Ki̇fayət Ağayeva
212
yişikliklər etmək istəyənlər arasında gərginlik hələ də səngimək
bilmir. Elə bu səbəbdən də ilahiyyatda, dini qaydalarda islahat et-
məyə cəhd edənlər cəmiyyətdə çox ciddi müqavimətlə üzləşirlər.
Dinin gender aspektləri. Genderşünaslıq elminə qədər din
bir çox elmlərin tədqiqat predmeti olsa da, bu yeni elm sahəsi
dinə tam başqa bir rakusdan, dinin gender fərqlərinə görə insan-
lara münasibəti baxımından yanaşır. Dinin qadınlara olan müna-
sibəti bir növ cəmiyyətdəki sosial iyerarxiyaya təkan verir. Belə
bir fikir formalaşmışdır: “Din qadınları sevmir, göründüyü kimi,
burada qadınlar üçün nəzərdə tutulan qaydalar daha sərtdir”.
Elə bil ölkələrin mənsub olduğu bütün maddi-mənəvi resurs-
lar insanlara qadın və kişi olduqlarını nəzərə alıb, genderinə görə
bölünüb paylanmışdır və sözsüz ki, bu zaman çox şey kişilərə
verilmiş, qadınlara isə kişilər istədikləri qədər
pay vermişlər.
İstər
qadın, istər
gender, istərsə də
din kateqoriyaları çox bö-
yük bir sahəni əhatə etdiyi üçün son zamanlar bu məsələlər təd-
qiqatçıların diqqət mərkəzindən yayınmır. Əslində, din insanlar
üçün nədir? Sadə dillə ifadə etsək, din mənəvi və əxlaqi dəyərləri
özündə ehtiva edən mədəni sistemlərin, yəni inam sistemi və dün-
yagörüşü toplusunun yaratdığı simvollardır.
Burada müzakirəyə çıxarılacaq məsələlərdən bir çox elmlər-
də (sosiologiya, fəlsəfə, psixologiya və s.) bəhs olunur. Düzdür,
bu mövzu müxtəlif ölkələrin, müxtəlif mədəniyyətlərin prizma-
sından müxtəlif üsullarla interpretasiya olunur və hər dəfə də si-
tuasiyaya uyğun olaraq yeni məsələlər gündəmə gətirilir. Dinin
gender aspektindən tədqiqi nisbətən yeni, amma kifayət qədər
maraq kəsb edən bir sahə olduğundan anlamanın, düşüncənin,
fəaliyyətin yeni bir üsulu kimi təqdim olunur. Uzun illər ABŞ-da
ilahiyyat elmində, dində gender məsələləri alimlər, tədqiqatçılar
üçün demək olar ki, mövcud olmamışdır, olubsa da, kişi tərəfkeş-
liyi ilə müşayiət olunmuşdur.
Genderşünaslıq dinə öz rakusundan nəzər salır, çünki dində
də qadın və kişi münasibətlərindən bəhs olunur,
qadınlıq və
kişi-
ABŞ-da gender m
əsələləri
213
lik statuslarına fərqli baxışlar təqdim olunur. Dini qurumlar güc
resurslarının bölünməsində genderlər arasında diskriminasiyaya
göz yumurlar və bu fərqli yanaşma, sosial iyerarxiya kişilərin
xeyrinə olur.
Hər bir sahədə eqalitarlığı, gender bərabərliyini əlində əsas
tutan feminist alimlərin bu sahəyə də baxışları kifayət qədər fərq-
lidir. Bəzən dini kitablarda yazılanları yetərli qədər kişi tərəfkeş-
liyi ilə müşayiət edən qeyri-feminist tədqiqatçı alimlər bu idea-
yaları yanlış şəkildə insanlara təqdim etmişlər, yəni düzgün şərh
etməmişlər. Feminist alimlər bütün ilahiyyatçıları obyektivliyə
çağırır və dində bəhs olunan bir çox məsələlərə yenidən ədalətli
şəkildə nəzər salmağı tövsiyə edirlər.
ABŞ-da din və gender tarixi perspektivdən. ABŞ Konstitu-
siyasının elə birinci düzəlişində dinin dövlətdən ayrı olduğu qeyd
olunur. Bu düzəlişdə dövlətin din tərəfindən idarə olunmasına
qadağan qoyulur. Heç kəsə sirr deyildir ki, mövcud dinlərin hər
birində kişilərin qadınlardan üstün olması fikri dəstəklənir. ABŞ-
da da dinə nəzər salanda məlum olur ki, din qadınlara ana və hə-
yat yoldaşı xaricində bir önəm verməmişdir. XIX əsrdə qadınlar
dini məktəblərdə təhsil alırdılar, kilsədə və digər dini qurumlarda
işləyən ərlərinə pulsuz yardım edirdilər. Çox az sayda qadın belə
məkanlarda rəsmi şəkildə çalışa bilirdilər.
Düzdür, Amerika höküməti ölkədə rəsmən dini statistika
aparmır, lakin aparılan sorğulara görə, ABŞ-da 83 % əhali özünü
xristian hesab edir. 13 % əhali heç bir dinə mənsub olmadığı-
nı qeyd edir, 4 % əhali digər dinlərə mənsub olduğunu söyləyir
(Rosemary Skinner Keller and Eds., 2006).
ABŞ-da bütün önəmli sferalarda gender konflikti olduğu
kimi, dini sferada da bu mövcuddur. General Social Survey təşki-
latı tərəfindən aparılan sorğuların nəticələrinə görə, Amerika qa-
dınların 60 %-i, kişilərin isə 47 %-i həyatlarında dinin çox önəm-
li yer tutduğunu söyləyirlər. Demək olar ki, dini inanclara sahib
olan insanların əksəriyyəti dini ayinləri yerinə yetirmək üçün