna tərəfindən on 
üçüncü  koloniyada  monax  qadınların  ilk  icması  hesab  olunan 
 Tobakko,  Bernardina  Mattus  yaradılmışdır.    
* 1853-cü ildə ilk dəfə rəsmi şəkildə tanınmış qadın monastır 
kilsəsi Antoinette (Braun) Bləkvel (1825-1921) tərəfindən açıl-
mışdır. O, 1847-ci ildə Oberlin Kollecini, sonra isə 1850-ci ildə 
Oberlin İlahiyyat Seminariyasını bitirmişdir. Antoinette (Braun) 
Bləkvel aktiv feminist, abolişinist və mükəmməl vəkil idi.  
* 1879-cu ildə ilk böyük dini kilsə, Xristos kilsəsi Meri Bey-
ker Eddi tərəfindən açılmışdır.
* 1975-ci ildə Amerika mənşəli qadın Elizabet Ann Seton ilk 
Xeyriyyəçi Bacılar icmasını yaratmışdır. 
* 1989-cu ildə Barbara Harris ilk qadın yepiskopu təyin olun-
muşdur. O həmçinin Afro-Amerika mənşəli qadın kimi də ilklərin 
sırasına daxil olmuşdur. 
* 1842-ci ildə ABŞ-da ən böyük qadın dini təşkilatı Huma-
nitar Cəmiyyət (Axirət Dünyasının Müqəddəslərinin Xristos kil-
səsi) yaradılmışdır. Bu, dünyada ən böyük qadın təşkilatlarından 
biri hesab olunur.  
* Katerin Cefferts Skori Yepiskopal kilsənin ilk yepiskopu-
dur və o, 2006-cı ildə bu posta təyin olunmuşdur. 
* 2009-cu ildə Afro-Amerika mənşəli Alisa Stanton ilk rəsmi 
ruhani qadın statusunu almışdır.
* 2010-cu ildə Şimali Amerikada, Vacra Dakini Naniri Ver-
montda ilk buddist qadın monax kimi təyin olunmuşdu.
* 2013-cü ildə Elizabet İton İva Evangel Luteran kilsəsinin 
ilk  qadın  yepiskopu      təyin  olundu  (The  Columbia  Electronic 
 Encyclopedia,  2012).   
Xristianlıqda qadına baxış. Xristianlıq (isəvilik) hal-hazır-
da dünyada ən geniş yayılmış dini inanc sisteminə verilən ümumi 
addır. Xristianlıq bir din olaraq Qərb yarımkürəsində yayılmışdır, 


ABŞ-da gender m
əsələləri
217
lakin  onun  yarandığı  yer,  bütün  monoteist  dinlərin  vətəni  olan 
Orta Şərqdir. Bu din müasir Qərb mədəniyyətin mənəvi dəyərləri-
nin əsas resurslarından biridir. Hazırda dünya əhalisin 2 miliyarda 
yaxını xristianlardır. Bu dinin yaranması və “xoş xəbər”in yerə 
gəlməsi bizim era hesabı ilə Rəbbin insan şəklində yerə gəldiyi 
gündən keçən ilk 100-200 il ərzində baş vermişdir. 
Xristianlıq  əsrlərlə  tarixi  olan  və  zaman-zaman  parçalanan 
din olduğundan (başqa dinlərdə olduğu kimi) bu gün onu vahid 
bir dini inanc sistemi olaraq xarakterizə etmək çətindir. Xristian-
lıq deyildikdə əslində üç budaq başa düşülür: 
a) katoliklik; 
b) pravoslavlıq və ya Şərq ortodoksiyası; 
c) protestantizm. 
Xristianlıq, əsasən, aşağıdakı xüsusiyyətlərə malikdir: 
1). İsa deyilən bir varlığı Rəbbin özünün insan şəklində yerə 
gəlməsi kimi qəbul edirlər. 
2). İnsanın təbiətən günahlı olduğunu az-çox qəbul edirlər və 
Rəbbin insanı məhz bu günahdan qurtarmaq üçün yerə gəldiyini 
və bunun da Rəbbin insanlara olan sevgisindən qaynaqlandığına 
inanırlar. 
3). İsanın qeyb olduğuna, insanların günahları üçün çarmıxa 
çəkildiyinə, göyə qalxdığına və sonda əbədi hökmranlıq üçün ye-
nidən diriləcəyinə inanırlar. 
4). Yaradanın tək olduğuna və eyni zamanda üç şəxsdə təcəs-
süm etdiyinə inanırlar. 
5). Ölümdən  sonra  həyatın  olduğuna  və  insanların  bu  dün-
yadakı seçimlərinə görə o dünyada əbədi həyata və əbədi cəhən-
nəmə layiq görüləcəklərinə inanırlar. 
6). Əsas müqəddəs vəhy mənbəyi kimi İncili - müqəddəs ki-
tabı qəbul edirlər (David Barrett et al, 2001). Beləliklə, bu əlamət-
lər özünü xristian hesab edən və çoxluğun da belə gördüyü, az-
çox qədim tarixə malik bütün xristian budaqlarında var.  


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə