Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə203/217
tarix11.09.2018
ölçüsü5,02 Mb.
#67938
1   ...   199   200   201   202   203   204   205   206   ...   217

417 

 

mərhələləri qəbul etmiĢlər. Birinci iki  mərhələ bilavasitə maddi aləmi öyrənən "tədqiqi 



fəlsəfə", yaxud "sübuta əsaslanan fəlsəfə", üçüncü mərhələ isə sanki fövqəltəbii iĢıqlar 

aləminin sirlərini açan "ilhami (kəĢfi) fəlsəfə" adlanır. 

Ġctimai-siyasi  və  əxlaqi  fikirlərə  ġihabəddin  Yəhya  Sührəvərdinin 

poeziyasında  və  ümumi  Ģəkildə  traktatlarında toxunulmuĢdur.  Ədalətsizliyə  qarĢı  çıxan 

mütəfəkkir  bədxah  insanları  əjdaha  və  ilanlara  bənzədirdi.  Xalqa  layiqli  adam  baĢçılıq 

etməlidir, "siyasət onun əlində olarsa zaman iĢıqlı olar". 

ġihabəddin Sührəvərdinin sufi-fəlsəfi traktatlarında ibrətamiz fikirlər baĢlıca 

yer tutur. O, öz kökündən ayrılmıĢ, əslini itirmiĢ  insanı baĢına cəvərən salınmıĢ, ətraf 

aləmdən əlaqəsi üzülmüĢ, özünü unutmuĢ tovuz quĢu obrazında ifadə etmiĢdir. Filosof 

alleqorik üslubda göstərir ki, yarasaların və bayquĢların hökmran oldu ğu Ģəraitdə qaranlıq 

iĢıqdan üstün sayılır.  Bir  hekayətdə  yarasanın  nəzərində  günəĢin  qənĢərində durmaq 

ölümə bərabər əzabdır.  BaĢqa bir hekayətdə isə Ģanapipik günəĢin sayəsində görmək 

imkanını gündüz kor olan bayquĢlara söylədiyi üçün iĢgəncəyə məruz qalır. 

ġihabəddin  Sührəvərdinin  orijinal  irsi,  xüsusən  iĢraqilik  təlimi  orta  əsrlərdə 

elmi-fə lsəfi fikrin yüksək tərəqqisini göstərir. 

XI-XII əsrlərdə Azərbaycanda dini, dini-fəlsəfi və elmi-fəlsəfi ideyalar ədəbi-

bədii  əsərlərdə  də  öz  ifadəsini  tapmıĢdı.  Azərbaycan  klassik  poeziyası  etik,  estetik, 

fəlsəfi  fikirlərlə,  ictimai  ideallarla  zəngin  idi.  Xaqani  ġirvani  və  Nizami  Gəncəvinin 

əsərlərində  yüksək  humanizm,  vətənpərvərlik,  əməksevərlik,  ədalət  motivləri  ilə 

yanaĢı, varlığa və idraka dair də qiymətli fikirlər vardı. 

Nizaminin  Allah  ilə  mövcudat  (maddi  və  mənəvi  Ģeylər  aləmi),  onlar 

arasındakı münasibət barədə fəlsəfi düĢüncələri o dövrün 

mövcud  təlimləri,  xüsusən  ġərq  peripatetizmi  və  islam  dini  zəminində  yaranıb 

formalaĢmıĢdır.  ġairin  fəlsəfi  düĢüncələri  dərin  məzmunlu  və  geniĢ  əhatəli  olmaqla 

bərabər,  son  dərəcə  məntiqidir.  Onun  fikirləri  sufizm,  ismailizm,  panteizm  və  i.  a. 

izmlər qəlibinə girmir. Mistik ekstaz (vəcd) halında ortaya çıxan panteist əhval-ruhiyyə 

Nizami dünyagörüĢünə tamamilə yad idi. "Özündə allahlıq axtarmaq  yaramaz"  deyən 

mütəfəkkir Allaha müraciətlə yazırdı: "Səndən baĢqa kim cürət edib deyər: "Ənə əl-

haqq"? 

ġərq peripatetikləri mövcudatı vacib varlığın aĢıb-daĢmasından əmələ gəlmiĢ 



bildikləri  kimi Nizami də onu Allahın varlığından bir damla saymıĢdır. Peripatetizmə 

görə,  mövcudat  vacib  varlıqdan  zəruri  surətdə  çıxmıĢdır.  Nizami  isə  Allahın  azad 

iradəsini təsdiq etmiĢdir: "Allahın kəraməti öz feyzini ehsan qılıb, öz dəryasından bir 

damla atdı". Mövcud Ģeylər aləmindəki uyğunluq, tənasüb Nizaminin əsərlərində ilk 

növbədə Allahın iradəsi, bilavasitə onun müdaxiləsi ilə izah edilir: "Bu dünyada hər Ģey 

"Allahın dediyi" ilə quruldu". Nizaminin idrak haqqında düĢüncələri Allahı, mövcudatı 

və  insanı  dərk  etmək  məsələləri  ilə  bağlı  idi.  Mütəfəkkirin  əqidəsincə, "özü  fələyin 

altında,  rəyi  isə  ondan  yüksəkdə  olan"  insan,  hər Ģeydən  əvvəl,  idrak  qabiliyyətinə 

görə yer üzünün əĢrəfidir. 

O  dövrdə  Xətib  Təbrizi  və  Yusif  Xoylu  kimi  ədəbiyyatĢünas  alimlərin 




418 

 

ərəbdilli  poeziyanın  təhlilinə  həsr  etdikləri  əsərlərdə-Ģərhlərdə  də  müəyyən 



münasibətlə ictimai-siyasi və fəlsəfi məsələlərə to xunulmuĢdur. 

XI-XII  əsrlərdə  Azərbaycanda  fəlsəfi  fikir  cə miyyətin  inkiĢaf  etmiĢ 

feodalizm  mərhələsinə  uyğun  yüksək səviyyəsi  ilə  seçilir.  Qərb  ölkələrindən  fərqli 

olaraq  həmin  əsrlərdə  burada,  ümumiyyətlə,  müsəlman  ġərq ində  yalnız  d ini,  d ini-

fəlsəfi  təlimlər  deyil,  habelə  ġərq  peripatetizmi,  panteizm  və  iĢraqilik  kimi  elmi-

fəlsəfi  təlimlər  də  mövcud  olmuĢ,  mükəmməl  və  orijinal  doktrinaları  ilə  bəĢər 

fəlsəfəsi tarixini zənginləĢdirmiĢdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


419 

 

 




420 

 

 




421 

 

 



 

 



422 

 

 




423 

 

 




424 

 

 




425 

 

 




426 

 

 




427 

 

 




428 

 

 




429 

 

 




Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə