Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə83/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   79   80   81   82   83   84   85   86   ...   95

ABŞ-da gender m
əsələləri
255
daşlıq hüququnu verən zaman miqrantın ölkəyə investisiya edə-
cəyi maliyyənin həcmi, görüləcək işlərin məzmunu da nəzərə alı-
nır. Bu işlərdə də kişi miqrantlar daha aktivdirlər. Bu səbəblər bir 
çox qadın miqrantların viza, oturum izni almalarına, ölkədə qalıb 
işləmələrinə,  vətəndaşlıq  hüququ  əldə  etmələrinə  əngəl  törədir. 
Bu o demək deyil ki, kişilərin Amerikada vətəndaşlıq əldə etmə 
şansları  çox  yüksəkdir.  Bu  məsələdə  yaşın,  təhsil  səviyyəsinin, 
iqtisadi durumun da əhəmiyyəti böyükdür. Məsələn, kasıb, az sa-
vadlı, ingilis dili bilməyən yaşlı kişi miqrantların da vətəndaşlıq 
alma imkanları çox məhduddur.
Vətəndaşlıq  və  Miqrasiya  Xidmətləri  və  digər  administra-
tiv məmurların qarşılarına qoyduqları əsas məqsəd qeyri-qanuni 
miqrantların  ölkədən  deportasiya    olunmasıdır.  Özlərini  miqra-
siyanın vəkilləri adlandıran və mübarizə fəaliyyətlərində gender 
bərabərliyinə önəm verən insanlar konservativ vətəndaşlar tərə-
findən yaxşı qarşılanmırlar və xoşagəlməz siyasi və ictimai iq-
limlə üzləşirlər. Miqrasiya prosesində qadınlar qədər uşaqlar da 
əziyyət çəkirlər. ABŞ-da onlar heç də gözlədikləri qədər emfatik, 
ədalətli, demokratik və mülayim situasiya ilə üzləşmirlər.    
Beləliklə, cəmiyyətin tabeçilik statusunda olan qadınlar, xü-
susilə,  kasıb,  qeyri-ağdərili  qadınlar  tarixən  deqradasiyaya  uğ-
rayırlar  və  öz  hüquqsuzluqları  ucbatından  çox  əziyyət  çəkirlər. 
Nəticədə, qadınlar hüquqi çərçivədə statuslarını artırmaq, gender 
bərabərliyini inkişaf etdirmək üçün yollar axtarırlar. Tarixə nəzər 
yetirəndə miqrasiya qanunun və siyasətin hər zaman qadınları pis 
vəziyyətə  salmasının  şahidi  oluruq.  Ən  demokratik  ölkə  hesab 
olunan ABŞ kimi dövlətlərdə də miqrant qadınlar çox vaxt ikinci 
sinif insanları hesab olunurlar. 
 Real gender bərabərliyi miqrasiya qanununda tam əks olun-
mamışdır, bu qanunun tətbiqində problemlər var və qanun tam 
işlək hala gətirilməmişdir. Düzdür, son dövrlərdə miqrant qadın-
ların əldə etdiklər uğurlar çoxdur, əvvəllər yalnız kişilərə məxsus 
olan bir çox hüquqlardan indi miqrant qadınlar da bəhrələnirlər. 


Ki̇fayət  Ağayeva
256
ABŞ-da miqrasiya ilə əlaqəli qanunda bir çox dəyişikliklə-
rin edilməsinə baxmayaraq, miqrasiya qanununda qadınlara qarşı 
təzyiqin bir çox formalarına (miqrant qadının ölkəyə daxil olması 
haqqında rəsmi icazənin verilməsi, onlara ailə üzvləri tərəfindən 
rəsmi şəkildə sponsorluq edilməsi və s.) hələ də təsadüf  olunur. 
Beləliklə, miqrant qadının evli olub-olmaması onun ABŞ-da miq-
rant kimi qalıb-qalmamasına, rəsmi Amerika vətəndaşlığı ala bil-
məsinə təsir edir.   
Multikulturalizm və feminist hərəkat. Amerikada feminizm 
heç bir halda multikulturalizmdən az vacib hesab edilən cərəyan 
deyildir.  Bu  hərəkat  qadın  identifikasiyası  (gender)  və  bir  çox 
ədəbiyyatlarda “cinslərin müharibəsi” adı ilə gündəmə gəlsə də, 
əslində bu, qadın və kişilər arasında münasibətlərə aydınlıq gətir-
məkdən ibarətdir. Feminist hərəkatın aparıcı qüvvələrinə görə do-
minant kişi mədəniyyəti kişilər tərəfindən yaradılmışdır, belə cə-
miyyətdə, əsasən, kişi dəyərlərinə üstünlük verilir və bu dəyərlər 
vahid və ümumi dəyərlər kimi cəmiyyətin bütün üzvlərinə şamil 
olunur. Kişilərin subyektiv düşüncələrinə görə qadınlar bütün ta-
rix boyu marginal olmuşdur. Ona görə də, feminist hərəkat cəmiy-
yətdən qadınlara da tarixə və mədəniyyətə xüsusi töhfələr verən 
insanlar kimi baxmağı və genderlərarası münasibətləri dəyişməyi, 
özəl və ictimai sferalar da daxil olmaqla cəmiyyətin bütün sferala-
rında bərabərliyi bərpa etməyi israrla tələb edir.  
1970-ci illərdə feminizmin əsas diqqət mərkəzində qadınların 
siyasi və iqtisadi sahədə sıxışdırılması məsələləri dururdu. Daha 
sonra genderlərarası münasibətlərdəki problemlərə, seksual zora-
kılıq və qadın identifikasiyasının spesifik xüsusiyyətləri ilə bağlı 
məsələlərə yenidən nəzər salmaq planlaşdırılırdı. 
Feministləri ən çox narahat edən problem seksual təngəgə-
tirmə idi. Seksual təngəgətirmə problemi çox qəliz məsələ idi və 
demək olar ki, həlli çox çətin idi. Neçə onilliklərdir ki, Amerika 
cəmiyyətində mövcud olan bu problemin həlli mütəmadi olaraq 
gündəmə  gətirilir,  lakin  hələ  ki,  arzuolunan  nəticə  əldə  etmək 


ABŞ-da gender m
əsələləri
257
mümkün  görünmür.  Məsələnin  həllinin  çətinliyi  seksual  təngə-
gətirmənin sübutu üçün lazımi dəlillərin əldə edilməsinin çox çə-
tin olmasıdır. Digər seksual zorakılıqlardan fərqli olaraq, seksual 
təngəgətirmənin qeyri-aydın xarakteri onu sübut etməyə imkan 
vermir. Adətən, seksual təngəgətirmədə istifadə olunan ikimənalı 
ehyamlı  sözlər,  seksual  işarələr,  jestlər,  söylənilən  sözlərin  xü-
susi intonasiyası ilə müşayiət olunan ədəbzis davranış sonradan 
baxıldıqda, tam başqa cür görünür, çünki kontekstdən kənarda bu 
davranış  çox  adi,  bəzən  normal  görünür.  Seksual  təngəgətirmə 
qurbanı,  seksual  zorakılıq  törədən  şəxsın  hərəkətindəki  seksual 
elementləri sübut etməyə çətinlik çəkir. Əks tərəf onun heç bir 
pis fikri olmamasını söyləyir, bütün bu anlaşılmazlığın səmimi-
likdən, xoş münasibətdən irəli gəlməsini sübut etməyə çalışır və 
hətta bəzən onu günahlandıran tərəfi utandırmağa da nail ola bilir. 
Qadın isməti, kişi soyuqqanlığı məsələnin əsl mahiyyətini açma-
ğa imkan vermir. 
Ümumiyyətlə,  mədəni  siyasətin  yürüdülməsi  zamanı  libe-
ral dəyərləri əldə əsas tutmaqla, bütün vətəndaşların maraqlarını 
nəzərə almaq çox önəmlidir. Multikultural Amerika cəmiyyətində 
bunu nə qədər mükəmməl həyata keçirməyə çalışsalar da, mədə-
niyyətlərin toqquşması halları çox tez-tez müşahidə olunur. Elə 
qeyd olunan seksual təngəgətirmə halları da müxtəlif mədəniy-
yətlərin nümayəndələri arasında daha intensiv şəkildə baş verir, 
çünki bir millət üçün normal qəbul edilən hər hansı bir jest, dav-
ranış elementi digər millət üçün qeyri-etik görünə bilər. Bu eyni 
cəmiyyətdə  yaşayan  xalqların  nümayəndələrinin  bir-birilərinin 
mədəniyyət, etik normalar və adət-ənənələrindən xəbərsiz olma-
ları səbəbindən də baş verə bilər.  
  Əsrlərdir  ki, Amerikada  çoxsaylı  xalqların  nümayəndələri 
eyni cəmiyyətdə yaşayır və yeni-yeni etnik qrupların bu cəmiy-
yətə axını hələ də davam edir. Ölkəyə gələnlərin arasında qadınla-
rın sayı ildən-ilə artır və ilk növbədə onlar multikultural çətinlik-
lərlə üzləşirlər. Düzdür, bu kişilər üçün də cətindir, lakin qadınlar 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə