3
Sual 4. Qohum dillər. Türk dilləri ailəsində Azərbaycan dilinin yeri barədə
yazın.
Dünya dilləri yarandığı ilk dövrlərdə çox az sayda olmuşdur. Zaman keçdikcə
bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla dil formalaşmış, formalaşan-
ların da hər birindən sonralar yeni dillər əmələ gəlmişdir. Beləliklə, bu gün dünya-
da 3500-dən çox dil vardır.
Bir kökdən törəyən dillərə qohum dillər deyilir.
Qohum dillərin hamısı
birlikdə dil ailəsi adlanır. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Türk
dilləri ailəsi bir neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, qarluq qrupu.
Dilimiz oğuz qrupuna daxildir, bu qrupa həmçinin Türkiyə türkcəsi,
türkmən və qaqauz dilləri aid edilir.
Oğuz qrupundan olan dillərin formalaşması
eramızın birinci minilliyində başa çatır. XVI əsrdən etibarən Azərbaycan dili milli
dil kimi yetişmiş və oğuz qrupuna daxil olan digər dillərdən
fərqli keyfiyyətlər
qazanmışdır. Qazax, qırğız, tatar, başqırd, qumıq dilləri qıpçaq qrupunu təşkil edir.
Qarluq qrupuna
isə özbək, uyğur və salur dilləri daxildir.
Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də
bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. 50 milyondan çox azər-
baycanlı bu dildə danışır.
Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir.
Azərbaycan
Respublikasının bütün dövlət orqanlarında yazılı və şıfahi əlaqə işləri Azərbaycan
dilində aparılır. Dövlət idarələrində vəzifə tutan müxtəlif xalqların nümayəndələri
öz işlərini məhz Azərbaycan dilində həyata keçirirlər.
Dövlət dilinin vahidliyi demokratizmi ilə səciyyələnir.
Ölkəmizdə
yaşa-yan
azsaylı xalqların, etnik qrupların nümayəndələrinin öz aralarında
ana dilində
ünsiyyət saxlamaq hüququ vardır.
Dostları ilə paylaş: