Azərbaycan beynəlxalq banki iLLİk hesabat 2007



Yüklə 5,44 Mb.
Pdf görüntüsü
səhifə26/42
tarix17.09.2018
ölçüsü5,44 Mb.
#68901
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
75
12. Binalar, Avadanlıqlar və Qeyri-Maddi Aktivlər (davamı)
qrupun binaları 25 iyul 2007-ci il tarixində müstəqil şəkildə qiymətləndirilmişdir. qiymətləndirmə dtZ debenham tie leung müstəqil qiymətləndirici şirkət 
tərəfindən bazar dəyəri prinsipinə əsasən həyata keçirilmişdir. ədalətli dəyər qrupun binalarına oxşar xüsusiyyətlərə malik olan və analoji ərazidə yerləşən binalar 
üzrə aktiv bazarda müşahidə oluna bilən qiymətlərə əsasən təxmin edilmişdir. bu zaman həmin qiymətlərin ədalətli dəyərdən əhəmiyyətli dərəcədə fərqlənmədiyi 
fərz edilmişdir. qiymətləndirmə nəticəsində binaların xalis balans dəyərində 16,808 min AZn məbləğində artım olmuşdur. 14,049 min AZn məbləğində yenidən 
qiymətləndirmə ehtiyatı, 2,759 min AZn məbləğində təxirə salınmış vergi öhdəliyi çıxılmaqla, 31 dekabr 2007-ci il tarixində tamamlanan il üzrə konsolidasiya 
edilmiş səhmdar kapitalında dəyişikliklər hesabatında binalar üzrə “yenidən qiymətləndirmə ehtiyatı” kimi qeydə alınmışdır. 
Aktivlər, amortizasiya çıxılmaqla ilkin dəyərdə qeydə alınmış olsaydı, 31 dekabr 2007-ci il tarixinə binaların balans dəyəri 18,524 min AZn (2006: 16,033 min 
AZn) təşkil etmiş olardı. 
başa çatdırılmamış tikintilərə filialların tikintisi və təmiri xərcləri daxildir. tikinti işləri başa çatdırıldıqdan sonra, həmin aktivlər “binalar və avadanlıqlar” kateqoriyası-
na köçürülür.
başa çatdırılmamış tikintilər üzrə əlavələrə qrup tərəfindən alınmış bakı şəhərinin mərkəzindəki torpaq sahəsində yeni ofis binasının tikilməsi məqsədilə podratçılara 
ödənilmiş 17,338 min AZn (2006: 7,352 min AZn) məbləğində ödənişlər daxildir. 
13. Digər Maliyyə və Sığorta Aktivləri
Min Azərbaycan Manatı ilə
2007
2006
sığortalananlar üzrə debitor borcları
4,801
1,751
Plastik kartlarla əməliyyatlar üzrə debitor borcları
2,302
3,067
Ödənilməkdə olan məbləğlər
1,619
1,453
Cəmi digər maliyyə və sığorta aktivləri
8,722
6,271
Plastik kartlarla əməliyyatlar üzrə debitor borcları bankın törəmə müəssisəsi olan Azərikard prosessinq mərkəzi tərəfindən digər yerli banklar üçün kartların istehsal 
olunması, təqdim edilməsi və xidmət göstərilməsi üzrə həmin banklardan alınacaq məbləğlər, eləcə də digər bankların müştəriləri tərəfindən bankın bankomatların-
dan çıxarılan nağd pul vəsaitləri üzrə alınacaq xalis xidmət haqlarını əks etdirir. 
31 dekabr 2007-ci il tarixinə digər maliyyə və sığorta üzrə debitor borcların kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:
Min Azərbaycan Manatı ilə
Sığortalananlar üzrə 
debitor borcları
Plastik kartlarla 
əməliyyatlar üzrə 
debitor borcları
Ödənilməkdə olan 
məbləğlər
Cəmi
Cari və dəyərsizləşməmiş
- orta həcmli müəssisələr
4,801
-
1,619
6,420
- rezident banklar
-
2,302
-
2,302
Cəmi digər maliyyə və sığorta üzrə debitor borcları
4,801
2,302
1,619
8,722


76
13. Digər Maliyyə və Sığorta Aktivləri (davamı)
31 dekabr 2006-cı il tarixinə digər maliyyə və sığorta üzrə debitor borcların kredit keyfiyyətinə görə təhlili aşağıdakı cədvəldə göstərilir:
Min Azərbaycan Manatı ilə
Sığortalananlar üzrə 
debitor borcları
Plastik kartlarla əməliyyatlar 
üzrə debitor borcları
Ödənilməkdə olan 
məbləğlər
Cəmi
Cari və dəyərsizləşməmiş
- orta həcmli müəssisələr
1,751
-
1,453
3,204
- rezident banklar
-
3,067
-
3,067
Cəmi digər maliyyə və sığorta üzrə debitor borcları
1,751
3,067
1,453
6,271
digər maliyyə və sığorta aktivlərinin hər bir kateqoriyasının balans dəyəri 31 dekabr 2007 və 31 dekabr 2006-cı il tarixlərinə təxminən onların ədalətli dəyərinə 
bərabərdir. 31 dekabr 2007-ci il tarixinə digər maliyyə və sığorta aktivlərinin təxmin edilən ədalətli dəyəri 8,722 min AZn (2006: 6,271 min AZn) təşkil etmişdir. 
34 saylı qeydə baxın.
14. Digər Aktivlər
Min Azərbaycan Manatı ilə
2007
2006
qabaqcadan ödənilmiş xərclər
3,018
2,253
Plastik kartlar üzrə təxirə salınmış xərclər
1,692
2,165
brutto yığılmış sığorta mükafatları üzrə təxirə salınmış əldə etmə xərcləri
1,530
582
qeyri-maddi aktivlər və avadanlıqların alınması üçün qabaqcadan ödənişlər
-
3,576
qabaqcadan ödənilmiş sığorta xərcləri
-
100
digər
2,709
3,345
Cəmi digər aktivlər
8,949
12,021
Cari
7,451
6,470
uzunmüddətli
1,498
5,551
31 dekabr 2007-ci il tarixinə qabaqcadan ödənilmiş xərclər üzrə qalıqlara bankın dubay, london və nyu-york şəhərlərindəki nümayəndəliklərinin açılması ilə bağlı 
797 min AZn məbləğində qabaqcadan ödənilmiş icarə haqları və digər inzibati xərclər, eləcə də bank tərəfindən yerli və xarici təchizatçılardan plastik kartların 
alınması üçün ödənilmiş 2,221 min AZn məbləğində avans daxildir (2006: qabaqcadan ödənilmiş xərclər üzrə qalıqlara plastik kartların alınması üçün ödənilmiş 
1,191 min AZn məbləğində avans daxildir).
15. Digər Banklara Ödəniləcək Vəsaitlər
Min Azərbaycan Manatı ilə
2007
2006
digər bankların qısamüddətli yerləşdirmələri
110,012
128,096
digər bankların müxbir hesabları və overnayt depozitləri
37,100
45,063
Plastik kartlarla əməliyyatlar üzrə rezident bankların bloklaşdırılmış hesabları
197
221
Cəmi digər banklara ödəniləcək vəsaitlər
147,309
173,380


Maliyyə Hesabatları 2007
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI
77
15. Digər Banklara Ödəniləcək Vəsaitlər (davamı)
31 dekabr 2007-ci il tarixinə digər bankların qısamüddətli yerləşdirmələrinə qeyri-rezident bank tərəfindən bankda illik 6.4% və 6.5% dərəcəsi ilə yerləşdirilmiş 
və ödəmə müddəti 2008-ci ilin may ayında başa çatan hər biri 40,000 min Abş dolları və ya 33,812 min AZn olan iki qısamüddətli depozit daxildir. Hesabat 
tarixindən sonrakı dövr ərzində bu depozitlər bağlanmışdır.
bundan əlavə, digər banklardakı qısamüddətli yerləşdirmələrə xarici bank tərəfindən Abb-Moskvada illik 6.6% dərəcəsi ilə yerləşdirilmiş və ödəmə müddəti 2008-ci 
ilin avqust ayında başa çatan 50,000 min Abş dolları məbləğində depozit daxildir. 
digər banklara ödəniləcək vəsaitlərin hər bir kateqoriyasının balans dəyəri 31 dekabr 2007 və 31 dekabr 2006-cı il tarixlərinə təxminən onların ədalətli dəyərinə 
bərabərdir. 31 dekabr 2007-ci il tarixinə digər banklara ödəniləcək vəsaitlərin təxmin edilən ədalətli dəyəri 147,309 min AZn (2006: 173,380 min AZn) təşkil 
etmişdir.
digər banklara ödəniləcək vəsaitlərin faiz dərəcələri üzrə təhlili 31 saylı qeyddə göstərilir. əlaqəli tərəflərlə əməliyyatlar haqqında məlumat 36 saylı qeyddə 
açıqlanır. 
16. Müştəri Hesabları
Min Azərbaycan Manatı ilə
2007
2006
Dövlət müəssisələri və ictimai təşkilatlar
- Cari/hesablaşma hesabları
411,654
431,136
- Müddətli depozitlər
607,582
288,053
- bloklaşdırılmış müştəri depozitləri
86
85
Digər hüquqi şəxslər
- Cari/hesablaşma hesabları
234,363
245,397
- Müddətli depozitlər
42,114
16,167
- bloklaşdırılmış müştəri depozitləri
164,933
92,432
Fiziki şəxslər
- Cari/tələbli hesablar
114,428
70,951
- Müddətli depozitlər
275,323
159,955
Cəmi müştəri hesabları
1,850,483
1,304,176
31 dekabr 2007-ci il tarixinə qrupun müştəri hesablarında neft sektorunda fəaliyyət göstərən bir dövlət müəssisəsinin 547,467 min AZn və hökumət idarəsinin 
233,130 min AZn məbləğində vəsaitləri üstünlük təşkil etmişdir ki, bu da ümumilikdə cəmi müştəri hesablarının 42.2%-ni əks etdirir (2006: müvafiq olaraq 
443,230 min AZn və 195,560 min AZn və ya 49.0%).
dövlət müəssisələri və ictimai təşkilatların müddətli depozitlərinə Azərbaycan respublikasında neft sənayesi sektorunda fəaliyyət göstərən bir dövlət müəssisəsindən 
cəlb edilmiş 455,573 min AZn məbləğində depoziti daxildir. bu depozit üzrə illik faiz dərəcəsi 1.8% təşkil edir (2006: Azərbaycan respublikasında neft sənayesi 
sektorunda fəaliyyət göstərən bir dövlət müəssisəsindən cəlb edilmiş 265,777 min AZn və hökumət idarələrindən cəlb edilmiş 1,168 min AZn məbləğində 
depozitlər daxildir. bu depozitlər üzrə orta illik faiz dərəcəsi müvafiq olaraq 3.7% və 1.5% təşkil etmişdir).
31 dekabr 2007-ci il tarixinə dövlət müəssisələri və ictimai təşkilatların cari və hesablaşma hesablarına dövlət müəssisələrinin və hökumət idarələrinin 72,899 min 
AZn (2006: 24,315 min AZn) məbləğində faizli cari hesabları daxildir. bu hesablar üzrə illik faiz dərəcəsi 0.5%-3.5% (2006: illik 0.5%-2.5%) təşkil edir.
31 dekabr 2007-ci il tarixinə 165,019 min AZn (2006: 92,517 min AZn) məbləğində bloklaşdırılmış müştəri depozitləri öz müştəriləri adından qrupun verdiyi 
geri çağırılmayan idxal akkreditivləri və zəmanətlər üzrə qrup tərəfindən təminat kimi saxlanılan müştəri hesabları üzrə qalıqları əks etdirir. 31 dekabr 2007 və 31 
dekabr 2006-cı il tarixlərinə balansda olan akkreditivlər və zəmanətlər haqqında məlumat 33 saylı qeyddə açıqlanır.


Yüklə 5,44 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə