ABŞ-da gender m
əsələləri
233
siyaya baxmayaraq, dini etiqadlarından nəinki imtina etmirdilər,
həmçinin bunu daha açıq şəkildə bəyan etməyə üstünlük verir-
dilər. Aparılan sorğularda hər bir qadın hicab örtməyin onların
həyatında necə əhəmiyyət daşıdığını müxtəlif cür izah edirdi.
Çağdaş fikirli Amerika qadınları müsəlman qadınlarına
qarşı tolerant münasibət bəsləyirlər, onları dəstəkləyirlər və
onlarla birlikdə fəaliyyət göstərirlər. Təəssüf ki, Amerikada
bir tərəfdən, ən yüksək strukturda müsəlman qadınlarına qar-
şı diskriminasiya halları mövcuddur, digər tərəfdən, bəzi siyasi
liderlər bu hallara qarşı mübarizə aparır. İnsan haqları təşkilat-
ları müsəlman qadınlarına qarşı aparılan diskriminasiyaya qarşı
mübarizə aparmalı, yeni layihələr təqdim etməlidirlər. Qadın
məsələləri ilə bilavasitə məşğul olan təşkilatlar o qədər də fəal
deyillər və müsəlman qadınlarına qarşı olan diskriminasiyaya
laqeyd qalırlar. Demək olar ki, hər gün bu qadınlar cəmiyyət
tərəfindən neqativ münasibətlə üzləşir, onları dəstəkləyən yerli
təşkilat tapmaqda çətinlik çəkirlər.
Siyasi tədqiqatçı-alim Larisa Hovkinz, müsəlman qadınlarını
dəstəkləmək məqsədilə başını bağladı və dedi ki, müsəlman da,
xristian da eyni Tanrıya sitayiş edir. Larisa Hovkinzin kollecdəki
tələbələri də ona və müsəlman qadınlara dəstək məqsədilə başör-
tüyü ilə şəkil çəkdirdilər və sosial şəbəkələrdə paylaşdılar. Müsəl-
man qadınları və onların başörtükləri haqqındakı debatlar, müza-
kirələr bütün ölkənı bürüdü. Xristian Amerika qadını üçün hicab
taxmaq ABŞ kontekstində qeyri-adi bir hal idi. Bu hal demək olar
ki, nadir bir hadisə idi, çünki ABŞ-da bu vaxta qədər heç bir xris-
tian qadın müsəlman qadını dəstəkləmək üçün belə hərəkət et-
məmişdi. Düzdür, bu hadisə qısa müddət diqqət mərkəzində oldu
və ABŞ-da yaşayan müsəlman qadınlara qarşı münasibətdə kiçik
dəyişikliklər baş verdi.
Müasir dövrdə KİV-də həm ABŞ-da, həm də xaricdə islam
fundamentalistlərinin törətdiyi terror aktlarından daha çox bəhs
edir. Qapalı qadınlar geyimləri ilə müsəlman olduqlarını dər-
Ki̇fayət Ağayeva
234
hal bəlli etdikləri üçün onlara potensial terrorist kimi yanaşırlar
(Everett, J. A.C., and Eds., 2016). Amerikalılar hər zaman söz
azadlığına malik olduqlarına görə fəxr etmişlər və ölkə vətəndaş-
larına hansı dinə xidmət etməklərinə görə deyil, vətəndaş olduq-
larına görə hörmət etmişlər. Belə olan halda, müsəlman amerikalı
qadınlar niyə etiqad etdikləri dinə görə hamıya məxsus olan möv-
cud hüquqlardan məhrum olmalıdır?
Əgər müsəlmanlarla, qeyri-müsəlmanlar eyni yerdə işləsələr,
toxunduğumuz problemləri daha tez həll edərlər, onların araların-
dakı nifrət hissi də azalar və hətta yox olar. Müsəlmanları terrorist
qismində təqdim edən siyasətçilər onların cəmiyyətə inteqrasiya-
sı və digər vətəndaşlarla birləşməsi uğründa mübarizə aparsalar,
cəmiyyət bundan daha çox xeyir tapar. Əgər cəmiyyətdə başıbağ-
lı müsəlman qadınlar da digər Amerika qadınları qədər aktiv, əhə-
miyyətli rollara malik olsalar, onlar da digər vətəndaşlara sübut
edərlər ki, onlar da hamı kimidir və heç də onların sandığı kimi
qorxulu deyillər.
2016-cı ildə Rioda Olimpia Oyunları keçiriləndə başıbağlı ya-
rışlara çıxan Amerika müsəlman qadını xatırlatmaq yerinə düşər-
di. Həmin qadın bu oyunlarda bürünc medal almışdı (Harvard, S.,
2016).
Hicab geyən qadınlar ABŞ qanunları ilə müdafiə olunurlar.
ABŞ Konstitusiyasına əlavə edilən birinci və dördüncü düzəlişdə
dövlətin qadınlara hicabı örtmə qadağası qoyma haqqı yoxdur və
bu, tətbiq olunarsa, diskriminasiya hesab olunar. Əlbəttə, bu döv-
lətin maraqlarının əksinə işlərsə, o zaman dövlətin şəraitə uyğun
sərəncam verməsi məqbul hesab oluna bilər.
Əlbəttə, ABŞ-da nə qədər müsəlman qadın dininə görə dis-
kriminasiyaya məruz qalması haqqında dəqiq statistik göstəri-
ciləri əldə etmək çətindir. ABŞ-da müsəlman qadınlar hicab və
niqaba görə həm iş yerlərində, həm də ictimai yerlərdə, hətta ba-
seynlərdə və məktəblərdə neçə onilliklərdir ki, diskriminasiyaya
məruz qalırlar.