Azaərbaycan döVLƏt pedaqoji universiteti İBTİDAİ TƏHSİl faküLTƏSİ



Yüklə 100,51 Kb.
səhifə4/8
tarix31.12.2021
ölçüsü100,51 Kb.
#82293
1   2   3   4   5   6   7   8
Rafiq M. RTM-3

Bacarmalıdır:

- Riyaziyyatın tədrisi metodikası elminin məqsəd və vəzifələri, elmi-tədqiqat metodları, digər elmlərlə əlaqəsini izah edir;

- Riyaziyyat təliminin təşkili formalarını fərqləndirir, mövzuya uyğun formanı müəyyənləşdirir və tətbiq edir, ibtidai siniflərdə müasir dərs, onun mərhələləri və ona verilən tələbləri həyata keçirir;

- Riyaziyyat təliminin vasitələrini şərh və izah edir, konkret dərs üçün əyani vəsaitləri müəyyənləşdirir və seçir;

- Riyaziyyat təliminin prinsiplərini, təlim metodlarını (texnologiyalarını), fəal(interaktiv) təlim prinsipləri və təlim metodlarını şərh və izah edir, pedaqoji təcrübə zamanı tətbiqini bacarır.

- İbtidai siniflərdə riyaziyyat təliminin məqsəd və vəzifələrini şərh edir;

- İbtidai siniflərin riyaziyyat kursunun məzmun xətlərini fərqləndirir, qurulması xüsusiyyətlərini izah edir, hər bir məzmun xətti üzrə formalaşdırılmalı standartları sadalayır, standartların formalaşdırılması metodikasını tətbiq edir;

- İbtidai siniflərin riyaziyyat təlimində istifadə olunan məsələlərin növlərini fərqləndirir, baxılan növ sadə və mürəkkəb məsələləri həll etmək bacarığının formalaşdırılması metodikasını tətbiq edir;

- Tədris materialı üzrə təlim nəticələrinin əldə olunması üçün müvafiq metodlar, vasitə və formaları müəyyənləşdirir və tətbiq edir;

- Siniflər üzrə məzmun standartlarını şərh edir;

- Şagirdlərin nailiyyətlərinin qimətləndirilməsində əsas qiymətləndirmə növlərini və qiymətləndirmə standartlarını tətbiq edir;

-Riyaziyyat təlimində istifadə olunan dərslik komplektinin metodik xüsusiyyətlərini müəyyənləşdi-rir və tətbiq edir.

Yiyələnməlidir:

- Müasir təhsil nəzəriyyəsinin prinsiplərinə - inkişafetdirici, şəxsiyyətyönümlü təlim və tərbiyəedici təlim prinsiplərinin texnoloji parametrlərinə;

- Riyaziyyat dərslərində istifadə olunan başlıca metodlara, o cümlədən interaktiv metodlara, sinifdənxaric və məktəbdənkənar işlərin təşkili metodikasına.


Yüklə 100,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə