Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix30.10.2018
ölçüsü0,62 Mb.
#76557
1   2   3   4   5   6   7   8

 

nəfəs borusu, qırtlaq, ağız boşluğu, dişlər, burun boşluğu, alt çənə kimi üzvlər də danışıq 



səslərinin  yaranmasında iştirak edir. Ən fəal danışıq üzvü dildir. Danışıq səsləri şifahi 

nitqin  vahidləridir.  Yazılı  nitqdə  isə  bu,  hərflərdə  öz  əksini  tapır.  Səslər  hərflərdən 

müəyyən  cəhətlərə  görə  fərqlənir:  Səslər  tələffüz  olunur  və  eşidilir.  Hərflər  yazılır  və 

oxunur(görünür). 



 

Sual 7 – cavab 

Sait və samit səslərin təsnifatı haqqında məlumat verin. 

Azərbaycan dilində 9 sait səs var: [a], [ı], [o], [u], [e], [ə], [i], [ö], [ü]. Dodaqların 

və  dilin  müəyyən  vəziyyətlərə  düşməsi  ilə  əlaqədar  saitlərin  müxtəlif  növləri  yaranır. 

Dilimizdə saitlər üç qrupa bölünür və bu baxımdan hər saitin də üç əlaməti özünü göstərir: 

1. Dilin üfüqi vəziyyətinə görə: 

2.Dilin şaquli vəziyyətinə görə: 

3.Tələffüz zamanı dodaqların aldığı vəziyyətə görə: 

Samit  səslərin  yaranmasında  səs  tellərinin  iştirakı  fərqlidir.  Səs  tellərinin 

iştirakına görə samit səslər iki növə bölünür: kar, cingiltili 

       l)Kar samitlərin  yaranmasmda səs telləri iştirak etmir və ona görə də  təkcə küydən 

ibarət olur. 

       2)Cingiltili samitlərin yaranmasmda səs telləri iştirak etdiyi üçün küylə yanaşı, avaz 

da olur.  

     Yaranma  və  səslənmə  ardıcıllığına  görə  kar  və  cingiltili  samitlər  bir-biri  ilə  qarşılıq 

təşkil edir.  



 

Sual 8 – cavab 

Ahəng qanunu nəyə deyilir. 

Fonetikanın  əsas  qanunlarından  biri  ahəng  qanunudur.  Ahəng  qanunu  bütün  türk 

dillərinin əsas qanunudur. Bu qanuna görə sözün ilk hecası incə saitdirsə, sonrakı saitlər 

də  incə,  qalın saitdirsə, sonrakı  saitlər  də  qalın saitli olmalıdır. Sözdə  qalın  və  ya  incə 



saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Məs: " qaranlıqdakılar''' sözündə 

qalın,  hərəkətsizlikdir  sözündə  isə  incə  saitlər  biri  birini  izləmişdir.  Buna  dilçilikdə 

damağ  ahəngi  deyilir.  Dodaq  ahəngi  dedikdə  isə  dodaqlanan  (üzüm,  ölüm,)  və 

dodaqlanmayan  (çiçək,  elçilik)  saitlərin  ahəngi  nəzərdə  tutulur.  Ahəng  qanununu 

pozulduğu sözlər milli sözlərimiz deyil. İstisna: ilan, işartı, tikan, inanc, quzey, iraq və s. 



 

Ahəng qanununa tabe olan sözlərin hamısı milli sözlər deyil. Məs: məktəb, təhsil, karbon, 



namaz və s. 

Ahəng qanunu fonetikanın mövzusu olduğu kimi, həm də morfoloji xüsusiyyət daşıyır. 

Çünki kök və şəkilçi arasında ahəng qanunu daha möhkəm və dəyişməz olur. Hər hansı 

bir söz alınma olsa da, öz dilimizə məxsus şəkilçi qəbul edərsə, mütləq sözün son saitinin 

ahəngini  qorumalıdır.  Məs.:şi-ka-yət-çi-lər-dən,  sa-hib-kar-la-rı-mız  .  Bu  xüsusiyyətinə 

görə ahəng qanunu morfonoloji hadisə adlanır. 



 

Sual 9 – cavab 

Söz sətirdən – sətrə necə kecirilir? 

Sözlər  sətirdən-sətrə  hecalara  bölünməklə  keçirilir.    Ancaq  sözün  hər  bir  hecasını 

sətirdən-sətrə keçirmək olmaz:  

1. Sözün əvvəlində və sonunda qalmış tək saiti sətrin sonunda saxlamaq və ya sətrin 

əvvəlinə keçirmək olmaz. Məs.: A-na, i-lan, tə-bi-i.  

2.  Əgər  sözün  əvvəlində  iki  sait  yanaşı  gələrsə,  onu  sətirdən-sətrə  bu  cür  keçirmək 

lazımdır: ai-lə-li, ae-ro-port  

3.Birhecalı sözlər sətirdən-sətrə keçirilmir: kənd, tort, akt və s.  

4.Sözdə sait və samit səslər bir-birinin ardınca sadalanarsa, hər bir heca samit səslə 

başlayar: mü-na-si-bət, ka-sa-la-rı və s. 

      5.  Rəqəmlə  verilən  ixtisarlar,    əlamətlər  və  sıra  bildirən  şəkilçi  rəqəmdən  ayrı 

sətirdən-sətrə keçirilmir: 150 sm, 2008-ci il, 78 %, 3 sot və s.   

     6.Mürəkkəb adların ixtisarları da sətirdən-sətrə keçirilmir: ABU, BMT.   

     7.Mürəkkəb  sözlərin  tərkib  hissələri  ayrı-ayrılıqda  hecalara  bölünür.Tərkib  sözlərin 

səsləri birləşib bir heca yarada bilmir. Keçirmək olmaz: ya-rı-ma-da , mün-as-ib-ət, xey-

ir-xah-lıq. Keçirmək olar:' ya-rım-a-da , mü-na-si-bət, xe-yir-xah-lıq.   

    8.Sözün  daxilində  qoşa  samit  varsa,  hecalara  bölünərkən  samitlərin  hərəsi  bir  hecada 

qalır: ad-dım, sək-kiz və s. 



 

Sual 10 – cavab 

Heca və vurğu haqqında məlumat yazın. 


 

         Tələffuz zamanı sözün asanlıqla bölünə bilən hissəsinə heca deyilir. Sözlər 



bir, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Hər hecada bir sait hərf olur. Ona 

görə də sözdə neçə sait hərf varsa, bir o qədər heca olur. Məs.: ot, a-ta, mək-təb-li, 

mə-ət-təl və s. Hər hansı hecada iki sait işlənə bilmədiyi kimi, bir hecada iki samit 

də  yanaşı  işlənə  bilməz.  Lakin  bu  qayda  bir  sıra  alınma  sözlərdə  pozulur.  Məs: 

dram, trak-tor, me-lo-dram, te-le-qraf, ki-lo-qram və s. 

Əsl Azərbayjan sözlərində vurğu, əsasən, sözün son hejası üzərinə düşür. Əgər 

söz şəkilçi qəbul edirsə, vurğu şəkilçinin üzərinə keçir. 

Məsələn: oxu - oxuyur, ana – ananın 

Vurğu  qəbul  etməyən  bəzi  şəkilçilər,  məsələn,  xəbərlik  (-dır,  -dir,  -dur,  -dür), 

inkarlıq (-ma, -mə), bəzı feli bağlama şəkilçiləri (-madan, -mədən, -kən) istisna təşkil 

edir. 


Rus  dili  vasitəsilə  Azərbayjan  dilinə  keçən  sözlərin  əksəriyyətində  vurğu  həmin 

dildəki mövqedə saxlanır. 



Məsələn: kafedra, opera, gitara. 

Azərbayjan dilində vurğu geniş planda məna fərqləndiriji səjiyyəyə malik deyildir, 

lakin bəzən vurğunun yerinin dəyişdirilməsi sözün mənasının da dəyişməsinə səbəb olur. 

Məsələn: alın - alın, gəlin - gəlin, çəkmə çəkmə, süzmə- - süzmə. 

Azərbaycan dilində vurğunun üç növü var:

 

l.Heca vurğusu        2.Məntiqi vurğu       3.Həyəcanlı vurğu 



 

 

 

Mövzu 3  

Sual 11- cavab  

Leksika. Söz, sözün leksik və qrammatik mənaları haqqında danışın. 

Söz  dilin  əsas  vahididir.  Dildəki  sözlərin  hamısı  birlikdə  dilin  lüğət  tərkibini,  yəni 

leksikasmı təşkil edir. Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır. 

Leksikologiya  yunanca  iki  sözdən-lexikos  (söz)  və  loqosdan  (təlim)  ibarətdir. 

Leksikologiya dilçiliyin bir bölməsi olub, dildəki bütün sözləri öyrənir. 

Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə etməyə xidmət göstərir. Hər bir 

sözün  birbaşa  ifadə  etdiyi  mənaya  onun  leksik  mənası  deyilir.  Sözlərin  leksik  mənası 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə