Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə82/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   78   79   80   81   82   83   84   85   ...   95

Ki̇fayət  Ağayeva
252
nada dəyişiklik əldə etmək çətin olsa da, gender-neytral normalar 
istiqamətində müəyyən addımlar atıldı.  
Əlbəttə, yuxarıda qeyd olunan dəyişikliklərə bir gündə nail 
olmaq  çətin  məsələdir,  çünki  tarix  boyu  miqrasiya  qanununda 
açıq və ya gizli şəkildə qadınlara qarşı diskriminativ mövqe möv-
cud olmuşdur və bu da qadın itaətkarlığına gətirib çıxarmışdır. 
XIX əsrin əvvəllərində miqrasiya qanununda gizli hüquqi dokt-
rinada qadınlar ərlərinin mülkündən bir az üstün hesab olunmuş 
və qanunla onların heç bir zaman müstəqil fəaliyyəti dəstəklən-
məmişdir: Qanunda kişi ilə qadın bir nəfər qismində, qadın isə 
kişi şəxsiyyətinə əlavə kimi qiymətləndirilirdi. Doktrinada qeyd 
olunurdu ki, kişi digər mal-mülklər kimi qadına da sahibdir, arva-
dı və onun gəliri, mal-mülkü, qısası, ona məxsus bütün qiymətli 
əşyaları  üzərində  ərin  qanuni  haqqı  vardır.  Qadın  həyat  yolda-
şı  olmadan  hüquqi  şəxsiyyət  hesab  olunmur  və  heç  bir  hüquqi 
müqaviləni əri olmadan imzalaya bilməzdi. Ananın övladları üzə-
rində  heç  bir  hüquqi  gücü  yox  idi.  Bununla  da,  doktrinada  bir 
insanın (arvad) digərinə (ərə) tabe olunmasını təmin edən hüquqi 
rejim yaradılmışdı (Janet Calvo, 2004 :161).   
Yalnız XIX əsrin sonlarında, qadınlara ərazi və şəxsi mülkiyyət 
hüququ verildikdən sonra onların ərlərinə tabe olmaq məsələləri 
ilə əlaqəli qanunda az da olsa, yumşaqlıq müşahidə olundu. 1800-
ci illərin ortalarında dövlətdə Evli Qadın Mülkiyyəti Aktında yeni 
versiyalar gündəmə gəldi. Qanunda açıq-aşkar kişi tərəfkeşliyinin 
olmasına baxmayaraq, bura qadınların əmək və əmlaklarına nə-
zarət etmək hüquqları da daxil olundu (Yenə orada). 
Faktiki olaraq, əvvəlki miqrasiya qanunlarında kifayət qədər 
gender diskriminasiyası elementlərinə rast gəlmək olurdı. 1917-
ci və 1924-cü illərin miqrasiya qanunlarında əcnəbi vətəndaşla 
evli olan kişi və qadın bir-birilərinin əmlakına petisiya ərizəsi ilə 
iddia edə bilməzdilər. Petisiya ilə ailənin digər kişi cinsindən olan 
üzvləri iddia qaldıra bilərdilər (Reva B. Siegel, 1996 :161).  
Vətəndaşlıq hüququ almaqla əlaqəli qadınlar üçün bəzi istis-


ABŞ-da gender m
əsələləri
253
nalar mövcud idi, belə ki, həyat yoldaşı ağdərili kişi olan ağdərili 
qadınlara  şamil  edilə  bilən  qanun  analoji  situasiyada  qaradərili 
qadın üçün keçərli olmaya bilərdi. Bəzən miqrant kişi ilə evlənən 
amerikalı qadın vətəndaşlıq hüququndan məhrum edilə bilərdi.       
Konqres 1950-ci illərdə miqrasiya ilə əlaqəli islahatlar apar-
maq barədə sərəncam imzaladı. Nəticədə, 1952-ci ildə Miqrasiya 
və Milliyyət haqqında Akt qəbul olundu. Burada qeyd olundu ki, 
1917-ci və 1924-cü illərdə qəbul olunan miqrasiya qanunların-
da həqiqətən də qadınlara qarşı açıq-aydın diskriminasiya möv-
cuddur və evlilik zamanı ailə başçısı kişi hesab olunduğu üçün 
qadının harada yaşamağı ərindən asılı olurdu (“Immigration and 
Nationality Act of 1952”). 
Konqresin hesabatında qeyd edilir ki, qadınlara qarşı “adı çə-
kilən” diskriminasiya miqrantların bir sıra hüquqlarına (vətəndaş-
lıq hüququ) təsir edir. Konqres hesabatını belə davam edir: “Miq-
rant qanunvericiliyində mövcud olan cinsi diskriminasiyanın heç 
bir  bəraəti  olmadığı  üçün  buradakı  cinsi  bərabərsizliklər  ləğv 
olunmalıdır”  (Yenə  orada).  Qanunda  bir  sıra  dəyişikliklər  edil-
di və bunlardan biri də “wife” (arvad) sözünün “spouse” (həyat 
yoldaşı) sözü ilə əvəz olunması oldu. Ailə zəminində olan zorakı-
lıqlara qarşı mübarizə qanunla dəstəkləndi. 1986-cı ildə Kon qres 
miqrasiya  qanununda  Saxta  Evliliklə  bağlı  Düzəlişi  qəbul  etdi 
və bu, miqrasiya ilə bağlı uğurlu bir islahat oldu (“Immigration 
 Reform and Control, Simpson-Mazzoli, Act of 1986”). Bununla 
da, ABŞ-da əcnəbi vətəndaşların saxta evliliklə Amerika vətən-
daşlığı ala bilmə imkanları xeyli məhdudlaşdı. 
Amerikada miqrantlarla bağlı qanunlarda daim dəyişikliklər 
olunur, lakin hələ də mükəmməl bir qanun əldə etmək çətindir. Bu 
islahatlar 2012-ci illərdən sonrakı dövrə, yəni B.Obamanın pre-
zidentliyi dövrünə daha çox təsadüf edir. 113-cü Konqres (2013-
2014) miqrasiya qanun sistemində dəyişikliklər etməsi ilə daha 
çox yaddaşlarda qaldı. Uzun müzakirələrdən sonra 2013-cü ildə 
Senatın bununla əlaqəli təqdim etdiyi layihə Sərhəd Təhlükəsizli-


Ki̇fayət  Ağayeva
254
yi, İqtisadi İmkan və Miqrasiya Modernləşməsi tərəfindən qəbul 
olundu. 2013-cü ilin iyununda layihə Nümayəndələr Palatasına 
təqdim olundu. Daha sonra Sərhəd Təhlükəsizliyi bu layihəni Se-
nata da təqdim etdi.   
Amerikanın  bütün  mövcud  qanunvericiliklərində  kişilərə 
məxsus hüquqların, demək olar ki, hamısının qadınlara da şamil 
olunmasına baxmayaraq, miqrasiya ilə bağlı qəbul olunan qanun-
larda  və  hal-hazırda  təqdim  olunan  qanunvericilk  layihələrində 
gender bərabərsizliyi məsələləri həllini tam tapmamışdır. 
 Amerikada yaşayan miqrantların arasında çox sayda sənədləri 
düzgün olmayan insanlara rast gəlmək olur, bunların da böyük bir 
qismi qadınlardır. Sənədləri düzgün olmayan əcnəbi miqrantlar, iş-
lədiyi yerlərdə vergi ödəmədikləri üçün sosial və tibbi sığortadan 
da məhrumdurlar. ABŞ-da miqrantların ən çox işlədikləri sferalar-
dan biri də kənd təsərrüfatıdır. Burada qadınlar çox vaxt tək deyil, 
ailələri ilə birlikdə işləyirlər. Əmək haqları ailə başçısı hesab olu-
nan kişilərə verilir və qadınlar da demək olar ki, əməkləri müqabi-
lində əmək haqqı almırlar. Qadınların üstünlük təşkil etdiyi digər 
sahələr xidmət bölmələridir. Onlar qeyri-qanuni olaraq ev işlərində 
çalışırlar və heç bir yerdə qeydiyyatdan keçmirlər. Əlbəttə, belə 
olan halda, nə tibbi, nə də sosial sığortalardan danışmağa dəyər.
2013-cü ildə miqrasiya ilə əlaqəli Sərhəd Təhlükəsizliyinin 
təqdim etdiyi layihədə mükəmməl peşəsi və təhsili olmayan miq-
rant qadınların ölkədə qalmasını çətinləşdirən təkliflər vardır. Bu, 
onların ABŞ  cəmiyyətində  vətəndaşları  daha  səriştəli,  daha  sa-
vadlı görmək istəyindən irəli gəlir. Amerikada miqrant qadınlar 
təhsil və peşəkarlığına görə miqrant kişilərdən çox geri qalırlar. 
Vətəndaşlığa qəbul zamanı ən əsas, elmi və texniki qabiliy-
yətləri yüksək olan, ingilis dilində yaxşı danışan gənc miqrantla-
ra üstünlük verilir. Belə ki, ABŞ-ın adlı-sanlı universitetlərindən 
məzun olan miqrantların arasında kişilər faiz etibarı ilə daha çox-
dur və bu səbəbdən də, Amerika vətəndaşlığına iddia edən savadlı 
kişilərin vətəndaşlıq ala bilmə imkanları daha yüksəkdir. Vətən-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə