Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə89/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   85   86   87   88   89   90   91   92   ...   95

ABŞ-da gender m
əsələləri
273
rın demoqrafik göstəriciləri, yəni onların sayının sürətlə artması, 
islam dininin popyularlaşması bu ölkələrin qarşısında yeni öhdə-
liklər qoyur və Qərb ölkələri bunu özləri üçün böyük təhlükə he-
sab edirlər. Elə islamafobiyaya səbəb də islamın Qərb dünyasında 
böyük vüsət almasıdır. 
Qərbdə, o cümlədən ABŞ-da multikulturalizm qorxusu hansı 
dinin  nümayəndələrin  azlıq  və  ya  çoxluq  təşkil  edə  bilməsidir, 
çünki ölkənin köklü elit təbəqəsi əsasən yaşlılardan ibarətdir, əha-
li müsəlmanların hesabına artır. Amerika və Avropanın qərar qə-
buletmədə cəmiyyətin üst təbəqələrində təmsil olunan nümayən-
dələrin əksəriyyəti islam dinini öz cəmiyyətləri üçün ən qorxu-
lu kabus hesab edirlər. Bu səpkidə ən çox həyəcan siqnalı çalan 
xristian din xadimləridir. Bəzi din və siyasi xadimlər Amerika və 
Avropa dövlətlərinin gələcəyi haqqında pessimist proqnozlar ve-
rirlər və qeyd edirlər ki, 2026-cı ildə Qərb dövlətlərində əvvəllər 
əhalinin əksəriyyətini təşkil edən xristianların sayı azalacaq, əvə-
zində müsəlmanların sayı artacaq və ümumiyyətlə, Fransa kimi 
bəzi dövlətlər müsəlman ölkələri olacaqlar.        
ABŞ-da  yəhudi  miqrasiyasının  gender  aspektləri. Ame-
rika  tədqiqatçılarının əksəriyyətinin fikrincə, ölkə  cəmiyyətinin 
formalaşmasına  və  Amerika  iqtisadiyyatının  inkişafına  böyük 
töhfələri olan miqrantlar yəhudilərdir. Yahudilərın Amerikaya gə-
lişinin tarixi çox qədim olsa da, onlar bu torpağa kütləvi şəkildə 
çox sonralar (XIX əsrin sonları) köç etməyə başladılar, ABŞ-ın 
dövlət müstəqilliyinin ilkin illərində yəhudilərin azsaylı olmaları-
na rəğmən, sonralar bu ölkədə onlar aparıcı millətə çevrilə bilmış-
dilər. O dövrdə yəhudilər əsasən Almaniyadan gəlirdilər. Onların 
Amerikaya miqrant kimi gəlişlərinin ilk illərində yerli xalqlarda 
onlara qarşı heç bir antipatiya olmasa da, onların sayı artıqdan 
sonra əhalidə onlara qarşı antisemitizm əhvali-ruhiyyəsi baş qal-
dırdı. Yəhudiləri  digər  miqrantlardan  fərqləndirən  cəhət  ondan 
ibarət idi ki, Amerikaya yəhudilərin təkcə kişiləri deyil, çox vaxt 
bütün ailələri miqrasiya edirdilər. Onların ailələrində hər iki vali-


Ki̇fayət  Ağayeva
274
deyn ödənişli işlərdə çalışırdı, çünki yəhudilər ailələrini iqtisadi 
cəhətdən normal təmin etmək istəyirdilər.  
Qadınların  tarixi  təcrübəsinin  fərqləndirici  xüsusiyyətlərini 
tədqiq  edəndə  onlara  təkcə  ailə  daxilində  deyil,  həmçinin  işdə 
və cəmiyyətdə də nəzər salmaq vacibdir. Genderin tarixi sinfi və 
etnik amillərdən çox asılıdır. Analitik kateqoriya kimi müəyyən 
edilən, sosial və mədəni konstruksiyaya malik olan genderi yeni-
dən öyrənib təyin etmək lazımdır, çünki bu vaxta qədər olan ta-
rixdə əhalinin ən azı tam yarısının təşkil edən qadınların təcrübə-
sindən ya heç bəhs edilməmişdir, ya da çox səthi bəhs edilmişdir. 
“Gender cinslərarası fərqlərin əsasında yaranan sosial əlaqələrin 
əsas elementidir və gender güc əlaqələrini ifadə edən əsas vasitə-
dir ” (Joan Wallach Scott, 1989).  
Gender, sinif, sosial və dini-etnik mədəniyyət amillərinin tə-
siri əsasında formalaşan miqrant yəhudi qadın Amerika cəmiyyə-
tinin siyasi, iqtisadi, mədəni, dini həyatında fəal iştirak etmişdir. 
Yəhudi  kişilərlə  eyni  mirası,  eyni  yaşayış  yerini,  eyni  dəyərlə-
ri  və  hətta  eyni  qurumları  paylaşmağı  bacaran  yəhudi  qadını 
özünəməxsus mədəniyyətini yaratdı və yəhudi kişinin yaratdığı 
səliqəli icmadan daha fərqli icma qura bildi. Yəhudi icmanın qay-
dalarından kənara çıxmadan, yəhudi qadınlar icma daxilində öz 
yerlərini  təyin  etdilər  və  öz  etnik  mənşələrini  unutmayaraq,  oz 
gender, sinfi xüsusiyyətlərini əllərində əsas tutaraq, Amerikanın 
bəxş etdiyi dəyərlərdən faydalanaraq, xüsusi bir mədəniyyət for-
malaşdıra bildilər. Miqrant yəhudi qadınlar digər miqrant qadın-
lardan bir çox fərqli keyfiyyətlərə malik olsalar da, onların təc-
rübəsində yəhudilik hər zaman əsas element hesab olunmuş və 
yəhudi qadınların genderləri fərqli xüsusiyyətləri ilə hər zaman 
seçilmişdir.  
Miqrant yəhudi qadınların mədəni kökləri Yaxın Avropa yə-
hudi mədəniyyətinə gedib çıxır və bu mədəniyyətdə, xüsusilə də 
dini aləmdə qadın və kişilərin rolu kifayət qədər fərqlidir. İcti-
mai-dini sferada bütün nüfuzlu mövqelər kişilər üçün nəzərdə tu-


ABŞ-da gender m
əsələləri
275
tulur və hələ uşaq vaxtlarından oğlanlara sinoqoq və icmada öz 
“düzgün” yerlərini seçmək fikri aşılanırdı. Qızlara da az-çox qey-
ri-formal təhsil verilirdi, onlar həmçinin analarından ailəyə qayğı 
və onun saxlanılması ilə əlaqəli bütün vərdişləri öyrənirdilər.      
Qeyd  etdiyimiz  kimi,  yəhudilərin  Amerikaya  miqrasiyası-
nın tarıxı qədim olsa da, onların Amerikaya kütləvi şəkildə axını 
əsasən 1820-1924-cü illər arası baş vermişdir. XIX əsrin əvvəllə-
rində mövcud olan iqtisadi, sosial və siyasi çətinliklər, sənayeləş-
mə, urbanizasiya milyonlarla avropalı yəhudini əsrlərlə yaşadıqla-
rı torpaqdan “Qızıl Torpağa” - Amerikaya üz tutmağa vadar etdi. 
XIX  əsrin  birinci  yarısında,  yəhudi  miqrantlar  əsasən,  Mərkəzi 
Avropadan  gəlirdilər.  Yəhudilərin  çoxu  Nyu-York,  Filadelfiya 
və Baltimor şəhərlərinə köç edirdilər, alman dilli yəhudi qruplar 
isə Sinsinnati, Albani, Klivlend, Luisvill, Minnepolis, Sent-Luis, 
Nyu Orlans, San-Fransisko və Amerika Birləşmiş Ştatlarının digər 
şəhərlərində məskunlaşırdılar. Digər miqrantlardan fərqli olaraq, 
yəhudilərin əksəriyyəti elə ilk gündən ABŞ-a öz ailələri ilə birlikdə 
gəlirdilər. 1886-cı ildən 1914-cü ilə qədər ABŞ-a gələn miqrantla-
rın 44 %-i qadın idi. Bu illərdə iki milyondan çox yəhudi Rusiya, 
Ruminiya və Avstriya-Macarıstandan gəlmişdi. Yəhudi miqrantlar 
Amerika ailələri ilə çox tez qaynayıb qarışırdı, çünki avropalaş-
mış yəhudi mədəniyyəti ilə Amerika dəyərləri normal bir şəkildə 
sintez oluna bilirdi. Yəhudi miqrant qadınlar sanki bütün miqrant 
qadınların universal xüsusiyyətlərini özlərində cəmləşdirməyi ba-
carmışdılar. Amerikaya gələndə onlar artıq kapitalist iqtisadiyyatı-
nın şəhər həyatı təcrübəsini  mənimsəmışdilər. Amerika sahillərinə 
köç  edən  digər  kənd  mənşəli  köçkünlərdən  fərqli  olaraq,  yəhu-
dilərin böyük əksəriyyəti şəhər kökənlü idilər. Qadınlar kişilərlə 
çiyin-çiyinə  işləyirdi,  ailələr  kiçik  ticarətlə,  məsələn,  ayaqqabı 
tikmə, geyim və digər sahələrdə bizneslə məşğul olurdular və qa-
dınlar bazarda hazır məhsul satmaqla ailələrini iqtisadi cəhətdən 
dəstəkləyirdilər.  Düzdür,  yəhudi  ailələrin  əksəriyyəti Amerikaya 
ailələri ilə birlikdə köçmüşdülər, lakin ailəsiz köçən kişilər də var 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə