ABŞ-da gender m
əsələləri
239
17. Stark, Rodney, “
Physiology and Faith: Addressing the ‘Uni-
versal’ Gender Difference in Religious Commitment”, Jour-
nal for the Scientific Study of Religion, 2002
18. “
The Columbia Electronic Encyclopedia”, 6th ed., 2012,
Columbia University Press
19. The Pew Research Center, 2016, A New Estimate of the
U.S. Muslim Population. Woods, James C. (2003). The
Third Tower: The Effect of the September 11th Terrorist At-
tacks on the American Jury System. Alabama Law Review
Rus dilində
20. Г.Ф.Ильин, “Законы Ману”, Наука, Главная редакция
восточной литературы, НИЦ Ладомир. 1992г., 360 с.
Ki̇fayət Ağayeva
240
VIII FƏSİL
ABŞ-da miqrasiya, multikulturalizm və gender
Tədqiqatın hədəfində Amerikada miqrasiya, multikultura-
lizm, feminizm siyasəti və ideolagiyası məsələləri durur və on-
ların arasında əlaqə araşdırılır. Tədqiqatda miqrasiya, multikultu-
ralizm və feminizm, gender bərabərliyi ilə mədəniyyət fərqliliyi
arasındakı əlaqə və gərginlik barədə aparılan araşdırmalar təqdim
olunur.
Miqrasiya iqtisadi, sosial, mədəni və siyasi mənaları özündə
ehtiva edən geniş spektrli bir anlayışdır. Miqrasiya yaşayış ye-
rinin dəyişdirilməsi ilə əlaqədar əhalinin bir yerdən başqa yerə
köçməsi kimi izah olunur. Başqasının vətəninə müvəqqəti və ya
daimi yaşamaq üçün köçən şəxs miqrant və bu proses isə miqrasi-
ya adlanır. BMT-nin məlumatına əsasən, hal-hazırda dünyada 232
milyon miqrant mövcuddur (UN Department of Public Informa-
tion, 2015). Miqrasiya prosesləri, qloballaşma proseslərinə səbəb
olan inteqrasiya, mədəni müxtəliflik kimi amillər multikulturaliz-
min formalaşmasını təmin edən əsas aspektlərdəndir.
Multikulturalizm isə eyni bir ölkədə yaşayan müxtəlif xalq-
ların nümayəndələrin mədəniyyət və hüquqlarını tanıyan, onlara
hörmət etməyə qabil olan humanist dünyagörüş və siyasətdir.
Multikulturalizm müxtəlif mədəni köklərə bağlı insanların birgə
yaşadığı cəmiyyətdə mədəni müxtəlifliyi qəbul edib tanıma və
onların dəyərlərinə hörmət etmə siyasətidir. Mədəni müxtəliflik
cəmiyyətin mal-mülkü kimi saxlanılmalı və tanınmalıdır (Siim,
Birte, 2007: 416).
Amerikada miqrasiya və multikulturalizmin tarixi as-
pektləri. “
Bir dəfə Amerikadakı miqrantların tarixindən yazmağı