Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə74/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   70   71   72   73   74   75   76   77   ...   95

ABŞ-da gender m
əsələləri
227
bilərlər. Bundan başqa, güclü lezbi iudaizm hərəkatı da mövcud-
dur. N.Qondenberq, R.Qross və digər müasir ilahiyyatçılar mat-
riarxal ilahələr kultunu və simvolikasını gücləndirirlər. İnqilabi 
cərəyan, heç bir simaya malik olmayan Tanrının panteist (pante-
izm – Tanrını təbiətlə eyniləşdirən dini fəlsəfi dünyagörüş) kon-
sepsiyasını  hazırlayırlar.  Feminist-ilahiyyatçı-reformistlər  “əh-
di-ətiq”də (dini kitab) qadın tarixini yenidən nəzərdən keçirirlər 
və patriarxal maskulin düşüncəli ilahiyyatçıların təbirincə desək, 
adı olmayan qadın tarixini yaratmaq istəyirlər. Talmud ənənəsin-
də, xüsusilə də Kabbaledə Hökma-Sofiya ilə əlaqəli Şahina ob-
razı mühüm əhəmiyyət kəsb edir. Şahina Allahın yaratdığı azad 
mövcudat olub, ona bütün dünya və yaranışların anası, “Solomon 
müdrikliyi”, “Tanrının evi”, “İsrail qəsri”, “Donna səması”, “İşıq 
Qızı Deva”, bir sözlə – əbədi qadın kimi baxılır. Kabala “qadın” 
metaforunu ilahiliyin mahiyyətinin təsviri – dünyaya gətirən, ye-
dirən və böyüdən dünya mənasında işlədir. 
Buddizm yaxın Şərq patriarxal dinlərindən fərqli olaraq, qa-
dın təbiətini diskriminasiya etmir. Buddizmdə kübar qadının və-
ziyyəti  xristianlıq  və  iudaizmdəki  kübar  qadının  vəziyyətindən 
fərqlənir. Belə ki, buddizm fərdi mənəvi kamillik dinidir, lakin 
çarxdan çıxıb başqalaşma (Sansarılər) aktiv fəaliyyətdən əl çək-
məklə əlaqəlidir. Buddistlərdə nikah, boşanma, siyasətə üstünlük 
vermə kimi məsələlər Kanona əsaslanır və o da qanunla tənzim-
lənmir, yəni hər kəsin öz istəyi ilə ola bilər. Budda universal baca-
rıq elan etmişdir, burada silk və cins nəzərdə tutulmamışdır. Qadı-
nın Budda və ya Bodxisatno ola bilməsi ideyası sonralar meydana 
gəlmişdir və maxayan məktəbi (azadlığa geniş yol) bunun müm-
kün olduğunu qeyd etmişdir (Hüseyn Tövfiqi, 2013).  
Doğrudur,  qadınlar  üçün  bunun  mümkün  olması  söylənilsə 
də, abhidharmist alimlərinə görə, qadınlar affekt altına düşməmək 
üçün daha çox öz hisslərini cilovlamağı bacarmalıdırlar. Bu zaman 
kişi  monaxlar  250  qaydaya  riayət  etməli  olduqları  halda,  qadın 
monaxlar 500 qaydaya riayət etmək məsuliyyətini daşımalıdırlar. 


Ki̇fayət  Ağayeva
228
Andların birində açıq-aşkar qadınlar diskriminasiya olunurlar. Qa-
dın monax yuxarıda qeyd etdiyimiz kimi yaşından və ruhanilik nü-
fuzundan asılı olmayaraq, qeyd-şərtsiz kişi monaxa tabe olmalıdır. 
Müasir dövrdə qədim qadının monaxlıq təcrübəsi olduğuna görə, 
bu gündə bir sıra dini məsələlərə gender neytral yanaşma müm-
kündür. Txeravad alimlərinə görə isə, insanın mənfi taleyi onun 
gələcək həyatına, yəni diriləndən sonrakı həyatına təsir edir və o, 
qadın qismində dünyaya gələ bilər, aydın fikirli dünyaya gələ bil-
mə üçün ən əvvəl onun dünyaya kişi cismində gəlməsi vacibdir. 
  Dinlərdə  gender  stereotiplərini  təhlil  etdikdən  sonra  hansı 
nəticələrə gəlmək olar? Bir tərəfdən, patriarxal mədəniyyət iye-
rarxiyaya, cisim və ruhun dualizminə gətirib çıxarır, digər tərəf-
dən isə qadını cəmiyyətdəki siyasi sistem təcrübəsindən qiymət-
ləndirir. Spesifik xüsusiyyətlərə malik dini sosiumu araşdırarkən 
bunu genderşünaslıq və dinşünaslıq elmlərinin qovşağında tədqiq 
etmək  məsləhətdir.  Bütün  yuxarıda  söylədiklərimizin  bugünkü 
dünyada və Amerika cəmiyyətində baş verən dini hadisələrə ob-
yektiv qiymət verilməsində xüsusi əhəmiyyəti vardır. Qadınlara 
sırınan aşağı statusların kökündə çox vaxt dəqiq öyrənilməyən, 
səthi yanaşılan dini məsələlər durur. Ümumiyyətlə, insanla bağ-
lı bütün problemlərin öyrənilməsində olduğu kimi, dinlə əlaqəli 
məsələlərin tədqiqində də gender neytral yanaşma mühüm əhə-
miyyət daşıyır.  
Dində gender konflikti. Aparılan tədqiqatlara görə xüsusilə 
xristianlar arasında qadınlar kişilərlə müqayisədə daha çox din-
dardırlar. Lakin heç bir dini liderlərin arasında qadın olmamışdır 
– Abraham, Musa, İsa, Mühəmməd, Budda (Siddhartha Gauta-
ma). Qadınların dinə daha sədaqətli sitayişinə baxmayaraq, yaxın 
dövrlərə qədər demək olar ki, bütün dinlərdə qadınların dini və-
zifələrdə çalışması qadağan idi.    
ABŞ-da 2014-cü ildə Pew Research Centerin apardığı sorğu-
nun nəticələrinə görə dini çox əhəmiyyətli hesab edən qadınlar 60 
%, kişilər isə 47 % idi. Dini məkanlarda gündəlik ibadət edənlərin 


ABŞ-da gender m
əsələləri
229
64 %-i qadın, 47 %-i kişi, həftəlik ibadət edənlərin 40 %-i qadın, 
32 %-i kişi idi. 
 
Avropada  da  belə  ehtimal  olunur  ki,  nəinki  xristianlarda, 
ümumiyyətlə, bütün dünyada, əksər cəmiyyətlərdə qadınlar dini 
ibadətlərlə  kişilərdən  daha  çox  məşğul  olurlar  (Stark,  Rodney, 
2002).  Bəzi  alimlər  bunu  qadın  və  kişilərin  bioloji  fərqləri  ilə, 
xüsusilə də onların hormonları ilə əlaqələndirirlər. Alimlər illərlə 
qadın və kişilərin dini öhdəlikləri barədə tədqiqatlar aparmışlar. 
Ümumiyyətlə, bu barədə qızğın debatlar heç bir zaman səngimir.       
    Pew  Research  Center  bu  məsələ  ilə  əlaqəli  tədqiqat  apa-
rarkən müxtəlif dini qrup - xristian, müsəlman, buddist, yəhüdi və 
digər dinlərin nümayəndələrini seçmişdir. Bu tədqiqatın coğrafi-
yası çox böyük idi. Mərkəz belə bir nəticəyə gəlmişdir ki, bütün 
cəmiyyətlərdə qadınlar kişilərlə müqayisədə bir neçə standartla 
dinə daha çox sədaqətlidirlər. Bu araşdırmadan sonra belə bir gə-
naətə gəlinmişdir ki, dinlə gender arasında əlaqə gözlənildiyindən 
də çox mürəkkəbdir. Xristian qadınlar kişilərdən daha səliqə ilə 
dini öhdəlikləri yerinə yetirirlər. Müsəlman qadınlarla müsəlman 
kişilər eyni cür sədaqətlə dini etiqadlarına sahib çıxsalar da, ki-
şilər dini məkanlarda daha çox toplanırlar və dini ritualları məs-
cidlərdə yerinə yetirirlər. Dua etmək, dini ritualları yerinə yetir-
mək, dini məkanlarda toplaşmaq, dini ritualların həcmi və sairə 
parametrlərə görə qadın və kişi dindarlar fərqlidirlər.       
Pew  Research  Center  araşdırmalarına  görə,  bütün  dünyada 
(192 ölkədə) 83.4 % dini inanclı qadına qarşı 79.9 % dini inanclı 
kişi vardır. 3.5 %-lik fərq o deməkdir ki, dinə inananların arasında 
97 milyon qadın kişidən çoxdur. Bu həm onunla izah olunur ki, 
qadınların sayı kişilərdən daha çoxdur, həm də qadınlar kişilərdən 
daha çox yaşayırlar. Dini inancına görə 192 ölkənin 61-ində 2 % 
qadın kişilərdən çoxdur. Qalan ölkələrdə demək olar ki, bu faiz 
bərabərdir. Beləliklə, din qadınlar üçün kişilərlə müqayisədə daha 
çox əhəmiyyətlidir. Yalnız İsrail və Mozambikdə dini çox əhə-
miyyətli hesab edən kişilərin sayı qadınlardan üstündür. Həm qa-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə