Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.

səhifə9/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   68

19 
 
bölümünə  ona  nəzarət  etmək  üçün  İrəvanda  qalmasına  əmr  verdi.  Bu  üzdən  də 
yaşlı Mirzə Şəfi və bəylərbəyi Əhməd Müqəddəmənin İrəvanda qalmalarını istədi. 
Üçkilsənin  önündə  qızğın  savaş  başladı.  Sisyanov  topxanasına  atəş  əmri 
verdi.  Ancaq  Abbas  Mirzənin  cəbhənin  ön  sıralarında  savaşması  Azərbaycan 
ordusuna  böyük  ruh  yüksəkliyi  vermişdi.  Baş  komutanın  bu  şəkildə  savaşması 
Azərbaycan  ordusunda  ölümdən  qorxma  hissini  yox  etmişdi.  Şahsevən  və 
Xocavənd süvarilər bu savaşda elə bir cəsarət göstərdilər ki, bütün ölkədə dildən-
dilə  düşdü.  Abbas  Mirzə  ordusunun  ölümdən  qorxmamasını  görən  rus  ordusu 
qorxmağa  başlamış,  ruh  düşkünlüyünə  uğramışdı.  Sisyanov  ordusunu  üç  qismə 
ayırmışdı. Şahsevənlər üçüncü gün rus ordusunun topxanasını susdurmağı bacardı. 
Üçüncü  gün  üç  qismə  ayrılmış  rus  ordusunun  bir-biri  ilə  olan  irtibatları  kəsildi. 
Yalnız  süvarilərin  hücumu  hesabına  rus  topları  atəşinin  susdurulduğu  nəzərə 
alındığında  Abbas  Mirzənin  nə  qədər  doğru  taktika  izlədiyi  bəlli  olur.  Bu  qələbə 
Azərbaycanda o qədər heysiyyət  yaratdı ki,  hətta İrəvan  hakimi Məhəmməd Xanı 
belə  ümüdsüzlüyə  mübtəla  etdi.  İrəvan  hakimi  bu  dəfə  haqqında  yaranmış 
şübhələri  ortadan  qaldırmağa  çalışdı.  Bu  zəfər  münasibəti  ilə  Abbas  Mirzəyə 
çatması  üçün  Mirzə  Şəfiyə  hədiyyələr  gətirdi.  Rus  ordusu  ilə  irtibatı  kəsilməyə 
başlayan Məhəmməd Xan bu dəfə Abbas Mirzəyə yaxınlaşmağa başlamışdı. Abbas 
Mirzə  isə  onu  cəzalandırmaq  fikrində  deyildi.  Çünkü  belə  bir  işə  girişsə  idi, 
bölgədə  iç  savaş  çıxardı,  Sisyanov  isə  bundan  yararlana  bilərdi.  Ancaq  İrəvan 
hakiminin  bu  tərz  davranışından  istifadə  edən  Abbas  Mirzə  ordunu  İrəvanın 
yaxınlığındakı  Qarabulağa  yerləşdirməyə  başladı.  İrəvan  hakimi  Abbas  Mirzənin 
bu  hərəkətindən  narahat  olsa  da,  ancaq  edə  biləcəyi  bir  iş  yox  idi.  İrəvan  tam 
Abbas Mirzənin ordusunun mühasirəsinə keçdi. Bu sırada partizan savaşları hər iki 
tərəfdə  davam  edirdi.  Bu  əməliyyat  sırasında  gürcü  şahzadələr  Aleksandr  və 
Təhmurəs Abbas Mirzəyə yardım etdilər. 
Bu  savaş  zamanı  Abbas  Mirzə  acı  bir  gerçəyi  dərk  etməyə  başlamışdı. 
Abbas  Mirzə  hiss  edirdi  ki,  artıq  bu  biçim  savaşların  zamanı  keçmiş  və  onun 
ordusunda böyük texnoloji  əksikliklər var.  Abbas Mirzə texnoloji savaş haqqında 
öz bilgisizliyini də hiss edərək çox narahat olmağa başlamışdı. Sonrakı savaşlarda 
rahatca  qələbə  əldə  edə  bilməyəcəyi  haqda  əndişələnirdi.  Abbas  Mirzənin  ordusu 
modern hərbi imkanlardan məhrum idi, bu da Abbas Mirzənin dərin rahatsızlığına 
səbəb  olurdu.  Bu  qüsuru  Abbas  Mirzə  necə  ortadan  qaldıra  bilərdi?  Qərblə 
münasibətə  girməkdən  başqa  ikinci  alternativ  varmı?  deyə  düşünürdü.  İlk  dəfə 
rastlandığı və qalib olduğu savaş Abbas Mirzənin bütün düşüncəsini dəyişdirmişdi. 
O  öz  ordusunu  yeni  silahlarla  təchiz  etməyi  düşünürdü.  Artıq  klassik  türdə  hərb 
zamanının bitdiyini bu savaşda  anladı. Sisyanovun savaş taktikasını bəyənir, onun 
silah baxımından üstün olduğunu görürdü. Abbas Mirzə hiss edirdi ki, yeni savaş 
texnikası və taktikası haqqında heç bir bilgiyə sahib deyil. 
1804-cü ilin  yayında Fətəli Şah, Sultaniyyə ovalığında oturaq salmışdı. Bu 
ovalıq  çox  görünüşlü  və  sevimli  bir  məkan  idi.  Təbrizlə  Tehranı  bir-birinə 


20 
 
bağlayan yolun üstündə yerləşir. Sonralar ordu saxlusuna və barınağına çevrilən bu 
ovalıq öncələr Şahın dincəldiyi və əyləndiyi məkan kimi istifadə edilmişdir. Bəzi 
Qacar  üzrə  uzman  olanlar  da  belə  düşünürdülər  ki,  get-gedə  Azərbaycanda 
ünlüləşən,  sayqı  qazanan  Abbas  Mirzə  yavaş-yavaş  Fətəli  Şahın  qayğılanmasına 
səbəb  olduğu  üçün  Azərbaycana  daha  yaxın  bir  məkanda  yerləşmək  istəyirdi  ki, 
Abbas  Mirzənin  reformlarından  və  etdikləri  işlərindən  dərhal  xəbərdar  olsun. 
Sultaniyyə ovalığı moğullar zamanında böyük ticarət mərkəzi olan bir şəhər olmuş. 
Fətəli  Şah  yenə  də  bu  əski  böyük  ticarət  mərkəzi  olan  Sultaniyyəni  öz  keçmişinə 
qovuşdurmaq  istəyirdi,  lakin  olayların  axışı  buna  imkan  verməmişdir.  Bu  illər 
ərzində  Sultaniyyə  başkənd  kimi  olmuşdu.  Bir  çox  yabançı  elçilər  və  digər 
müsafirlər burada ağırlanırdılar. 
Fətəli  Şah,  Qafqaz  uğrunda  savaşların  çox  zor  olduğu  haqda  Abbas 
Mirzədən  gələn  bilgiləri  dəyərləndirməkdən  sonra  Xorasanda  İsmayıl  Xan 
Damğaninin  komandanlığında  olan  süvari  ordunun  Azərbaycana  gəlməsi,  Abbas 
Mirzəyə  qatılmasını  istədi.  Özü  də  saray  adamları,  əyanları  və  dövlət  ərkanı  ilə 
bərabər Qarabağa yola düşdü. 
Savaşlardan  yorğun  düşmüş  Abbas  Mirzənin  ordusu,  yardımçı  güc  onlara 
ulaşdıqdan və Şahın gəlişini duyduqdan sonra hərəkətləndi, həyəcana gəldi. Padşah 
Qarabağa varmadan öncə  Abbas Mirzə İrəvanın ətrafında  bulunan rus birliklərinə 
hücum  edib,  onları  tamami  ilə  bölgədən  uzaqlaşdırdı.  Şahın  çadırı  İrəvan  və 
Üçkilsə  arasında  uyğun  və  güvənli  bir  yerdə  quruldu.  Padşahın  bölgəyə  gəlişi 
durumu dəyişdirmişdi.  Bölgə xanları öz hədiyyələri ilə Şahın qəbuluna girmək və 
hörmətlərini  bildirmək  üçün  ad  yazdırır,  görüş  üçün  zaman  alırdılar.  Şahın 
görüşünə  gələn  önəmli  adamlardan  biri  də  Üçkilsədə  məşhur  erməni  din  adamı 
kimi  tanınan  Beterk  Daod  idi.  Beterk  Daod  bütün  ermənilərin  üzərində  mənəvi 
otoritəyə  sahib  idi.  Beterk,  çevrəsini  bürüyən  cahil  insanlara  rəğmən  oxumuş  və 
bilgili  bir  insan  idi.  Bir  çox  səfərlərdə  bulunmuş,  Avropada  olmuş  və  tarix 
konusunda bilgili sayılan birisi idi. Beterk yanındakı keşişlər heyəti ilə Fətəli Şahla 
görüşdü. Şah, Beterkdən Avropa ölkələri haqqında bilgilər alır, sorular sorurdu və 
bu da Peterkin çox xoşuna  gəlirdi.  Çünkü Şah onun hüzuruna  gələn kimsə  ilə  bu 
qədər  danışmamış,  kimsəni  bu  qədər  dəyərləndirməmişdi.  Fətəli  Şah,  özəlliklə 
Fransa  və  Napoleon  Bonopart  haqqında  daha  çox  sorular  sorurdu.  Çünkü  Con 
Malkolm  fransızları  yırtıcı  və  vəfasız  insanlar  olaraq  padşaha  tanıtmışdı.  Ancaq 
Napoleon Misiri fəth edə bilməsə belə, yenə də onun Avropadakı qələbələri və ünü 
Fətəli Şahı çox ilgiləndirirdi. Digər tərəfdən də ruslara qarşı bir Avropa ölkəsi ilə 
ittifaqa  girməkdən  yana  idi.  Beterkin  fransızlar  və  gənc  Napoleon  haqqında 




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə