Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə79/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   75   76   77   78   79   80   81   82   ...   95

ABŞ-da gender m
əsələləri
243
Amerikaya  (Virciniya)  ilk  ingilis  səyahətçiləri  1607-ci  ildə 
üz tutdular və tütünçülük sənayesini inkişaf etdirdilər. Avropalıla-
rın Amerikaya olan marağı təkcə burada olan zəngin təbii resurs-
lara görə deyil, həmçinin bu torpaqda olan dini və siyasi azadlığa 
görə idi. Dinin qoyduğu məhdudiyyətlərdən və siyasi qadağalar-
dan uzaq Amerika, avropalılar üçün böyük maraq doğururdu. İlk 
gələnlər, əsasən, kişilər idi və Amerikada iş yerləri o qədər çox idi 
ki, bütün miqrantların işləmək imkanı olurdu.   
1630-1643-ci  illərdə  Yeni  İngiltərədə  yaşayan  ingilislərin 
sayı  45  mini  keçmişdi.  Sonralar  almanların  (lüteranlar)  da  bu 
torpağa marağı artdı və onlar əsasən Pensilvaniya (1775-ci ildən 
sonra) üz tutdular. Əvvəllər dindən uzaq olan Amerikada, artıq 
dinin elementləri gözə dəyməyə başladı. Bununla bərabər, digər 
avropalılar da (fransız, isveç, italyan, polyak və başqa millətlər) 
öz dinlərini təbliğ etməyə başladılar. Artıq Amerikada çox mürək-
kəb bir cəmiyyət formalaşmağa başlayırdı. Daha sonralar, Ame-
rikanın müstəqillik əldə etməsi ilə ölkədə köklü dəyişikliklər baş 
verdi.        
1770-ci illərin əsas şüarı bütün insanlara bərabər hüquq ver-
mək idi. 1770-ci ildə “Müstəqillik Deklarasiyası”ında əsas ide-
ya Tanrının hər kəsi bərabər yaratması idi. Məlum olduğu kimi, 
Amerikada  şimallılarla  cənublular  arasında  tarixi  bir  münaqişə 
mövcud idi. Bütün bu şüarlara rəğmən, qaradərili amerikalılar ağ-
dərililər tərəfindən hələ də qul kimi gecə-gündüz istidə, soyuqda 
çox az əmək haqqı ilə işləməyə məcbur edilirdilər.
İkinci  miqrasiya  dalğası  1830-cu  illərlə  1880-cı  illər  arası 
dövrə təsadüf edir. Həmin dövrdə miqrantların (əsasən, irlandi-
yalı və almaniyalılardan ibarət idi) sayı 15,3 milyona çatmışdı və 
Nyu-York ştatında artıq miqrasiya mərkəzi açılmışdı. İrlandiyalı 
miqrantlar Amerikanın Qərbinə (Nyu York, Boston, Filadelfiya) 
üz  tutdular.  Gələn  kişi  miqrantlar  kanal  qazırdılar,  dəmir  yolu 
çəkirdilər, qadınlar isə varlıların evlərində ödənişli xidmət işləri 
görürdülər.  Dövlət  və  yerli  hökümət  qurumları  miqrasiya  əley-


Ki̇fayət  Ağayeva
244
hinə bəzi qanunlar qəbul etdilər. Asiyadan, xüsusilə Çindən gələn 
miqrantlarla Amerikada çoxdan yaşayan yerli sakinlər arasında 
münaqişə baş qaldırdı və ölkədə irqi ayrı-seçicilik hökm sürürdü. 
Amerikada  çinli-amerikalıların  vətəndaşlıq  hüququ  almalarına 
çoxsaylı əngəllər var idi (R. Abramitzky and eds., 2014).   
Ücüncü dalğa 1890-1920-ci illər arası dövrə təsadüf edir və 
miqrantların sayı artıq 22.3 milyona çatmışdı. Bu Amerikaya olan 
miqrasiyanın pik nöqtəsi idi. Miqrantlar əsasən Böyük Britani-
ya, Almaniya və Skandinaviyadan gəlirdilər. Rusiyada bolşevik 
inqilabı zamanı qırmızılardan qaçanlar, I Dünya Müharibəsindən 
sonra  yoxsulluq  həddinə  çatan  avropalı  vətəndaşlar  nicatlarını 
Amerikaya  üz  tutmaqda  görürdülər.  Həm  yerli  əhalinin  narazı-
lığı, həm də  çoxsaylı miqrantların yaratdığı problemlər dövləti 
miqrasiya  ilə  bağlı  yeni  qanunlar  qəbul  etməyə  vadar  etdi.  Bu 
səbəbdən də, qanunla ölkəyə gəlmək istəyən miqrantların sayına 
ciddi  məhdudiyyətlər  qoyuldu. 
Nəhəng ölkədaxili miqrasiya 1900-1970-ci illər arası dövrə 
təsadüf  edir  və  bu  dövrdə  ölkəyə  üz  tutan  miqrantların  sayı10 
milyona çatırdı. Amerikanın qapısı xaricdən gələn miqrantların 
üzünə bağlandığı üçün XX əsrin ortalarında Amerikanın Cənu-
bundan Şimalına, xüsusilə də, kəndlərdən Detroit və Los Ance-
lesə yerli əhali arasından çoxsaylı axın başladı.
 Dördüncü dalğa 1965-ci ildən bu günə qədərki dövrə düşür. 
Artıq ABŞ  əhalisinin  sayı  323.1  milyona  (miqrantların  sayı  30 
millyon)  çatır.  Bunlar  Latın Amerikasından  və Asiyadan  gələn 
miqrantlar idi. Bu dalğa Amerika cəmiyyətinin tərkibini yenilə-
di və sanki ona yeni bir nizam verdi. Bu Afro-Amerika mənşəli 
vətəndaşların bərabərhüquqluğu uğrunda mübarizə dövrünə təsa-
düf edir. Bu dövrdə dövlət yenidən miqrasiya qanununa nəzər sal-
dı və yeni miqrasiya qanunu qəbul etdi (Proper, Emberson, 2003).   
Bu dövrün miqrasiyası zamanı ya ailələri ilə birlikdə miqrasiya 
edənlərə, ya da ABŞ-da ailə üzvlərindən birinin vətəndaşlıq haqqı 
olanlara üstünlük verilirdi. Yəni qohumları ABŞ-da yaşayan miq-


ABŞ-da gender m
əsələləri
245
rantlara ölkəyə daxil olub orada yaşamaq imkanı verirdilər, çünki 
gələn miqrantlar qohumlarının qəyyumluğuna keçirilirdi.
Miqrasiya, sözsüz ki, ABŞ-da yaşayan əhalinin etnik tərki-
bini də dəyişmişdir və ümumilikdə, qaradərili əhalinin sayı ağ-
dərili əhalinin sayını ötüb keçmişdir. Amerika sanki “göyqurşağı 
cəmiyyət”inə  çevrilmişdi.       
Yuxarıda qeyd etdiyimiz kimi, miqrasiya ilə multikulturalizm 
bir-biriləri ilə o qədər əlaqədardır ki, onları ayrılıqda tədqiq etmək 
qeyri-mümkündür. Hələ, XIX əsrin birinci yarısında kütləvi miq-
rasiyanın iqtisadiyyat və cəmiyyətin inkişafına çox böyük təsiri 
var idi (Ann Katherine Isaacs, 2007: 38). Miqrant axını öz-özlü-
yündə Amerikanın milli mifinin görkəmli bir xüsusiyyəti olmuş-
du. Qaynar qazan (melting pot) ideyası bütün miqrant mədəniy-
yətlərinin dövlət müdaxiləsi olmadan qarışması və birləşməsini 
nəzərdə  tutan  bir  metafordur  (Zangwill,  Israel,  1908).  Qaynar 
qazan nəzəriyyəsi hər fərdi miqrantın və hər bir miqrant qrupu-
nun Amerika cəmiyyətinə öz tempində assimilyasiya edilməsini 
nəzərdə tutan nəzəriyyədir. Bu, yuxarıda təsvir edilən multikul-
turalizmdən fərqlidir, bura tam assimilyasiya və inteqrasiya daxil 
deyildir  (Marcelo  M.  Suárez-Orozco  eds,  2005:  39).  Orijinal 
milliliyin amerikalaşdırılmış versiyasında, etnik dəyərlər və bay-
ramlar yaşadılır. Qaynar qazan ənənəsi Amerikanın bünövrəsini 
qoyan atalara gedib çıxan milli birlik inamı ilə birlikdə yaşayır. 
Bu ölkə və bu insanlar elə bil bir-biriləri üçün yaradılmışdı və bu 
insanlar möhkəm tellərlə bir-birilərinə bağlanmışdılar.  
 Bir fəlsəfi cərəyan olaraq, multikulturalizm ən çox praqma-
tizm  hərəkatın  bir  hissəsi  kimi,  XIX  əsrin,  sonra  isə  XX  əsrin 
sonlarında siyasi və mədəni plüralizm kimi Avropada və ABŞ-
da  gündəmə  gəlmişdir  (Peter  Caputi  and  eds.,  2006:  18).  Vil-
yam Ceymz (William James, 1909) “plural” cəmiyyət ideyasını 
dəstəklədi. Ceymz plüralizm dedikdə “fəlsəfi və sosial humaniz-
min formalaşmasına təkan verən daha yaxşı, daha eqalitar bir cə-
miyyət yaratmaq” üçün vacib hesab olunan elementləri nəzərdə 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə