Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə69/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   65   66   67   68   69   70   71   72   ...   95

Ki̇fayət  Ağayeva
212
yişikliklər etmək istəyənlər arasında gərginlik hələ də səngimək 
bilmir. Elə bu səbəbdən də ilahiyyatda, dini qaydalarda islahat et-
məyə cəhd edənlər cəmiyyətdə çox ciddi müqavimətlə üzləşirlər. 
Dinin gender aspektləri. Genderşünaslıq elminə qədər din 
bir  çox  elmlərin  tədqiqat  predmeti  olsa  da,  bu  yeni  elm  sahəsi 
dinə tam başqa bir rakusdan, dinin gender fərqlərinə görə insan-
lara münasibəti baxımından yanaşır. Dinin qadınlara olan müna-
sibəti bir növ cəmiyyətdəki sosial iyerarxiyaya təkan verir. Belə 
bir fikir formalaşmışdır: “Din qadınları sevmir, göründüyü kimi, 
burada qadınlar üçün nəzərdə tutulan qaydalar daha sərtdir”.  
Elə bil ölkələrin mənsub olduğu bütün maddi-mənəvi resurs-
lar insanlara qadın və kişi olduqlarını nəzərə alıb, genderinə görə 
bölünüb  paylanmışdır  və  sözsüz  ki,  bu  zaman  çox  şey  kişilərə 
verilmiş, qadınlara isə kişilər istədikləri qədər pay vermişlər. 
İstər qadın, istər gender, istərsə də din kateqoriyaları çox bö-
yük bir sahəni əhatə etdiyi üçün son zamanlar bu məsələlər təd-
qiqatçıların diqqət mərkəzindən yayınmır. Əslində, din insanlar 
üçün nədir? Sadə dillə ifadə etsək, din mənəvi və əxlaqi dəyərləri 
özündə ehtiva edən mədəni sistemlərin, yəni inam sistemi və dün-
yagörüşü toplusunun yaratdığı simvollardır. 
Burada müzakirəyə çıxarılacaq məsələlərdən bir çox elmlər-
də (sosiologiya, fəlsəfə, psixologiya və s.) bəhs olunur. Düzdür, 
bu mövzu müxtəlif ölkələrin, müxtəlif mədəniyyətlərin prizma-
sından müxtəlif üsullarla interpretasiya olunur və hər dəfə də si-
tuasiyaya uyğun olaraq yeni məsələlər gündəmə gətirilir. Dinin 
gender  aspektindən  tədqiqi  nisbətən  yeni,  amma  kifayət  qədər 
maraq  kəsb  edən  bir  sahə  olduğundan  anlamanın,  düşüncənin, 
fəaliyyətin yeni bir üsulu kimi təqdim olunur. Uzun illər ABŞ-da 
ilahiyyat elmində, dində gender məsələləri alimlər, tədqiqatçılar 
üçün demək olar ki, mövcud olmamışdır, olubsa da, kişi tərəfkeş-
liyi ilə müşayiət olunmuşdur. 
Genderşünaslıq dinə öz rakusundan nəzər salır, çünki dində 
də qadın və kişi münasibətlərindən bəhs olunur, qadınlıq və kişi-


ABŞ-da gender m
əsələləri
213
lik statuslarına fərqli baxışlar təqdim olunur. Dini qurumlar güc 
resurslarının bölünməsində genderlər arasında diskriminasiyaya 
göz  yumurlar  və  bu  fərqli  yanaşma,  sosial  iyerarxiya  kişilərin 
xeyrinə olur. 
Hər bir sahədə eqalitarlığı, gender bərabərliyini əlində əsas 
tutan feminist alimlərin bu sahəyə də baxışları kifayət qədər fərq-
lidir. Bəzən dini kitablarda yazılanları yetərli qədər kişi tərəfkeş-
liyi ilə müşayiət edən qeyri-feminist tədqiqatçı alimlər bu idea-
yaları yanlış şəkildə insanlara təqdim etmişlər, yəni düzgün şərh 
etməmişlər.  Feminist  alimlər  bütün  ilahiyyatçıları  obyektivliyə 
çağırır və dində bəhs olunan bir çox məsələlərə yenidən ədalətli 
şəkildə nəzər salmağı tövsiyə edirlər.   
ABŞ-da din və gender tarixi perspektivdən. ABŞ Konstitu-
siyasının elə birinci düzəlişində dinin dövlətdən ayrı olduğu qeyd 
olunur.  Bu  düzəlişdə  dövlətin  din  tərəfindən  idarə  olunmasına 
qadağan qoyulur. Heç kəsə sirr deyildir ki, mövcud dinlərin hər 
birində kişilərin qadınlardan üstün olması fikri dəstəklənir. ABŞ-
da da dinə nəzər salanda məlum olur ki, din qadınlara ana və hə-
yat yoldaşı xaricində bir önəm verməmişdir. XIX əsrdə qadınlar 
dini məktəblərdə təhsil alırdılar, kilsədə və digər dini qurumlarda 
işləyən ərlərinə pulsuz yardım edirdilər. Çox az sayda qadın belə 
məkanlarda rəsmi şəkildə çalışa bilirdilər. 
Düzdür,  Amerika  höküməti  ölkədə  rəsmən  dini  statistika 
aparmır, lakin aparılan sorğulara görə, ABŞ-da 83 % əhali özünü 
xristian  hesab  edir.  13  %  əhali  heç  bir  dinə  mənsub  olmadığı-
nı qeyd edir, 4 % əhali digər dinlərə mənsub olduğunu söyləyir 
 (Rosemary  Skinner  Keller  and  Eds.,  2006).
ABŞ-da  bütün  önəmli  sferalarda  gender  konflikti  olduğu 
kimi, dini sferada da bu mövcuddur. General Social Survey təşki-
latı tərəfindən aparılan sorğuların nəticələrinə görə, Amerika qa-
dınların 60 %-i, kişilərin isə 47 %-i həyatlarında dinin çox önəm-
li yer tutduğunu söyləyirlər. Demək olar ki, dini inanclara sahib 
olan  insanların  əksəriyyəti  dini  ayinləri  yerinə  yetirmək  üçün 


Ki̇fayət  Ağayeva
214
ölkənin dini məkanlarına gedirlər, lakin qadınlar bunu kişilərdən 
daha səliqəli şəkildə yerinə yetirirlər. 
 General Social Survey təşkilatının apardığı sorğulara görə, 
son illərdə qadınlar arasında dini ayinləri yerinə yetirmək üçün 
dini məkanlara gedənlərin sayında azalma müşahidə olunur. Bu-
nun da başlıca səbəbi qadınların əksəriyyətinin ödənişli iş yerlə-
rində  çalışmalarıdır.  
XIX  əsrdə  “ailə  həyatı  kultu”  çox  güclü  idi  və  ailəsinə 
qayğı  göstərən  və  mükəmməl  analıq  missiyasını  yerinə  ye-
tirənlər  əsl  qadın  hesab  olunurdular.  İdeal  və  əsl  qadın  evi  hə-
yat yoldaşı və uşaqları üçün müqəddəs məkana çevirirdi. Xris-
tian  evləri  Tanrının  icazə  verdiyi  qaydalara  uyğun  olmalıdır, 
xristian  qadın  analığın  ən  uca  zirvəsində  duran  şəxs  olmalıdır.  
 Dini qurumlarda xidmət edən kişilərin həyat yoldaşları hər sahə-
də (kilsələrdə dərs deməklə, xəstələrin evinə baş çəkməklə, xey-
riyyəçiliklə, kilsənin təşkil etdiyi proqramları yerinə yetirməklə 
və  s.)  onlara  yardım  edirdilər.  1810-cu  ildə Andover  İlahiyyat 
Seminariyasında  (Andover  Theological  Seminary)  xarici  işlər 
üzrə Amerika şurası adlı təşkilata xeyriyyəçilik missiyasını hə-
yata  keçirməyi  həvalə  edirlər.  Daha  sonralar  protestant  seksiya 
öz missioner təşkilatlarını təsis edir və təşkilat üzvlərini yardım 
məqsədilə Cənub-Şərqi Avropaya və Asiyaya göndərirlər. Bu təş-
kilatda missionerlərin arasında çoxsaylı subay və çox az sayda 
evli qadınlar var idi. Bəzi kişi missionerlərinə yol yoldaşlıq edən 
həyat yoldaşları hətta bu məşəqqətli səfərlərdə ölürdülər. Onla-
rın adlarını əbədiləşdirməkdən, digərlərinə örnək olmaqdan ötrü 
bu qadınların haqqında xatirələr yazılır. Meta Lander də Henrita 
Hamlin adlı belə bir qadın haqqında yazır. O xatirələrində yazir 
ki,
 ərinə yardım məqsədilə onunla bərabər Türkiyəyə gedir: “O, 
ilk Amerika missioner bacısı haqqında çap etdirdiyi bioqrafiyada 
bu qadının etdiyi fədakarlıqdan bəhs edir və onu Amerika qadın-
larına örnək göstərir” (Meta Lander, 1854:13).  


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə