Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.

səhifə5/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   68

11 
 
dönəmlərdə  şahlar  Gürcüstanın  şərabına,  balına  və  gözəl  qızlarına  heyran 
olmuşlar
*
.  Rusiya  yandaşlığı  ilə  bilinən  Erkli
2  
öldükdən  sonra  onun  oğulları  və 
nəvələri Fətəli Şaha olumlu baxmağa başlamışdılar. Fətəli Şah da onlara hörmətlə 
yanaşırdı.  Şah  onlara  müttəfiq  kimi  baxırdı.  Çünkü  Baqratiyon  xanidanı  əskilərə 
dayanan soylu bir ailə idi. Fətəli Şah Gürcüstanı zorla və ya dostluq yolu ilə işğal 
etmək haqqında düşünürdü.  
1800-cü  ilin  baharında  Gürcüstan  şahzadələrinin  Xoya  gəlmələri 
qərarlaşdırılmışdı. Burada şahzadələr Rusiyanın Gürcüstana uyquladığı ağır şərtləri 
dilə gətirib, Fətəli Şahdan yardım istəyəcəklərdi. Ancaq Xorasandakı olaylar Fətəli 
Şahın Xoya gəlməsini əngəllədi. Xorasandakı qiyamları yatırmaq üçün bu bölgəyə 
getmək zorunda qaldı. Bu bölgədə Nadir Mirzə ilə Zaman  Xan  Abdali, Qacarlara 
qarşı ortaq hərəkət etmək istəyirdilər. Zaman Xan, Nadir Şahın ordusunda  böyük 
mənsəb sahibi olan Əhməd Xan Dəvəraninin nəvəsi idi. Nadir Şah öldükdən sonra 
Türküstanın,  Xorasanın  və  Hindistanın  bir  bölümünü  əlində  bulundurmaqda  idi. 
Fətəli  Şah  bu  önəmli  təhdid  ünsürünü  ortadan  qaldırmaqda  qərarlı  idi.  Fətəli  Şah 
insani  təbiətə  sahib  idi,  çünkü  həyatın  gözəlliklərinə  inanır  və  həyatdan  zövq 
almağı daima göz önündə bulundururdu. Yalnız bütün bu xarakterinə rəğmən, bəzi 
yaxın  adamlarını  uzaqlaşdırmağı  da  nəzərdən  qaçırmırdı.  Qacar  öldükdən  sonra 
Fətəli Şahın iqtidara gəlməsinə yardımçı olan Fars vilayətinin əski elbayı Etimad-
üd Dövlənin davranışları Fətəli Şahda şübhə oyatmışdı. Qacar sarayında və bir çox 
çevrələrdə  yayılmışdı  ki,  Fətəli Şah sadəcə, isim olaraq şahdır,  əslində  isə  ölkəni 
idarə edən Etimad-üd Dövlədir. Bu şayiənin yayılışına Etimad-üd Dövlə yardımçı 
olmuşdur.  Etimad-üd  Dövlə  sadəcə,  öz  yaxınlarını  saraya  yerləşdirməklə 
kifayətlənməmiş,  həm  də  müxtəlif  vilayətlərdə  də  öz  adamlarını  elbay  və  hərbçi 
olaraq  yerləşdirmiş,  ölkənin  ticarət  işlərini  də  ələ  keçirmişdi.  Etimad-üd  Dövlə 
Şahın ona  qarşı başlayan şübhələrindən xəbərsiz  deyildi.  O  da  iqtidara  gəlməsinə 
yardım  etdiyi  bu  gənc  padşahdan  xoşlanmırdı,  ancaq  iqtidarın  dəyişik 
mərkəzlərində  yerləşdirdiyi  adamlarına  güvəndiyi  üçün  qorxmurdu.  Uyğun  bir 
zamanı  bəkləyirdi  ki,  bir  devrilişlə  ölkənin  bütün  yönətimini  ələ  keçirsin.  Digər 
tərəfdən, Etimad-üd Dövlə İngiltərənin Hindistandakı tacirləri ilə də ticari və gizlin 
siyasi irtibat qurmuşdu. 
Fətəli Şah işrət məclisinə hər kəsi buraxmırdı. İşrət və şənlik məclisi türlü-
türlü gözəl qadınlarla dolu idi. Bu qadınların çoxu ilə cinsi ilişkidə bulunurdu. Bu 
qadınların  bir  çoxu  ona  şahzadələr  doğurmaları  nədəni  ilə  işrət  məclisindən 
uzaqlaşır və padşahın qadınları cərgəsinə qatılırdılar. Padşah, qadın düşgünlüyünü 
                                                           
*
Səfəvilər  dönəmində  də  başkənd  İsfahana  intiqal  etdikdən  sonra  Səfəvilər  sarayını  ən  çox  gürcü  və 
ermənilər, özəlliklə gürcü və erməni qadınların yaxınları öz təsirləri altına almışdı. (G.C.) 
2
 Bu  ad  Qacar  dönəmi  qaynaqlarda  müxtəlif  şəkildə  yazılmışdır.  Qacar  qaynaqlarında  yazılan  türlər: 
Erkele, Erkli, Erikli, Herakli, Herakliyus. 
 


12 
 
kimsə  görməsin  deyə  hər  kəsi  bu  məclisə  buraxmırdı.  Fətəli  Şahın  öz  ləzzət  və 
zövqlərini paylaşdığı kişi onun əmisi oğlu idi. Fətəli Şah çocuqluq arkadaşı olan bu 
əmisi oğlunu çox sevdiyi üçün öldürməmiş, amma gözlərini çıxarmışdı. Bu üzdən 
də onun işrət məclislərində bulunmasında bir sakınca görmürdü. Çünkü kor idi və 
sarayda olub bitənlər onu təhrik edib başqa xəyallara daldıramazdı. 
*** 
Səfəvilərin son şahı Şah Sultan Hüseyn zamanından bu  yana heç bir xarici 
ölkə  səfiri  dövlət  başçısı  ilə  görüşməmişdi.  Nə  Nadir  Şah  dönəmində,  nə  də 
Ağaməhəmməd  Xan  dönəmində.  1800-cü  ilin  yayında  albay  Molkolm  Buşəhrə 
varar-varmaz  Fətəli  Şahla  görüş  istəyində  bulunması  hər  kəsi  və  saray  adamlarını 
da şaşırtdı
*
.  Molkolm,  Hindistanın  hökmdarını  təmsilən    və  Hind  kompaniyasının 
elçisi  kimi  Şahla  görüşmək  istəyirdi.  Padşah  Xorasandakı  qiyamı  yatırmaq  üçün 
Tehrandan çıxdığına görə Molkolmun Şahla görüşü dekabr (aralıq) ayına ertələndi. 
1801-ci  ilin  yanvar  (ocaq)  ayında  Molkolm  vasitəsi  ilə  Qacariyyə  və  İngiltərə 
arasında anlaşmalar imzalandı. Molkolm bu xəbəri böyük bir zəfər olaraq mərkəzə 
duyurdu. Əslində bu anlaşma ilə İngiltərənin Qacariyyəyə ayağı açılırdı. Molkolm, 
Qacariyyədə  “İngiltərə  altunundan  daha  dəyərli  bir  şey  yoxdur”  fenomenini 
yaratdı.  Qacariyyə  tarixi  üzrə  uzman  (mütəxəssis)  olanlar  yazırlar  ki,  Molkolm 
Tehranda  olduğu  zaman  Abbas  Mirzə  Azərbaycanda  imiş.  Azərbaycanda  bəzi 
xanların  qiyamlarını  yatırmaqla  məşğulmuş.  Xorasanda  bulunan  Fətəli  Şah,  Con 
Molkolmu  qəbul  etmək  üçün  Abbas  Mirzənin  Tehrana  gəlməsini  istəyir.  Amedee 
Jauberin  “Persiya  səfəri”  adlı  kitabında  verdiyi  bilgilərə  görə  bu  zaman  çox  gənc 
olan  Abbas Mirzə bu  görüşmə sürəsincə Batıda olub-bitənlərlə daha çox ilgilənir. 
İngiltərənin Hindistandakı davranışları konusunda sorular sorurdu. Ona Moğulların 
son  qalıqları  olan  kiçik  dövlətləri  və  şahlıqları  necə  yendikləri  konusunda  bilgi 
vermələrini  istəyirdi.  Öz  dövləti  və  məmləkəti  haqda  qayğılı  olan  Abbas  Mirzə 
düşünürdü ki, İngiltərə bu qədər geniş miqyaslı imkanlarını Hidistanla sınırlı tuta 
bilməz. Gec-tez başqa ölkələrə də soxulmaq istəyəcək. İngiltərənin böyüməsini və 
texnoloji  tərəqqisini  gözləmləyən  Abbas  Mirzə  gələcəkdə  ölkəsinin  İngiltərə 
tərəfindən  işğal  ediləcəyindən  qorxurdu.  Bu  üzdən  də  Hindistan  və  İngiltərə 
haqqında sorular sorurdu. Batılı elçilərin yazdıqlarına görə Abbas Mirzə görüşdüyü 
bütün batılı heyətlərə sorular sorurmuş. 
Şahzadə Abbas Mirzə 1802-ci ildə atasının istəyi üzərinə öz əqrəbalarından 
olan Mirzə Məhəmməd Xan Dollunun qızı ilə evləndi. Ağaməhəmməd Xan Qacar 
tərəfindən  “Qacar  yasası”  olaraq  tətbiq  edilən  kurala  görə  Abbas  Mirzənin  bu 
qadınından  dünyaya  gələcək  olan  çocuğu  gələcəyin  vəliəhdi  olacaqdı.  Çünkü 
                                                           
*
Con Molkolm (sonralar Ser Con Molkolm olaraq məşhur oldu) demək olar ki, bütün xidmət dönəmini 
İngiltərənin  Hind  ordusunda  keçirdi.  Qacariyyədəki  məmuriyyətindən  başqa  ona  heç  bir  diplomatik 
görəv  verilməmişdi.  O,  Hindistandakı  işlərindən  dolayı  İngiltərə  krallığı  tərəfındən  sevilsə  də,  yalnız 
israfçılığından  və  çox  bədxərcliyindən  dolayı  tənqid  edildi.  (“Ser  Con  Molkolmun  yaşamı  və 
məktubları” Yazar: G. W., London, 1885) 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə