Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə91/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   87   88   89   90   91   92   93   94   95

ABŞ-da gender m
əsələləri
279
işləmək məcburiyyətində qalan bacımdan fərqli olaraq, mən gülə-
rüzlü müəllim yanına, günəş işığı və musiqili sinif otağına gətiril-
dim” (Antin, Mary, 1912:199). Yəhudi miqrantların sosial mobil-
liyi də genderləşmişdi, oğlanlar həkim və ya hüquqşünas olmaq, 
qızlar isə müəllim olmaq üçün kolleclərə yollanırdılar. Əlbəttə, 
I Dünya Müharibəsindən əvvəlki dövrdə heç orta məktəbi belə 
bitirməyən çoxsaylı yəhudi miqrant oğlanlar müharibədən sonra 
uğurlu biznesmen olmağı bacarmışdılar. Qızlardan da satıcı və ya 
kommersiya işçisi kimi işləyənlər var idi. Təəssüf ki, müəllim-
likdən başqa digər ixtisaslar üzrə kolleclərdən məzun olan qız və 
qadınlara evlənəndən sonra işləməyə icazə verilmirdi. 
Yəhüdilər təhsilə çox önəm verirdilər, hər vasitə ilə övladla-
rın təhsil almalarına yardım edirdilər. Gənc yaşlarında təhsil ala 
biməyən yəhudilər imkan düşən kimi gecə məktəbində, kollecdə, 
xeyriyyəçilərin təşkil etdiyi pulsuz kurslarda təhsil alırdılar. On-
lar  təhsilə  amerikalılığın  simvolu  kimi  baxırdılar.  1906-cı  ildə, 
yeniyetmə yaşlarında Amerikaya gələn bir qadın öz xatirələrində 
belə yazır: “Mən Amerikaya getmək istəyirəm. Mən öyrənmək 
istəyirəm. Mən həyat görmək istəyirəm və mən məktəbə getmək 
istəyirəm” (Kramer and Masur 1976 :8). Sosioloqların apardığı 
araşdırmalara  görə,  1920-ci  illərdə  çoxsaylı  yəhudi  qadın  gecə 
məktəblərini bitirmişdilər. 1925-ci ildə Filadelfiya gecə məktəbin 
şagirdlərinin 75 %-i yəhudi qadınlar idi. Bu o miqrant qadınlar 
idi ki, ən böyük arzuları təhsil almaq idi, lakin Amerikadan əv-
vəl yaşadıqları ölkələrdə dünyəvi təhsil imkanlarından məhrum 
idilər və iqtisadi şəraitləri pis olduğu üçün onlar məktəbə də gedə 
bilməmişdilər. Onlar bu arzularına Amerikaya köçdükdən sonra 
çatdılar. I Dünya Müharibəsindən bir az əvvəl Amerikaya gələn 
gənc yəhudi qadın bunu sonralar öz yazılarında belə ifadə edirdi:  
“Mən hər zaman təhsil almaq istəyirdim. Mən heç vaxt təhsil ala 
bilmirdim” (Weinberg, Sydney Stahl, 1988 :167).  
 Amerikaya gələnə qədər yəhudi qadınların yerli yəhudi mək-
təblərində təhsil almaq şansı çox az idi, belə şansı əksər hallarda, 


Ki̇fayət  Ağayeva
280
kişilərə verirdilər. Yəhudilərin əvvəl yaşadıqları ölkədə bu adət-
ənənə böyük yer almışdı və Amerikaya köçdükdən sonra da yəhu-
di icmaları arasında bu adət-ənənə yenə də davam edirdi. Yəhudi 
gənclərin  amerikasayağı  identifikasiyaya  sahib  olmalarında  bu 
ölkədə aldıqları təhsilin çox böyük təsiri var idi. Hətta Amerika-
ya köçəndən sonra da sinoqoqlarda pulsuz təhsil almaq üçün kişi 
miqrantlara daha çox yer verirdilər. Din xadimlərinə görə, təhsil 
kişilərə daha çox lazım idi, qadınların ən ümdə öhdəliyi ailədaxili 
vəzifələri idi. Əksər yəhudi qadınların ictimai fəaliyyəti cümə gün-
ləri ənənəvi nahar hazırlamaqla, yəhudi festivalını təşkil etməklə 
məhdudlaşırdı. Qadınların ən əsas öhdəlikləri yəhudi milli dəyər-
lərini qoruyub saxlamaq və onları gələcək nəsillərə ötürmək idi.     
Amerikaya köçən yəhudi qadınlar bura gələnə qədər əldə et-
dikləri əmək vərdişləri sayəsində Amerika iqtisadiyyatında özlə-
rinəməxsus uğur qazana bildilər. Bunun sayəsində onlar tezliklə 
effektiv istehlakçıya çevrildilər və evdə istehsal etdikləri əmtəəni 
Amerika bazarlarına çıxarmağı bacardılar. Amerikada sosial isla-
hatçıların fikirlərinə görə, Amerikaya çoxdan gələn yəhudi köç-
künlərin orta sinif, təhsilli və yüksək səviyyəli qız nəvələri güclü 
potensiala malik idilər və bu qadınların potensialından düzgün is-
tifadə etmək lazım idi. Sosial islahatçılar miqrant qadınların milli 
dəyərlərini qiymətləndirirdi və cəmiyyətin düzənində onların bö-
yük rolu olduğunu dərk edirdilər. Onlar keyfiyyətli amerikalılar-
dan ibarət cəmiyyət formalaşdırmaqdan ötrü bu kimi miqrantların 
potensialından istifadə etmək istəyirdilər.
Sosial islahatçılara görə, ən təhlükəli məsələ Amerikada yaşa-
yan digər miqrantların yəhudilərə qarşı antisemitist (yəhudi oldu-
ğu üçün onlara bəslənilən düşmənçilik hissi) ideyaları gündəmə 
gətirə bilmələri idi. Onlar heç də miqrantların hamısına orta sinif 
amerikalı modelini aşılamaq istəmirdilər, çünki bununla onların 
milli dəyərlərinə xələl gətirilərdi. Onlar multikultural dəyərlərə 
daha çox üstünlük verdikləri üçün bu məsələlərdə ehtiyatlı olmaq 
istəyirdilər.  Sosial  islahatçılar Amerikanın  orta  sinif  modeli  ilə 


ABŞ-da gender m
əsələləri
281
uyğun gəlməyən miqrantların davranışını “deviant” adlandıran-
lara qarşı çıxırdılar. 
Amerika  yəhudilərin  son  yüzillikdəki  miqrasiya  tarixinə 
nəzər salsaq, bir çox dəyişikliklərin şahidi olarıq. Amerika təd-
qiqatçıları  1920-ci  ildən  sonrakı  dövrü  ikinci  era  adlandırırlar 
ki,  bu  da  iki  mərhələyə  bölünür.  Birinci  mərhələ  1925-ci  ildən 
1945-ci ilə qədər davam edir; ikinci mərhələ isə II Dunya Müha-
ribəsindən 1960-cı illərə qədərki dövrə təsadüf edir. İlk 20 ildə 
yəhudi ailələrində kifayət qədər sosial dəyişikliklər baş verdi. II 
Dunya Müharibəsindən sonrakı dövrdə, demək olar ki, yəhudilər 
tamamilə  amerikalılaşmışdılar  və  ölkənin  müharibədən  sonrakı 
iqtisadi  yüksəlişindən  faydalanmağa  can  atırdılar.  1920-ci  ildə 
yəhudi  miqrantların  ilk  nəsli  “yəhudi  cəmiyyətinin  üzvü  kimi 
özlərini təsdiqlədilər” (E.P. Hutchinson, 1956: 13). “İkinci nəslin 
nümayəndələri  hakim  cəmiyyətin  dəyərlərinə  sahib  olmağa  səy 
göstərməyə başladılar, münaqişə toxumlarını ... cəmiyyət içərisinə 
səpdilər”  (Kramer  and  Leventman,  1961:753-54).  1940-cı  ildə 
Amerika yəhudiləri orta sinif Amerika ailəsinin modelinə uyğun 
gələn ən uğurlu miqrant qrup idi. II Dunya Müharibəsindən sonra-
kı dövrə təsadüf edən qızıl illərdən ən çox bəhrələnən elə Amerika 
yəhudi ailələri idi, lakin bu dövrdə yəhudi əhalisinin ətraf ərazilərə 
yayılması yeni bir yəhudi identifikasiyasının formalaşmasına gəti-
rib çıxardı. Ətraf ərazilərdə, böyük şəhərlərdən kənarda yaşamaq 
qadın  və  kişilərin  həyat  tərzlərində  böyük  dəyişikliklərə  səbəb 
oldu. Bu yeni məkan onlardan yeni biznes vərdişləri və yeni qabi-
liyyətlər tələb edirdi. Yaxşı təhsil görmüş qadınlar kişilərdən daha 
güclü idilər... Bu ənənəvi yəhudi ailələrində baş verən ən güclü 
dəyişiklik idi. Dinə görə, ailənin böyüyü ata idi, o, ailənin maddi 
təchizatçısı və uşaqların təhsil almağının əsas təminatçısı idi. Qor-
donun qeyd etdiyi kimi, artıq bu keyfiyyətlər nəzəriyyədə qalmaq-
da idi, təcrübədə vəziyyət başqa idi. Bu dövr Amerika cəmiyyətin-
də mədəniyyətin, cavabdehliyin ötürülməsi dövrü idi (A.İ.Gordon, 
2017). Yəhüdilərin keçid dövründən bəhs edən Qordon öz əsərində 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə