Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə62/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   58   59   60   61   62   63   64   65   ...   95

Ki̇fayət  Ağayeva
190
Qadın və kişilərin qeyri-verbal ünsiyyəti zamanı çox maraqlı 
məqamlara təsadüf olunur. Qadınlar hətta həmsöhbəti ilə razılaş-
madıqları hallarda belə gülümsəyərək ünsiyyət qururlar. Düzdür, 
bəzi  alimlərin  fikrincə,  gülümsəyərək  danısmaq  mədəniyyətin 
deyil,  itaətkarlığın  əlamətidir.  Qadının  itaətkarlığa  meyilliliyini 
sübuta yetirmək üçün digər dəlillər də təqdim olunur. Məsələn, 
qadın kişi ilə söhbət edəndə kişi respondent qadının üzünə dik-
dik baxdığı halda, qadın ya gözlərini döyür, ya da kişinin üzünə 
baxmağa  uzun  müddət  davam  gətirə  bilməyib,  başını  aşağı  sa-
lır və hətta razı olmadığı məqamlarda belə itaətkarcasına başını 
yelləyə-yelləyə deyilənlərlə guya razı olduğunu bildirir. Əslində 
bu da birmənalı qiymətləndirilməməlidir, çünki dünyanın bir çox 
ölkələrində gözə baxaraq dinləmək mədəniyyət hesab olunduğu 
halda, bəzi ölkələrdə (məsələn, Yaponiyada uşaqlara erkən yaşla-
rında insanların üzünə baxmadan ünsiyyət qurmağı öyrədirlər) bu 
mədəniyyətsizlik hesab olunur. 
Kişilər və qadınlara aid jestlər də fərqli ola bilər. Kişilər üçün 
məqbul, normal hesab oluna bilən jestlər qadınlar üçün qeyri-qə-
naətbəxş hesab oluna bilər. “Əli stolun üstünə çırpmaq” hərəkəti 
kişilərin əsəbini, qəzəbini əks etdirir. “Boynunun arxasını qaşı-
maq” müsbət bir cavab gözləyən zaman kişilərə xas jestdir. “Əli-
ni-əlinə  sürtmək”  jesti  də  yuxarıda  söylədiyimiz  kimi,  müsbət 
nəticəyə əminlik işarəsidir. “Yumruq göstərmək” jesti kişilər üçün 
mübahisə etdiyi insanı döyməyə hazırlaşmasına işarədir. “Şəha-
dət barmağı (bıçaq kimi) çənənin altından boyun istiqamətində 
düz saxlayıb, digər barmaqları yumruq şəklində bükmək” sanki 
qarşı tərəfi öldürməyə hazırlaşmaq işarəsidir və bu da çox vaxt 
kişilərə  xas  hərəkətdir.  “Saç  yolmaq”  birmənalı  şəkildə  qadın-
lara aid olan hərəkətdir (bu anlaşılandır, nadir hallarda kişilərin 
saçı yolmaq üçün ələ gəlir). “Ayaqlarını yerə döyəcləmək” uşaq 
və qadınlara aid jest olub kaprizli insan olmağa işarədir. “Üzünü 
əllərlə qapatma” əksər hallarda qadınlar tərəfindən ağlayarkən, 
utanarkən, üzülərkən, digərini üzərkən, tərəddüd edərkən istifadə 


ABŞ-da gender m
əsələləri
191
etdikləri jestlərdən biridir. “Şəhadət barmağını dodaqların üstünə 
və baş barmağı qulağa tərəf uzatmaq” bərk təəccüblənməyi bildi-
rir və bu da qadınlara məxsus davranışdır. “Əllərini çarpazlaşmış 
halda döşlərinin üstünə qoymaq” (əlini qoynuna qoymaq) qadın-
lara xas tipik hərəkətdir. 
Qadınların  oturuşlarına  nəzər  salsaq,  onlar  əksər  hallarda 
daha yığcam oturmağa cəhd göstərdikləri halda, kişilərdə bunun 
əksi müşahidə olunur, yəni daha yayılmış şəkildə, özlərinə rahat 
olan  formada  otururlar. 
Danışıq zamanı insanların arasındakı məsafənin əhəmiyyəti 
də  böyükdür,  çünki  məsafənin  ölçüsü  danışanların  statusundan 
xəbər verir. Rəislər çox zaman işçilərindən daha hündür yerdə və 
daha böyük kürsüdə oturmağa üstünlük verirlər. Varlıların evləri-
nin hasarları daha hündür olur, həyətləri daha geniş olur. Ünsiy-
yətdə olanların arasındakı məsafə ölçüsünün böyüklüyü, onların 
yüksək statuslarından, dominantlığından xəbər verir. 
Deməli, status yüksək olduqca məsafə də böyük olur. Elə bu 
səbəbdən də əksər hallarda qadınların kişilərlə ünsiyyəti zamanı 
qadınlara məxsus olan məkan daha kiçik olur. Bunu şərti olaraq 
aşağıdakı kimi səciyyələndirə bilərik: 
* qadına məxsus yer kişi tərəfindən tutulubsa, qadın tolerant-
lıq nümayiş etdirir; 
* qadın qadınla ünsiyyətə girdiyi zaman aralarındakı məsafə 
az  olur,  lakin  kişi  kisi  ilə  ünsiyyətə  girdiyi  zaman  aralarındakı 
məsafə nisbətən çox olur; 
* həm kişi, həm də qadın qadınla ünsiyyət zamanı ona daha 
yaxın  olur.  Digər  məqamlar  da  bunların  doğru  olduğunu  sübut 
edir. 
Yüksək statuslu şəxslə aşağı statuslu şəxs ünsiyyət qurduq-
ları  zaman  yüksək  statuslu  şəxs  hərəkətlərində  daha  sərbəstdir, 
bəzi  hallarda  qarşısındakına  rahat  toxuna  da  bilər,  tabeçilikdə 
olan şəxs bunu heç ağlına da gətirə bilməz. Aşağı statuslu şəxsə 
hətta bu, xoş gəlməyəndə belə, o, yerini dəyişməyə, etiraz etməyə 


Ki̇fayət  Ağayeva
192
çox  zaman  cürət  etmir.  Çox  vaxt,  kişilər  hətta  yenicə  tanış  ol-
duqları qadınlarla ünsiyyət zamanı onlara toxunaraq söhbət edir-
lər,  məsələn,  onlara  salamlaşmaq  üçün  uzadılan  qadın  əlini  bir 
müddət əllərindən buraxmamağa cəhd göstərirlər. Bəzən nəvaziş 
əlaməti olaraq kişilər əllərini qadınların ciyinlərinə qoyur, amma 
qadınlar bunun əksini ağıllarına belə gətirmirlər. Yenə də kişinin 
qadına “toxunma haqqı” daha çoxdur. 
Hər kəs bu kimi məqamları müşahidə edir, sadəcə bunların 
fərqinə varmır. Bəzən tez-tez nahar etdiyi restorana daxil olan kişi 
müştəri, qadın ofisiantı salamlamaq əvəzinə yanağını sığallayır, 
saçını qarışdırır, hətta çimdikləyib yanına yüngül şəkildə vuranlar 
da tapılır. Maraqlısı budur ki, həmin müştərilər analoji davranışı 
kişi ofisiantlara tətbiq etməyi ağıllarına belə gətirmirlər. 
Yuxarıda sadalanan məqamlar fransız sözü “chivalry”nı xa-
tırladır. Bunun orijinal mənası zadəgan ləyaqəti anlamına gəlir, 
amma bu gün bu söz daha çox qadınlara qarşı mədəni davranış, 
qadın zərifliyini qorumaq üçün kişilər tərəfindən edilən jest kimi 
anlaşılır. Oxucuya aydınlıq gətirmək üçün “chivalry” ilə əlaqəli 
etiketlərdən misal gətirək. Bu etiketlər də qadın-kişi statuslarının 
fərqliliyindən xəbər verir. Məsələn, nəzakət əlaməti olaraq kişi qa-
dın qarşısında daha çox fəallıq göstərir, o, qadından qabağa düşüb 
onun üçün avtomobilin qapısını açır, siqaret çəkməyə hazırlaşan 
qadının  siqaretini  yandırır,  ictimai  nəqliyyatlarda  oturmağa  yer 
verir, paltosunu geyinməyə yardım edir, sürüşkən yolda qoluna 
girib yıxılmamasına kömək edir və sairə. Kişilər belə vəziyyətlər-
də nəzarəti əldə saxlayıb fəallıq göstərirlər və son nəticədə imkan 
olan kimi qadını asılı vəziyyətə salıb, onu kişiyə bir növ möhtac 
edirlər. Necə ki, keçmişdə hətta qadına avtomobil almaq imkanı 
olan ailələr bunu etmirdilər və bunu qadını qorumaları ilə izah 
edirdilər. Avtomobili olmayan işgüzar xanımlar vaxtlarını itirib, 
kiminsə onları lazımi yerə aparmasını gözləyirdilər. Bütün bu eti-
ketlərin icrası zamanı guya qadın özünü daha feminin, kişi özünü 
daha maskulin hiss edir. Bəzən bunu centlmenliyin əlaməti kimi 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə