Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix30.10.2018
ölçüsü0,62 Mb.
#76557
1   2   3   4   5   6   7   8

11 

 



 

Sinonimlər fikri daha dəqiq ifadə etməkdə mühüm rol oynayır, sözləri 

yersiz təkrar etməyin qarşısını alır. 

 



Sinonimlik özünü daha çox isim, sifət və fellərdə göstərir. 

Sinonimlərdən, əsasən, bədii üslubda istifadə olunur. 

Eyniköklü sözlər sinonim ola bilmir: bivəfa-vəfasız 

Mənaca bir-birinin əksi olan sözlərə antonimlər deyilir; Məs.: alçaq-hündür, sülh-

müharibə, oyanır-yatır, çalışqan-tənbəl, müxtəsər-geniş, nağd-nisyə. 

 

Kökü eyni olan sözlər antonim sayılmır: dadlı-dadsız 



 

İnkarda olan fellər antonim deyil: getmək-getməmək 



 

Antonimlərdən, əsasən bədii üslubda istifadə olunur. 



 

Antonimlər həmişə eyni nitq hissəsinə aid olur. 



 

Sual  15- CAVAB  

Əsl Azərbaycan sözlərinin alınma sözlərdən fərqləndirən xüsusiyyətlər 

hansılardır? Arxaizim və neologizimlər haqqında məlumat verin 

Əsl Azərbaycan sözlərinin alınma sözlərdən fərqləndirən xüsusiyyətlər aşağdakilardır:  

1.

 

Vurğusunun son hecaya düşməsi; yazıçı', ata' (ba'yaq, dü'nən, sa'nki, ya'lnız və s. 



sözlər istisnadır). 

2.

 



Ahəng qanununa tabe olması: ana, nənə, oğul, qarın  (işıq, ilğım, elat, islanmaq, 

quşüzümü və s. sözlər istisnadır). 

3.

 

Sözün  əvvəlində  iki  samitin  yanaşı  işlənməməsi:  plan,  şkaf.  Bu  sözlər  Avropa 



mənşəlidir. 

4.

 



Sözdə iki saitin yanaşı işlənməməsi: ailə, saat, səadət, camaat, təbii. 

5.

 



Sözün r, z, f hərfı ilə başlanmaması: razı, rəfiqə, rabitə, radio. İstisna: zoğ, zoğal 

6.

 



Saitin  uzun  təbffüz  olunmaması:  bəzi,  bəzən,  alim,  arif,  kamil,  nazir,  Sabir. 

İstisna: dovğa [do:ğa], qovurma-[qo:urma], ovuşdurmaq- [o:uşdurmax] 

7.

 

Fleksiyaya  uğramaması.  Fleksiyaya  uğrayan  sözlər  ərəb  mənşəlidir:  şəkil-təşkil- 



mütəşəkkil;  elm-alim-üləma;  nəsr-nasir-mənsur;  nəzm-nizam-Nizami-Nazim-

mənzum,  tərəf-ətraf;  eşq-aşiq-məşuq-məşuqə  və  s.  İstisna:  (bunlar  türk 

mənşəlidir) alçaq-alçal, sarı-saral, kiçik-kiçil, uzun-uzat, dağıt-dağıl-dağınıq. 

8.

 



Sonu  -at

2

  (cəm  şəkilçisidir)  şəkilçisi  ilə  bitən  sözlər  alınmadır;  bu  sözlər  ərəb 

mənşəlidir:  məlumat,  həqiqət,  hökumət,  təbliğat,  hesabat.  İstisna:  gedişat,  elat 

türk mənşəlidir. 

 

  9.  Ön  şəkilçili  sözlər  alınmadır:  bivəfa,  laməkan,  namünasib,  baməzə,  anormal. 



İstisna: nadinc, nakişi, natəmiz milli sözlərdir. 

               10.  Daxilində  təkrar  olunan  qoşasamitli  sözlərin  bəzisi  alınmadır:  mədəniyyət, 

əvvəl, molla, qüvvə, təəccüb, professor, rejissor və s. İstisna: əlli, yeddi (bu cür  bütün 

saylar) 



12 

 

         11.  Sonu eynicinsli qoşa samitlə bitən təkhecalı sözlər alınmadır: xətt, sırr, hədd, hiss, 



tibb və s. 

           12.  Tərkibində    j  səsi  olan  sözlər  alınmadır:  janr,  jurnal,  jalə,  müjdə,  bioloji  və  s. 



Qeyd:  Azərbaycan  dilində  söz  əvvəlində  ı  saiti  işlənmir.  Vaxtilə  işıq,  ilıq,  ildırım 

sözləri  yı    ilə  başlamışdır.  Sonralar  ı  səsi  i-yə  keçdiyi  üçün  bu  cür  ana  dili 

sözlərimizdə  ahəng  qanunu  pozulmuşdur.  Bugünkü  ildırım,  ilan  sözləri  əvvəl 

yıldırım, yılan kimi işlənmişdir. 

13  Azərbaycan dilində söz sonunda o, ö, e saitləri gəlməz.  

14. Azərbaycan dilində o, ö, e saitləri ilə şəkilçilər işlənməz (-lov, -sov,-ey 

istisnadır). 

15.  mə, mo, mö, mü, qü, tə hecaları ilə başlayan sözlər, adətən, alınma olur. Mömin, 

məşhur, motor, mübariz, qüssə, mükalimə, müalicə, müasir və s. Azərbaycan dilinə ərəb

fars, rus və rus dili vasitəsilə Avropa dillərindən sözlər keçmişdir. 

16.

 

Sözün h hərfi ilə bitməməsi: Allah, şah, günah və s. 



17.

 

Sözdə "ənc", əng" parçaları olarsa, alınmadır: qəşəng, pəncərə, fışəng və s. 



 

Dilin lüğət fondunun passiv hissəsi iki hissəyə bölünür: köhnəlmiş sözlər və 

yeni sözlər. 

Köhnəlmiş sözlər özü də 2 qrupa bölünür: 

1. Tarixizmlər 

2. Arxaizmlər 

Tarixizmlər.'  Tarixi  inkişaf  prosesində  əşya  və  ya  hadisələrin  bəzilərinin  ömrünü  başa 

vurması  ilə  əlaqədar  onların  adları  da  qeyri-fəal  leksikaya  çevrilir.  Belə  sözlər 



tarixizmlər  adlanır.  Məs.:  darğa,  çuxa,  abbası,  batman,  koxa,  dinar,  qorodovoy, 

mədrəsə, konka, dəbilqə, çarıq, güyüm, təhnə, qalxan, xurcun, daqqa, toppuz və s. 

Tarixizmlər  keçmiş  həyat  və  məişətin  aradan  çıxması,  dəyişməsi  ilə  əlaqədar  olaraq 

fəal  istifadədən  qalsa  da,  bədii  əsərlərin  dilində  həmin  həyatı  canlandırmaq  üçün 

onlardan istifadə olunur. 



Arxaizmlər.  Əşya  və  ya  hadisənin  adını  ifadə  edən  söz  köhnələrək  yenisi  ilə  əvəz 

olunur.  Bu  cür  köhnəlmiş  sözlərə  arxaizmlər  deyilir.  Tarixizmlərdən  fərqli  olaraq, 

arxaizmlər  elə  sözlərdən  ibarətdir  ki,  onların  ifadə  etdiyi  əşya  və  ya  hadisələr  indinin 

özündə  belə  mövcuddur,  lakin  onlar  başqa  sözlərlə  ifadə  olunur.  Məs.:  arı  (təmiz), 



yaşınmaq  (gizlənmək),  yey  (yaxşı),  seyvan  (eyvan),  iraq  (uzaq),  ər/ərən  (igid),  ayaq 

(qədəh), tanıq (şahid), sayru (xəstə), us (ağıl) əsən    (sağ-salamat), damu (cəhənnəm), 

uçmaq  (cənnət),  düş  (yuxu),  altun  (qızıl),  güz  (payız),  ayıtmaq  (demək),  varmaq 

(getmək), dəyə (komacıq), qısqı (sıxışdırma), qənşər (qarşı, tərəf), bəndərgah (düşmənin 

keçə  bilməyəcəyi  yol,  keçid),  yazı  (çöl),  pitik  (yazı),  baqqal  (dükançı),  əllaf  (taxıl,  ot 

alverçisi) və s. 

Tarixizmlərdən  bədii  dilin  üslub  xüsusiyyətlərini  vermək  üçün  istifadə  edilir.  Hər 

hansı bir yazıçı keçmiş həyatın müəyyən tarixi bir dövrünü və o dövrdə yaşamış bu və ya 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə