Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə199/217
tarix11.09.2018
ölçüsü5,02 Mb.
#67938
1   ...   195   196   197   198   199   200   201   202   ...   217

409 

 

dünyagörüĢündə  öz  ifadəsini  tapırdı.  XI-XII  əsrlərdə  Azərbaycanda  rəsmi  əq idə 



sünnilik,  ələlxüsus  onun  Ģəfiilik  məzhəbi  id i.  Bununla  belə,  burada  ifrat  Ģiəliy in 

mü xtəlif qolları  - ğalilik və is maililik əsas etibarilə gizli Ģəkildə yayıla b ilmiĢ, ço x 

vaxt  et ira zla  qarĢılan mıĢdı.  Təsadüfi  deyild ir  ki,  Niza mi  Gəncəvi  "öz  b iliy i  ilə  

zəmanənin  ən  Ģöhrətlisi"  saydığı  Bəhram  Ģaha  qarĢı  çıxanları  təhqir  üçün  ismaili 

adlandırmıĢdır. 

Bu  dövrün  baĢlıca  mistik  cərəyanı  təsəvvüf  mötədil  və  ifrat  olmaqla  iki 

istiqamətdə  in kiĢaf  edirdi:  mötədil  sufilər  islam  monoteizmindən  kənara 

çıxmadıqları  halda,  ifrat  sufilər  panteizmə  az-ço x  dərəcədə  mey l  göstərirdilər. 

Azərbaycanda mötədil sufizmin görkəmli nümayəndələri vard ı.  Onlardan Əbuhəfs 

Ömər  ibn  Məhəmməd  əs-Sührəvərd i  (1063-1137),  onun  qardaĢı  oğlu  Əbunnəcib 

Əbdülqahir ibn Abdulla əs-Sührəvərdi (1097-1168) eyni zamanda hüquqĢünas alim 

idi.  Əbunnəcib  əs-Sührəvərdi  Zəncan  yaxınlığındakı  Sührəvərd  qəsəbəsində 

anadan olmuĢ,  Bağdada gedib orada Nizamiyyə  mədrəsəsində təhsil almıĢdı. Orta 

əsr  mənbələrində  Əbunnəcib  əs -Sührəvərdinin  ilk  gənclik  illərində  yoxsul  həyat 

sürdüyü söylənilir.  Yaqut  əl-Həməvi  halal  zəhmətlə  dolanan  mütəfəkkir  haqqında 

yazır: "O, Bağdadda su daĢıyar, öz qazancın ı yeyərdi". 

Çətin  gü zəran,  əzablı  günlər  keçirən  Əbunnəcib  əs -Sührəvərdi  görkəmli 

alim, böyük sufi Ģeyxi kimi Ģöhrət qazanaraq, Nizamiyyə mədrəsəsində dərs demiĢ, 

bir müddət ona baĢçılıq etmiĢdir. 

Əbunnəcib  əs-Sührəvərdi  xalq  içərisində  böyük  nüfuza  malik  sufi  Ģeyxi 

kimi  tanındığı  üçün  onun  hüququ  hakim  dairələr  tərəfindən  toxunulmaz  imiĢ, 

mütəfəkkir  təqib  olunan  Ģəxslərə  belə  ö z  sufi  ribatlarında  yer  verməkdən 

çəkin mirmiĢ.  Tacəddin  əs-Sübki  (1326-1369)  yazır:  "Əbunnəcib  əs-Sührəvərdi 

soltandan, xəlifədən və baĢqalarından qorxub ona pənah gətirənləri  müdafiə etmiĢ, 

onlar təhlükədən sovuĢmuĢlar". 

Mənbələrdə  onun  Əbdürrəhim  və  Əbdüllətif  adında  iki  oğlu  yad  edilir. 

Onlardan biri sufi, digəri hüquqĢünas alim o lmuĢdur. 

"Adab  əl-mürid in  fi-t-təsəvvüf‖  ("Təsəvvüfə  dair  müridlərin  ədəb-

ərkanları"), "ġərh əl-Əs ma əl-hüsna" ("[Allahın] gözəl adla rın ın Ģərhi"), "Gərib əl-

məsabih" ("Çıraqların qəribəsi") Əbunnəcib əs-Sührəvərdinin baĢlıca əsərləridir. 

Sufi  təliminin  mötədil  qoluna  mənsub  olan  mütəfəkkirin  nəzərində  təsəvvüf 

Ģəriətdən  baĢlayıb,  təriqətdən  (mənəvi  kamillik  yolundan)  keçərək,  həqiqətdə  sona 

yetir.  Birinci  mərhələ  elm,  ikinci  mərhələ  əməl  və  üçüncü  mərhələ  ilahi  vergi  ilə 

səciyyələnir.  O,  bu  mənada  deyir:  "Təsəvvüfün  əvvəli  elm,  ortası  əməl,  axın  ilahi 

vergidir. Elm muradı aĢkar edir, əməl tələbi müəyyənləĢdirir, ilahi vergi ü mid qayəsinə 

çatdırır." 

Əbunnəcib əs-Sührəvərdinin sufi  təlimi  onun  əmisinin adını daĢıyan qardaĢı 

oğlu  Əbuhəfs  Ömər  ibn  Məhəmməd  əs-Sührəvərdi  (1145-1234)  tərəfindən  davam  və 

inkiĢaf  etdirilmiĢdir.  UĢaqlıq  illərini  Sührəvərddə  keçirən  ġihabəddin  Əbuhəfs  Ömər  ibn 

Məhəmməd  əs-Sührəvərdi  Bağdadda  Nizamiyyə  mədrəsəsində  əmisindən  və  digər 




410 

 

tanınmıĢ alimlərdən müxtəlif elmləri dərindən öyrənmiĢ,  görkəmli alim, sufi mütəfəkkir 



kimi Ģöhrət tapmıĢdır. Mənbələrdən birində deyilir: "O, fəzilətli hüquqĢünas, sufi, baĢçı, 

mömin, zahid, arif, həqiqət elmində öz vaxtının Ģey xi idi". 

Əbuhəfs  əs-Sührəvərdi  xəlifə  ən-Nasir  li-Dinillahın  rəğbətini  qazanmıĢ, 

Bağdadda  baĢ  Ģeyx  vəzifəsini  tutmuĢdu.  O,  ictimai-siyasi  həyatda  fəal  iĢtirak  etmiĢ, 

mühüm iĢlərdə Xilafətin elçisi olmuĢ, diplomatik danıĢıqlar aparmıĢdır. 

ġihabəddin  Əbuhəfs  əs-Sührəvərdi  zəngin  elmi  irs  qoyub  getmiĢdir.  Onun 

məĢhur  əsərlərindən  "Əvarif  əl-məarif‖  ("Biliklərin  töhfələri")  bir  neçə dəfə Misirdə, 

1966-cı  ildə  Beyrutda,  "Gənz  əl-ibad  fi  Ģərh  əl-aurad"  ("Duaların  Ģərhinə  dair 

bəndələrin  xəzinəsi")  1908-ci  ildə  Kazanda,  "Cəzb  əl-qülub  ila  müvasələt  əl-

məhbub" ("Ürəkləri sevgiliyə qovuĢmağa aparan cazibə")  1910-cu ildə Hələbdə çap 

edilmiĢdir. Mütəfəkkirin "Ġlam əl-hüdə va aqidət ərbab ət-tüqa" ("Doğru yolu bildirmək 

və  möminlərin  əqidəsi"),  "Risalə  fi-l-fəqr"  ("Fəqirliyə  dair  traktat‖),  "Məqamat  əl-

arifın"  ("Ariflərin  məqamları"),  "Risalə  fi-t-təsəvvüf‖  ("Təsəvvüfə  dair  traktat"), 

"Gayət  əl-imkan  fi-l-kəlam"  ("Kəlamda  imkan  qayəsi"),  "Nimət  əl-fiqh"  ("Fiqhin 

neməti") "Fi-s-süluk" ("Yollara dair") və baĢqa əsərlərinin əlyazma nüsxələri dünyanın 

mü xtəlif yerlərində saxlan ılır. 

Əbuhəfs  əs-Sührəvərdinin  yaradıcılığında  mötədil  sufizmin,  demək  olar  ki, 

bütün  baĢlıca  məsələləri:  təsəvvüfün  mənĢəyi  və  mahiyyəti,  sufi  sözünün  təfsiri, 

Ģeyxlik  rütbəsinin  müəyyənləĢdirilməsi,  insanın  özünü  dərk  etməsi  və  i.  a.  geniĢ 

iĢıqlandırılmıĢdır.  "Təsəvvüf‖  anlayıĢının Ģərhində  əxlaqi  fikirlərə  mühüm  yer verilir: 

təsəvvüf  hər  bir  yüksək  xasiyyətə  yiyələnmək  və  hər  bir  alçaq  xasiyyətdən 

uzaqlaĢmaqdır. Sufi olan kəs mistik özünükamilləĢdirmə prosesində hər Ģeydən əvvəl 

öz  nəfsini  paklaĢdırmalıdır.  Əbuhəfs  əs-Sührəvərdi  Ģair  Kəmaləddin  əl-Ġsfəhaniyə 

(doğ. 1170) göndərdiyi bir  məktubda yazır ki,  insan kin, həsəd və riyadan  arındıqda 

təmizlik  nuru onun  batininə süzülür,  o, bütün  rəzilliklərdən yaxa  qurtara bilir,  Allaha 

qovuĢmaq arzusu ilə sidq və səmimiyyət zirvəsinə yüksəlir. 

Təsəvvüfdəki bir sıra etik-əxlaqi və ictimai-siyasi fikirlər o dövrdə mövcud 

məlamətilik,  qələndərilik  və  əxilik  cərəyanlarının  ideologiyası  ilə  çulğalaĢmıĢdır.  Sufi 

mütəfəkkirlərdən  bəziləri  həmin  cərəyanlarla  maraqlanmıĢ,  onların  ideyalarını  təbliğ, 

müəyyən  müddəalarını  tənqid  etmiĢlər.  Əbülqasim  əl-QüĢeyri  (986-1073)  "Ər-

Risalə  fi  elm  ət-təsəvvüf‖  ("Təsəvvüf  elminə  dair  traktat"),  Ġbn  əl-Ərəbi  (1165-

1240)  "Əl-Fütuhat  əl-Məkkiyyə"  ("Məkkə  fəthləri")  kitablarında  əxilərin 

ideologiyası olan "fütüvvə" ("gənclik,  igid lik") anlay ıĢının Ģərhinə  xeyli yer vermiĢ, 

Əbuhəfs  əs-Sührəvərdi  bu  mövzuda  "Fütüvvətnamə"  ("Fütüvvə  kitabı")  adlı  əsər 

yazmıĢdır.  "Əvarif  əl-məarif‖  kitabında  məlamətilik,  qələndərilik  və  fütüvvəyə 

xüsusi  fəsillər  ayrılmıĢdır.  Daxilən  saleh  əməllərlə  məĢğul  olan  məlamətilər,  zahirən 

özlərini  günahkar  göstərir,  danlağa  məruz  qoyurdular.  Əbuhəfs  əs -Sührəvərdi  yazır: 

"Məlaməti o kəsdir ki, xeyiri izhar etmir, Ģəri gizlətmir. Bu o deməkdir ki,  məlamətinin 

damarlarından səmimiyyət təamı keçmiĢdir. O, özünü sidq ilə doğrultmuĢdur", həqiqi 

simalarını gizlətmək  məlaməti üçün əsas prinsip sayılır: "Ġstəməz ki, birisi onun halı 



Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə