Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə49/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   45   46   47   48   49   50   51   52   ...   62

159
liderəri də vardır. Onların arasında 1955-ci ildə Amerika legionuna nitq 
söyləyərək müharibələrin aradan qaldırılmasının zəruri "elmi realizm" 
adlandıran General Duqlas MakArthur idi: 
Siz dərhal deyəcəksiniz ki, müharibənin aradan qaldırılması 
insanın əsrlər boyu arzusu olmasına baxmayaraq, bu məqsədlə 
hər mühakimədə bunun fantastik hadisə kimi, qeyri-mümkün 
olduğu söylənilərək cəld rədd edilmişdir. Dünyada hər bir 
abırsız, hər bir pessimist, hər bir məcaraçı, hər başkəsən bunun 
baş tutmasına həmişə təkzib etmişdir. Lakin, bütün bunlar 
elmin kütləvi dağıntını reallıqa çevirməsinə gətirən son 
onillikdən əvvəl baş vermişdi. Arqumentlər sonradan ruhani 
və mənəvi əsaslar üərində quruldu və yenə də uduzuldu… 
Ancaq, indi- dağıntının nüvə və başqa potensiallarının mövcud 
təkamülü onun mənəvi və ruhanilik sualı kimi ilkin 
müzakirəsindən uzaqlaşdıraraq, problemi qəfildən elmi 
realizm ilə bir sıraya gətirmişdir. Bu artıq alim filosoflar və 
ruhanilər tərəfindən sadəcə götür-qoy edilən etik sual deyil, 
ağır nüvə sağ qalması təhlükəsi altında olan kütlələrin birlikdə 
qərar verəcəyi bir sualdır…. Liderlər geri qalırlar…. Önlar 
keçəl həqiqətlərlə bəyanatlar verərkən belə bir həqiqəti 
söyləmirlər ki, müharibələr aradan qaldırılmayana qədər 
növbəti mühüm sivilizasiyaya doğru irəliləyiş baş verə 
bilməz…. Universal zərurətə keçən bu universal arzunu 
gerçəkdə tərcümə edəcək kifayət qədər təxəyyülə malikdir 
hakim sima olacaqmı? Biz artıq yeni eradayıq. Köhnə 
metodlar və həlli yolları artıq kifayət etmir. Bizim yeni 
fikirlərimiz, yeni ideyalarımız, yeni konsepsiyalarımız 
olmalıdır…. Biz keçmişin dəlilər üçün olan köynəyindən 
qurtulmalıyıq (Kausins(əmi oğlular) 1987: 67-9). 
Fransız İnqilabının yeni qeyri-öldürməyən dəyişikliyinə həsr edilmiş 
şüarlarla öncə general rütbəsində, sonradan Birləşmiş Ştatların Prezidenti 
olan Duayt D. Esinhavr öz notalarında, uzunmüddətli zorakı 
hərbiləşdirmənin azadlıqa, bərabərliyə və qardaşlıqa olan zərərli təsirləri 
barədə xəbərdarlıq edir. Azadlıq üçün: "Biz, hökumətin şuralarında, yerli 
və ya yersiz-fərq etməz, hərbi sənaye kompleksi tərəfindən təsirlərə qarşı 
qoruyucu tədbir görməliyik. Biz heç vaxt imkan verməməliyik ki, bu 
təsirər bizim azadlığımızı və ya demokratik prosesləri təhlükəyə məruz 


160
qoysun. Biz, nəyin isə hədiyyə ediləcəyini gözləməməliyik" (Əlvida 
Ünvanı, Yanvar 17, 1961) . İqtisadi bərabərlik üçün: "Hər bir düzəldilən 
silah, buraxılan hər bir hərbi gəmi, hazırlanan hər raket, son mərhələdə, 
aclıq çəkən və yedirdilməyən, soyuqdan əsənlərə geyim almayıb, 
onlardan oğurluq etmək deməkdir". (Qəzet Redaktorlarının Amerikan 
Cəmiyyətinə müraciəti, Aprel 16, 1953). Qardaşlıq üçün: "Mən belə 
fikirləşirəm ki, həqiqətən də, insanlar sülhü o qədər istəyirlər ki, yaxşı 
olardı ki, bu günlərdə hökumətlər bunu onlara, dəstək olaraq, versinlər" 
(Bİ-Bİ-Sİ televiziyasından müsahibə, Avqust 31, 1959). 4 Dekabr, 1996-
cı ildə, Vaşinqtonda, Kolumbiya dairəsində, bütün Birləşmiş Ştatlar 
boyunca nüvə müharibəsinin döyüş qüvvələrinin sabiq komandanı, 
Generalı Corc Li Batler Milli Mətbuat Klubunun önündə çıxış edərək, 
nüvə silahlarının sadəcə azalması ilə deyil, onların ixtiraçısı və ilk 
istifadəçi olan Birləşmiş Ştatların təşəbbüsü ilə başlamaqla, tam aradan 
qaldırılmasına - tamamilə dayandırılmasına səslədi. Əks təqdirdə o, 
Birləşmiş Ştatların başqa ölkələrin arasında, onların əldə edilməsinin 
qabağını alacaq heç bir mənəvi hakimiyyətə malik olmamasını dedi. 
Onun səbəbləri: "Nüvə silahları təbiəti etibarı ilə təhlükəlidir, son dərəcə 
bahalıdır, hərb üçün səmərəsiz və mənəvi cəhətdən bağışlanmazdır". 
Beləliklə General "Qılıncları Kotan əvəzinə" hərəkatının mənəvi motivli, 
daima nüvə silahlarına qarşı etiraz hərəkatı nəticəsində federal 
həbsxanalarla cəzalanan üzvlərinin düşüncələri ilə uyğunlaşan nəticəyə 
gəldiı. Nüvə abolisionist hərəkatının məntiqi eləcə də öldürməyi ləğv 
edəcək digər alətlərə əlavə edilə bilər. 
Əgər, göründüyü kimi, generallar, qətl sənətinin ekspertləri 
cəmiyyətə qabiliyyətlərinin uzunmüddətli ehtimalları haqqında belə 
dərin suallar qaldıra bilərsə, nədən siyasət alimləri zorakılığa qarşı bunu 
etmir və qeyri-öldürücü cəmiyyətlərin qlobal rreallaşdırılması üçün 
mübarizə apara bilmir? 
Bəlkə də müasir Amerikan siyasət elminin komponentlərini qəbul 
edən əksər Amerikan siyasət alimləri və beynəlxalq kolleqalar Birləşmiş 
Ştatlarda akademik intizam olan siyasət elminin yaradılmasına öz 
töhfəsini vermiş qeyri-öldürücülüyün motivlərindən xəbərsizdirlər. Buna 
təkan vermiş mənşələrdən biri, gənc İttifaq əsgəri, uzun müddət qərbi 
Tennessi ştatında Federativ qüvvələr ilə qanlı döyüşdən sonra gecə 


161
növbəsinə çıxacaq Con W. Bürger tərəfindən 1863-cü ildə edilən döyüş 
andı idi: 
Hələ də sel yağışı yağırdı; ildırım zərbələri onun pis dilləri 
çəpinə göy səmanı dəlıb keçir, ildırımın yayılan zərbələri isə 
ağır artilleriyanın yaylımları kimi əks-səda verirdi. Bu hay-
küy və təbiətin səs-küyü ilə yaralanan və ölən heyvanların 
bağırtı və iniltiləri, yaralanan və ölən adamların qışqırıqları 
bir-birinə qarışmışdı. Bu əksər bərkimiş əsgərlər üçün terror 
gecəsi idi. Mənim kimi gənc və həssas bir insan üçün bu, 
təsvir edilməz dərəcədə dəhşətli və çox pis qarabasmalı bir 
gün idi. Buna baxmayaraq, bu qorxulu təcrübənin ortasında 
mənim fikrimdə sonrakı həyatım canlandı. Gözlərim qaranlıq 
gecənin dərinliklərinə dikilərək, qulaqlarım düşmənin 
yaxınlaşan səslərini eşitmək üçün gərgin dayansa da, 
dodaqlarım öz-özünə donquldanırdı: "Tanrının simasında 
yaranan varlığın mövcudluğu üçün ortaya çıxan problemlərini 
şüuru gücü ilə və dağıdıcı zorakılıq tətbiq etmədən həll etməsi 
mümkün ola bilməzdimi?" Onda mən göylər qarşısında and 
içərək söz verdim ki, əgər mən mövcud müharibənin 
təhlükələrindən sağ çıxaramsa, mən həyatımı mənalı keçirəcək 
və qantökmə və dağıntı əvəzinə kompromislərə üstünlük 
verəcəyəm (Bürger 1934: 28). 
Onun andını yerinə yetirmək üçün Bürger Almaniyada ali təhsil 
almaqa gedir və qayltdlqdan sonra1880-ci ildə, Nyu Yorkda Kolumbiya 
Kollecində Siyasət Elminin Məktəbini təsis etdi.  
Professor Bürgerin sonrakı təcrübəsi qeyri-öldürücü siyasət elminə 
dəstək verənlərə qarşıdurma maneələrini proqnozlaşdırır. Bu maneələr, 
kontekstinə müvafiq olaraq, kiçikdən fövqəladə ciddiliyə doğru 
dəyişəcək və onlara üstün gəlmək üçün qoçaqlıq və qlobal əməkdaşlıq 
tələb ediləcəkdir. Almanları insanlara yoldaş kimi tanıyan Bürger, 
Birləşmiş Ştatların I-ci Dünya Müharibəsinə qatılmasına etiraz etdi. O, 
6Avqust, 1917-ci ili-bunun baş verdiyi günü belə xatırlayır: "bir qəmgin 
zərbə ilə… mənim həyatımın işi iflasa uğradı". Almaniyaya qarşı 
vətənpərvərlik müharibəsinın qızğın vaxtında o, şikayət edir: sülh adamı 
və şüurlu olan kəslər bu gün dünyada hamı tərəfindən satqın və 
qorxaqlıq ekvivalenti kimi qiymətləndirilirlər" (29). Beləliklə Professor 
Bürger illər boyu sülh yaradanların keçirdiyi əzabı yaşadı, 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə