Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə75/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   71   72   73   74   75   76   77   78   ...   95

Ki̇fayət  Ağayeva
230
dınlar, həm də kişilər eyni dərəcədə cəhənnəm və cənnətə, mələk-
lərin varlığına inanırlar. Xristian qadın və kişilərlə müqayisədə 
müsəlman qadın və kişilər dinə daha çox önəm verirlər. Xristian 
dini inanclı qadınlarla xristian dini inaclı kişilər arasında konflikt 
daha çoxdur. Xristian qadınları xristian kişilərlə müqayisədə dini 
rituallara daha çox vaxt (10 %) sərf edirlər.    
Alimlərə görə, bu fərqlərin səbəbləri biologiya, psixologiya, 
genetika, ailə kökləri, sosial status, iş yerləri və sairə ilə izah olu-
na bilər. Həqiqətən, işləyən qadınlar işləməyən qadınlardan dini 
rituallarda daha az iştirak edirlər. Bu kişilərə də aid oluna bilər. 
Fərqlərin səbəbləri siyahısına təhsil səviyyəsi, yaş və evlilik sta-
tusu da əlavə oluna bilər. 
  Afrika ilə müqayisədə Latın Amerikada və ABŞ-da dində 
olan gender konflikti daha böyükdür. Məsələn, Argentinada gün-
dəlik dini ibadətlə məşğul olan qadınlar 52.9 % olduğu halda, ki-
şilər 32.5 %-dir. 
  İqtisadi  cəhətdən  ikişaf  etmiş  ölkələrdən  olan  Kanada  və 
Birləşmiş Krallıqla müqayisədə ABŞ-da yaşayan qadın və kişilər 
dini öhdəliklərin həcminə görə daha çox fərqlənirlər. Amerikalı 
kişi amerikalı qadınla müqayisədə daha az dini öhdəlikləri yerinə 
yetirir. ABŞ-da ateist kişilərin faizi ateist qadınların (27 % kişiyə 
qarşı 19 % qadın) faizindən daha yüksəkdir.   
ABŞ-da müsəlman qadınlar. ABŞ-dakı müsəlman qadınla-
rın bütün digər vətəndaşlar kimi öz dini inamlarını ifadə etmək və 
başlarını örtüb-örtməmək kimi hüquqları vardır. Qanunda qeyd 
olunur  ki,  müsəlman  qadınlarla  digər  Amerika  qadınları  kimi 
davranılmalıdır, dini inanc, gender, irq və milliyyətinə görə on-
ları  diskriminasiya  etmək  qadağandır.  Bu  istiqamətdə  dövlətdə 
müxtəlif qanunvericilik aktları qəbul olunmuşdur və müsəlman-
ların  da  digər Amerika  vətəndaşları  kimi  cəmiyyətdə,  təhsildə, 
dövlət qurumlarında, iqtisadi-ictimai və başqa sferalarda bərabər 
iştirak etmək haqları vardır.     


ABŞ-da gender m
əsələləri
231
ABŞ-da müsəlman qadınların sayı sürətlə artır. Onlar müxtə-
lif etnik mənşəlidirlər və onların əksəriyyəti miqrant həyatı yaşa-
yır. Dini inanclı müsəlman qadınları hicab, ximar, sadə şallarla 
başlarını örtürlər və bəzən də niqabla bütün üzlərini qapayırlar. 
Müsəlmanların ABŞ-a ilk miqrasiyası qul ticarəti dövründə 
– XV əsrdə başlamışdır. O dövrdə Qərbi Afrikadan gətirilən qul-
ların 14–20 % -i müsəlmanlar idi, ABŞ-a könüllü miqrasiya isə 
XIX əsrin sonundan başlamışdır, o zaman onlar Orta Şərq ölkələ-
rindən – Livan, Siriya, Misir və Fələstindən ABŞ-a üz tutmuş-
dular.  II  Dünya  Müharibəsindən  sonra ABŞ-a  miqrant  kimi  üz 
tutan müsəlmanların əksəriyyəti gənclər idi, onlar buraya təhsil 
almaq üçün gəlmişdilər (Schaeffer, R. T., 2015). 2016-cı il Pew 
Research  Center-in  apardığı  tədqiqatlara  görə ABŞ-da  yaşayan 
müsəlmanların sayı 3.3 milyona yaxın idi ki, bunların da 46 %-i 
qadın, 54 %-i kişi idi (The Pew Research Center, 2016). Verilən 
rəqəmlər tam dəqiq olmaya bilər, çünki dinlə əlaqəli verilən sta-
tistik göstəricilər çox vaxt dəqiq olmur.
  ABŞ-da yaşayan müsəlmanların etnik mənşələri çoxşaxəli 
olduğu  üçün  onları  ümumiləşdirərək  göstəricilər  təqdim  etmək 
çox  çətindir.  Onların  dinindən  başqa  ümumi  cəhətləri  çox  az-
dır, belə ki, onların milliyyəti, ənənələri, dilləri və siyasi bilik-
ləri fərqlidir. Onların çox böyük bir qismi ərəblərdir, əlbəttə ki, 
müsəlmanların hamısı ərəb deyil (Barreto et al., 2008).
Müsəlmanların  sayı  çox  sürətlə  artdığı  üçün,  alimlərin  he-
sablamalarına görə, 2040-cı ildə onlar xristianlardan sonra ikin-
ci ən çoxsaylı din nümayəndələri olacaqlar. Elə ABŞ-da bu gün 
demoqrafik  artım  onların  hesabına  mümkün  olmuşdur. ABŞ-sa 
təhsillilik faizinə görə müsəlman qadınları yəhudi qadınlarından 
sonra ikinci yeri tuturlar (The Pew Research Center, 2016).  
9/11-dən sonrakı dövr. Məlum 2001-ci il sentyabr hadisələ-
rindən sonra amerikalılarda müsəlmanlara, islama qarşı neqativ 
münasibət başlanmışdı. Federal Tədqiqat Bürosünün verdiyi mə-


Ki̇fayət  Ağayeva
232
lumata görə 2000-ci və 2001-ci illərdə müsəlmanlara olan nifrət 
hissi çox artmışdır (Anderson, C., 2002). 
 Demək olar ki, ölkədə müsəlmanlara qarşı birmənalı şəkil-
də stereotipləşmiş neqativ münasibət var idi, bu həm onlara olan 
münasibətdə və onlarla ünsiyyət zamanı hiss olunurdu (Frumin, 
A.  &  Sakuma, A.,  2016).  Əvvəlki  illə  müqayisədə  həmin  ildə 
vətəndaşların şikayət halları (1,516 sayda) artmışdı. Müsəlman-
lara qarşı neqativ hallar hər yerdə (aeroport, məktəb, iş yerləri, 
həbsxana və digər sferalarda) təsadüf olunurdu. Ən çox şikayət 
hicabla  əlaqədar  olurdu.  Aparılan  təbliğatlarda  islamın  zora-
kı  din  olması  qabardılır,  bu  da Amerika  dəyərləri  ilə  ziddiyyət 
təşkil  edirdi.  Müsəlmanların  xoş  olmayan  qrup  kimi  tanınması 
istiqamətində güclü təbliğat gedirdi. Bütün dünyada müsəlman-
lara  qarşı  bir  nifrət,  inamsızlıq  hissi  müşahidə  olunurdu,  lakin 
Amerikada yaşayan müsəlman qadınlar bu təbliğatdan ikiqat çox 
əziyyət çəkirdilər. Baş örtüyünü bəhanə edib bu qadınları çox in-
cidirdilər. Məsələn, 2007-ci ildə Gorciya ştatında bir qadını hicab 
örtdüyünə görə məhkəməyə buraxılmamışdı. 2008-ci ildə digər 
bir qadın başörtüyü ilə məhkəmə zalına güclə daxil olmasını bə-
hanə edib həbsxanaya salmışdılar (Nasaw, D., 2008).  
ABŞ-da yaşayan müsəlman qadınlarının faciəsi bununla bit-
mədi.  2001-ci  il  sentyabr  hadisələrinə  görə,  bu  qadınlara  olan 
neqativ münasibət yeni-yeni azalmağa başlayırdı ki, 2010-cu ildə 
yeni terror aktı baş verdi və Amerika müsəlman qadınlarına olan 
neqativ münasibət yenidən güclənməyə başladı. 
 Ölkədə yaşayan müsəlman qadınlar daima dövlət, hərbçilər, 
adi  vədəndaşlar  tərəfindən  hücuma  məruz  qalırdılar.  İran,  Səu-
diyyə Ərəbistanı kimi ölkələrdə qadınlar hicab örtmədikdə nə qə-
dər hücuma məruz qalırdılarsa, ABŞ və Birləşmiş Krallıq kimi 
ölkələrdə də hicab örtən müsəlman qadınlar ən azı o qədər çox 
pis məqamlarla üzləşirdilər. Hər iki halda qadınlar din ucbatından 
əziyyət çəkirdilər və cəmiyyət bunu qanuni hal kimi qəbul edirdi. 
Lakin müsəlman qadınlar onlara qarşı tətbiq olunan diskrimina-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə