Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə73/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   69   70   71   72   73   74   75   76   ...   95

Ki̇fayət  Ağayeva
224
mir, çünki buddizmdə hörmət və şöhrət yalnız kişilər üçün nəzər-
də tutulur. İkincisi, Yaponiyadan başqa bütün buddist cəmiyyətlər 
üçün monastır dixotomiyaları mövcud idi.  
Bütün  yuxarıda  deyilənlərə  rəğmən, Amerikadakı  buddizm 
modeli,  Asiyada  mövcud  olan  buddizm  modelindən  fərqlidir. 
Amerika  buddizmində  qadınların  fəal  iştirakı  Qərb  buddizmin-
dən qaynaqlanırdı. Burada qadınlar meditasiyanın və digər bud-
dist forumların mərkəzində dururdular. Ümumiyyətlə, Asiya və 
Amerika buddist meditasiya mərkəzləri çox fərqlidirlər. Amerika 
buddist qadınları heç də Asiya buddist qadınlarından nə inancla-
rına görə, nə də dinin digər mühüm vəzifələrini yerinə yetirmək 
nöqteyi-nəzərindən geri qalırlar. Geyimlərini çıxmaq şərtilə büt-
lərə sitayiş etmək və meditasiya təcrübələrində elə də köklü fərq 
yoxdur.  Sadəcə, Amerikada  buddist  qadınlar  kişilərlə  bir  yerdə 
dini ritualları yerinə yetirirlər.      
 Şübhəsiz ki, Amerika buddizmində qadınların fəallaşmasının 
bir tarixi vardır. Buddizmin Şimali Amerikaya gəlişi 1960-70-ci 
illərdən çox-çox əvvəllərə gedib çıxsa da buddistlər bu onilliklər 
ərzində Amerikaya kütləvi miqrasiya etmişdilər. Həmin dövr fe-
minizmin ikinci dalğası dövrü ilə üst-üstə düşür. Bu elə bir dövr 
idi ki, kişilər üçün mövcud olan imkanlar artıq qadınlar üçün də 
əlyetər  idi. Artıq  qadınlar  ikinci  dərəcəli,  tabeçi  statusda  deyil, 
kişilərlə bərabər hüquqlu vətəndaşlar kimi qəbul olunurdu. ABŞ-
da buddizmi daha cəlbedici etmək üçün qadınlar bu dində olan 
bütün nəzəri və təcrübi dəyərləri hər iki genderə aid etməyi israr 
edirdilər. Bu uğurlu dövr Amerika buddizmin simasını dəyişdi və 
bütün dünya buddizminə də təsirsiz ötüşmədi. Nəticədə, buddizm 
və Amerika qadınları arasında paradoksal situasiya yarandı. Bir 
tərəfdən, buddist rituallar və uyğun elmlər gender neytral əsas-
lı oldu və toxunduğumuz dövrdə buddizm qadınlara dəyər verən 
din qismində çıxış etdi. Digər tərəfdən, buddizmdə nə qədər gen-
der neytral elementlər mövcud olsa da, bu dinin forma və məz-
mununda hələ də kişi dominantlığı hökm sürürdü, çünki bu dində 


ABŞ-da gender m
əsələləri
225
həm müəllimlər, həm də liderlərin əksəriyyəti kişilər idi. Dində 
nisbətən yüksək statusa malik qadınlar tənqidlə qarşılanırdı. 
Belə yanaşmalar qadınları iki antoqonist qrupa ayırırdı: bir 
qrup  qadınlar  qədim  zamanlarda  buddizmdə  qadınların  önəmli 
rol oynamalarını əllərində əsas tuturdu və onlar o dövrdə olduğu 
kimi, kişilərin iştirak etdiyi bütün rituallarda öz keçmiş rollarını 
bərpa  etmək  niyyətində  idilər.  Onlar  feminist  ideyaları  buddiz-
mə inteqrasiya etməyin tərəfdarları idilər. Digər qrup qadınlar isə 
buddizmdə kişi dominatlığını dəstəkləyirdi. Bütün bunlara bax-
mayaraq, hər iki qrupun Amerikada buddist rituallardakı iştirakı 
ilə onların öz vətənlərində - Asiyada iştirakı arasında kəskin fərq 
var idi. Amerika buddist qadınlarından bunun səbəbini soruşan-
da, onlar bunu belə izah edirdilər. Birincisi, onlar Amerikada Asi-
ya buddist normalarını Şimali Amerikada tətbiq edə bilməzdilər. 
İkincisi, feminizmin və yeni buddist müəllimlərin bu bölgəyə gə-
lişi hər şeyi dəyişdirmişdi. Onlar bir onillik əvvəl bu bölgəyə köç 
etsəydilər, situasiya bir qədər də yaxşıya doğru dəyişmiş olardı. 
Qadınlar kişilərlə ona görə bərabər imkana malik ola bilmirlər ki, 
din sferasında az müəllim var və onlar az gücə sahibdirlər. Bud-
dizmə görə, şanslı o qadınlardır ki, onlar öldükdən sonra  yeni-
dən dünyaya kişi qismində gələ biləcəklər. Əks halda, buddizmin 
qaydalarına görə, qadınların kişilər qədər prestijli statuslar əldə 
etməsi çətin məsələdir.   
 Bəzi Amerika buddistləri dini ritualları öz dillərində yerinə 
yetirirlər, bəziləri bunları ingilis dilində edirlər. İngilis dilindəki 
genderlə əlaqəli sözlər daha çox adrosentrik olduğu üçün “oğul” 
(son)  əvəzinə “uşaq”, “kişi” (man) əvəzinə “insan” istifadə olu-
nur. Mediator hər zaman insanlara “he” (kişi) müraciət edir. Düz-
dür, XXI əsrdə ABŞ-da da söylənilən maskulin terminlər daha çox 
gender neytral sözlərlə əvəz olunmuşdur, lakin bu istiqamətdə nə 
qədər müsbət dəyişikliklər baş versə də, buddizmin bünövrəsində 
androsentrik elementlər çox olduğu üçün bu din hələ də kişi do-
minantlığı ilə müşayiət olunur. Doğrudur, buddizmin ilkin yaranı-


Ki̇fayət  Ağayeva
226
şında bu dində caynosentrik elementlər kifayət qədər mövcud idi. 
Bu buddizmlə bağlı şeir və hekayələrdə (“The  Songs of the Fema-
le Elders”) özünü daha çox büruzə verir. Təəssüf ki, buddizmin 
qadın əcdadlarını onlara unutdurmaq üçün sonrakı dövrlərdə çox 
təsirlər olmuşdur (Alfred W. Kaszniak  and Rita M. Gross, 2010).
Buddizm qadınlar üçün üstün din olmasa da, başqa dinlərlə 
müqayisədə bu din qadınları az da olsa, dəyərləndirir, onları nisbi 
azadlıq və ləyaqətlə təmin edir. Lakin əsas məsələ bu dinin təcrü-
bədə  necə  tətbiq  və  təqdim  olunmasıdır.  Bu  dində  müəllimlərin 
arasında nə qədər çox qadın olarsa, dini strukturlarda qadınlar daha 
çox təmsil olunarlar (Rita M. Gross and Shambhala Sun, 2005).  
Dinlərdə  gender  stereotipləri.  Qadınların  xeyriyyəçilikdə, 
dini təhsilin verilməsində və kilsə təsərrüfatı işlərində yaxından 
iştirak etmələrinə baxmayaraq, hətta bu gün də qadının mövcud 
ənənəvi rol və funksiyaları müasir dövrün tələbləri ilə uzlaşmır və 
bir-biri ilə ziddiyyət təşkil edir. 
Pravoslav qadınların əksəriyyəti kilsədəki vəzifələrini yuxa-
rıdan verilən tapşırıqların yerinə yetirilməsi ilə bitmiş hesab edir-
lər.  Pravoslav  qadınlar  feminist  pravoslav  qadınların  kilsədəki 
digər vəzifələrə olan iddiasına o qədər təəccüblənirlər ki, hətta 
onları  deviant  hesab  edirlər.  Onlara  görə  qadınların  pravoslav 
kilsələrində rəhbərlik məsələsi, ümumiyyətlə, aktual olmayan bir 
məsələdir. Burada azacıq da olsa, aktual sayıla bilən bir məsələ 
kilsələrdə  qadınların  diakonat  postuna  (ruhani  atanın  müavini) 
yenidən bərpa edilə bilməsi məsələsidir, çünki xristianlığın birin-
ci əsrində bu mövcud idi. 
Müasir pravoslav təfəkküründə qadın problemi nadir hadisə-
dir.  Ortodoksal  kilsənin  feminist  ilahiyyatçıları  kilsənin  daxili 
işlərində  öz  pozisiyalarını  kənara  qoyurlar,  onlar  əsasən,  bey-
nəlxalq  iqtisadi  hərəkatlarda  iştirak  edirlər. 
İudaizmdə qadınların vəziyyəti spesifik xarakter daşıyır. İu-
daizmi birmənalı qəbul etmək absurddur. Qeyri-ortodoksal iuda-
izm aləmində qadınlar bərabərdirlər və ictimai işlərdə iştirak edə 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə