Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə88/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   84   85   86   87   88   89   90   91   ...   95

Ki̇fayət  Ağayeva
270
əminəm ki, belə bir şey edilsə, bir saatın içərisində onların 15 %-i 
ölər, çünki bu, onlar üçün faciə, həyatlarının sonu olar, bu, onlara 
həyatlarını əzablardan xilas etmək kimi deyil, həyatlarının kabu-
su kimi görünə bilər (Сюкияйнен, Л.Р., 1998).    
Heç vaxt müsəlman qadının hicabını açmaqla onu “azad et-
mək” və ya “xoşbəxt etmək” olmaz (Sovet dövründə bu təcrübə 
oldu). Əsas onu anlamaq lazımdır ki, əksər müsəlman qadını üçün 
hicab islam əlamətindən çox onların namus, qeyrət simvoludur 
və onlara görə ləyaqətli qadın hicabsız insanlar arasına çıxa bil-
məz. Qurana görə, müsəlman qadının bədənini (əl və ayağından 
başqa) özgə kişinin görməsi qadağandır (haram). Hicab örtməklə 
onlar müqəddəs kitabda yazılanlara əməl edirlər, çünki qadınların 
yerinə yetirilməsi vacib olan əməllərindən ən əsasları namusla-
rını  qorumaqlarıdır:  “Ya  Peyğəmbər!  Zövcələrinə,  qızlarına  və 
mömünlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşa-
masınlar  deyə,  bədənlərini  başdan  ayağa  gizlədən)  çarşablarını 
örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduq-
larının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha mü-
nasibdir. Allah bağışlayan və rəhm edəndir!” (“əl- Əzhab” surə-
si, 59). Burada qadınlar arasında da ayrı-seçkiliyə təsadüf edilir, 
çünki cariyələrin hüququ digər qadınlardan daha məhduddur. Bu 
da düzdür ki, qadınların bunu məcburən deyil, könüllü etmələri 
əsas şərtdir. Əlbəttə, bu ayrıca bir tədqiqat işinin mövzusudur və 
bu məqamda paradoksal hallara həddən artıq çox təsadüf olunur, 
çünki Quranda yazılanlarla, reallıq arasında da kifayət qədər zid-
diyyətlər  mövcuddur. 
Onu da qeyd etmək lazımdır ki, müasir islam cəmiyyətlərində 
bütün müsəlmanlar avropalıların bu fikirləri ilə razı deyillər, onlar 
düşünmürlər ki, hicab açmaqla onlar azad, örtməklə asılı olurlar. 
Onlara görə qadın azadlığının və asılılığının hicabla heç bir əlaqəsi 
yoxdur. Hicabın gender diskriminasiyası kimi hesab olunması və 
azadlıq prinsipinin pozulması ilə heç bir əlaqəsi yoxdur. Bir çox 
hallarda, hətta ən müasir müsəlman ölkələrində də çox proqres-


ABŞ-da gender m
əsələləri
271
siv, ictimai-siyasi arenada fəal qadınlar hicab örtürlər, ABŞ-da da 
kifayət  qədər  fəal  həyat  tərzinə  sahib  miqrant  müsəlman  qadın-
lar hicab örtürlər, bəzən bu məcburiyyətdən deyil, qadınların öz 
seçimlərindən irəli gəlir. Bu qadınların aktiv sosial həyatları var, 
potensiallarını  realizə  etmələri  üçün  imkanları  var.  Dini  əqidə-
nin bu vəzifələri yerinə yetirilməsində heç bir maneçiliyi yoxdur 
(Деминцева Е.Б., 2009). Buna 2001-ci ilin 1 sentyabr hadisəsin-
dən sonra Yeni Orleanadan olan 21 yaşlı jurnalist və yazıçı Tereza 
Korbinin islamı qəbul etməsi faktını misal gətirmək olar. CNN-ə 
müsabiqə verən həmin qadın bunları söyləmişdir: Başıma bağla-
dığım örtük mənim əllərimi bağlamır, o əzilmənin göstəricisi de-
yildir. Örtük mənə mane olmur, təəccüblü olsa da, islam tamamilə 
mənim feminist idealımla üst-üstə düşür (Corbin, T., 2015).  
Müsəlman qadınların hüquqi müstəvidə diskriminasiyaya mə-
ruz qalması amili bir az şişirdilmişdir. Qadının emansipasiyasının 
onun geyim tərzi ilə heç bir əlaqəsi yoxdur. Qadın istənilən geyim 
tərzində  həyatın  bütün  sferalarında  kişilərin  əldə  etdiyi  uğurla-
rı əldə edə bilər. İslam mədəniyyətindən xəbərsiz olan amerikalı 
və  avropalının  “müasir  qadın  hansı  keyfiyyətlərə  malik  olmalı-
dır” fikri heç də tam məqbul bir ideya kimi qəbul oluna bilməz. 
Müsəlman qadınına görə də açıq-saçıq geyimləri ilə kişilərlə eyni 
yerdə olmaq normal hal hesab olunmur. Müsəlman qadın bu idealı 
fərqli görür və onlar da amerikalı, avropalı qadınların geyindiklə-
rini bəyənmirlər, lakin onlara nə cür geyinmək barədə dərs vermək 
istəmirlər. Müsəlman qadının ideal gördüyü tam başqadır, onların 
düşüncəsi Qərb qadının düşüncəsindən köklü fərqlənir. Amerikalı 
qadınların “öz bədənlərinə ehtiramla yanaşmamaları”, hədsiz al-
koqol  qəbul  etmələri,  siqaret  çəkmələri,  nikahdan  öncə  kişilərlə 
intim  münasibətə  girmələri  və  s.  müsəlman  qadınlarının  kəskin 
tənqidinə səbəb olur (Hu, Ch.; Pazaki eds., 2009:55).  
İslamı  müasir  müsəlman  qadınına  qarşı  diskriminasiyanın 
qaynağı hesab etmək və “aksenti dini mənsubiyyətin üzərinə qoy-
maq”, miqrasiyanın, miqrantların inteqrasiyasının müzakirəsində 


Ki̇fayət  Ağayeva
272
tez-tez səsləndirilən fikirlərdir (Летняков, Д.Э., 2015). Son vaxt-
lar bu mövzular miqrantlarla bağlı bu istiqamətdə aparılan bir çox 
sosial-siyasi müzakirələrin ən popyular mövzularıdır. Əksər Şərq 
ölkələrində qadın hüquq və azadlığının təmin olunmamasının is-
lamla heç bir əlaqəsi yoxdur. Təcrübə göstərir ki, qadınlarla bağ-
lı yaranan problemlərin səbəbi islam yox, daha az önəm verilən 
mədəni və sosial-iqtisadi amillərdir (məsələn, patriarxallıq, sonu 
bilinməyən iqtisadi böhran, yoxsulluq, insanların aşağı səviyyə-
də yaşaması və s.) və bu amillər müsəlman qadınlarının həyatını 
məhv edir. 
İslam Amerika  multikulturalizmi  üçün  təhlükədirmi? 
Son  dövrlərdə  müxtəlif  mədəniyyətlər  əmək  miqrasiyası  adı 
altında  Qərb  dünyasına  daşındılar  və  bu  da  multikulturalizm 
üçün  yeni  problemlər  yaratdı.  Türkiyə,  Şimalı Afrika,  Yaxın 
və  Orta  Şərqdən ABŞ-a  üz  tutan  müsəlman  miqrantlar  ölkə-
ni onların təbirincə desək, “islam adlı böyük bir risklə üzbəüz 
qoydular”. 
Tarixdə iki hadisə Qərb dünyasını islam dininin böyük tə-
sirinə məruz qala biləcəyini sübut etmışdir. Birincisi, Osmanlı 
imperiyasının  İspaniyanı  işğal  edib  Kordiv  xalifətini  yarada 
bilməsi, ikincisi, Osmanlı imperiyasının Avropanın böyük bir 
qismini zəbt edib Venaya qədər gəlib çıxa bilməsi hadisəsidir. 
Hər  dəfə  imperiya  zəifləyəndən  və  ya  çökəndən  sonra Avro-
pada nümayişkarcasına islam dininə dözümsüzlük göstərilirdi. 
Elə İspaniya və Balkanlarda uzun illər kök salmış islam mə-
dəniyyətinin sıxışdırılması və məhvi Qərbin islama olan mü-
nasibətinə  yaxşı  misaldır.  Düzdür,  indi  vəziyyət  bir  az  başqa 
şəkil almışdır. Əmək miqrantları Avropaya aqressor kimi gəl-
mirlər, onlar hətta cəmiyyətin önəmli qatlarına da daxil olmağı 
bacarırlar. Bu səbəbdən də, Avropa, Amerika islamla əvvəlki 
metodlarla mübarizə apara bilmək qabiliyyətinə malik deyil və 
çox yəqin ki, onlar islamın bu yeni dalğası ilə mübarizə apar-
maqda çətinlik çəkirlər. Qərb dünyasında yaşayan müsəlmanla-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə