4
deyir:
«İndi biz dilimizdə sərbəst danışırıq və hər bir mürəkkəb fikri ifadə etməyə
qadirik. Bu, böyük nailiyyətdir. Bu, iqtisadi və başqa nailiyyətlərin hamısından
üstün bir nailiyyətdir ki, bizim bir millət kimi özümüzə məxsus dilimiz var və o da o
qədər zəngindir ki, dünyanın hər bir hadisəsini biz öz dilimizdə ifadə edə bilirik».
Dili iqtisadi və başqa nailiyyətlərin hamısından üstün nailiyyət sayan ulu öndər
Heydər Əliyev 1960-cı illərin sonundan başlayaraq öz zəngin təcrübəsi, yüksək intellekti,
milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində ardıcıl milli
dil siyasəti işləyib hazırlamış və bütün çətinliklərə sinə
gərərək onu dönmədən həyata
keçirmiş, Azərbaycan dilinin dövlət dili olması, xalqımızın mənəvi mövcudluğunun əsas
amillərindən olan dilimizin inkişafı və yüksəlişi uğrunda ardıcıl mübarizə aparmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin ana dilinə qayğısı və diqqəti sonrakı illərdə
də davam etmişdir. 1978-ci ildə müttəfiq respublikaların yeni konstitusiyaları qəbul etdiyi
zaman onun göstərdiyi təşkilati fəaliyyət də çox böyük olmuşdur.
Bəlli olduğu kimi, o
vaxt respublikalarda qəbul olunmuş konstitusiyaların heç birində ana dili dövlət dili kimi
qeyd olunmamışdı. Zaqafqaziya respublikalarından başqa digər respublikalar üçün belə
problem artıq mövcud deyildi. Azərbaycanda isə dövlət dili maddəsi uğrunda qızğın
mübarizə gedirdi. Ümummilli lider o günləri xatırlayaraq deyirdi: «1977-78-ci illərdə biz
yeni konstitusiyanı qəbul edərkən bu məsələ, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz
yeni konstitusiyada Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması
barədə maddə
hazırladıq. Qeyd etdiyim kimi, mən həmin konstitusiyanı hazırlayan komissiyanın sədri
idim və bu işlərə rəhbərlik edirdim...”
Dostları ilə paylaş: