Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə72/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   68   69   70   71   72   73   74   75   ...   95

ABŞ-da gender m
əsələləri
221
* nizam-intizam səbəti – buddizmi təzə qəbul edən şəxslərə, 
yaxud rahiblərə və yüksək səviyyəli buddistlərə aid qanunların 
icrasına nəzarət edir (bu qanun və normaların bəziləri sonradan 
dəyişilmişdir); 
* təlim səbəti – Buddanın təlim və polemikalarından təşkil 
olunmuşdur; 
* hekayələr səbəti. 
Buddizm bəzilərinə görə, din, təriqət, digərlərinə görə, fəlsəfi 
cərəyandır. Bütün deyilənləri nəzərə alsaq, belə nəticəyə gəlmək 
olur  ki,  buddizm  –  bütpərəst  batil  təlimidir.  Əslində,  buddizm 
Tanrı əleyhinə olan ateist bir dindir. “Budda” kəlməsi  “oyandırıl-
mış” və ya  “aydınlanmış” mənasında istifadə olunur. 
Buddizmin yaranma tarixinin digər dinlərdən daha qədim ol-
masını nəzərə alsaq, o zaman qadınlara qarşı olan diskriminasi-
yanın tarixi köklərinin bu dindən bəhrələnməsi qənaətinə gələrik. 
Buddizmdə qadın statusundan bəhs edərkən çətin ki, patriarxal 
Hindistan cəmiyyətindən uyğun kontekst tapa bilərik. Hindistan 
cəmiyyətinin  patriarxal  tərəfini  aydın  göstərməkdən  ötrü  brah-
man ədəbiyyatından kifayət qədər misallar gətirmək olar. “Ma-
nunun qanunları” əsərindəki deyim buna yaxşı nümunə ola bilər: 
“Qadınlar gecə-gündüz kişilərinin himayəsində olmalıdırlar... Ata 
uşaq vaxtı, ər gənclik yaşında, oğullar ahıl yaşında qız-qadınları 
qoruyurlar” (Г.Ф.Илüин, 1992: 9, 2-3). 
Qadınların  heç  bir  tələbi  ortodoksal  brahmanizmdə  nəzərə 
alınmamışdır. Qadın üçün ən əsas vəzifə ərinə xidmətdir. Kişinin 
hansı insani keyfiyyətlərə malik olub-olmamasından asılı olma-
yaraq, qadın, yəni həyat yoldaşı ona sədaqətlə xidmət etməlidir, 
lakin erkən buddizmdə bu belə deyildi. Orada kişi ilə qadın ara-
sında fərq qoyulmurdu, istər elmdə, istərsə də dini karyera qazan-
maqda olsun. Budda qadın monastırın əsasını qoymuşdu (Budda-
nın xalası, Mahapracapatinin başçılığı ilə). Bu “Səkkiz qayda”-
dan (qarudhamma) ibarətdir: 


Ki̇fayət  Ağayeva
222
* monax qadın monastırda 100 il keçirsə də, yeni gələn mo-
nax kişiyə hörmət etməlidir; 
* monax qadın monax kişi olmasa, yağışlı yerdə ola bilməz; 
* hər iki həftədən bir monax qadın, monaxların dərslərini və 
təlimatlarını almaqdan ötrü monaxların keçirdiyi iclaslarda işti-
rak etməlidir; 
* yağış mövsümü bitdikdən sonra monax qadın, kişi və qadın 
davranışı müzakirəsi ilə bağlı xüsusi yığıncaqlarda iştirak etməlidir; 
*  Sanqhadisesa  qaydalarını  pozan  monax  qadın  iki  həftəlik 
kişi-qadın  icmalarının  yığıncağında  iştirak  etmək  hüququndan 
məhrum olunur (kişi monax üçün həmin cəza altı gündən ibarətdir); 
* monax qadının namizədliyi üçün iki il sınaq müddəti nəzər-
də tutulur və sonrakı fəaliyyət isə həm qadın, həm də kişi icma-
larında yerinə yetirilir. Kişi monax üçün isə belə sınaq müddəti 
nəzərdə tutulmur və belə fəaliyyət təkcə kişi icmalarında yerinə 
yetirilir; 
* monax qadın dolayısı ilə də olsa, heç bir halda monax kişini 
təhqir edə bilməz; 
* monax kişi monax qadını öyrədə bilər, monax qadın heç bir 
halda monax kişini öyrətməyə cəhd etməməlidir. 
Bu yuxarıda göstərilən qaydalar heç bir halda pozulmamalıdır 
və bunlar monaxların nizam-intizam qaydalarına (Bhikkhuni-Pa-
timokkha)  daxil  edilmişdir.  Qadın  monastırlarının  kişi  himayə-
darlığında olmasının obyektiv səbəbləri də mövcud idi. O dövrdə 
qadınların təhlükəsizliyini qorumaqdan ötrü belə daha uyğun idi. 
Bunlardan başqa bir çox qaydalar (227 kişi monax üçün nəzər-
də tutulan qaydaya qarşı 311 qadın monax üçün nəzərdə tutulan 
qayda) da nəzərdə tutulmuşdu, amma onlar daha yüngül forma-
da idilər. Bunlar, əsasən, qadınların geyimlərinə aid məsələlər idi 
(Г.Ф.Илüин, 1992). 
Qadın üçün buddist sanqhaya daxil olmaq niyə görə önəmli 
idi? Yeganə səbəb yəqin ki, onların axirət dünyasının azadlığına 
(nirvan) qovuşmaq arzuları idi. Onlara elə gəlirdi ki, bu yolla ar-


ABŞ-da gender m
əsələləri
223
zularına daha tez yaxınlaşırlar. Bu arzular müxtəlif ədəbiyyatlar-
da həm nəsr, həm də nəzmlə vəsf olunurdu. Sanqhaya daxil olma-
ğın digər səbəbləri də ola bilərdi, məsələn, oğul övladını itirəndən 
sonra ana ona lazım olan xərclərin ödənilməsindən məhrum olur-
du. Bəzi hallarda, sanqha cəmiyyətdə hörmətli icma yeri hesab 
olunurdu  və  monaxlığa  qəbul  edilməklə  qadınlar  şərəfli  sosial 
status əldə edirdilər. Bütün bu üstünlüklə yanaşı, burada yaşamaq 
onlar üçün o qədər də asan olmurdu. 
Qadınlar təkcə monax qismində buddist icmaya qəbul olun-
murdular, onlar orada başqa statuslar da əldə edə bilərdilər. Bud-
dist  icma  dörd  hissədən:  monax  qadın-monax  kişi,  miryan  qa-
dın-miryan kişidən ibarət idi. 
Ola  bilsin  ki,  müasir  dövrün  insanlarına  erkən  buddizmin 
qadınlara verdiyi bu sosial status o qədər də cəlbedici gəlməsin, 
amma o dövr üçün bütün bunlar digər yerlərdə yaşayan qadınlar 
üçün əlçatmaz arzular idi. Ev-eşiyini atıb özünü buddist icmadakı 
fəalliyyətə həsr edə bilməyən və bu statuslardan məhrum olan qa-
dınlara da dünyaya bir dəfəki gəlişlərində bütün bunlar vəd olunur-
du. Bəlkə də, elə qadınlara olan bu münasibət səbəbindən də bud-
dizm digər dinlərə nisbətən daha çox yayılmaq imkanı qazandı.
Amerika  buddist  qadınları.  “Amerika  buddizm”i  də  yeni 
bir qol olaraq buddizmin ümumi forma və məzmununa təsir et-
mişdir. XXI əsrin əvvəllərində KİV-də buddizmin “amerikalaş-
dırılma”si adlı termin tez-tez istifadə olunmağa başladı. Elə bu 
mövzuda  dərc  edilən  tədqiqatların  içərisində  qadınların  rolları 
da  araşdırılmağa  başlandı.  Sözsüz  ki,  Amerikadakı  buddizmin 
bu dinə mənsub olan qadınların həyatında hansı rol oynadığını 
anlamaqdan ötrü hökmən ənənəvi buddizmin əsas xüsusiyyətlə-
rinə nəzər salmaq lazımdır. Birincisi, bütün dünya dinləri kimi 
buddizm də kişi dominantlığı ilə müşayiət olunan dinlərdəndir. 
Tarixən həm meditasiyalar kişilər tərəfindən yerinə yetirilmişdir, 
həm də elmi-fəlsəfi yeniliklər kişilər tərəfindən kəşf edilmişdir. 
Qadınların analoji vəzifələri yerinə yetirməsi bu dində bəyənil-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə