Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Sual  4.  Qohum  dillər.  Türk  dilləri  ailəsində  Azərbaycan  dilinin  yeri  barədə



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix30.10.2018
ölçüsü0,62 Mb.
#76557
1   2   3   4   5   6   7   8

 

Sual  4.  Qohum  dillər.  Türk  dilləri  ailəsində  Azərbaycan  dilinin  yeri  barədə 



yazın. 

       Dünya dilləri yarandığı ilk dövrlərdə çox az sayda olmuşdur. Zaman keçdikcə 

bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla dil formalaşmış, formalaşan-

ların da hər birindən sonralar yeni dillər əmələ gəlmişdir. Beləliklə, bu gün dünya-  

da 3500-dən çox dil vardır.  

        Bir  kökdən  törəyən  dillərə  qohum  dillər  deyilir.  Qohum  dillərin  hamısı 

birlikdə  dil  ailəsi  adlanır.  Azərbaycan  dili  türk  dilləri  ailəsinə  mənsubdur.  Türk 

dilləri ailəsi bir neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu. 

        Dilimiz  oğuz  qrupuna  daxildir,  bu  qrupa    həmçinin  Türkiyə  türkcəsi, 

türkmən və qaqauz dilləri aid edilir. Oğuz qrupundan olan dillərin formalaşması 

eramızın birinci minilliyində başa çatır. XVI əsrdən etibarən Azərbaycan dili milli 

dil  kimi  yetişmiş  və  oğuz  qrupuna  daxil  olan  digər  dillərdən  fərqli  keyfiyyətlər 

qazanmışdır. Qazax, qırğız, tatar, başqırd, qumıq  dilləri qıpçaq qrupunu təşkil edir. 

Qarluq qrupuna isə özbək, uyğur və salur dilləri daxildir.  

        Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də 

bir çox ölkələrdə yaşayan  azərbaycanlıların ana  dilidir. 50 milyondan çox azər- 

baycanlı bu dildə danışır. 

        Azərbaycan  dili  müstəqil  respublikamızın  dövlət  dilidir.  Azərbaycan 

Respublikasının bütün dövlət orqanlarında yazılı və şıfahi əlaqə işləri Azərbaycan 

dilində aparılır. Dövlət idarələrində vəzifə tutan müxtəlif  xalqların nümayəndələri 

öz işlərini məhz Azərbaycan dilində  həyata keçirirlər.  

        Dövlət  dilinin  vahidliyi  demokratizmi  ilə  səciyyələnir. 

Ölkəmizdə

  yaşa-yan 

azsaylı  xalqların,  etnik  qrupların  nümayəndələrinin  öz  aralarında  ana  dilində 

ünsiyyət saxlamaq hüququ vardır. 

 

Sual 5. Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyevin rolu  



haqqında məlumat verin. 

Görkəmli ictimai-siyasi xadim, ulu öndərimiz Heydər Əliyevin hərtərəfli yaradıcılıq 

fəaliyyətində dilçilik məsələləri, ilk öncə ana dili, dil və mədəniyyət, dil və millət, dil və 

tarix, dil və ədəbiyyat, dil quruculuğu kimi önəmli sosiolinqvistik məsələlər də xüsusi yer 

tutur.  Bütün  böyük  siyasi  xadimlər  kimi  Heydər  Əliyev  də  öz  xalqının,  öz  ölkəsinin 

iqtisadiyyatı,  maddi  rifah  halının  yaxşılaşması  ilə  bərabər,  onun  ümummədəni 

tərəqqisinin  də  qayğısına  qalmış,  yaşadığı  ölkənin,  mənsub  ölduğu  xalqın  dünyanın  ən 

inkişaf etmiş ölkələri və xalqları səviyyəsinə yüksəlməsinə ciddi diqqət yetirmişdir.  

Hər bir millətin inkişafında onun ən mühüm varlıq və yaşam amili olan milli  dilinin 

müstəsna  rolu  vardır.  Təsadüfi  deyildir  ki,  Heydər  Əliyevin  dil  doktrinasında  dil  amili 

başqa  amillərdən  uca  tutulur.  Azərbaycan  Respublikasının  yeni  Konstitusiya  layihəsini 

hazırlayan  komissiyanın  dövlət  dili  məsələsinə  həsr  olunmuş  iclaslarından  birində  o 




 

deyir:  «İndi  biz  dilimizdə  sərbəst  danışırıq  və  hər  bir  mürəkkəb  fikri  ifadə  etməyə 



qadirik.  Bu,  böyük  nailiyyətdir.  Bu,  iqtisadi  və  başqa  nailiyyətlərin  hamısından 

üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o 

qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik». 

Dili  iqtisadi  və  başqa  nailiyyətlərin  hamısından  üstün  nailiyyət  sayan  ulu  öndər 

Heydər Əliyev 1960-cı illərin sonundan başlayaraq öz zəngin təcrübəsi, yüksək intellekti, 

milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində ardıcıl milli 

dil  siyasəti  işləyib  hazırlamış  və  bütün  çətinliklərə  sinə  gərərək  onu  dönmədən  həyata 

keçirmiş, Azərbaycan dilinin dövlət dili olması, xalqımızın mənəvi mövcudluğunun əsas 

amillərindən olan dilimizin inkişafı və yüksəlişi uğrunda ardıcıl mübarizə aparmışdır. 

Ümummilli liderimiz Heydər Əliyevin ana dilinə qayğısı və diqqəti sonrakı illərdə 

də davam etmişdir. 1978-ci ildə müttəfiq respublikaların yeni konstitusiyaları qəbul etdiyi 

zaman onun göstərdiyi təşkilati fəaliyyət də çox böyük olmuşdur.  Bəlli olduğu kimi, o 

vaxt respublikalarda qəbul olunmuş konstitusiyaların heç birində ana dili dövlət dili kimi 

qeyd  olunmamışdı.  Zaqafqaziya  respublikalarından  başqa  digər  respublikalar  üçün  belə 

problem  artıq    mövcud  deyildi.  Azərbaycanda    isə  dövlət  dili  maddəsi  uğrunda  qızğın 

mübarizə gedirdi. Ümummilli lider o günləri xatırlayaraq deyirdi: «1977-78-ci illərdə biz 

yeni konstitusiyanı qəbul edərkən bu məsələ, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz 

yeni  konstitusiyada  Azərbaycanın  dövlət  dilinin  Azərbaycan  dili  olması  barədə  maddə 

hazırladıq. Qeyd etdiyim kimi, mən  həmin konstitusiyanı hazırlayan komissiyanın sədri 

idim və bu işlərə rəhbərlik edirdim...”  



Mövzu 2  

Sual 6 – cavab 

Fonetika haqqında ümumi məlumat yazın

 

Yazılı və şifahi nitq müəyyən vahidlərdən ibarətdir: Səslər, hərflər, sözlər, cümlələr 

və  s.  Fonetikada  öyrənilən  səslər  və  hərflər  dilin  ən  kiçik  dil  vahidləridir. 

Ümumilikdə fonetika danışıq səslərini öyrənir. Ahəng qanunu, heca, vurğu, səsartımı 

və  səsdüşümü  fonetikanın  mövzuları  sırasına  daxildir.  Fonetika  yunan  sözü  olub 

"fone" (səs) və "tika" (elm) sözlərindən əmələ gəlib. 

Danışıq  zamanı  tələffüz  etdiyimiz  səslər  danışıq  səsləri  adlanır.  Danışıq  səslərinin 

yaranmasında  dodaqlar, dil və səs telləri daha  fəal  iştirak edir.  Bundan  başqa ağ  ciyər, 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə