Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   9   10   11   12   13   14   15   16   ...   68

27 
 
mərkəzə tabe olmalarını istəyirdi. Bu səbəbdən Bakı xanı  bu savaşda  Azərbaycan 
Ordusunun  yanında  bulunur  və  Abbas  Mirzə  ilə  iş  birliyi  içində  idi.  Bu  maddi 
çıxarıların ötəsində ortaq tarixi xatirələr və dəyərlər bu xanları Rusiyadan daha çox 
Qacar dövlətinə yaxınlaşdırırdı. 
Soyuq  qış  gecələrinin  birində  Bakı  xanı  Hüseynqulu  Xanla  Sisyanov 
arasında görüşün sağlanması üçün zaman bəlirlənmişdi. Xan və əmisi oğlu İbrahim 
Xan və bir də iki başqa əsilzadə bu görüşə çox hazırlıqlı gedirdilər. Qalanın dənizə 
sarı  açılan  darvazasına  tərəf  yola  düşdülər.  Görüş  üçün  nəzərdə  tutulan  yerdə 
General  Sisyanov  və  üç  zabit  silahlı  vəziyyətdə  bəkləməkdəydilər.  Mübahisələr 
başladı.  Çox  qısa  zaman  içində  hər  iki  tərəf  yüksək  səslə  danışmağa  başladı.  Bir 
neçə  zəfərindən  dolayı  məmnun  və  məğrur  olan  Sisyanov  onlardan  qalanı  təslim 
etmələrini  istəyirdi.  Başına  çığırılmasına  alışmamış  Hüseynqulu  Xan,  əmisi  oğlu  
İbrahim Xana öncədən aralarında anlaşdıqları işarə ilə atəş əmri verdi. Sisyanovun 
üç gürcü cangüdənləri güllələnib yerə sərələndilər. Sonra da Sisyanova atəş açıldı. 
Yaralı  Sisyanovu  qalanın  içinə  gətirib  başını  kəsdilər  və  zəfər  ərməğanı  kimi 
Abbas  Mirzəyə  göndərdilər  ki,  o  da  Fətəli  Şaha  göndərsin.  Abbas  Mirzə 
Sisyanovun  başının  bu  şəkildə  kəsilməsindən  rahatsız  olmuşdu.  O,  savaş 
kurallarının  dəyişilməsindən  yana  idi.  Azərbaycanda  qorxu  və  fəlakət  yaradan 
Sisyanovun öldürülməsi hər kəsi məmnun etmişdi. 
 
FRANSA - QACARĠYYƏ MÜNASĠBƏTLƏRĠ 
 
GĠRĠġ 
 
Hindistana  hücumun  hazırlığı  üçün  bir  çox  məsuliyyəti  üstlənən  birinci 
Fransa  konsulu  dost  və  müttəfiq  olan  Qacar  dövlətindən  arxayın  olmaq  istəyirdi. 
Bu  üzdən  də  Birinci  Konsul  ayrıntılı  şəkildə  bilgi  əldə  etmək  istəyirdi.  Bu 
dönəmdə  Fransanın  Qacariyyə  ilə  bağlı  bilgiləri  İstanbuldakı  Fransanın  Birinci 
Konsulluğu  vasitəsi  ilə  sağlanırdı.  Skalon  adında  bir  fransız  bəzirgan  İstanbula 
varmadan bir neçə kərə Qacariyyəyə getmişdi. Fransanın İstanbuldakı səfiri Marşal 
Bron  onun  aracılığı  ilə  bu  dövlət  haqqında  bilgi  əldə  edə  bilmişdi.  Eləcə  də 
Fransanın Bağdaddakı əski konsulu Rosso dolayısıyla da bir çox bilgi sağlamışdı. 
1805-ci ildə birinci Konsul Şahla görüşmək üçün iki nümayəndə göndərdi. Bu iki 
nümayəndənin Şahla  görüşlərinin gizlin qalması konusunda  anlaşma  sağlanmışdı. 
Ona  görə  bu nümayəndələrə  Rusiya  və  İngiltərə  casusları  törədilə  biləcək hər tür 
təhlükənin  önlənməsi  üçün  tədbirlər  alınmışdı.  Fransa  elçilərindən  biri  General 
Rumio idi. O, Hələb-Bağdad yolu ilə Qacariyyəyə gəlməyi tərcih etdi. Bağdaddakı 
ingilis  konsulluğu  onun  Qacariyyəyə  gedişindən  xəbər  tutdu  və  onun  ölkəyə 
girişini  önləmək  istədi.  Ancaq  Rumio  bu  əngəlləri  aşaraq  səfərinə  davam  etməyi 
başardı.  1805-ci  ilin  oktyabr  ayında  Tehrana  çatdı.  Rumionu  Fətəli  Şahın 
dərbarında çox hərarətlə qarşıladılar. Ancaq o dərbarda bir az ümüdsüzlük yaratdı. 


28 
 
Çünkü  yetkisi  çox  sınırlı  idi.  General  Rumio  Tehrana  gəldikdən  bir  neçə  həftə 
sonra xəstələndi. Onun xəstəliyini  müalicə edəcək təbib bulunmadığı üçün ordaca 
da  öldü.  General  Rumionun  özəl  qələm  müdiri  (katibi)  olan  Udre  onun  bütün 
qeydlərini  Fransaya  aparmağı  başardı.  Rumionun  notlarında  Fransanın  Qacariyyə 
yolu ilə Hindistana girmə planına işarələr edilmişdi. 
Digər  elçi  isə  ünlü  şərqşünas  Jauber  idi.  Jauber  Misir  savaşında  Birinci 
Konsulun  yanında  bulunmuşdu.  Bu  elçi  Azərbaycan  yolu  ilə  getməyi  tərcih  etdi. 
Azərbaycanda  ilk  öncə  Abbas  Mirzə  tərəfindən  qəbul  edildi.  Bir  neçə  ay  sonra 
Qacariyyə və Fransa arasında yapılan Finknaştayn anlaşmasının gerçəkləşməsində 
onun  böyük  təsiri  oldu.  Finknaştayn  anlaşmasından  sonra  Napoleon  Bonopart 
General  Gardanın  başçılıq  etdiyi  heyəti  Fətəli  Şahla  görüşmək  üçün  Qacariyyəyə 
göndərdi.  Bu  ittifaq  anlaşmasına  görə  Fransa  özünü  Rusiya  qarşısında  müdafıə 
etməsi  üçün  Qacar  dövlətinə  hərbi  yardım  etməli  idi.  Lakin  Rusiya  və  Fransa 
arasında  imzalanan  Tilsit  barış  anlaşması  nədəni  ilə  bu  ittifaqda  qeyd  olunanlar 
həyata keçmədi. 
Bu  ortamda  İngiltərə  önəmsəmədiyi  Qacar  dövləti  ilə  yaxın  münasibət 
qurmağı  planlamağa  başladı.  Qacariyyə  və  Fransanı  bir-birinə  yaxınlaşdıran 
anlaşmaların  imzalanması  Londonda  və  Kəlkətədə  rahatsızlıq  yaratmağa 
başlamışdı.  O  zaman  Hindistanın  hakimi  olan  Lord  Minto,  Con  Molkolmu 
görəvləndirib,  Qacariyyəyə  göndərdi.  Ancaq  Con  Molkolm  Buşəhrdən  irəli  gedə 
bilmədi.  Çünkü  o  zaman  Tehranda  bulunan  və  Qacariyyədə  böyük  etkisi  olan 
General Gardan, Fətəli Şahı Molkolmu qəbul etməməsi mövzusunda razı salmışdı. 
Bu uğursuz səfərindən əsəbiləşən Molkolm təhdidlər yağdıraraq Bəsrə körfəzi yolu 
ilə ölkəni tərk edib Kəlkətəyə getdi. Kəlkətədə Lord Montonu inandırmağa çalışdı 
ki,  Bəsrə  körfəzində  bir  neçə  adanı  işğal  etməsək  Qacariyyəyə  yol  tapa 
bilməyəcəyik. O, Fətəli Şahla görüşüb və anlaşma yapa bilmənin ancaq zor istifadə 
etmək  yolu  ilə  mümkün  olduğu  qənaətində  idi.  Hindistan  hakimi  Molkolmun  bu 
önərisinə müsbət yanaşırdı. Lakin London hərbi müdaxilədən yana deyildi. London 
Harfurd  Conzlərigezi  görüşmələr  yapmaq  üçün  Tehrana  göndərdi.  Əgər  Rusiya-
Fransa  arasında  barış  anlaşması  imzalanmasa  idi,  bu  elçinin  durumu  necə  olardı 
əcəba? O da Molkolm kimimi qarşılanardı, yoxsa durum fərqlimi olardı? 
 
FRANSA - QACARĠYYƏ MÜNASĠBƏTLƏRĠ 
 
1806-cı  il  may  ayının  əvvəllərində  Amedee  Jauber  (Amade  Juber) 
İstanbuldan Tehrana doğru hərəkət etdi. Xoy ovalığından keçən Jauber insanların, 
xüsusən kəndlilərin çox mutlu və sevincli olduğunu görürdü. Çünkü Abbas Mirzə 
bölgəni kürd  quldurlarının hücumundan qurtarmış və  kəndlərdə  tarımın gəlişməsi 
üçün  bir  çox  reformlar  gerçəkləşdirmişdi.  Kəndlilərdə  və  əkinçilərdə  çalışmağa, 
əməyə  olan  həvəs açıq şəkildə  sezilməkdə  idi.  Abbas Mirzənin bölgədə  yaratdığı 
güvən və istiqrar çalışmaq üçün imkan yaratmışdı. Osmanlının Qacariyyə ilə sınır 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə