Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə90/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   87   88   89   90   91   92   93   94   95

Ki̇fayət  Ağayeva
276
idi. Onlar ailələrinə tam şərait yaratdıqlarına əmin olandan son-
ra onları yanlarına gətirirdilər. Amerikada yəhudi məhəlləsi kimi 
tanınan çoxsaylı rayonlar var idi. Sonradan ərlərinin yanına köçə 
bilən qadınlar, əvvəllər qaldıqları ölkədə uşaqlarını təkbaşına bö-
yütmək  məcburiyyətində  idilər. 
Yəhudi miqrant kişilər digər miqrant kişilərdən daha uğurlu 
idilər və ailələrini daha firavan saxlayırdılar. Çox az yəhudi ailə 
tapmaq olardı ki, orada ailənin xanımı işləsin, lakin işləyən yəhudi 
qadınlara da rast gəlmək olurdu. Ailələr evlərinə yaxın yerlərdə 
iş yerləri açırdılar və çox vaxt bunlar elə öz ailələrinin ticarət ob-
yektləri olurdu. Evin yaxınlığında işləyən qadın həm ailədəki öh-
dəliklərini yerinə yetirirdi, həm də ailənin maddi durumunu yaxşı-
laşdırmaqda ərinə dəstək olurdu. Bəzən ərzaq mağazalarına sahib 
olan ailələrdə kişi mağazada satıcılıq edirdi, qadın evdə bişintilər 
hazırlayırdı və bununla da ailənin təminatını dəstəkləyirdi.   
 Ödənişli iş yerlərinin olmasına rəğmən, yəhudi qadınların ən 
əsas məsuliyyəti ailə idi. Doğrudur, ailəli qadının əsas öhdəliyi ev 
və ailə idi, lakin onlar da öz növbələrində ailə büdcəsini artırma-
ğı özlərinə borc bilirdilər. Hətta bəzi enerjili miqrant yəhudi qa-
dınlar ailə iqtisadiyyatına yardım məqsədilə kiçik sahibkarlıqda 
da özlərini yaxşı mənada sınayırdılar. 1928-ci ildə sosioloq Luis 
Virt  “The  Ghetto”  adlı  kitabında  belə  yazırdı:  “Peil  ənənəsinə 
görə qadınların işlətdikləri mağazalar ... qadınlar... Məksvel (Çi-
kaqo) küçəsinin tacirləri arasında ən uğurluları hesab olunurdu. 
Onlar balıqçılıq, sosis hazırlama və quşçuluq sektorunda mono-
poliyaya sahib idilər (Louis Wirth, 1928:236). Digər qadınlar da 
ailələrinin maliyyə vəziyyətini yaxşılaşdırmaqdan ötrü təşəbbüs 
göstərirdilər. Buna baxmayaraq, hətta biznesdə fəal iştirak edən 
qadınlar da əsasən ev təsərrüfatı məsuliyyətlərini öz üzərilərinə 
götürürdülər.  
 Ərə getməmişdən əvvəl də yeniyetmə qız və gənc qadınlar 
ödənişli iş yerlərində çalışmaqla ailələrini dəstəkləyiridlər. Maa-
şın miqdarı və əməyin bölünməsi genderə görə müəyyənləşdiril-


ABŞ-da gender m
əsələləri
277
diyi üçün, miqrant qızlar qardaşlarından daha az pul qazanırdılar. 
Əsas iş yerləri geyim mağazası olan qız-qadınlar da ata və qar-
daşları kimi, bütün günü işləmələrinə rəğmən, kişilərin aldıqla-
rı maaşın 60 %-ini alırdılar. Gənc oğlanlar işlədikləri pulu yığıb 
saxlayırdılar və gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur-
dular. Bundan başqa, əmək bazarında miqrant yəhudi oğlanlar öz 
bacıları ilə müqayisədə daha imtiyazlı yerlərdə işləyirdilər. Qa-
dınlar isə daha az peşəkarlıq tələb edilən sahələrdə çalışırdılar. 
Ağ yaxalıqlı miqrant yəhudilərin böyük bir qismi kişilər idi. Qa-
dınların işləyib-işləməməklərindən asılı olmayaraq, ailədə əmək 
bölgüsü gendərə görə təyin edilirdi. Qızlar ağır iş günündən sonra 
mütləq ev işlərində analarına kömək etdikləri halda, oğlanlar belə 
işlərdən azad idilər.      
Hələ  1900-cü  ilin  əvvəllərində  ABŞ-da  kifayət  qədər  yə-
hudi  filontropist  cəmiyyətlər  mövcud  idi. Yəhudi  icma  liderlə-
rin təşəbbüsü ilə bu təşkilatlar yardım məqsədilə dul qadınların 
ailələrinə və digər aztəminatlı yəhudi ailələrinə büdcədən 15 % 
yardım ayırmışdı. Bu xeyriyyəçilik təşkilatından başqa, Milli Fə-
rarilik Bürosu (National Desertion Bureau) fəaliyyət göstərirdi və 
onlar da valideynini itirmiş uşaqlara sahib çıxırdılar.   
 Maaş və sosial mobillikdəki gender diferensiasiyasının ol-
masına baxmayaraq, gənc yəhudi qadınlar da ictimai sferada yerli 
qadınlar qədər haqqa və hüquqa sahib idilər. Bir gənc qadın fəxrlə 
öz müsahibəsində belə deyirdi: “Ən xoşagələn məqam odur ki, 
mən özüm üçün iş tapdım və artıq öz ayaqlarım üzərində daya-
na bilərəm” (Krause, Corinne Azen, 1978:296). Düzdür, miqrant 
qızlar  maaşların  böyük  hissəsini  valideynlərinə  versələr  də,  öz 
avtonom hisslərini də inkişaf etdirirdilər. Belə ki, maaşların az 
hissəsini də olsa, öz ehtiyacları üçün saxlayırdılar. Miqrant yə-
hudi qızlar asudə vaxtlarında şəhər həyatının əyləncələrində də 
iştirak edirdilər. Artıq yəhudi qızlar kiçik mağazalardansa, böyük 
fabriklərdə işləməyə üstünlük verirdilər, çünki burada onlar di-
gər amerikalılarla ünsiyyətdə olurdular və bu da onların daha tez 


Ki̇fayət  Ağayeva
278
amerikalılaşmasına şərait yaradırdı. Bu iş yerlərində çalışan gənc 
qızlar siyası həyatda da fəal iştirak edirdilər, digər miqrant qadın-
lardan fərqli olaraq, onlar siyasi yığıncaqlarda iştirak edirdilər və 
ölkədə  gedən  siyasi  hadisələrdən  xəbərdar  olurdular.  Öz  siyasi 
təşkilatlarında rəhbərlik səviyyəsinə qədər yüksəlməyə nail olma-
salar da, qadın sufrajist hərəkatında çox fəal iştirak edirdilər.     
Birinci  Dünya  Müharibəsindən  əvvəl  1909-cu  ildə  sufrajist 
hərəkatın fəalları arasında kifayət qədər yəhudi qadın var idi. Qadın 
fəallardan Rouz Şneiderman, Paulin Nyuman, Fania Con və Klara 
Lemliç Şeivlsonun adlarını çəkmək olar. Bu qadınlar iqtisadi şərai-
tin yaxşılaşdırılması və fəhlə statusunun inkişafı uğrunda mübarizə 
aparırdılar. 1910-cu illərdə ABŞ-da mövcud olan əmək təşkilatların 
qadın üzvlərinin arasında yəhudi qadınların da sayı kifayət qədər 
idi. Bu qadınların sırasında yaşlı yəhudi qadınlar da var idi.     
Düzdür,  digər  etnik  qruplarla  müqayisədə  yəhudi  miqrant-
lar öz övladlarının təhsilinə böyük investisiya qoyurdular, lakin 
onlar bu istiqamətdə qız övladlarına nisbətən oğlan övladlarına 
daha çox maliyyə sərf edirdilər. 1903-cü ildə MakKlur jurnalın-
da (McClure Magazine) yəhudi qızı Besi haqqında bir yazı dərc 
olunmuşdu. Besi qardaşı ilə Nyu Yorkda eyni kollecdə (City Col-
lege, New York) təhsil alırdı və bu o dövr üçün adi hal deyildi. 
Bu elə bir dövr idi ki, qızların təhsili, işi, peşəsi ilə bağlı hər bir 
şey onun gələcək həyatı, ailəsi ilə əlaqəli olmalı idi. Bu da bir çox 
miqrant qızların Amerika azadlığı, təhsil istəyi ilə bağlı arzularını 
ürəklərində  qoyurdu.  
Miqrant  yəhudi  ailələri  uşaqlarına  təhsil  verməkdə  həvəsli 
idilər və yəhudi ailərində genderdən asılı olmayaraq, ailənin ən 
kiçik  üzvünə  ən  yaxşı  təhsil  verilməli  idi.  Bu  yəhüdi  ailələrin-
də adət şəklini almışdı. Özünü uğurlu miqrantlardan hesab edən 
Meri Antin 30 yaşında öz tərcüməyi-halında yazırdı ki, onun bəx-
ti böyük bacısı ilə müqayisədə daha çox gətirmişdi. “Vəd olun-
muş torpaq” (“The Promised Land”) adlı əsərində müəllif qeyd 
edir ki, “ustanın sərt göstərişi altında ağır havası olan atelyedə 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə