Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə76/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   72   73   74   75   76   77   78   79   ...   95

ABŞ-da gender m
əsələləri
233
siyaya baxmayaraq, dini etiqadlarından nəinki imtina etmirdilər, 
həmçinin bunu daha açıq şəkildə bəyan etməyə üstünlük verir-
dilər. Aparılan  sorğularda  hər  bir  qadın  hicab  örtməyin  onların 
həyatında necə əhəmiyyət daşıdığını müxtəlif cür izah edirdi. 
  Çağdaş  fikirli  Amerika  qadınları  müsəlman  qadınlarına 
qarşı  tolerant  münasibət  bəsləyirlər,  onları  dəstəkləyirlər  və 
onlarla  birlikdə  fəaliyyət  göstərirlər.  Təəssüf  ki,  Amerikada 
bir  tərəfdən,  ən  yüksək  strukturda  müsəlman  qadınlarına  qar-
şı diskriminasiya halları mövcuddur, digər tərəfdən, bəzi siyasi 
liderlər bu hallara qarşı mübarizə aparır. İnsan haqları təşkilat-
ları müsəlman qadınlarına qarşı aparılan diskriminasiyaya qarşı 
mübarizə  aparmalı,  yeni  layihələr  təqdim  etməlidirlər.  Qadın 
məsələləri ilə bilavasitə məşğul olan təşkilatlar o qədər də fəal 
deyillər və müsəlman qadınlarına qarşı olan diskriminasiyaya 
laqeyd  qalırlar.  Demək  olar  ki,  hər  gün  bu  qadınlar  cəmiyyət 
tərəfindən neqativ münasibətlə üzləşir, onları dəstəkləyən yerli 
təşkilat  tapmaqda  çətinlik  çəkirlər.     
Siyasi tədqiqatçı-alim Larisa Hovkinz, müsəlman qadınlarını 
dəstəkləmək məqsədilə başını bağladı və dedi ki, müsəlman da, 
xristian da eyni Tanrıya sitayiş edir. Larisa Hovkinzin kollecdəki 
tələbələri də ona və müsəlman qadınlara dəstək məqsədilə başör-
tüyü ilə şəkil çəkdirdilər və sosial şəbəkələrdə paylaşdılar. Müsəl-
man qadınları və onların başörtükləri haqqındakı debatlar, müza-
kirələr bütün ölkənı bürüdü. Xristian Amerika qadını üçün hicab 
taxmaq ABŞ kontekstində qeyri-adi bir hal idi. Bu hal demək olar 
ki, nadir bir hadisə idi, çünki ABŞ-da bu vaxta qədər heç bir xris-
tian qadın müsəlman qadını dəstəkləmək üçün belə hərəkət et-
məmişdi. Düzdür, bu hadisə qısa müddət diqqət mərkəzində oldu 
və ABŞ-da yaşayan müsəlman qadınlara qarşı münasibətdə kiçik 
dəyişikliklər baş verdi. 
Müasir dövrdə KİV-də həm ABŞ-da, həm də xaricdə islam 
fundamentalistlərinin törətdiyi terror aktlarından daha çox bəhs 
edir.  Qapalı  qadınlar  geyimləri  ilə  müsəlman  olduqlarını  dər-


Ki̇fayət  Ağayeva
234
hal bəlli etdikləri üçün onlara potensial terrorist kimi yanaşırlar 
 (Everett,  J. A.C.,  and  Eds.,  2016). Amerikalılar  hər  zaman  söz 
azadlığına malik olduqlarına görə fəxr etmişlər və ölkə vətəndaş-
larına hansı dinə xidmət etməklərinə görə deyil, vətəndaş olduq-
larına görə hörmət etmişlər. Belə olan halda, müsəlman amerikalı 
qadınlar niyə etiqad etdikləri dinə görə hamıya məxsus olan möv-
cud hüquqlardan məhrum olmalıdır?   
 Əgər müsəlmanlarla, qeyri-müsəlmanlar eyni yerdə işləsələr, 
toxunduğumuz problemləri daha tez həll edərlər, onların araların-
dakı nifrət hissi də azalar və hətta yox olar. Müsəlmanları terrorist 
qismində təqdim edən siyasətçilər onların cəmiyyətə inteqrasiya-
sı və digər vətəndaşlarla birləşməsi uğründa mübarizə aparsalar, 
cəmiyyət bundan daha çox xeyir tapar. Əgər cəmiyyətdə başıbağ-
lı müsəlman qadınlar da digər Amerika qadınları qədər aktiv, əhə-
miyyətli rollara malik olsalar, onlar da digər vətəndaşlara sübut 
edərlər ki, onlar da hamı kimidir və heç də onların sandığı kimi 
qorxulu deyillər. 
2016-cı ildə Rioda Olimpia Oyunları keçiriləndə başıbağlı ya-
rışlara çıxan Amerika müsəlman qadını xatırlatmaq yerinə düşər-
di. Həmin qadın bu oyunlarda bürünc medal almışdı  (Harvard, S., 
2016).  
Hicab geyən qadınlar ABŞ qanunları ilə müdafiə olunurlar. 
ABŞ Konstitusiyasına əlavə edilən birinci və dördüncü düzəlişdə 
dövlətin qadınlara hicabı örtmə qadağası qoyma haqqı yoxdur və 
bu, tətbiq olunarsa, diskriminasiya hesab  olunar. Əlbəttə, bu döv-
lətin maraqlarının əksinə işlərsə, o zaman dövlətin şəraitə uyğun 
sərəncam verməsi məqbul hesab oluna bilər. 
Əlbəttə, ABŞ-da nə qədər müsəlman qadın dininə görə dis-
kriminasiyaya  məruz  qalması  haqqında  dəqiq  statistik  göstəri-
ciləri əldə etmək çətindir. ABŞ-da müsəlman qadınlar hicab və 
niqaba görə həm iş yerlərində, həm də ictimai yerlərdə, hətta ba-
seynlərdə və məktəblərdə neçə onilliklərdir ki, diskriminasiyaya 
məruz  qalırlar.   


ABŞ-da gender m
əsələləri
235
Beləliklə, xüsusilə hicab və ya niqab geyinən müsəlman qa-
dınlar  çiyinlərində  çox  ağır  yük  daşıyırlar.  Hicab  və  niqab  ge-
yinən müsəlman qadınlar dininə görə cəmiyyətdə daha tez bəlli 
olduqlarına  görə  bu  qadınlar  diskriminasiya,  riskə  və  hücüma 
daha tez məruz qalırlar.    
 Müsəlman qadınlara bir sıra kontekstlərdə hicab geyinmək 
qadağan    olunmuşdur.  Bəzən  hicab  geyən  müsəlman  qadınlar 
təhqir olunurlar, işdən qovulurlar, onların ictimai yerlərə girmələ-
rinə mane olurlar. Bu hallar xüsusilə də 11 sentyabr hadisələrin-
dən sonra daha da intensivləşmişdir.
ABC-nin məlumatına görə, ABŞ-da biri şagird, digəri polis 
məmuru  olan  iki  hicablı  qadın  təhqirlərə  məruz  qalmışlar.  İlk 
hadisə Manhettendə, 6 nömrəli metro stansiyasında qeydə alın-
mışdır. 18 yaşlı hicablı ABŞ vətəndaşı Yasmin Seveidi metroda 3 
sərxoş kişi sözlə təhqir edir. Metroda hicaba görə təhqir edildiyi-
ni deyən yeniyetmə müsəlman qız sərnişinlərdən heç kimin ona 
dəstək vermədiyini və hadisə zamanı ətrafdakıların ona etinasız 
qaldıqlarını qeyd etmişdir.
Digər  bir  hadisə  isə  Nyu-Yorkun  Bruklin  yaxinliginda  ya-
şanmışdır.  “Daily  News”un  verdiyi  xəbərə  görə,  hicablı  Emel 
Elsokari  işdən sonra  oğlu  ilə  avtomobilini  park  edib  maşından 
enərkən onları təxminən 30 yaşlı bir kişi təhqir etmişdir. Silahı 
üstündə olmasa da, oradakı qadın polis ana ilə oğlunun üstünə 
qışqıran  şəxsi  avtoparkdan  uzaqlaşdıra  bilmişdir.
Dini  kitabların  dilinin  gender  stereotipləşməsinə  təsiri 
(İncil). Müasir mədəniyyətdə dini kitabların tərcümə tarixləri və 
İncilin yenilənmiş dərci daima gender təqdimatı ilə əlaqələndiri-
lir. Qərb aləmində hər bir böyük denominasiya (katoliklər, meto-
distlər və başqaları) qadınlar üçün məxsusi İncil dərc etdirirlər. 
Bir çox tədqiqatçılara görə, İncil Avropa və Amerika mədə-
niyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyi üçün siyasi kitab he-
sab oluna bilər. Feminist alimlərin əksəriyyətinin iddiasına görə, 
İncildə nəinki kişilərin sözləri yazılmışdır, hətta İncil patriarxata, 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə