Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə78/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   74   75   76   77   78   79   80   81   ...   95

ABŞ-da gender m
əsələləri
239
17. Stark, Rodney, “Physiology and Faith: Addressing the ‘Uni-
versal’ Gender Difference in Religious Commitment”, Jour-
nal for the Scientific Study of Religion, 2002 
18.  “The  Columbia  Electronic  Encyclopedia”, 6th  ed.,  2012, 
Columbia  University  Press 
19. The  Pew  Research  Center,  2016, A  New  Estimate  of  the 
U.S.  Muslim  Population.  Woods,  James  C.  (2003).  The 
Third Tower: The Effect of the September 11th Terrorist At-
tacks on the American Jury System. Alabama Law Review
     
      Rus dilində
20.  Г.Ф.Ильин,  “Законы  Ману”,  Наука,  Главная  редакция 
восточной  литературы,  НИЦ  Ладомир.  1992г.,  360  с.
 


Ki̇fayət  Ağayeva
240
VIII FƏSİL 
ABŞ-da miqrasiya, multikulturalizm və gender
Tədqiqatın  hədəfində  Amerikada  miqrasiya,  multikultura-
lizm, feminizm siyasəti və ideolagiyası məsələləri durur və on-
ların arasında əlaqə araşdırılır. Tədqiqatda miqrasiya, multikultu-
ralizm və feminizm, gender bərabərliyi ilə mədəniyyət fərqliliyi 
arasındakı əlaqə və gərginlik barədə aparılan araşdırmalar təqdim 
olunur.
Miqrasiya iqtisadi, sosial, mədəni və siyasi mənaları özündə 
ehtiva edən geniş spektrli bir anlayışdır. Miqrasiya yaşayış ye-
rinin dəyişdirilməsi ilə əlaqədar əhalinin bir yerdən başqa yerə 
köçməsi kimi izah olunur. Başqasının vətəninə müvəqqəti və ya 
daimi yaşamaq üçün köçən şəxs miqrant və bu proses isə miqrasi-
ya adlanır. BMT-nin məlumatına əsasən, hal-hazırda dünyada 232 
milyon miqrant mövcuddur (UN Department of Public Informa-
tion, 2015). Miqrasiya prosesləri, qloballaşma proseslərinə səbəb 
olan inteqrasiya, mədəni müxtəliflik kimi amillər multikulturaliz-
min formalaşmasını təmin edən əsas aspektlərdəndir.  
Multikulturalizm isə eyni bir ölkədə yaşayan müxtəlif xalq-
ların nümayəndələrin mədəniyyət və hüquqlarını tanıyan,  onlara  
hörmət  etməyə  qabil  olan  humanist  dünyagörüş  və  siyasətdir. 
Multikulturalizm müxtəlif mədəni köklərə bağlı insanların birgə 
yaşadığı  cəmiyyətdə  mədəni  müxtəlifliyi  qəbul  edib  tanıma  və 
onların dəyərlərinə hörmət etmə siyasətidir. Mədəni müxtəliflik 
cəmiyyətin mal-mülkü kimi saxlanılmalı və tanınmalıdır (Siim, 
Birte, 2007: 416).  
Amerikada  miqrasiya  və  multikulturalizmin  tarixi  as-
pektləri. “Bir dəfə Amerikadakı miqrantların tarixindən yazmağı 


ABŞ-da gender m
əsələləri
241
düşündümSonra anladım ki, miqrantlar elə Amerika tarixinin 
özüdür” (Oskar Handlin). Multikulturalizmin başlanğıcı elə küt-
ləvi miqrasiyanın başlanğıcı ilə eyni vaxta düşür. ABŞ-da miqra-
siyanın tarixi nə qədər qədimdirsə, elə multikulturalizmin tarixi 
də onun qədər qədim dövrlərə gedib çıxır. 
Məlum  olduğu  kimi, Amerika  miqrasiyası  qeyri-qonaqpər-
vərliyi  ilə  xarakterizə  olunur.  Amerikada  yaşayan  vətəndaşlar 
ya  güclə  qul  kimi  ölkəyə  gətirilənlərdir,  ya  müstəmləkə  həyatı 
yaşamağa məcbur olan yerli aborigenlərdir, ya da macəra sevən 
avropalı səyahətçilərdir. ABŞ miqrasiyasının kökündə miqrasiya-
ya  qarşı  rəsmi  və  eksplisit  məhdudiyyətlər  durur  və  bu  ölkədə 
hər zaman qeyri-ağdərililərə və digər siyasi, irqi, mədəni, sosi-
al və ya etnik azlıqlara qarşı xöş olmayan yanaşma mövcud ol-
muşdur (Ian Haney Lopez, 2006). Amerika əhalisinin böyük bir 
qismi miqrantlardan ibarət olduğu üçün Amerika miqrasiyasının 
tarixindən bəhs etmək çox vacibdir. Belə ki, əvvəllər Amerikaya 
miqrasiya üçün heç bir məhdudiyyət görməyən miqrantlar ABŞ-
ın müstəqilliyi dövründə bəzi qadağalarla üzləşmişdir. 
  1787-ci  ilin, 17  sentyabrında  ABŞ-ın  Filadelfiya  ştatında 
dövlətin Konstitusiyası qəbul olunmuşdur. 1789-cu ildə ABŞ-da 
ilk dəfə prezident seçkiləri keçirildi, Corc Vaşinqton seçicilərin 
100 % hesabla səsini topladı və ölkə prezidenti seçildi. Corc Va-
şinqton 30 aprel 1789-cu ildən 1797-ci ilin 4 martına qədər bu 
postda qaldı (Elşən Bayramzadə, 2012). 
Müstəqillik  dövrünə  qədər ABŞ  tarixinə  nəzər  yetirmədən 
toxunulan  mövzuya  tam  aydınlıq  gətirmək  mümkün  deyildir. 
Müstəqillik dövrünə qədər müxtəlif tarixi dövrlərdə və müxtəlif 
tarixi şəraitlərdə ABŞ-a gələn miqrantlar, məşhur Amerika tarix-
çisi Oskar Handlinin təbirincə desək, elə bugünkü ABŞ-ın tarixini 
yazmışlar. 
 Məlum olduğu kimi, Amerikaya miqrantların ilk gəlişin ta-
rixi çox qədimlərə gedib çıxır. Əlimizdə olan məlumatlara görə, 
Şimali Amerika sahillərinə ilk qəlib çıxan səyahətçilər Leyf Erik-


Ki̇fayət  Ağayeva
242
sonun  başçılığı  altında  İslandiya  vikinqləri  olmuşdur.  Bu,  təx-
minən ilk minnilliyə təsadüf edir. Onların ayaq izləri Kanadanın 
Nyufaunlend əyalətinə qədər gedib çıxır, lakin vikinqlər burada 
uzun müddət qala bilmədilər və yeni qitə ilə əlaqələrini itirdilər.
Amerika haqqında məlumat Avropaya təxminən 1492-ci ildə 
Xristofor Kolumbun Vest-İnd adasına səyahətindən sonrakı dövr-
də gəlib çatmışdır. 1498-ci ildə Yeni İngiltərəyə, yəni ABŞ-a növ-
bəti səyahətçi ingilis Con Kabot gəlir, daha sonra isə 1513-cü ildə 
ispan dənizçisi Xuan Ponse de Leon Florida sahillərinə qədər gə-
lib çıxır.
 Bəzi məlumatlara görə, Amerikanın yerli sakinlərinə hindu 
adını elə Xristofer Kolumb vermişdir. O dövrdə Amerikada 300-
dən çox dildə danışan xalq yaşayırdı. Müasir dövrdə bu dillərin 
çoxu itib-batmışdır. O dövrdə əhalinin əsas hissəsini hindular təş-
kil etsə də, hazırda onlar ABŞ əhalisin cəmi 1,6 %-idir (cəmi 5 
milyon). Bəzi mənbələrdə onları millət olaraq yankilər də adlan-
dırıblar, bu indi təhqir mənasında anlaşılır. Kolumbla birlikdə və 
ondan sonra gələn ispanlardan əlavə, bu torpağa Avropanın digər 
millətləri də üz tutmuşlar. Amerika ingilislər və fransızlar tərəfin-
dən müstəmləkə ölkəsinə çevrilənə qədər artıq çoxsaylı ispan bu 
torpaqlarda  məskunlaşmışdı.  Onlar  əsasən,  Florida  sahillərində 
yaşayırdılar (Səmayə Mustafayeva, 2009).  
Amerikada miqrasiya dövrü əsasən dörd dalğaya bölünür. İlk 
dalğa 1607-ci ildən 1830-cu illərə qədərki dövrə düşür və miq-
rantların  sayının  1,2  milyon  olması  haqqında  məlumat  verilir. 
Təəssüf  ki,  bu  dövrün  miqrantları  heç  bir  yerdə  rəsmi  qeydiy-
yatdan keçməmişlər. 1755-ci ildə Pensilvaniya Assembleyasında 
yeni gələn miqrantlara qarşı tənqidi çıxışlar edildi və 1798-ci ildə 
ilk  anti-miqrant  qanun  qəbul  olundu.  Tənqidi  fikirlərin  əsasını 
miqrantların ölkə üçün təhlükə olma arqumenti təşkil edirdi və 
ölkədə sülhü qorumaq üçün bu addımı atmaq lazım idi. Yeni qa-
nuna əsasən, artıq vətəndaşlıq almaq üçün 5 il deyil, 14 il tələb 
olunurdu.


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə