Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə93/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   87   88   89   90   91   92   93   94   95

ABŞ-da gender m
əsələləri
285
daxil olunmalıdır və onu tədris edəndə əsas ideya ondan ibarət ol-
malıdır ki, bu terrorun arxasında dayananlar Amerikanın demok-
ratik və sülhsevər siyasətini sevməyənlərdir. Təhsil sahəsində ki-
fayət qədər tanınmış, prezident Reyqanın dövründə ABŞ Təhsil 
Departamentində fəaliyyət göstərən Çester Fin, tədris işçilərinə 
“Amerika stilli patriotizmi tədris edin” tövsiyəsini edirdi.   
Məktəblərdə  “fərqliliyə  hörmət”  prinsipi  təlqin  olunmalı-
dır, lakin reallıqda bu ideya müxtəlif üsullarla misinterpretasiya 
olunur.  Proqressiv  multikulturalistlərə  görə,  fərqliliyə  hörmət 
deyəndə  etnik  azlıqların  görüşlərinə  hörmət  nəzərdə  tutulur  və 
tələbələrə həqiqəti söyləmək məsləhət görülür. Onların fikrincə, 
fərqliliyə  hörmət  demək  o  anlama  gəlir  ki, Amerika  cəmiyyəti 
müxtəlif etnik qrupların kombinasiyasından yaranmışdır və on-
larla münaqişə etmək, onlara qarşı diskriminativ münasibət bəs-
ləmək deyil, onlara bərabərlik imkanı yaratmaqdır, əks halda bu 
onları antoqonizmə sürükləyəcəkdir. Ona görə də, cəmiyyətin in-
kişafında heç də az rolu olmayan azlıqların təcrübələrini Amerika 
tarixi dərsliklərinə daxil etməmək elə onlara qarşı diskriminasiya 
etmək  deməkdir.    
Dərsliklərdə çatışmayan cəhət təkcə etnik azlıqların tarixini 
çox az işıqlandırmaq deyil, bundan az önəm daşımayan, Ameri-
ka əhalisinin yarısını təşkil edən qadınların tarixdə qoyduğu iz-
lərin dərsliklərə daxil edilməməsi, onların az təbliğ olunması da 
tarix kitablarını natamam edir. 1997-ci ilin dərsliklərində tarixi 
hadisələrin illustrasiyasının 85.3 %-ini kişi şəkilləri təşkil edirdi. 
Hətta son dövrlərin, məsələn, 2003-cü ilin dərsliklərində konser-
vatizmə hələ də təsadüf olunur. 2003-cü ilin dərsliklərində cəmi 
22.1 % qadın illustrasiyası yer almışdı. Artıq müasir Amerika fo-
toqrafları qadın şəkillərini dərsliklərə daxil etmişlər və bu da mul-
tikulturalistlərin apardığı mübarizənin nəticəsidir (McGraw-Hill, 
2006: 137). Bəzən də dərsliklərdə qədim dövrlər təsvir olunur, 
anonim şəkillər verilir və nədənsə, bunların hamısı kişi şəkilləri 
olur ki, bu da multikulturalist ideya və yanaşmalara ziddir.  


Ki̇fayət  Ağayeva
286
 Multikulturalistlər çətinliklə də olsa, etnik qruplara qarşı dis-
kriminasiya ilə mübarizə aparırlar. XIX əsrin sonu və XX əsrin 
əvvəllərində qaradərililərə, çinlilərə meksikalılara qarşı açıq-ay-
dın diskriminativ müzakirələr olurdu və konservativ qruplar da 
onları dəstəkləyirdilər. Amerikanın gündəlik mətbuatında diskri-
minasiyanın artıq keçmişdə qalması qeyd olunsa da, hələ də onun 
elementlərinə rast gəlmək olur.   
1950-ci  və  1960-cı  illərin  Vətəndaş  Hüquqları  Hərəkatı 
diskriminasiyaya qarşı axıra qədər mübarizə apardılar və bu da 
cəmiyyətin  ən  böyük  uğuru  hesab  olunmalıdır.  Əsərlərində  bu 
problemlərdən  ətraflı  bəhs  edən  MakQro-Hil  “Sivil  Hüquqlar 
Hərəkatı” adlı fəslini belə yekunlaşdırır: “Diskriminasiya hələ də 
mövcuddur, lakin bizim ölkəmiz “hər kəsə azadlıq və hər kəsə 
ədalət” idealına yaxınlaşmışdır. Cesse Cekson və Koretta Skot 
Kinq, Martin Lüter Kinqin dul qalmış həyat yoldaşları kimi ta-
nınmış qadın liderlər bu hərəkatın mirasını yeni minilliyə qədər 
daşıya bilmişlər (Yenə orada, səh.138). Davamlı tərəqqi konteks-
tində ölkə vətəndaş ideallarına qarşı aparılan ayrı-seçkilik siyasə-
ti multikulturalizmin mütərəqqi tərəfdarlarının ideayaları ilə üst-
üstə düşə bilməz. 
Martin Lüter Kinq keçid dövrünün pedaqoqikasına belə mü-
nasibət  bildirmişdir:  “Bizim  cəmiyyətdə  vəziyyət  ədalətsiz  gö-
rünür. Biz tələbələrimizin ədalətli yetişməsi üçün onlara ədalət-
sizliklə  mübarizə  aparmağın  yollarını  öyrətməliyik”.  Məsələn, 
Amerikada tarix dərsliklərində II Dünya Müharibəsində Ameri-
ka-Yaponiya konflikti çox ədalətsiz şəkildə təsvir olunur. İndi ar-
tıq həqiqəti demək zamanı gəlib çatmışdır. Kimsə bu müharibədə 
Amerikanın  ədalətli  olmasını  söyləyə  bilməz. Amerikalı  yazar-
ların arasında bu müharibədə Amerikanın ədalətli olmasını qeyd 
edənlər kifayət qədərdir, lakin bu müəlliflər heç bir tərəfdən Ame-
rikaya haqq qazandıra bilməz.         
Ümumiyyətlə,  multikulturalizmin  liberal  məqsədləri  əhə-
miyyətli dərəcədə zərər görsə də, sonda amerikalıların kollektiv 


ABŞ-da gender m
əsələləri
287
 şü urunu dəyişdirmək mümkün olmuşdur. Amerika haqqında qə-
tiyyətlə demək olar ki, bu cəmiyyət çoxmədəniyyətlidir. Təfər-
rüatlar dəyişə bilər, lakin hələ də Yaponiya Amerika müharibəsin-
də ABŞ-ın bu ölkəyə vurduğu ziyanlar tam açıqlanmır və dərslik-
lərdə bunlar obyektiv işıqlandırılmır. Tarix kitablarında təkcə bu 
müharibə haqqında qeyri-düzgün məlumat verilməmişdir, digər 
az önəm kəsb etməyən mühüm tarixi hadisələr (məsələn, Vyet-
namla olan müharibə) də vardır ki, bunlar da dərsliklərdə düzgün 
işıqlandırılmamışdır.  Tarix  dərsliklərində  həqiqət  yazılmayana 
qədər,  millətlər  arasında  ədalət  bərpa  edilməyəcək,  milli  azlıq-
lar  öz  keçmişini  bilməyəcək  və  milli  azlıqlardan  olan  qadınlar 
gender  bərabərliyi  siyasətindən  bəhrələnməyəcəkdir.  Nəticədə, 
fərqliliyə  hörmət  olmayacaq,  mədəniyyətlərarası  ziddiyyətlər 
kəskinləşəcək və multikulturalizm qarşısına qoyduğu məqsədlərə 
çatmayacaqdır.  
Nəticə. XX əsr tarixə “total qloballaşma” dövrü kimi daxil 
oldu və bu insan fəaliyyətinin bütün sferalarına təsir etdi. Hələ 
1919-cu ildə Paris Sülh Konfransında çıxış edən amerikalı dip-
lomat Stenart Beker belə bir bəyənat verdi: “Parisi Moskva ol-
madan  başa  düşmək mümkün  deyil.” Millətlər Liqası və BMT, 
YUNESKO,  YUNİSEF,  dünya  qlobal  İnternet  şəbəkəsi,  trans-
milli  korporasiyalar,  Avropa  İttifaqı  və  sair  şəbəkələr  iqtisadi, 
siyasi,  sosiomədəni  sərhədlərin  silinməsinin  parlaq  sübutudur 
(Ф.Фукуяма,  1992).  
Qloballaşma etnomədəni qrupların özünüdərk prosesinə tə-
kan verdi və müxtəlif mədəniyyətlərin yaxınlaşmasına imkan ya-
ratdi. Mədəniyyətlər arasında fərqlərin “yuyulma”sı milli kimlik 
böhranına gətirib çıxardı və “Biz kimik? Haradan gəlmişik? Hara 
gedirik?” sualların cavabını intensivləşdirdi. Beləliklə, “özümü-
zünkülər” və “yadlar” arasında demarkasiya (sərhəd) xətti çəkildi. 
Bununla da qloballaşmanın çağırışına cavab olaraq özünəməxsus 
bəşəri “qaynar qazan” əmələ gəldi və bu, mədəni plürazmin sim-
volu oldu.    


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə