Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix30.10.2018
ölçüsü0,62 Mb.
#76557
1   2   3   4   5   6   7   8

 

izahlı lüğətlərdə öz ifadəsini tapır. Məs.: Kərə-əridilmiş yağ, şit yağ, Maya - I.Qıcqırma 



əmələ gətirən maddə, rüşeym, döl, müəyyən bir şeyə qoyulan pul, II.Dişi dəvə. 

Sözün leksik mənası ilə yanaşı, qrammatik mənası da olur. Məs.: Dəryaz sözünün 

ot çalmaq üçün uzun saplı, dişsiz orağa oxşayan alət olması onun leksik mənasıdır; isim 

olması, adlıq halda işlənməsi isə qrammatik mənasıdır. 

Əsas nitq hissələrini təşkil edən bütün sözlər leksik və qrammatik mənaya malik olur. 

Amma köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur. 

İzahlı lüğətlərdə sözlərin leksik mənaları, orfoqrafıya lüğətində onlarm düzgün yazılış 

qaydaları, orfoepiya lüğətində düzgün tələffüz qaydaları və s. əhatə olunur. 

Lüğətlərin  növləri  çoxdur:  orfoqrafiya,  orfoepiya,  leksika,  termin  lüğətləri  və  s. 

Bunların hamısında sözlər əlifba sırası ilə düzülür. 

>  Bütün sözlərin leksik mənası olmur. 

>  Sözün leksik mənası onun məzmununu əks etdirir. 

>

 



Sözün  qrammatik  mənası  sözlərin  hansı  nitq  hissələrinə  aid  olması  və  həmin  nitq 

hissəsinə xas olan xüsusiyyətləri ifadə etməsi ilə müəyyənləşir. 

Bütün sözlərin və hətta şəkilçilərin  qrammatik mənası olur 

Sual 12- cavab  

Sözün həqiqi və məcazi mənası nədir? 

Dəmir qapı birləşməsində dəmir sözü qapının materialının  dəmirdən olduğunu ifadə 

edir.  Dəmir  yumruq  birləşməsində  isə  dəmir  sözü  «möhkəm»,  «güclü»  mənalarını 

bildirir.  Gördüyümüz  kimi,  dəmir  metaldır,  qapı  dəmirdən  hazırlanır,  yumruğun  isə 

metalla  heç  bir  əlaqəsi  yoxdur.  Deməli,  ilk  baxışda  dəmir  sözünün  göstərilən  mənaları 

bir-birindən çox uzaqdır. Lakin dəmirdən hazırlanan hər bir əşya çox möhkəm, davamlı 

olduğu  üçün,  söz  birləşməsində  dəmir  sözü  məhz  bu  mənada,  yəni  möhkəm,  dözümlü, 

davamlı mənalarında işlədilir. Demək, dəmir sözünün həqiqi  mənası ilə yanaşı,  məcazi 

mənası da var. 

Sözlər tarixi inkişaf prosesində bəzən həqiqi mənasından başqa, yeni törəmə məna da 

ifadə  edir.  Sözün həqiqi  mənasına  dominant  məna,  yəni  ilkin  məna  deyilir. Qazandığı 

yeni, törəmə məna isə məcazi məna adlanır. 

Sözün  məcazi  mənası  çox  zaman  insanlara  məxsus  müəyyən  hərəkətləri  cansız 

əşyalara  aid  etmək  nəticəsində  meydana  çıxır.  Məs.:  Təbiət  oyandı.  Günəş  dağların 

arxasında gizləndi. Bu cümlələrdə oyanmaq, gizlənmək felləri insanlara məxsus hərəkəti 

bildirir. 



 

Bənzətmə vasitəsi kimi də bədii əsərlərdə sözün məcazi  mənalarından geniş istifadə 



olunur.  Məs.:  coşqun  dəniz  -  insan  dənizi;  çiy  ət  -  çiy  söz;  uşağın  yuxusu  -  təbiətin 

yuxusu; gözəl mənzərə - gözəl fıkir; dumanlı dağ - dumanlı fıkir; ağır yük - ağır xasiyyət. 

>

 

Bütün əsas nitq hissələrinə aid sözlərin həqiqi mənası olur. 



>

 

Bütün sözlər məcazi mənaya malik olmur. 



>

 

Məcazi məna, əsasən, bədii üslubda işlədilir. 



>

 

Sözün məcazi mənasının olması onun çoxmənalı olması deməkdir. 



>

 

Bütün  frazeoloji  birləşmələrdəki  sözlər  məcazi  mənada  olur,  amma 



bütün məcazi mənada olan sözlər frazeoloji birləşmə deyil: Külək yatdı. 

Gözlə  görünə  bilməyən  hərəkəti  ifadə  edən  fellər  heç  vaxt  məcazilik  qazana  bilmir: 

düşünmək, sevmək, xəyala dalmaq və s. 

 

Sual 13 – CAVAB  



Təkmənalı  və coxmənalı sözlər nəyə deyilir? 

Yalnız bir leksik mənası olan sözə təkmənalı söz deyilir. Məs.: moruq, böyürtkən, 

avtobus, yaşıl və s. 



Eyni  leksik  məna  ilə  bağlı  bir-birinə  yaxın  müxtəlif  mənaları  bildirən  sözə  isə 

çoxmənalı  söz  deyilir.  Məs.:  üz-adamın  üzü,  suyun  üzü,  yorğanm  üzü;  göz  -  adamın 

gözü, bulağın gözü, şkafın gözü və s. 

Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məs.: 

Həqiqi məna: 

Məcazi məna: 

polad balta (isim) 

polad bilək (isim) 

gözəl mənzərə (sifət) 

gözəl fikir (sifət) 

Bu  zaman  həmin  sözlər  və  birləşmələr  bir-biri  ilə  oxşar  əlamətlərə  malik  əşyaları 

ifadə  edir.  Beləliklə,  sözlərin  çoxmənalılığı  yaranır.  Məs.:  alovun  dili,  çəkmənin  dili, 

insanın  dili,  heyvanın  dili.  Bu  söz  birləşmələrindən  insanın  dili,  heyvanın  dili 

nümunələrində  leksik  vahidi  həqiqi  mənada,  alovun  dili,  çəkmənin  dili  nümunələrində 

isə məcazi mənada işlənib. 

Çoxmənalı  sözlər  bu  və  ya  digər  cəhətdən  bir-birinə  oxşar  əşyaları,  yaxud  oxşar 

əlamət  və  hərəkəti  bildirir.  Məs.:  kağız  sözü  bir  neçə  mənada  işlənir.  Kağız-üzərində 

yazı  yazılan,  yazı  çap  edilən  xüsusi  materialdır.  Kağız-hər  cür  rəsmi  sənəddir  (yaş 

kağızı, icazə kağızı və s.). Bu mənaların ikisində də bir-birinə yaxınlıq var. 

 

Bütün sözlər çoxmənalı ola bilməz. 



 

Çoxmənalı sözlər, əsasən,bədii üslubda işlədilir. 




10 

 

Çoxmənalı sözlərə dilimizin, demək olar ki, bütün əsas nitq hissələrində təsadüf olunur. 



Bunların içərisində isimlər, fellər və sifətlər daha çoxdur 

Sual 14 – CAVAB  

Omonim, sinonim  və antonimlər  barədə yazın. 

Çoxmənalı  sözlərdə  mənalardan  biri  əsas,  digərləri  isə  ondan  törəmə  olur.  Yəni 

çoxmənalılıq  sözün  əsas  mənasımn  məcazlaşması  yolu  ilə  yaranır.  Məs.:  ət  maşını, 

minik maşım, təbliğat maşını və s. 

Əgər  sözün  mənaları  arasmda  heç  bir  bağlılıq  yoxdursa,  deməli,  bunlar  ayrı-ayrı 

leksik vahidlərdir, yəni omonimlərdir. Məs.: ləpə-su dalğası, ləpə-qoz 

ləpəsi.Deyilişi  və  yazılışı  eyni  olan,  lakin  leksik  mənalarına  görə  tamamilə 

fərqlənən sözlərə omonimlər deyilir. 

•  Lüğətlərdə  omonimlər  ayrı-ayrı  sözlər  kimi  verilir  və  onların  üzərində 

sıra nömrəsi qoyulur: 

Divan

1

 - oturmaq üçün vasitə Divan

2

 - şeirlər 

külliyyatı 

Çoxmənalı 

sözlərdən 

fərqli 

olaraq, 


omonimlər  ayrı-ayrı  mənaları  bildirir.  "Balıq 

tutmaq"  sözü  ilə  kiminsə  "fikrini  tutmaq" 

birləşmələrindəki  "tut"  sözləri  çoxmənalıdır, 

amma  "tut  yemək"  birləşməsi  ilə  "topu  tut" 

ifadələrindəki "tut" sözləri omonimdir. 

 



Çoxmənalı sözlərdən fərqli olaraq, omonimlər yalnız həqiqi mənada olur. 

 



Çoxmənalı  sözlərdən  fərqli  olaraq,  omonimlər  həm  eyni,  həm  də  ayrı-ayrı  nitq 

hissələrinə aid olur. Məs.: "adamın üzü", "kitabın üzü" ifadələrindəki "üz" sözləri 

çoxmənalı  sözlərdir  və  isimlərdir,  "kitabın  üzü"  ifadəsi  ilə  "dənizdə  üz" 

ifadəsindəki "üz"lərdən birincisi isim, ikincisi isə feldir. 



Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə 

sinonimlər deyilir. 

Sinonimlər  eyni  mənanı  bildirsə  də,  onların  nitqdə  işlənməsində  incə  fərqlər  var. 

Məs.:  qaçmaq  -  yüyürmək  sinonimlərindən  ikincisində  hərəkət  daha  güclüdür.  Yaxud 

böyük,  iri,  yekə  sinonimləri  eyni  əlaməti  bildirsə  də,  bunlardan  iirincisini  hadisə 

sözünə,üçünçüsünü  isə kompyuter sözünə aid etmək mümkün deyil. 

 

Sinonimləri  təşkil  edən  sözlər  eyni  bir  nitq  hissəsinə  aid  olur.  "Kal"  və 



"yetişməmiş", "şəkər" və "şirin" tipli sözlər sinonim hesab edilmir. Çünki kal 

sifət, yetişməmiş feli sifətdir, şəkər isim, şirin sifətdir. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə