Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə87/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   83   84   85   86   87   88   89   90   ...   95

ABŞ-da gender m
əsələləri
267
nayır. Bunun ən bariz nümunəsi “ABŞ Müstəqillik Deklarasiya-
sı”dır (1176): Biz bəlli bir həqiqətdən çıxış edərək qeyd edirik ki, 
Tanrı bütün insanları (həyata, azadlığa və xöşbəxtliyə can atan) 
bərabər yaratmışdır (“Декларация независимости”, Конгресс, 
1776 г.).
Qərbdə KİV müsəlman qadınların portretini belə cızır: tam 
qapalı, varlığı-yoxluğu hiss olunmayan, çarəsiz, hüquqsuz. Bu da 
onlar haqqında stereotipləşmiş fikir formalaşdırır. Bu şəkildə təs-
vir hər birimizə tanışdır (Angha, N., 2015:55).  
 
Əlbəttə, bu tip yazılara sosioloji tədqiqatlarda tez-tez rast gə-
linir. Belə qeydlərlə razılaşmamaq çətindir, çünki sosioloji sorğu-
lar da deyilənləri təsdiq edir.  
Corctaun  universitetinin  professoru  Yvonna  Haddad  qeyd 
edir ki, tədqiqatçılar müsəlman qadınların “acınacaqlı statusu”-
nı araşdıranda bunu cəmiyyətdən təcrid edilmiş şəkildə edirlər. 
Müsəlman  qadınlar  adətən  təhsilsiz,  çadraya  bürünmüş,  zorakı 
davranışdan  əziyyət  çəkən,  xilasolmağa  möhtac  formada  təsvir 
olunurlar (Haddad, Y., 2011:111). Bu kimi sitatların sayını artır-
maq olar, lakin bütün sitatlarda əsas diqqət qadınların bu vəziy-
yətə  düşməsində  islamı  günahlandırmağa  yönəldilir.    
Belə yanlış təsəvvürün yaranmasında qərbyönlü tədqiqatçıla-
rın islam mədəniyyətində qadının sosial status və rolu haqqında 
kifayət qədər məlumatlarının olmamasıdır. XX əsrin son onillik-
lərinə  qədər  bu  mövzu  tədqiqatçı  alimlərin  diqqətindən  kənar-
da  qalmışdı.  İslam  dünyasının  müxtəlif  sahələrini  tədqiq  edən 
əsərlərdə  “qadın  məsələlər”indən  səthi  bəhs  edirlər.  Əsasən  də 
islam ədəbiyyatında “dürüst” qadının cəmiyyətdə mövqeyindən 
yazılır, ən yaxşı halda müasir dünyada təhsilli müsəlman qadı-
nın düzgün davranışı barədə yazırlar. Çox ciddi emprik sosioloji 
tədqiqatlara elə də çox rast gəlmək olmur. Elmi sferalarda bu eh-
tiyac yalnız 1970-1980-ci illərdə müsəlman qadınlarına yaranan 
maraqdan sonra oldu. 1990-cı illərdə müsəlman qadınları, isla-
mın müsəlman qadınlarına verdiyi sosial status, islamda gender 


Ki̇fayət  Ağayeva
268
problematikası haqqında yazılan əsərlərin sayı pik nöqtəyə çatdı 
 (Offenhauer, P., 2005:5).  
İslam  cəmiyyətində  müsəlman  qadınların  həyatı  haqqında 
tarixən  formalaşan  stereotipləşmiş  təsəvvürlər  təkcə  müsəlman 
dünyasında yaşayıb yaradan tədqiqatçıların “xidməti” deyil, bu 
həmçinin  qeyri-müsəlman  tədqiqatçıların  müsəlman  qadınlar 
haqqında yazdıqları əsərlərdə belə təsəvvürlər yaratmaq istəyin-
dən irəli gəlir. Belə yanaşmalara qərbyönlü alimlərin əsərlərində 
daha tez-tez təsadüf olunur. Bu yazıların belə ənənə forması al-
masına təsir edən ən azı iki amil mövcuddur: 
1) həmin ölkələrin müsəlman dünyasından xəbərsiz olması;
2)  qeyri-müsəlman  tədqiqatçıların  islam  mədəniyyəti  nü-
mayəndələri ilə münasibətlərin hansı model üzərində qurulması.
Bu gün ABŞ-da müsəlman qadınlara olan münasibət bir qə-
dər fərqlidir. Onlar təkcə müsəlman ölkələri ilə əlaqəli Amerika 
sosial təşkilatların verdiyi məlumatla kifayətlənmirlər. S.M.Xen-
kinin  klassifikasiyasına  görə  “yerli  sakin-miqrant”  münasibəti 
üzərində qurulan dörd əsas model mövcuddur (С. М. Хенкин., 
2015:1). Yuxarıda bunların iki növündən (inteqrasiya və assimil-
yasiya) bəhs etmişdik:
a) inteqrasiya;  b) assimilyasiya; c) kənarda qalma – miqrant 
yerli xalqlara qaynayıb qarışmır və öz həmvətənləri ilə də ünsiy-
yəti məhduddur; ç) marginallaşma -  miqrantlar sanki öz sosial 
əlaqələrindən zorla qopardılır.
ABŞ-da müsəlman miqrant qadınlar arasında sorğu keçiril-
mişdir. Sosioloji sorğunun əsas məqsədi ondan ibarət idi ki, Ame-
rika KİV-i müsəlman qadın obrazını cəmiyyətə hansı şəkildə təq-
dim edir və onların təqdimatı real həyatla nə qədər uzlaşır. Sorğu-
nun cavabından məlum olur ki, sorğuda iştirak edənlərin 81 %-i 
müsəlman qadının stereotipləşmiş obrazını aşağıdakı kimi görür: 
Müsəlman  qadını  hər  bir  məsələdə  kişiyə  güzəşt  edən,  miskin, 
asılı,  geridə  qalmış  məxluqdur  (Yenə  orada).  Bütün  iştirakçılar 
islam mədəniyyətində qadın və kişi münasibətlərinin, gender rol-


ABŞ-da gender m
əsələləri
269
larının  qiymətləndirilməsində,  demək  olar  ki,  “hörmət”  sözünü 
istifadə edir. Bundan əlavə, onlar qeyd edirlər ki, bizim görmək 
istədiyimiz  “yaxşı”  müsəlman  fundamental  əxlaqi  keyfiyyətə 
malik, gender rollarına “ehtiramla” yanaşmağı bacaran insandır 
(Yenə orada).
Bununla  bərabər  dərc  edilən  tədqiqatlarda,  İnternet  və  te-
leməkanlarda siyasi və sosial çətinliklərlə üzləşmələrinə rəğmən, 
müsəlman  qadının  müstəqil  şəxsiyyət  olması  barədə  çoxsaylı 
faktlara  da  rast  gəlmək  olur.  Onların  vətənlərində  üzləşdikləri 
“təzyiqlər”  (hicab  taxma  məcburiyyəti,  kişilərlə  bərabər  siyasi 
arenalarda  fəal  iştirak  etmə  məhdudiyyəti  və  s.)  müxtəlif  for-
malarda  həyata  keçirilə  bilər.  Bu  kimi  “təzyiqlər”in  siyahısını 
üzatmaq  olar,  məsələn,  qadınların  kişilərdən  ayrı  nəqliyyatdan 
istifadə etməsi, mağazalarda qadın və kişilər üçün ayrıca giriş və 
çıxışın olması, qadının arzu etdiyi təhsili deyil, məsləhətli təhsili 
alması, işədüzəlmədə genderinə görə üzləşdikləri çətinliklər və s. 
Bu həqiqətənmi belədir, yoxsa uzaqdan belə görünür?    
Kolumbiya  universitetinin  antropoloqu  Leyla  Abu-Luxod 
məqalələrin  birində  maraqlı  bir  sual  verir:  “Müsəlman  qadının 
xilas olmağa həqiqətənmi ehtiyacı vardır?” Müəllif qeyd edir ki, 
“xilasetmə” dedikdə anlamaq lazımdır ki, onları nədən və kim-
dən xilas etmək lazımdır? Onların hicab örtməsi – azadlığı boğan 
əsas simvoldur? İslam qaydasına uyğun azadlıq mümkündürmü? 
(Abu-Lughod, L., 2002). Heç bir başqa mədəniyyəti islam mə-
dəniyyətinə  güclə  sırımaq  mümkün  deyildir,  başqa  mədəniyyət 
üçün problem görünən bir məqam islam mədəniyyəti üçün nor-
mal haldır. Onlar üçün məhdudiyyət kimi görünən dəyərlər islam 
mədəniyyəti  üçün  normal  qəbul  edilən  dəyərlərdir.  Müsəlman 
qadınlarına azadlıq verməyin yolunu bu şəkildə görənlərə L.R. 
Syukiyaynen haqlı olaraq belə cavab verir: Bəzən deyirlər, “bü-
tün müsəlman qadınlarını azad etmək lazımdır! Onların çadrası-
nı, hicabını, niqabını açıb atmaq lazımdır, onların üzünü, qolla-
rını, ayaqlarını gizlədən geyimləri çıxartdırmaq lazımdır”. Mən 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə