Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə67/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   63   64   65   66   67   68   69   70   ...   95

ABŞ-da gender m
əsələləri
205
bilər  “heç  də  bütün  kişilərin  hamısı  hörmət  sahibi  deyildilər”. 
Əslində, ismarıc heç bir kişinin yalnız kişi olduğuna görə hör-
mət sahibi ola bilməməsidir, çünki o, bu hörməti öz davranışı ilə 
qazanmalıdır (“Doing It Wrong: Gender Roles and the Message 
of  Inadequacy in Women’s Magazines”, 2016). Digər jurnallar da 
qadının gender normalarına (ev təmizləmə, uşaqlara qayğı, tikiş 
tikmə, toxuma və sairə) diqqət yönəldir. Bugünkü jurnallar əsas 
diqqəti qadın quruluşunun üzərinə qoyur. Bəzi keyfiyyətlərin hər 
iki genderə aid olması barədə yazırlar, məsələn, KİV-də hər iki 
genderin seksual obyekt kimi, dəb, gözəllik üçün istifadə olun-
ması, məsələləri müzakirə olunur. Məsələn, Viktoriya Sekret mo-
dellərin bədən quruluşlarına hədəfləndiyi mövzular da bu gün çox 
aktualdır.  “2011-ci ildə Amerika Tibb Assosiasiyası (ATA) model-
lərin təsvirinin dəyişilməsini mühakimə edir”. ATA-ya görə, “hər 
hansı bir bədən təsvirin dəyişik, qeyri-real şəkildə təqdim etmək, 
uşaq və yeniyetmələrdə qeyri-adi gözləntilər əmələ gətirə bilər” 
 (DeFrancisco, Victoria Pruin; Palczewski, Catherine Helen, 2014: 
237).  Viktoriya Sekretin reklam etdiyi modellər ağdərili olmayan 
etnik qrup qadınları idi və çox vaxt onların geyimləri “cəngəl-
liklər geyimi” kimi təqdim olunur və bu da irqçi və təhqiramiz 
təsir  bağışlayır.  Onların  üzləri  icmalardakılar  kimi  bəzədilir  və 
rənglənir (Edwards, Jim, 2010). Modellərin üzünün gizlədilməsi 
Viktoriya Sekretin qanunsuz reklam etməsi kimi anlaşılmalıdır, 
çünki bu şəkillər həmin modeli insanlıqdan çıxarır və onu bir ob-
yekt kimi təqdim edir. Reklamlardakı qadın modellərin bədənləri 
çox vaxt kişi baxışı ilə təqdim olunur, yəni kişilər onlara uzaqdan 
razılıqla baxır və model bu şəkildə təqdim olunur. Bu modelin hər 
bir hərəkəti, geyimi, duruşu seksual olmalıdır ki, kişilər razı qal-
sın, çünki əsas pul xərcləyən onlardır. Məsələn, belə bir reklam 
carxi təqdim olunur, qadın yeni geyim geyinib güzgünün qarşısın-
da durur və uzaqdan bir kişi heyranlıqla onu seyr edir. Bu baxışın 
hədəfi olan qadın özünü pis hiss edir və bu baxış kişi haqqında da 
neqativ fikir formalaşdırır. Belə çixir ki, kişilər nəfslərinə sahib 


Ki̇fayət  Ağayeva
206
çıxa bilmirlər, qadınlara insan kimi baxa bilmirlər, onlar kişilər 
üçün obyektdirlər və bu da stereotipləşməyə səbəb olur. Bununla 
da, qadın insandan daha çox seksual obyekt kimi təqdim olunur.      
 Belə reklamlar qadınlara nə qədər ziyan vurursa, elə kişilərə 
də o qədər zərər verir. Reklamlarda təkcə qadınlar seksual obyekt 
kimi istifadə olunmurlar, reklamda elə kişilərdən də bu məqsəd 
üçün istifadə olunur. Bəzən həm kişi, həm də qadının bütün bə-
dəni deyil, bədən üzvü reklam üçün istifadə olunur. Bu da onları 
insan olmaqdan kənarlaşdırır və onların bir obyekt kimi istifadə 
olunması üçün şərait yaradır. Bu təkcə reklamlarda deyil, film-
lərdə, musiqi kliplərində, video oyunlarında və kitablarda da bu 
şəkildə təqdim olunur və bununla da, müasir kişiliyin sosial kons-
truksiyası təlqin edilir. Bəzən hər hansı bir əşyanın satışı üçün qa-
dınlardan xoş olmayan bir şəkildə istifadə edirlər. Kişilərə qadın-
ların xoşuna gəlmək üçün onlara nəyi hədiyyə etməyi məsləhət 
görürlər. Hətta qadınlara xoş gəlmək üçün yataqda necə olmağı, 
hansı idmanla məşğul olmağı, hansı içkini içməyi, hansı avtomo-
bili idarə etməyi də məsləhət verən reklamlar olur. 
Gender neytral dil uğrunda. Siz KİV-in təqdim etdiyi ciddi 
xəbərlərin arasında qadınla bağlı ciddi məsələlərin müzakirəsinə 
tez-tezmi rast gəlirsiniz? Əlbəttə, yox. Belə təqdimatlar qadın və 
kişilərin davranışına və onların özləri haqqındakı təsəvvürlərinə 
çox neqativ təsir edir. Bir məsələni daha əminliklə qeyd edə bilə-
rik ki, əgər KİV qadın və kişiləri ənənəvi rollarda təqdim etmə 
üsulundan imtina edə bilsəydi, o zaman bu mövcud gender ste-
reotiplərini dəf etməkdə əvəzolunmaz, müstəsna rol oynayardı. 
Əgər KİV qadını, siyasətdə sözünü deyə bilən, dövlət səviyyə-
sində qərarların qəbulunda sanballı çəkisi ola bilən, ən azı reklam 
agenti işində qabiliyyəti ola bilən kimi təqdim etsəydi, bəlkə də, 
sözügedən  məsələlərdə  pozitiv  nəticələr  əldə  edilərdi.  KİV  hər 
hansı bir məsələnin təqdimatında bir gender üçün vəkil (kişi), di-
gər gender üçün aponent (qadın) qismində çıxış etməməlidir. Ən 
yaxşı halda, seksist məzmunlu reklamların təqdim etdiyi məhsul-
ların alışına boykot edilməlidir.  


ABŞ-da gender m
əsələləri
207
Feminist  linqvistikanın  nümayəndələri  öz  fəaliyyətlərində 
həm seksist söz və anlayışların gender neytral terminlərlə əvəz 
olunmasına,  həm  də  qadınlığın  və  qadının  dildəki  pozitiv  imi-
cinin  qaytarılmasına  nisbətən  nail  olublar.  Feminist  linqvistika 
problematikası ilə məşğul olan tədqiqatçılar belə nəticəyə gəlib-
lər ki, dildə islahat qadınların linqvistik hüquqları uğrunda müba-
rizə meydanı olmalıdır. Bəzi feministlərin fikrincə, ümumiyyətlə, 
cəmiyyətin androsentrikliyinin azalması və bunun dilə təsiri sə-
bəbindən dildə yeniliklər baş verib. Bu istiqamət, dil və genderin 
onda əks olunması problemini (leksik, sintaksis, cins kateqoriya-
sı), kişi və qadınların nitq davranışını öyrənir.  
İngilis dilli ölkələrdə dildəki seksizmdən qaçmaq üçün dildə 
müəyyən qədər dəyişikliklər edilmişdir. Məsələn, peşə adlarında-
kı seksizmdən qaçmaq üçün neytral əvəzedici sözlərdən istifadə 
olunur. 
She/he-they;
Shairman – coordinator, moderator;
Businessman-businesswoman – businessperson;
Mailman – mail-carrier;
Policeman-policewoman – police officer;
Cavemen – cave dwellers, prehistoric people və s.
Ailə  vəziyyəti  ilə  əlaqəli  qadınlara  olan  fərqli  mü ra ciət lərə 
baxmayaraq, “Mr.” subay və ya evli olub-olma ma sından ası lı ol-
mayaraq  bütün  kişilərə  şamil    olunan  müraciət  for ma sıdır.  So-
yadın qarşısında istifadə olunan “Mrs.” – ərli qadın, “Miss.” – 
ərə getməmiş qadın anlamına gəlir. Son dövrlərdə istifadə edilən 
“Ms.” – xanımın ərdə olub-olmamasını əks etdirməyən müraciət 
formasına rast gəlinir. Lakin bu müraciət forması o qədər də geniş 
yayılmadı. Fransa höküməti bu yaxınlarda “madumazel” sözünü 
qadınlara  qarşı  diskriminasiya  elementi  daşıdığına  görə  rəsmi 
müraciətlərdən çıxarmaq haqqında sərəncam verdi. 
Yuxarıda qeyd edildiyi kimi kişi-qadın üçün istifadə olunan 
üçüncü şəxsin təkini (he or she) əvəz etmək üçün hər ikisinin əvə-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə