Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   10   11   12   13   14   15   16   17   ...   68

29 
 
postunun komandanı Jauberin qorunması üçün kürd cangüdənlər görəvləndirmişdi. 
Bu  da  Xoyda  rahatsızlıq  yaratmağa  başladı.  Bu  üzdən  də  Xoyun  darvazaları 
Jauberi  gətirən  karvana  qarşı  qapandı.  Ancaq  müsafırin,  bəklədikləri  fransız 
olduğunu duyunca durum dəyişdi. Jauber, Bonopartın öz əli ilə Fətəli Şaha yazdığı 
məktubu Tehrana gətirməkdə idi. Jauber türkcənin Anadolu və Azərbaycan ağızları 
ilə  rahat  danışa  bilirdi.  Bu  ləhcələrdən  başqa  fars  dilində  də  çətinlik  çəkmədən 
özünü  ifadə  edə  bilirdi.  Xoy  hakimi  Jauberin  Abbas  Mirzə  ilə  görüşməsini  təklif 
etdi.  Jauber  də  şöhrətı  bütün  Şərqi  dolaşan  bu  şahzadə  ilə  həmən  görüşmək 
istədiyini bildirdi. Jauber Abbas Mirzənin ruh halları və ordusunun durumu barədə 
mərkəzə bilgi verməklə mükəlləf idi. Onlar bərabərcə Mərəndə tərəf yola düşdülər. 
Mərənddə dincəlmək üçün qısa sürə bulunan Jauber bu kiçik şəhərdə əcaib 
olaylarla rastlandı. Gənc adamlar əzbərdən şeir oxuyur və Batı haqqında Jauberden 
maraqlı sorular sorurdular. Jauber də onların bu davranışından xoşlanır və Mərənd 
hakimindən  xahiş  edirdi  ki,  insanların  ona  yaxınlaşmasını  əngəlləməsin.  Çünkü 
XIX  əsrdə  Jauber  Qacariyyə  coğrafiyasının  insanlarını  və  sosial  psikolojisini 
tanımaq  üçün  gələn  ilk  rəsmi  dövlət  adamı  idi.  Bu  üzdən  də  toplumun  bütün 
davranışlarını,  məşğuliyyətlərini  gözləmləyərək  hərtərəfli  bilgilərlə  Fransaya 
dönmək istəyirdi. 
Jauber  bir  neçə  gündən  sonra  Mərənddən  Təbrizə  tərəf  yola  düşdü.  Daha 
öncə Con Molkolmu müsafir edən Əhməd Xan Bəylərbəyi bu dəfə də çox böyük 
bir hörmətlə Jauberi qarşıladı. Jauber xatirələrində Təbrizin süfrə və yemək kültürü 
qarşısında  heyrətləndiyini  bir  neçə  dəfə  israrla  vurğulamaqdadır.  Jauber 
xatirələrində Bəylərbəyinin yardımçısı Təbrizli Fətəli Xan barədə bu sözləri yazır: 
“Fətəli  Xan  o  qədər  açıqgörüşlü,  geniş  düşüncəli  idi  ki,  onun  Avropada  təhsil 
aldığını  sanmışdım.”
17
 Jauber  Abbas  Mirzə  ilə  görüşmədiyi  ana  qədər  bütün 
bunların Abbas Mirzənin yaratdığı nisbətən demokratik ortamın məhsulu olduğunu 
anlaya  bilmirdi.  Təbrizdə  bir  neçə  gün  istirahət  edən  Jauber  bu  şəhərdən  ona 
qatılan bələdçisi ilə Ərdəbilə tərəf yola düşdü. Jauber bütün yol boyunca mövcud 
olan  sabitliyin  və  istiqrarın  səbəbini  bələdçidən  sorurdu.  Bələdçi  isə  əskidən  bu 
istiqrarın  olmadığını  və  bütün  bunların  hamısı  Şahzadənin  iqtidarı  sayəsində 
sağlanmışdır  deyə  cavab  verirdi.  Jauber  yol  boyunca  bəzən  tarlada  çalışan  bir 
kəndli  ilə  danışır  və  ondan  Abbas  Mirzə  haqqında  sorular  sorurdu.  Cavablar  isə 
bir-birinə  bənzəyirdi:  “Tanrı  onun  ömrünü  uzun  etsin,  kölgəsini  başımızın 
üstündən  əskik  eləməsin,  o  olmasaydı  Azərbaycanda  gördüyünüz  bu  arxayınlıq 
olmazdı”. 
Müsafir  adam  eyni  zamanda  Şahzadənin  qardaşı  Məhəmmədəli  Mirzənin 
(Dövlətşahi) sərt şəkildə Abbas Mirzəni qısqanması haqda da bilgilər əldə edirdi. 
*** 
                                                           
17
 Amadee Jauber “Persiya səfəri”. 


30 
 
Keçmişdə  Abbas  Mirzənin  öyrətməni  və  indi  isə  vəziri  olan  Böyük  Mirzə 
adı ilə bilinən İsa Fərahani Ərdəbildə özü üçün yaxşı bir iqamətgah təsis etmişdi. 
Jauber  onun  evində  müsafır  oldu  və  çox  xoş  qarşılandı.  Bir  gün  keçdikdən  sonra 
xəbər gəldi ki, Şahzadə Jauberi qəbul etmək üçün hazırdı. 
O zaman 21 yaşında olan Abbas Mirzə  yaraşıqlı paltar geyinməkdən zövq 
alırdı.  Özəlliklə  də  yabançılarla  görüşərkən  ən  sevdiyi  paltarını  geyinərdi.  Jauber 
onu  Xorasan  xalısının  üstündə  oturmuş  və  əynində  çox  yaraşıqlı  geyim  varkən 
görmüş oldu. Qılıncının qınındakı zinətlər par-par parıldayırdı. Qonağı çox böyük 
hörmətlə  qarşılayan  Abbas  Mirzə  Jauberlə  türk  dilində  danışmağa,  tanışmağa 
başladı. Abbas Mirzə bütün Qacarlara xas olan bir məharətlə türk dilində fikirlərini 
daha  rahat  anlada  bilirdi.  Türk  dilində  gözəl  bir  səliqə  ilə  danışmaq  bütün 
Qacarlara  məxsus  bir  özəllik  idi.  Şərqlilərin  məhrum  olduğu  dinləmə,  qulaqasma 
qabiliyyətinin tərsinə olaraq Abbas Mirzədə çox böyük qulaqasma yetənəyi var idi. 
Avropa  ilə  ilgili  sorduğu  sorulara  geniş  cavablar  istəyir  və  diqqətlə  bu  rəsmi 
müsafiri  dinləyirdi.  Danışma  əsnasında  Jauber,  Abbas  Mirzəni  İrəvandakı 
qələbəsindən  dolayı  təbrik  edərkən,  Şahzadə  sevinmək  yerinə  bir  az  kədərli 
göründü.  Abbas  Mirzə  bu  susqunluqdan  və  dalğınlıqdan  sonra  ürəyini  bu 
yabancıya açmağa başladı ki, Azərbaycan ordusunu bütün fədakarlıqlarına rəğmən 
rusların  texnoloji  üstünlüyü  amansızca  mənim  ordumu  darmadağın  edir.  Bundan 
dolayı da qəlbini və ruhunu dərin bir kədərin sardığını etiraf etdi. Abbas Mirzə çox 
acı  çəkərək  bu  sözləri  söylədi:  “Hansı  şəhəri  almışam?  Utancımdan  ordumun 
üzünə baxacaq halım yox. Hansı intiqamı almışam? Hələ rus ordusu Azərbaycanın 
bir  çox  bölgələrini  əlində  bulundurmaqdadır.  Rus  gəmiləri  Xəzərdə  sərbəstcə 
cövlan  edir.  Nədən  biz  texnoloji  istehsal  edə  bilmirik,  bunun  səbəbi  nədir,  ey 
yabancı,  danış.  Niyə  biz  beləyik?  Məgər  günəş  Doğudan  doğub  və  öncə  bizim 
başımızı isitmirmi? O  zaman  nədən bizim  insanların başı çalışmır, nədən? Cavab 
ver,  ey  yabançı,  bağrım  çatlayır.  Azərbaycanın  bir  bölümü  və  Xəzər  dənizi  işğal 
altındadır. Nə etməliyəm ki, biz də Sizin kimi imkanlardan bərxurdar olaq? Fransa 
ordusunun  durumunu  bildikdən  sonra  anladım  ki,  rus  ordusu  onun  qarşısında 
acizdir.  Ancaq  mənim  reformlarımı  Tehranda  əngəlləyirlər.  Sizin  üstünlüyünüzün   
və bizim zəifliyimizin  səbəbi nədir? Nədən Siz hər an tərəqqi edir, biz isə cəhalət 
içində  donub  qalmışıq?  Nədən  Sizin  gələcəklə  bağlı  planlarınız  var,  lakin  biz  isə 
gələcək haqqında heç düşünmürük? Məgər Tanrı bütün insanlara ağıl verməyibdir? 
Biz niyə ağlımızdan istifadə edə bilmir, ağlımızı özümüzlə bərabər məzara aparır, 
məzara  gömürük.  Danış,  yabançı  adam,  danış.  Söylə,  mən  necə  Azərbaycanı  bu 
cəhalət girdabından qurtara bilərəm?”
18
 
Abbas Mirzənin bu gərgin söhbətini Jauber heyrətlə dinlədi və bu kükrəyən 
gənc adamın qarşısında, ancaq susub daha sonra danışmağı tərcih etdi. 
                                                           
18
 Jauber “Persiya səfəri”. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə