Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə64/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   60   61   62   63   64   65   66   67   ...   95

Ki̇fayət  Ağayeva
196
qızlardan  daha  çox  göstərirlər. 
Televizor və radio diktorlar arasında cəmi 16 % qadın var və 
ABŞ-da əhalinin yarısından çoxunun qadın olmasına baxmaya-
raq, KİV bu mütənasibliyi pozur. Tamaşıçılar az qala mədəniyyət 
standartların daşıyıcısının yalnız kişilərdən ibarət olmasına ina-
nırlar.
Müasir  dövrdə  Amerika  KİV-ində  güclü  qadın  hüquqşü-
naslar,  həkimlər,  dövlət  idarələrində  yüksək  vəzifələr  üçün  na-
mizədliklərin irəli sürənlər tez-tez görünsələr də, hələ də onların 
sayı  kişilərlə  müqayisədə  çox  azdır.  Təqdim  olunan  kişi-qadın 
xüsusiyyətləri  çox  fərqlidir.  Belə  ki,  məşhur  moda  jurnalların 
üz  qabıqlarında  əsasən  cəlbedici  qadın  şəkillərini  görmək  olar. 
Ümumiyyətlə, KİV-də qadın haqqında verilən məlumatın ciddili-
yindən asılı olmayaraq, hər zaman onların xarici görünüşlərindən 
(saç düzümü, geyim stili və s.) daha çox bəhs olunur. Filadelfiya 
Templ Universitetinin Professoru Karalin Kiç belə yazır: “Yüz il 
də keçsə, yanaşmalar dəyişmir.”     
 KİV-də bəzən hər hansı bir ciddi uğuru olan qadından məlu-
mat veriləndə diqqəti onun qazandığı uğurlara deyil, onun tənha, 
karyerist olma fikrinə yönəltmək istəyirlər. KİV-in təsvirinə görə 
əgər qadının 50 yaşı var, həyat yoldaşı yoxdur və o yalnız öz kar-
yerası ilə məşğuldursa, artıq bu qadın cəmiyyət üçün yararsızdır. 
Əmək fəaliyyətində uğur qazanan qadın daha çox müstəqil olur, 
güclü  olur  və  gender  bərabərliyinə  meyilli  olurlar  (Newsweek, 
2010).
Televiziya şouları. Amerikada belə bir deyim var, “televizor 
kanalları maarifləndirici olmalıdır və əsas məsələ: onlar nəyi öy-
rədirlər?” (Thompson, Theresa L. and Zerbinos, Eugenia, 1995: 
415). Erkən yaşlarından televizora baxan uşaqların həyat haqqın-
da təcrübələri olmadığı üçün, teleməkanlardan onlara ötürülən is-
marıcların real olub-olmadığını anlaya bilmirlər və gördüklərini 
həqiqət kimi qəbul edirlər. Azyaşlı uşaqlar (2-12 yaş arası) cizgi 
filmlərini  seyr  edərkən  özlərindən  asılı  olmayaraq  onların  xa-


ABŞ-da gender m
əsələləri
197
rakterində gender stereotipləri formalaşır (Witt, Susan D., 1997: 
254). Bu səbəbdən də cizgi filmlərindən təsirlənən uşaqlar orada 
təqdim olunan gender rollarını format kimi, həyat norması kimi 
qəbul  edirlər.  Tompson  və  Zebrinos  (1995)  41  cizgi  filmindən 
175 epizod təhlil etmişlər. Onlar cizgi filmlərində qız (qadın) və 
oğlan (kişi) xarakterlərini təhlil edərkən belə bir nəticəyə gəlmiş-
lər ki, xarakterlər ənənəvi maskulinliyi və femininliyi təbliğ edir. 
Müqayisə nəticəsində aydın olmuşdur ki, kişi xarakterlərin sayı 
qadın xarakterlərindən daha çoxdur.  
Əksər hallarda, televiziyadakı verilişlərdə qadınlar üçün ev-
lilik, valideynlik və evdarlığın çox önəmli olması fikri təlqin olu-
nur, lakin kişilər üçün bu fikir o qədər də çox təbliğ olunmur. 
1940-60-cı illər üçün mükəmməl qadınlar (ağdərili, orta si-
nif) evdar qadınlar hesab olunurdular və onları filmlərdə də bu 
şəkildə  təsvir  edirdilər.  Bu  qadınların  evləri  tərtəmiz,  övladla-
rı  sağlam,  gözəl  və  nizam-intizamlı  olmalı  idi.     Televiziyanın 
təqdimatı reallıqlara söykənmirdi, çünki bu illərdə qadınların 40 
%-i ödənişli işlərdə çalışırdılar və müharibədən sonrakı dövrdə 
boşananların  sayı  xeyli  artmışdı. 1975-ci  ildə  Cin  MakNeilin 
araşdırmalarına görə, 74 % qadının əsas problemi həyatlarındakı 
romanlarla (kişi sevgililəri) və ailələri ilə əlaqəli idi, lakin yalnız 
kişilərin 18 %-in buna oxşar problemləri mövcud idi (Thompson, 
Theresa L.; Zerbinos, Eugenia, 2016). Qadınların iş həyatından, 
dominant xarakterindən, qərar qəbuletmə qabiliyyətindən deyil, 
onların ailə həyatından bəhs edən verilişlər çoxluq təşkil edirdi. 
İşdə başçı, demək olar ki, həmişə kişi olurdu. Kişilər qətiyyətli, 
aqressiv, macəra axtaran, qələbə çalmağı bacaran, fəal olurdu, qa-
dınlar isə passiv, zəif, az effektli, biçarə, ikinci dərəcəli, gülməli 
təsvir  olunurdular.
Belə  ki,  1970-ci  illərdə  televizor  verilişlərinin  tənqidçiləri, 
elm adamları və aktiv qadınlar bu diskriminasiyanı qeyd etdilər 
və qadınların televizor verilişlərində iştirak faizini artirmaq qə-
rarını verdilər. Aparılan sorğulardan bəlli olmuşdu ki, televizor 


Ki̇fayət  Ağayeva
198
verilişlərində qadınların hansı şəkildə təsvir olunması qadınların 
xoşuna gəlmirdi. Onlar hesab etmirdilər ki, real həyatda qadınlar 
televizor  verilişlərin  təqdim  etdiyi  “deqradasiyaya  uğramış  be-
yinsiz gəlincik” kimidirlər. İlk dəfə  Mary Tayler Moore Show-
da qadın xarakteri fərqli şəkildə verildi. Buradakı qadın obrazı 
mərkəzi  fiqur  idi  və  söhbət  onun  sevgilisindən,  ərindən  deyil, 
qadının  işindən  və  onun  əmək  fəaliyyətindən  gedirdi.  Bu  artıq 
Amerikada yeni qadın obrazı idi. Belə ki, burada baş roldakı qa-
dının romantik həyatı deyil, onun iş fəaliyyəti əsas götürülürdü. 
Qadın dürüst olmayan kişi ilə bir yerdə olmaqdansa, tənha olmağı 
üstün tutur, lakin yenə də stereotipləşmə mövcuddur, çünki qadın 
başçı və digər kişi iş yoldaşları ilə bərkdən danışmağa cəsarət et-
mir, işdə ənənəvi qadın işi görür (çap işi, kofe gətirmək). Digər 
bir televiziya verilişində yeni bir qadın xarakteri “Möcüzə qadın” 
(Wonder Woman) obrazı verilir. Artıq verilişlərdə qadınlar polis 
kimi təqdim olunur (Zeisler, Andi, 2008).  
1990-cı illərdə televiziya verilişlərində artıq fərqli bir mas-
kulinlik və femininlik müşahidə olunurdu. İndi qadın və kişilər 
münasibətlərində  daha  rahatdırlar,  maskulinliyin  və  femininli-
yin neqativ tərəfləri deyil, xoşagələn tərəfləri təlqin olunur. Ki-
şilər “həssas, xeyirxah, nəzakətlidirlər”, qadınlar “ziyalıdır, lakin 
mükəmməl ev qadını deyillər”. Bu xarakterlər əvvəlki obrazların 
xarakterlərindən  fərqlidir  və  artıq  ənənəvi  ailə  modelləri  yeri-
ni daha müasir ailə modellərinə verir (Gauntlett, David, 2008). 
Müəllifə görə, artıq televiziya verilişlərində uğurlu peşəkar qa-
dınlar təbliğ olunur. 
İllərlə  televiziya  verilişlərində  əyləncəli  proqramlar  domi-
nantlıq edirdi. Reality Show qadın və kişi stereotiplərinin başqa 
tərəflərindən  bəhs  edirdi.  Reality  Show-da  digər  verilişlərdən 
fərqli  məqamlar  müzakirə  olunur  və  bu  vaxta  qədər  müzakirə 
üçün uyğun hesab olunmayan məsələlər tam çılpaqlığı ilə tama-
şıçıya təqdim olunurdu. Bunlara “Keeping Up With the Kardas-
hians”, “Teen  Mom  2”, “Teen  Mom  OG”, “The  Bachelor/ The 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə