Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari


Yönlük Vətənə aaaaa  kimə? nəyə? haraya?  Təsirlik



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix08.10.2023
ölçüsü0,62 Mb.
#126306
1   ...   14   15   16   17   18   19   20   21   ...   28
Az-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1

Yönlük
Vətənə
aaaaa 
kimə? nəyə? haraya? 
Təsirlik
Vətəni 
kimi? nəyi? haranı? 
 Yerlik
Vətəndə 
kimdə? nədə? harada? 
Çıxışlıq
Vətəndən 
kimdən? nədən? haradan?
 Adlıq hal
Əsasən kim?(ata), nə? (qəzet), bəzən də hara? (Təbriz) sualını tələb edir.
Lüğətlərdə isimlər adlıq halda verilir. Adlıq halın xüsusi şəkilçisi yoxdur. Adlıq 
halda olan isimlər cümlədə daha çox dörd mövqedə işlənir: 1 .Mübtəda: Vətən 
hamımızın baş tacıdır. 2.Xəbər: Hamımızın baş tacı vətəndir. 3.Təyin: Daş bina 
möhkəm olar. 4.Xitab:Vətən, səndən ötrü can verməyə hazırıq. 
Adlıq halda olan isim cəm, mənsubiyyət və şəxs şəkilçiləri qəbul edə bilər.Bu şəkilçilər 
ayrı-ayrılıqda və eyni zamanda ismin başlanğıc formasına qoşula bilər: kitab-kitablar-
kitablarım-kitablarımdır. 
Yiyəlik hal
Yiyəlik halda olan isimlər özündən sonra gələn sözlərlə əlaqəyə girərək əşyalar
şəxslər arasında aidlik,mənsubluq mənası yaradır. 
Xüsusi şəkilçisi: -ın
4
, -nın

Sualları: 
kimin? nəyin? haranın?
Yiyəlik halda olan isimdən sonra, adətən, mənsubiyyət şəkilçili söz gəlir və söz 
birləşməsi yaranır. Bu cür söz birləşməsinin birinci tərəfi yiyəlik (sahiblik), ikinci tərəfi 
isə mənsubluq (aidlik) bildirir. 
Yönlük hal 
Yönlük halda olan isimlər cümlədə 
əsasən 
tamamlıq və yer zərfliyi 
olur.
Sonu açıq saitlə bitən isimlər yönlük halda fərqli tələffüz edilir: 
komaya [komuya], 
xalaya [xalıya] və s.
Təsirlik hal
Təsirlik hal hərəkətin hansı əşya üzərində icra olunduğunu bildirir. Yiyəlik hal kimi
təsirlik hal da iki cür olur: 
l.Müəyyən təsirlik hal; 2.Qeyri-müəyyən təsirlik hal.
Müəyyən təsirlik halda
olan isimlər -ı
4
, -nı
4
(Nitqdə bəzən müəyyən təsirlik hal yalnız -
n bitişdirici samiti ilə düzəlir: 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə