Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə94/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   87   88   89   90   91   92   93   94   95

Ki̇fayət  Ağayeva
288
Sözsüz, iki ziddiyyətli başlanğıcdan (qloballaşma və multikul-
turalizm) əmələ gələn bu maraqlı mədəni fenomen Amerika mədə-
ni məkanı üçün yeni bir zəmin yaratdı. ABŞ-da bir tərəfdən, ikinci 
dərəcəli hesab edilən ənənəvi dəyərlərlə (etnik, milli, sivil) qlobal 
dəyərlər müqayisə olunur və Amerika qloballaşma ideyaların və 
ümumbəşəri dəyərlərin fəal təbliğatçısı qismində çıxış edir, digər 
tərəfdən isə, XX əsrin ikinci yarısında müasirlik haqqında forma-
laşan  elmi  anlayışda  qloballaşma  və  multikulturalizm  haqqında 
tərəddüd  hiss  olunur.  Burada  “qaynar  qazan”la  bağlı  ziddiyyətli 
ideyalar  səsləndirilir  və  sanki  multikultural  dəyərlərdən  narahat 
kimi  görünürlər.  Dillərinə  gətirməsələr  də,  bu  hətta  akademik 
sferalarda aydın hiss olunur. Məsələn, Amerikanın elmi-publisist 
səhifələrində hələ də “afro-amerikalılar” kimi xalqların nümayən-
dələrinə  az  rast  gəlinir.  İnsan  faktoru  ilə  əlaqəli  elmlərdə  “ikili 
standart”lara  yer  verilir.  Amerikada  mədəni  universalizm  kimi 
guya “qlobal mədəniyyət”ə üstünlük verilir, lakin bu “qlobal mə-
dəniyyət”in əsas elementləri elə dominant xalq kimi tanınan Avro-
pa mənşəli xalqların mədəniyyətidir. Bu prinsipləri əlində rəhbər 
tutan ABŞ, daxili siyasətində avropalıların mədəni elementlərinə 
üstünlük verir, digər xalqların mədəni dəyərlərinə dildə önəm ver-
sə də, əslində onları sıxışdırır. ABŞ təkcə bununla kifayətlənmir, o 
həmçinin xarici siyasətində liderlik iddiasındadır, bütün dünyaya 
öz prinsiplərini diktə etmək istəyir. 
ABŞ dünya liderliyinə iddia etmə istəyini bəzən heç gizlət-
mir və yeganə “qütb” yaratmaq iddiasında olduğunu açıq bəyan 
edir. ABŞ rəsmi şəkildə iki tendensiyanı həyata keçirmək istəyir: 
qloballaşma və mədəni plüralizm. O, mədəni plüralizmin realizə-
sində, “ikili standart”ı tətbiq edir. Qloballaşma mövqeyində da-
yanan  dünya  ictimaiyyəti  öz  dövlətlər  daxilində  etnik  və  digər 
mədəniyyətlər arasında sərhədləri qoruyurlar. Nəticədə, ABŞ-ın 
multikultural mövqedən bu şəkildə çıxış etməsi, İ.Krılovun “Qu 
quşu, durnabalığı və xərçəng” təmsilini xatırladır, çünki Ameri-
kanın bəyan etdiyi multikulturalizmlə reallıqda yürütdüyü siyasət 


ABŞ-da gender m
əsələləri
289
buna uyğun gəlmir. Bu siyasət ölkəni müxtəlif istiqamətlərə çəkir 
və bu da multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinə 
mane  olur.  Şərti  mənada  bütün Amerika  mədəniyyəti  çoxsaylı 
parçalara  bölünmüş  nəhəng  qayaya  bənzəyir  və  bu  qalıqlardan 
heç cür yenidən möhtəşəm qayanı yaratmaq mümkün deyil, ABŞ-
da mövcud olan çoxsaylı xalqların mədəniyyətini də birləşdirib 
dövlət birliyi yaratmaq olmur. Bu ideya Amerikanın elit ziyalıları 
tərəfindən neqativ qarşılanır. Bütün deyilənləri ziyalılar Amerika 
elit təbəqənin oturuşmuş dəyərləri, “Müstəqillik Deklarasiyası”, 
ABŞ-ın Konstitusiyası, demokratik missiyaları üçün real təhlükə 
hesab edirlər. 
Amerikada lokal səviyyədə baş verən proseslər bütün dün-
ya ölkələrində gedən prosesləri xarakterizə edir. Bəzi ziyalı tə-
bəqələrin fikrinə görə, Amerikada 11 sentyabr hadisəsi və ondan 
sonrakı dövrdə digər ölkələrdə baş verən teraktlar elə plüralizm 
və  tolerantlıqdan  qaynaqlanır.  Təkcə  Amerika  alim  və  siyasi 
mütəfəkkirləri deyil, bütün dünya ziyalıları mövcud situasiyadan 
çıxış yolunu axtarırlar. Bu gün dünyada baş verənlər dünyamızı 
xilas etmək yolunda mütərəqqi addımlar atmağımızın zəruriliyini 
bir daha gündəmə gətirir. Bəşəriyyət dünyamızı xilas etməkdən 
çox  onu  dağıtmaqda  israrlı  olan  nüfuzlu  təbəqələrin  qarşısında 
hələ ki, acizdir.     
Mültikulturalizmlə bağlı aparılan tədqiqat nəticəsində verilən 
proqnoz, təəssüf ki, urəkaçan deyildir, sanki “dünyanın son”u lap 
yaxındadır, hansısa oyunçular öz maraqlarına görə oyunun sonu-
nu uzatmaqla məşğuldurlar. Onlar sanki bunu süni şəkildə edir-
lər. Əlbəttə, XXI əsrdə yaşayırıq, “sivilizasiyaların toqquşması” 
dövrüdür,  lakin  əsrin  qabaqcıllarının  əsas  vəzifəsi  qeyd  olunan 
ssenarinin  realizə  olunmasına  mane  olmaqdır.  Əslində,  üçüncü 
minillik  multikultural  problematika  müstəvisində  qeyd  olunan 
problemləri həll etmək gücünə malikdir.   
Tədqiqatda əsas aksent multikultural kontekstdə demokratik 
siyasətdə nəzərə çarpan gender bərabərliyi ilə etnik müxtəliflik 


Ki̇fayət  Ağayeva
290
arasında yaşanan gərginliyin üzərinə qoyulmuşdu. Araşdırmada 
həmçinin ABŞ-da siyasi xadimlərin gender bərabərliyi ilə etnik 
müxtəliflik  arasında  yaşanan  münaqişə  və  müzakirələrin  inter-
pretasiyası  diqqətə  çatdırıldı.  
Bəhs  edilən  kontekstdə  miqrasiyanın  artması,  gender  bəra-
bərliyi ilə etnik azlıqlar arasında yaşanan gərginlik, təkcə aparıcı 
siyasi  xadimlər  arasında  deyil,  həmçinin  vətəndaş  cəmiyyətlə-
ri təşkilatlatları (qadın və miqrant təşkilatları da daxil olmaqla) 
üçün də mübahisə doğuran siyasi məsələlərə çevrilmişdir.
  ABŞ-a inteqrasiyaya olan müxtəlif yanaşmalara rəğmən, bu-
rada  etnik  azlıqların  marginallaşdırılması  ilə  əlaqəli  həm  əmək 
sferasında,  həm  də  cəmiyyətin  özündə  oxşar  problemlər  möv-
cuddur.  Feminist  alimlər ABŞ-da  qadınların  gender  bərabərliyi 
ilə mədəniyyət müxtəlifliyi ətrafındakı bənzər gərginlik və mü-
naqişələri müəyyənləşdirmişlər. Bu araşdırmalar demokratiya və 
miqrasiyanın kəsişməsi barəsində tənqidi suallar əmələ gətirir və 
məlum olur ki, heç də bəhs etdiyimiz  məkan bütün qadınlara eyni 
cür  dəyər  vermir. Araşdırmalardan  bu  nəticəyə  gəlmək  olar  ki, 
ailə, demokratiya və milli dəyərlər arasında yaranan ziddiyyətlər 
və ictimai siyasət, diskurslar və vətəndaşlıq normaların çarpazlaş-
ması ilə bağlı aparılan tədqiqata həqiqətən ehtiyac vardır. Təəssüf 
ki,  araşdırmanın  sonunda  aşağıdakı  sualların  cavabları  hələ  də 
açıq qalır. İnsanlar gündəlik həyatlarında gender, sinif və etnik-
liklə əlaqəli geyri-bərabərliyin çarpazlaşmasını təcrübədən necə 
keçirirlər? ABŞ-dakı vətəndaşlıq və gender-bərabərliyi modelinə 
miqrant qadınların daxil ola bilməsi üçün hansı imkan, hansı po-
tensial və hansı baryerlər mövcuddur?  
Vətəndaşlıq,  demokratiya,  multikulturalizm,  miqrasiya  və 
gender-bərabərliyi norma və dəyərləri arasındakı əlaqələrə miq-
rant  qadın  perspektivindən  yanaşanda  maraqlı  suallar  meydana 
çıxır. Onlara görə, çoxluq və azlığın mədəniyyətlərində gender 
konfliktlərinə diqqət yetirilsə, gender məsələlərinə həssas yana-
şılsa,  bir  çox  qurumların  özlərinin  tədqiqata  ehtiyacı  olduğunu 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə