ABŞ-da gender m
əsələləri
215
XIX əsr qadınları artıq evdən kənar fəaliyyətlərində də fərqlə-
nirdilər və bəzi xeyriyyəçilik missiyalarında fəal iştirak edirdilər.
Məsələn, Nyu York şəhərinin sakini İzabella Qraham 1800-ci il-
lərdə xeyriyyəçilik işlərində çox vacib simalardan biri idi. Eliza-
bet Seton ilk amerikalı qadın idi ki, Müqəddəs Cozef Bacılar Xey-
riyyəçilik cəmiyyəti adlı dini cəmiyyətin bünövrəsini qoymuşdu.
Bundan əlavə, həmin dövrlərdə Abiqail Roberts və Carena Li də
daxil olmaqla, bir neçə qadın vaiz kimi fəaliyyət göstərirdi. Bu-
nunla da, əsrlərlə kişi dominantlığı ilə müşayiət olunan peşələrdə
az da olsa, qadınlar görünməyə başlamışdı. Hazırda Filadelfiya
Kitabxana Şirkətində belə qadınlardan bəhs edən kitablar saxlanı-
lır. Həmin universitetin şəkil qallereyasında tarixdə dini fəaliyyəti
ilə örnək ola biləcək qadınların portretləri vardır. Belə qadınların
fəaliyyətlərindən bəhs edən kitabların yazılmasında əsas məqsəd
xristian qadınlarında xeyriyyəçiliyə maraq oyatmaqdan ibarətdir
(Charles H. Lippy, Peter W. Williams, 2010).
ABŞ-da son illərə qədər qadınlara rəsmi dini işlərdə çalış-
mağa icazə verilmirdi. Bütün dünyada olduğu kimi, Amerikada
da qadınlar hər zaman dini mədəniyyətin daşıyıcısı qismində fəa-
liyyət göstərmişlər. Hətta Amerika aktivist qadınların arasında
dini inanclarla motivə olub siyasi islahatlar aparmaq üçün yola
çıxanlar da olmuşdur. Buna misal olaraq, Amerika qadın abolişi-
nistlərini göstərmək olar.
1800-ci illərin əvvəllərində ağdərili, hətta qaradərili xristi-
an və yəhudi mənşəli qadınlar bir neçə dini məktəb və xeyriyyə-
çilik təşkilatı açmışdılar. Elə bu məktəb və təşkilatlar vətəndaş
hərəkatlarına təkan vermişdi. 1860-cı illərdə vətəndaş hüquqları
hərəkatı uğrunda yola çıxan Afro-Amerika qadınları güclərini bu
təşkilatlardan almışdılar. Yəni dini məkanlar tarixən təkcə dini
ayinləri yerinə yetirmək üçün deyil, həmçinin siyasi məsələləri
müzakirə etmək üçün də istifadə olunmuşdur.
Amerikanın din tarixinə nəzər salanda, yuxarıda toxunulan
Ki̇fayət Ağayeva
216
məqamlara tez-tez təsadüf olunur və dini fəaliyyəti ilə seçilən ilk-
lər aşağıdakılardır:
* 1790-cı illərdə Merilənd yaxınlığında Anna tərəfindən on
üçüncü koloniyada monax qadınların ilk icması hesab olunan
Tobakko, Bernardina Mattus yaradılmışdır.
* 1853-cü ildə ilk dəfə rəsmi şəkildə tanınmış qadın monastır
kilsəsi Antoinette (Braun) Bləkvel (1825-1921) tərəfindən açıl-
mışdır. O, 1847-ci ildə Oberlin Kollecini, sonra isə 1850-ci ildə
Oberlin İlahiyyat Seminariyasını bitirmişdir. Antoinette (Braun)
Bləkvel aktiv feminist, abolişinist və mükəmməl vəkil idi.
* 1879-cu ildə ilk böyük dini kilsə, Xristos kilsəsi Meri Bey-
ker Eddi tərəfindən açılmışdır.
* 1975-ci ildə Amerika mənşəli qadın Elizabet Ann Seton ilk
Xeyriyyəçi Bacılar icmasını yaratmışdır.
* 1989-cu ildə Barbara Harris ilk qadın yepiskopu təyin olun-
muşdur. O həmçinin Afro-Amerika mənşəli qadın kimi də ilklərin
sırasına daxil olmuşdur.
* 1842-ci ildə ABŞ-da ən böyük qadın dini təşkilatı Huma-
nitar Cəmiyyət (Axirət Dünyasının Müqəddəslərinin Xristos kil-
səsi) yaradılmışdır. Bu, dünyada ən böyük qadın təşkilatlarından
biri hesab olunur.
* Katerin Cefferts Skori Yepiskopal kilsənin ilk yepiskopu-
dur və o, 2006-cı ildə bu posta təyin olunmuşdur.
* 2009-cu ildə Afro-Amerika mənşəli Alisa Stanton ilk rəsmi
ruhani qadın statusunu almışdır.
* 2010-cu ildə Şimali Amerikada, Vacra Dakini Naniri Ver-
montda ilk buddist qadın monax kimi təyin olunmuşdu.
* 2013-cü ildə Elizabet İton İva Evangel Luteran kilsəsinin
ilk qadın yepiskopu təyin olundu (
The Columbia Electronic
Encyclopedia, 2012).
Xristianlıqda qadına baxış. Xristianlıq (isəvilik) hal-hazır-
da dünyada ən geniş yayılmış dini inanc sisteminə verilən ümumi
addır. Xristianlıq bir din olaraq Qərb yarımkürəsində yayılmışdır,