Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə80/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   76   77   78   79   80   81   82   83   ...   95

Ki̇fayət  Ağayeva
246
tuturdu (Boening, Astrid B., 2009). Ümimiyyətlə, plüralizm fikir 
müxtəlifliyi, hər hansı problemə (ictimai-siyasi, sosial və s.) ya-
naşmada fərqli baxışların olması deməkdir.
Uzun-uzadı müzakirələrə baxmayaraq, böyük həcmli miqra-
siya islahatı 1990-cı ildə qəbul olunan Miqrasiya Aktı vasitəsilə 
mümkün oldu (Immigration Act of 1990). Bu qətnaməyə 2012-ci 
il prezident seçkisindən sonra müəyyən əlavələr olundu. 113-cü 
Konqres  (2013–2014)  mövcud  miqrasiya  qanunvericiliyi  siste-
minin islahatı istiqamətində böyük işlər gördü. 2012-ci ildə pre-
zident  seçkilərində  Latin  amerikalı  seçicilərin  böyük  dəstəyini 
alan B.Obama, miqrasiya qanununda apardığı islahatlar sahəsin-
də həm demokratlar, həm də respublikaçılarla həmrəy ola bildi 
 (Elise  Foley  &  Sam  Stein,  2012).  Təqdim  olunan  müxtəlif  la-
yihələrin müzakirəsindən sonra miqrasiya qanunu Nümayəndələr 
Palatası və  Senat tərəfindən təsdiq edildi və 2013-ci ildə Sərhəd 
Təhlükəsizliyi,  İqtisadi  İmkanlar  və  Miqrasiya  Modernləşmə 
Aktı qəbul olundu (Border Security, Economic Opportunity, and 
 Immigration Modernization Act, S. 744, 113th Cong., 2013).
Multikulturalizm  və  gender  bərabərliyi.  Bəzi  feminist 
alimlərə görə, gender bərabərliyi və multikulturalizm arasındakı 
münaqişə bitməyən, sonu görünməyən bir konfliktdir və bunlar 
bir-biri ilə uzlaşmayan iki fərqli layihədir. Qadınlar və etnik az-
lıqlar sanki rəqabətdədirlər, hər iki qrup bərabərsizlikdən əziyyət 
çəkir, əslində, bunlar müştərək bərabərlik layihəsinin bir-biri ilə 
əlaqəli iki hissəsidir. Təəssüf ki, gender bərabərliyi mədəniyyət-
dən qoparılmışdır və bəzən bu, abstrakt ideal kimi anlaşılır. Gen-
der və mədəniyyət arasında dərin konflikt mövcuddur və bu vaxta 
qədərki elmi ədəbiyyatlarda bu sahənin tədqiqi səthi aparıldığına 
görə, onları araşdıranda konkret situasiyanı da nəzərdən qaçırma-
maq tədqiqatın vacib şərtlərindəndir.         
Multikulturalizm və ya çoxmədəniyyətlilik yeni bir cərəyan 
olmasa da, bu barədə önəmli tədqiqatlar əsasən 1970-ci illərdə 
ABŞ və Kanadada başlamışdır. Dünyada 10 % ölkə tapmaq olar 


ABŞ-da gender m
əsələləri
247
ki, burada cəmiyyətlər eyni mədəniyyətli, eyni millətlidir. Bəzi 
mənbələrə görə bu rəqəm bir az da yüksəkdir. İngilis sosioloqu 
Natan Qleyzer hətta öz kitabına “Biz hamiliqla multikulturalis-
tik”  adını  vermişdir  (Nathan  Glazer,  1997).  Hindistanlı  filosof 
B.Parex də Qleyzeri dəstəkləyərək qeyd edir ki, “praktiki olaraq 
bütün  inkişaf  etmiş  cəmiyyətlər  çoxmədəniyyətlidir”. 
Bu məsələnin təqdiqatında cox önəmli amillər var ki, onla-
rı nəzərə almadan hərtərəfli tədqiqat aparmaq mümkün deyildir, 
məsələn, mədəniyyət müxtəlifliyi, etnik və dini fərqlilik, fərdiy-
yətçilik və ənənəvi əxlaq konsensusu, miqrasiya və qloballaşma. 
Məlum  olduğu  kimi,  cəmiyyətin  sosial-mədəni,  etnik  və  digər 
fərqlilikləri tez-tez cəmiyyətin sosial sakitliyini pozur, cəmiyyət-
də sülhün mövcudluğuna xələl gətirir və nəticədə, müxtəlif qar-
şıdurmalar baş verir. Bu səbəbdən də eyni cəmiyyətdə yaşamağa 
məcbur olan xalqlar hamı üçün uyğun olan ümumbəşəri dəyərlərə 
önəm verməlidirlər.
 Müxtəlif xalqların mövcud olduğu cəmiyyətlərdə birgə yaşa-
mağın rahat yollarından biri və ən əsası assimilyasiyadır. Assimil-
yasiya kiçik xalqların dominant xalqın dəyərlərini, adət-ənənələ-
rini  öyrənib,  həmin  dəyərlərlə  onlar  kimi  yaşamağa  məhkum 
olmasıdır. Bu məsələdə əsl milli dövlət hesab olunan - sivil mo-
no-mədəniyyətli  Fransa  Avropanın  böyük  ölkələri  arasında  ən 
yaxşı nümunədər. Bu ona görə mümkün olmuşdur ki, Fransa Bö-
yük Fransız İnqilabından sonra məqsədyönlü şəkildə mədəni uni-
versalizm siyasətini yürütməyə başlamış və sonda həm dünyəvi, 
həm də vətəndaş dövləti qurmağı bacarmışdı.
Belə vəziyyətin əsas səbəbi ondan ibarət idi ki, Avropadan 
gələn ağ miqrantlar faktiki olaraq tam assimilyasiya modelinə uy-
ğun idilər, çünki onlar bura gəlməklə, könüllü olaraq tarixi kök-
lərindən ayrılmaq və Amerika identifikasiyası içərisində ərimək 
istəyirdilər.  Bu  ona  görə  mümkün  olmuşdur  ki,  bu  ölkəyə  köç 
edənlərin özləri bu niyyətdə idilər.      


Ki̇fayət  Ağayeva
248
İkinci model etnomədəni, fərdi identikliyi nəzərə alan yaşam 
tərzidir ki, buna da inteqrasiya deyilir. Bu zaman ictimai-siyasi 
və özəl sfera arasında ciddi fikir ayrılığı olur. İctimai-siyasi sfera-
da cəmiyyətin bütün üzvləri qeyd-şərtsiz bərabərlik prinsiplərinə 
riayət edir, ikinci sferada isə mədəni, etnik, dini və digər meyarlar 
ayrı-ayrı insanların şəxsi işinə çevrilir. Onu da qeyd etmək lazım-
dır ki, belə olan halda, adətən mədəni, etnik, dil fərqlərini yoxa 
çıxarma istiqamətində gizli siyasət aparılır. İkinci modeli dəstək-
ləyən ölkə etnik millət dövləti adlanır (məsələn, Almaniyanı bu 
tip dövlət hesab etmək olar). 
XX əsrin ortalarında formalaşmış Amerika cəmiyyəti nə vətən-
daşlıq statusuna görə Fransa,  nə  də etnikliyə  görə Almaniya nü-
munəsinə bənzəyirdi. O daha çox etno-vətəndaş tipli cəmiyyətdən 
ibarət idi, hərçənd bu iki xarakteristikanın sintezindən də danışmaq 
çətindir, çünki onlardan biri (vətəndaşlıq) ağ əhaliyə, digəri isə (et-
niklik) qalan bütün vətəndaşlara aid idi. Bütün bunlar etnoslararası 
münasibətlərdə gərginlik, ksenofobiya (əcnəbi qorxusu-digər mil-
lətlərə nifrət) və daimi sosial partlayış təhlükəsi yaradırdı.
Üçüncü model bütün dünyada geniş yayılan və daha mükəm-
məl  model  hesab  edilən  multikulturalizm  modelidir  ki,  burada 
yuxarida toxunulan modellərdə qarşıya çıxan çətinlikləri mədə-
ni və milli problemləri həll etmək vasitəsilə yoluna qoyurlar. Bu 
modelin ən yaxşı nümunəsi Kanada və ABŞ dövlətidir.     
Əlbəttə, ABŞ-da bununla bağlı situasiya kifayət qədər mürək-
kəbdir,  çünki  ABŞ  etno-mədəni  strukturuna  görə  dünyada  ən 
mürəkkəb cəmiyyətdir. Onun əhalisi ən azı beş elementi özündə 
ehtiva edir: yerli xalq hesab edilən hindular; satış məqsədilə küt-
ləvi şəkildə Afrikadan bu ölkəyə gətirilən qullar; müxtəlif dinlərə 
mənsub olan kolonistlərin ilk dalğası; anqlo-sakson mənşəli siya-
si və iqtisadi elita; təkcə Avropadan deyil, sonradan Latın Ameri-
ka və Asiya ölkələrindən gələn miqrantlar.  
Amerikada yaşayan digər əhali bir sıra səbəblərə (hindulara 
qarşı törədilən soyqırım, afro-amerikalılara qarşı aparılan iqrçilik, 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə