Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə86/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   82   83   84   85   86   87   88   89   ...   95

Ki̇fayət  Ağayeva
264
tanıma hüququna söykənməlidir və bu mənada onlara alternativ 
imkanlar verilməlidir” (Бенхабиб Ш., 2003 :87).  
 “Demokratiyanın məşvərəti” modeli də mövcud münaqişənin 
həlli  üçün  təklif    olunan  modellərdəndir,  burada  üç  prinsip  tək-
lif edilir. Bu zaman etnik müxtəliflik və bərabərhuquqluluq eyni 
zamanda  nəzərə  alınmalı  və  hər  ikisinin  təminatı  gözlənilməli-
dir.  Konsepsiyanın  birinci  prinsipi  “eqalitar  qarşılıqdır”.  Bunun 
mahiyyəti ondan ibarətdir ki, mədəniyyət, etnik, din, dil və digər 
azlıqların nümayəndələri heç bir hüququn (mülki, siyasi və iqti-
sadi) təminatında çoxluqlardan geri qalmamalıdırlar. İkinci prin-
sip Benhabibin təklif etdiyi “iddialar mədəniyyəti, bərabərlik və 
qlobal dövrdə müxtəliflik” prinsipidir. “Könüllü özünütəyinetmə” 
o deməkdir ki, insan anadan olanda mənsub olduğu mədəniyyət, 
din və dili avtomatik qəbul etməməlidir. İnsanın belə bir ehtiyacını 
ödəməsi üçün ona daha çox imkan vermək lazımdır ki, onun özü-
nüidentifikasiya  və  özünütəyinetmə  üçün  daha  böyük  imkanları 
olsun. Dövlət vətəndaşa təkcə özünüidentifikasiya haqqını deyil, 
həmçinin buna nəzarət haqqını da verməlidir və bu digər şəxslərə 
ziyan gətirmədən həyata keçirilməlidir. Sonuncu üçüncü prinsip 
ondan ibarətdir ki, insana öz qrupundan çıxa bilmək, azad olmaq 
təminatı verilməlidir. Ola bilsin ki, bununla o bəzi formal hüquq və 
imtiyazlarını itirə bilər. Feminist tənqidçilərin əksəriyyəti razılaşır-
lar ki, bütün bunları həyata keçirəndə liberal siyasi-hüquqi qurum-
ların və onların təcrübələrinin qarşılıqlı prinsipini əsas götürərək, 
demokratik yolla yerinə yetirmək vacibdir.     
Miqrasiyanın  gender  aspektləri.  Miqrasiya  və  genderlə 
bağlı araşdırmalardan məlum olur ki, gender modellərində gen-
der bərabərliyi prinsipləri və mədəni fərqliliklər arasında bənzər 
gərginliklər hələ də mövcuddur. Araşdırmalar göstərir ki, 1990-cı 
illərdə milli çoxluğun və etnik azlıqların (ailə normaları da daxil 
olmaqla) mədəni dəyər və normaları arasında genderləşmiş mü-
naqişələr mövcuddur və bu münaqişələr onlar  bizlər (gəlmələr, 
yerlilər) arasındakı baryerə təkan vermişdir (Bredal, Anja, 2005 


ABŞ-da gender m
əsələləri
265
:5).  Etnik  azlıqların  cəmiyyətdə  bərabərhüquqlu  vətəndaş  kimi 
özünütanıtma potensialını da önəmli məsələ kimi gündəmə gə-
tirmək vacib məsələlərdəndir. İndiki vəziyyətdə miqrant ailələrdə 
hər iki valideynin gender bərabərliyi hüququ, gənc miqrant qa-
dınlarla lap çoxdan miqrasiya edən, ölkə Konstitusiyası ilə tam 
sığortalanan  Amerika  qadını  kimi  rəftar  edilmə  şansını  artırır, 
onların potensialını çoxaldır (Morck, Yvonne., 2005:11). Lakin 
ailə mədəniyyəti, norma və dəyərlərində fərqliliyə sonsuz ehtiram 
ictimai sferada onlar üçün baryer yarada bilir.
Bu vaxta qədər aparılan tədqiqatlarda etnik azlıqlarda qadın 
səlahiyyətlərin artırılması ilə əlaqəli araşdırmalarda əsas diqqət, 
qadınların ictimai və özəl həyatlarında mövcud olan münaqişə və 
gərginliklərin üzərinə qoyulmuşdur. Çoxluq azlıq qruplarını necə 
qəbul edir və azlıqlar onlara necə münasibət bəsləyirlər? Etnik 
azlıqlar ictimai, özəl arenalarda və gündəlik həyatlarında domi-
nant  gender  bərabərliyi  ilə  ailə  normaları  arasındakı  gərginliyi 
necə müzakirə edirlər? Araşdırmalar göstərir ki, gənc qadınlar bir 
çox hallarda dilemma qarşısında qalırlar, məsələn, onlar bilmir-
lər öz din və mədəniyyətlərindən olan gəncə ərə getsinlər, yox-
sa, azad seçim edib, sərbəst şəkildə gələcək evlilik partnyorunu 
seçsinlər.  Onların  böyük  ailələr  xoşlarına  gəlir,  çünki  gündəlik 
həyatda onlar bir-birilərini dəstəkləyirlər və tənha qalmamaqdan 
sığortalıdırlar. Lakin onlara xoş gəlməyən həyatlarına olan daimi 
sosial nəzarətdir. Hamı sanki bir-birinin polisidir və hər kəs hamı 
haqqında  hər  şeyi  bilir.  Onlar  dilemmanı  dəf  etmək  istəyirlər, 
lakin bununla bərabər onlar sıxıcı olmayan ideal güclü ailələrin 
əleyhinə də deyillər. Onlar icmanın gücü, öz müqəddaratını təyi-
netmə və kişilərlə qadınların eyni hüquqa malik ola bilməsini bir 
arada görmək istəyirlər.
Araşdırmalarda bir məqam da maraq kəsb edir ki, miqrantlar 
üçün ictimai sferada, təhsil və əmək fəaliyyətində gender bəra-
bərliyi qəbul ediləndir. Onlar da feminizmə pozitiv mövqedədir-
lər və cəmiyyətdəki gender bərabərliyini tam dəstəkləyirlər, lakin 


Ki̇fayət  Ağayeva
266
onlar Amerika qadınlarının həddən artıq seksual azad olmalarını, 
ailədə  qadın/kişi  mütləq  bərabərliyini  tam  qəbul  edə  bilmirlər. 
Bunu qəbul etməmələri dindən qaynaqlanır və bu, onların dindən 
irəli gələn məsuliyyətləri ilə əlaqəlidir. 
Müasir Amerika cəmiyyətində miqrant müsəlman qadın
Islamda qadın statusuna nəzər salanda, bir tərəfdən, Allah Quran 
vasitəsilə qadına hər cür bərabərlik vəd edir, digər tərəfdən isə, 
reallıqda paradokslarla müşayiət olunan məqamlara rast gəlirik, 
çünki  müsəlman  cəmiyyətində  qadın  bərabərliyi  deyil,  gender 
assimetriyası  daha  aydın  müşahidə  olunur: Ailədə,  cəmiyyətdə 
kişinin ənənəyə görə qadından üstün olması və daha çox siyasi 
haqlara və azadlığa sahib olması adi hal kimi qəbul olunur.  
Gender  bərabərsizliyinin  bariz  nümunəsi  dinə  görə  gender 
seqreqasiyası,  poliqamiya,  qızların  ərə  gedəndə  həyat  yoldaşı 
seçimində ülzəşdikləri məhdudiyyətlər, kişi ilə müqayisədə qa-
dınlar üçün boşanmada olan çətinliklər ən əsas problemlərdəndir. 
Lakin dində “həm qadın, həm də kişilər Tanrının quludur” ifadəsi 
işlədilir. İctimai sferada qadınla kişinin haqqı və imkanı eyni de-
yildir:  …Qərbdə də, xüsusilə ərəblərin dünyasında və bütünlük-
də, müsəlman aləmində kişilər qadınlardan daha üstün hüquqlara 
malikdirlər.  Tədqiqat  sahəsində  müsəlman  qadın  subyekt  kimi 
götürülür, dövlətin hər iki genderə eyni cür hüquq verməsinə bax-
mayaraq, o, ənənəyə görə, kişi olduğu üçün cəmiyyətdə əsas rol 
oynayır, çünki din onun cəmiyyətdə aparıcı, dominant statusunu 
dəstəkləyir (Сизов, Ю.И и Курбанова Ç.А., 2014:146). Müsəl-
man əhalinin ərəb qısmı harada yaşamaqlarından asılı olmayaraq 
qadınlara qarşı çox sərtdirlər və hər zaman onların fəaliyyət da-
irələrini məhdud çərçivədə saxlamağa səy göstərirlər.   
 Bu bərabərsizliyin səbəbi nədir və bu mövzunun həqiqətən-
mi müzakirəyə ehtiyacı var? Hər şeydən əvvəl qeyd etmək lazım-
dır ki, islam və Qərb perspektivindən bərabərlik anlayışı fərqlidir. 
Qərbdə bərabərlikdən danışanda, o bərabərlik nəzərdə tutulur ki, 
burada nə din, nə gender, nə də etnik mənsubiyyət amili rol oy-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə