Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə81/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   77   78   79   80   81   82   83   84   ...   95

ABŞ-da gender m
əsələləri
249
meksikalı, kubalı, puerto rikalı, dominikanlılara qarşı olan diskri-
minativ siyasət) görə inteqrasiyaya çətin getdikləri üçün mövcud 
situasiya özü bu cəmiyyəti multikulturalizmə gətirib çıxardı.
1960-cı illərdə (əhalinin əsas hissəsi iki əsr əvvəl Afrikadan 
gətirilən qullardan ibarət idi) ABŞ-ın cənub ştatlarında yaşayan 
qaradərililərə qarşı tam diskriminasiya mövcud idi. Belə ki, on-
lar ağdərililərin yaşamadığı kvartallarda yaşayırdılar, onların öv-
ladları ağdərili vətəndaşların övladları ilə birlikdə təhsil ala bil-
mirdilər, hətta onların istifadə etdikləri nəqliyyat da ağdərililərlə 
eyni deyildi, ayrı idi. Onlar ağdərililərin yemək yedikləri resto-
ranlara daxil ola bilməzdilər. Bütün bu amillər Amerikada mul-
tikulturalizmə gətirib çıxaran səbəblər idi. Vətəndaş hərəkatının 
qələbəsi nəticəsində, yuxarıdakı xalqlar da ağdərili amerikalılar-
la eyni hüquqlar əldə etdilər və onlar da Amerika mədəniyyətinə 
öz töhfələrini verdilər. Ona görə də K.Yunq amerikalı vətəndaşı 
belə xarakterizə edir: “Amerikalı, qəlbi hindu və manerası afrika-
lı olan avropalıdır. Bu Amerika cəmiyyətinin nüvə və fundamenti 
ağdərili anqlo-sakson və protestantdır. Amerika mədəniyyəti elə 
dominant anqlo-sakson mədəniyyətindən başlamışdır.”   
Multikulturalizmin  yaranmasının  digər  mühüm  səbəbi  isə 
neoliberalizmlə  əlaqəlidir  ki,  bu  da  Amerikada  bir  çox  sosial 
qrupların  təbəqələşməsinə  gətirib  çıxarmışdı.  Bunun  nəticəsin-
də, təbəqələrin identikliyi və multikultural meyilləri güclənmiş-
di. Özünüidentifikasiya və özünüdərk məsələləri fərdiyyətçiliyin 
artmasına öz təsirini göstərmişdi. O ki, qaldı feminizm hərəkatı-
nın güclənməsinə, bu ondan irəli gəlirdi ki, müharibədən sonrakı 
dövrdə qadınların böyük hissəsi ali təhsil almışdı və onlar iqtisadi 
müstəqilliyə nail olmuşdu.      
ABŞ-da miqrant qadınlar və mövcud problemlər. Miqra-
siyanın miqrant qadınların həyatında neqativ təsiri olduğu kimi, 
pozitiv məqamları da çoxdur. Bütün çətinlik və məhrumiyyətlərə 
baxmayaraq,  miqrasiya  qadınlar  üçün  yeni-yeni  imkanlar  açır, 


Ki̇fayət  Ağayeva
250
onların müstəqilliyinə təkan verir və onların həm ailədaxili, həm 
də ailədən kənar statusunu yüksəldir. Dünyanın bir çox ölkələri-
ni ağuşuna alan iqtisadi böhranı nəzərə alsaq, yoxsul ölkələrdən 
inkişaf etmiş ölkələrə üz tutan miqrant qadınların ailələri üçün 
etdikləri fədakarlığın nə demək olduğunu anlamaq çətin olmaz. 
Bu baxımdan miqrasiya üçün ən uğurlu ölkələrdən hesab olunan 
ABŞ da qadınların işləmək üçün üstünlük verdiyi yerlərdəndir.   
Bu gün ABŞ-da təxminən 21 milyon miqrant qadın yaşayır 
və bu da ABŞ-da yaşayan qadın əhalinin 13 %-idir. Dünyanın hər 
yerindən Amerikaya gələn miqrant qadınlar vardır, lakin bu siya-
hıda ən çox Meksika (25.6 %), Fillipin (5.3 %), Çin (4.7 %) və 
Hindistandan (4.6 %) gələn qadınlar üstünlük təşkil edir. Ameri-
kaya daimi yaşamaq üçün müxtəlif səbəblərlə gələn miqrant qa-
dınların sayı durmadan artır. Amerikaya üz tutan qadınların ara-
sında tələbələr, müxtəlif sahələrin mütəxəssisləri və başqa peşə 
sahibləri də çoxdur (UN Population Division, New York, 2013).
Miqrant qadınların arasında Amerikaya ailə qurub yaşamaq 
məqsədilə üz tutanlara da rast gəlmək olur. Bu məqsədlə Ame-
rikaya gələn qadınların əksəriyyəti eksplisit və ya implisit gen-
der diskriminasiyasına məruz qalırlar. Ta qədimdən miqrasiya ilə 
bağlı qanunlarda miqrant qadınlara qarşı diskriminativ element-
lər mövcud idi və miqrasiya ilə əlaqəli yeni qəbul olunan qanun, 
təklif edilən qətnamələr də qadın miqrasiyasının şərtlərini çətin-
ləşdirir. ABŞ sərhədləri daxilində qanuni bir şəkildə çalışmaq, öz 
ölkələrində məruz qaldığı şiddət və istismardan xilas olmaq və 
Amerika  kimi  demokratik  bir  dövlət  tərəfindən  qanuni  şəkildə 
dəstəklənmək istəyi onları bu ölkəyə üz tutmağa həvəsləndirir. 
Həm Konqres, həm də Amerika ictimaiyyəti pozulmuş miq-
rasiya sistemini yenidən sahmana salmaq, Miqrasiya və Milliyyət 
Aktına düzəlişlər etmək, növbəti mərhələlərdə düzəlişlərdə gen-
der bərabərliyini saxlamaq istəyir və bundan ötrü ictimai çağırış 
edirlər. Bu düzəlişi etməklə, digər bir nəsil üçün problem yarat-
maq istəməsələr də, buna tam nail ola bilmirlər. Qanunvericilik-


ABŞ-da gender m
əsələləri
251
də ayrı-seçkiliyə yol verməməkdən ötrü siyasətçilər, bərabərliyi 
təcəssüm  etdirən  və  qadınlara  qarşı  zorakılığı  aradan  qaldıran 
siyasət  yürütmək  istəyirlər  və  geniş  miqyaslı  miqrasiya  islaha-
tını  həyata  keçirmək  niyyətindədirlər.  Bu  maddə  qadınlar  üçün 
faydalı olan qanunvericilik müddəalarını əhatə edir, gender bə-
rabərliyini  nəzərə  alır,  geniş  miqyaslı  miqrasiya  islahatını  mü-
dafiə edir. Beləliklə, yeni miqrasiya qanunu və siyasəti əvvəlki 
qanunda təsadüf edilən qadınlara qarşı açıq və gizli ayrı-seçki-
lik elementlərini aradan qaldırmağı öz qarşısına məqsəd qoyur. 
Miqrasiya qanunvericiliyin I hissəsində qadınları itaətkarlığa sü-
rükləyən elementlərə rast gəlmək olurdu. Bu ayrı-seçkilik, qadın 
itaətkarlığı öz başlanğıcını miqrasiya ilə əlaqəli qəbul edilən fe-
deral qanundan götürür. Bu qanunda ABŞ-a gələ biləcək miqrant 
qadınlar üçün miqrasiya statusu qazanarkən həm qanunvericilik-
də, həm də imkanlarda müəyyən məhdudiyyətlər mövcud idi. II 
hissədə diskriminasiya elementləri ilə müşayiət olunan miqrasiya 
islahatının hazırkı vəziyyəti və bu təkliflərlə bağlı ictimaiyyətin 
şərhləri müzakirə olunur. Əlbəttə, miqrantları hərtərəfli razı sala 
bilən, mükəmməl qanunvericiliklə müşayiət olunan miqrasiya is-
lahatını qəbul etmək çox çətindir. Qanunvericiliyin bir hissəsini 
təşkil edən təkliflər, Senat, Sərhəd Təhlükəsizliyi, İqtisadi Imkan 
və İmmiqrasiya Aktının müzakirələri II hissədə yer alır (“Border 
Security, Economic Opportunity, and Immigration Act”, 2013).  
Düzdür, dəyişikliklər nə qədər ədalətli olsa da, onları dərhal 
qəbul etmək mümkün deyildir. Miqrasiya tarixinə nəzər salarkən 
belə bir nəticəyə gəlmək olar ki, gender-neytral dəyərləri diqqət-
də  saxlamayan  qanun  mükəmməl  qanun  hesab  oluna  bilməz. 
Qadın-kişi  bərabərliyini  əldə  etmək  sadəcə  istəklə  deyil,  həm 
də davamlı cəhdlərlə mümkün olur. II hissədə miqrantlıqla bağlı 
hüquq və siyasətdə gender bərabərliyi nəzərə alınmalıdır. Bir də 
təkcə qanunun qəbul edilməsi əsas şərt deyil, qanunun həyata ke-
çirilməsində davamlı fiziki-iqtisadi və effektiv dəstəyin olması da 
vacib şərtdir. Miqrasiya ilə əlaqəli son tarixi qanunda yaxşı mə-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə