Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə84/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   80   81   82   83   84   85   86   87   ...   95

Ki̇fayət  Ağayeva
258
üçün ikiqat, üçqat çətindir, çünki onlar həm öz milli dəyərlərinin 
əsas daşıyıcısı hesab olunurlar, həm də yeni daxil olduqları cə-
miyyətin əsrlərlə formalaşmış dəyərlərinə hörmət və ehtiram et-
məyi bacarmalıdırlar.  
Amerika  multikulturalizm  siyasəti  yürüdərkən,  çox  vaxt 
multikultural  siyasətdə  uzun  yol  qət  etmiş,  inkişaf  etmiş Avro-
pa ölkələrinin təcrübəsindən istifadə edir. Amerikaya elə gəlirdi 
ki, Fransanın “qaynar qazan” prinsipini əlində əsas tutan məcburi 
assimilyasiya siyasəti multikultural siyasətdə özünün müsbət nə-
ticəsini verə bilən, ən mükəmməl təcrübədir.   
Bu  elə  bir  dövrə  (1960-cı  illər)  təsadüf  edirdi  ki,  müxtəlif 
istiqamətli  vətəndaş  hərəkatları  çox  aktivləşmişdi:  feministlər, 
ölkənin qaradərili əhalisi, müxtəlif azlıqların nümayəndələri bə-
rabər hüquq uğrunda mübarizə aparırdılar. 1960-cı illərin fəalları 
sübut  etməyə  çalışırdılar  ki,  multikulturalizmlə  bağlı  siyasətdə 
Amerikanın Fransa təcrübəsini əlində əsas tutması o qədər də qə-
naətbəxş siyasət deyildir, çünki bu siyasət yalnız avropalı miq-
rantlar üçün uyğun idi, Amerikada vəziyyət bir qədər fərqli idi. 
Digər mədəni qruplara olan münasibətdə bu taktika tətbiq olun-
murdu, əksinə onlara qarşı diskriminasiya mövcud idi. Amerika 
hinduları, demək olar ki, aparıcı Amerika cəmiyyətindən tam təc-
rid olunmuşdu, digər qeyri-ağdərili amerikalılar da özlərini əzil-
miş, vədəndaşlıq hüququndan məhrum edilmiş, ikinci növ insan 
kimi hiss edirdilər. 
  1960-cı illərdə uzun illər dərisinin rənginə görə əzilən xalq-
lar  dərilərinin  rənginə  görə  yeni  bir  diskriminasiya  ilə,  “qara 
irqçilik”lə  üzləşirlər.  Amerika  cəmiyyətində  iki  bir-birinə  zidd 
cəmiyyət mövcud idi, birincisi, ağdərililərdən ibarət sivil və pri-
oritet, ikincisi isə, mövcud vəziyyətdən narazı qalan və qəzəbli 
qeyri-ağdərili  etnik  qruplar.  Bu  iki  xalq  qrupu  bütün  dövrlərdə 
bir-biriləri ilə münaqişədə olmuş, sosial partlayışın astanasında 
durmuşlar. Bütün bunlara baxmayaraq, Martin Luterin başçılığı 
altında vətəndaş haqları uğrunda mübarizə aparan qaradərililər 12 


ABŞ-da gender m
əsələləri
259
ildən sonra Amerikanın qeyri-ağdərililərinə qarşı diskriminasiya-
ya son qoya bilmişdilər.  
1964-cü ildə ABŞ prezidenti Lindon Conson “Vətəndaş haq-
ları haqqında Akt”ı imzalamaqla, insan həyatının bütün sferala-
rında  hər  cür  diskriminasiyanı  qadağan  etdi.  “Vətəndaş  haqları 
haqqında Akt” qanunu 1965-ci ildə qüvvəyə mindi. Bu qanuna 
görə, irq, din və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün 
vətəndaşların seçicilik hüququ təmin olundu. Bu sənəd amerika-
lıların bərabərsizlik uğrunda apardığı mübarizənin ən uğurlu nə-
ticəsi idi. 1970-ci illərdə ABŞ-ın XX senatoru Barbara Mikulski 
Amerikanın  mədəniyyət  siyasətində  “qaynar  qazan”  prinsipini 
dəstəklədi. O qeyd edirdi ki, ABŞ çoxmillətli və çoxmədəniyyətli 
ölkədir, bu ölkədə hər bir vətəndaşın yaşama hüququ vardır, bu 
ölkədəki  müxtəliflik  mövcud  millətlərin  harmoniyası  hesabına-
dır  (Куропятник  А.И.,  2000  :20).  Beləliklə  də,  hökümət  etnik 
azlıqların faktiki və hüquqi statuslarını Amerikanın ağ əhalisi ilə 
eyniləşdirmək məcburiyyətində qaldı və bu barədə qanun imza-
ladı. Bu qanun icma halında yaşayan hindulara da şamil olundu. 
1975-ci ildə “hinduların təhsilinin dəyərləndirilməsi və inkişafı 
haqqında qanun” təsbit edildi və hindu icmaları da müstəqil siyasi 
vahid kimi qəbul olundu.  
Məhz bu dövrdən sonra Qərb dünyasında multikulturaliz-
min böhranı və iflasa uğraması haqqında müzakirələr gündəmə 
gəldi.  Amerikanın  nəzərdə  tutduğu  model  uğurlu  olmadı  və 
Köhnə dünyada mozaik cəmiyyət yaratmaq mümkün olmadı. 
Buna əsas səbəb Amerikada dominant mədəniyyətin etnos üs-
tünlüyünü ağdərili, orta və elit sinif nümayəndələrinə verilməsi 
və öz dini dəyərlərini daha önəmli hesab etməsi idi. Miqrantlar 
yenidən Amerikanın gözündə bir-birindən fərqi olmayan eyni 
cür kütlə hesab olundu. Miqrantların spesifik əxlaq və davranış 
nümunələri onların mədəniyyətləri ilə üst-üstə düşmədiyi üçün 
qəbuledilməz hesab olundu. Miqrantların ikinci və hətta üçün-
cü nəslinin adaptasiya problemi hələ də davam edirdi, ən əsası 


Ki̇fayət  Ağayeva
260
onlar öz dini ənənələrini qoruyub saxlayırdılar. Ümumiyyətlə, 
multikultural siyasətdə kifayət qədər çatışmazlıqlar müşahidə 
olunurdu.  
Hətta Avropanın ən inkişaf etmiş ölkələri də hadisələrin bu 
şəkildə cərəyan etməsinə hazır deyildilər, əksəriyyət ölkələrdə 
miqrantlara qarşı aqressiya mövcud idi. Əslində, bu sayda miq-
rantı Köhnə dünya heç bir zaman görməmişdi. XX əsr miqrant-
ları əsasən siyasilərdən ibarət olmasına rəğmən, hazırki miq-
rantların miqrasiya səbəbləri çoxşaxəlidir.  
Amerika  multikultural  cəmiyyətində  feminist  baxışlar
Okinə görə, mədəni və dini ənənələrin və təcrübələrin qadın əley-
hinə  olması  qlobal  hadisədir.  Digər  cəmiyyətlərlə  müqayisədə 
Qərb  cəmiyyətində  genderlər  arasında  bərabərsizlik  azalmışdır. 
Artıq bu bərabərsizlik Avropaya və Şimali Amerikaya qələn miq-
rantlar arasında daha az gözə dəyir. 1999-cu ildə Okin öz məqalə-
sində  həm  qrup  haqlarına  multikultural  yanaşmaların  feminist 
tənqidini, həm də gender bərabərliyindən üstün hesab edilən irqi 
bərabərlik  prinsiplərini,  vətəndaşlıq  və  multikulturalizmə  olan 
sadə  və  universal  yanaşmanın  hüquq,  ailə,  din,  özəl  və  ictimai 
sektorun  təbiəti  prizmasından  interpretasiya  edir  (Okin,  Susan 
M., 1999). Müəllif iddia edir ki, bütün bunları göstərməklə, o heç 
də multikulturalizm və qrup haqları əleyhinə deyildir. O qeyd edir 
ki, azlıq təşkil edən qruplarda qadınların əksəriyyətinin özəl və 
həssas məsuliyyətləri vardır. Patriarxal şərtlər altında yaşayan bu 
qadınların problemlərindən bəhs edən debatların vaxtı artıq çat-
mışdır.
Son dövrlərdə dünyanın hər bir tərəfində olduğu kimi, ABŞ-
da da multikulturalizmə pozitiv və neqativ yanaşan çoxsaylı cərə-
yanlar meydana gəlmişdir. Belə cərəyanların mövcudluğu prob-
lemin aktuallığından xəbər verir. Feminist düşüncəli tədqiqatçılar 
da bu məsələyə biganə qala bilməzdilər, çünki multikulturalizm 
qadınlar üçün daha çox çətinliklər yaradır. Məşhur siyasətçi Ay-
ris Yanq  öz  çıxışında  mədəniyyət  fərqliliklərin  müdafiəsi  üçün 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə