Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,02 Mb.
Pdf görüntüsü
səhifə202/217
tarix11.09.2018
ölçüsü5,02 Mb.
#67938
1   ...   198   199   200   201   202   203   204   205   ...   217

415 

 

məzmunca onlara uyğundur: "Hər b ir ayrıca Ģəxsin əq llə dərk etdiyi onun hiss ilə 



dərk  etdiyinə  mütabiqdir".  ġeylərin  xarici  cəhətləri  h issi  idrak  vasitəsilə 

qavranılırsa, onların mahiyyəti ya lnız əq lin sayəsində dərk edilir. 

Bəh mənyar  Yaxın   və  Orta  ġərq  ölkələrində  daha  ço x  məntiqçi  filosof 

deyə məĢhurdur. Onun təlimində  məntiq həm düzgün təfəkkü r haqqında elm, həm 

də tədqiqat metodu kimi səciyyələndirilmiĢdir. 

Bəh mənyarın  varlıq  təlimi  ilə  birlikdə  idrak  nəzəriyyəsi  və  məntiqi  öz 

məzmunu etibarilə təkcə orta əsr peripatetizmində  deyil, ü mu miyyətlə, ġərq fəlsəfi 

fikrində  böyük  elmi  əhə miyyətə  ma likdir.  Filosofun  ideyaları  öz  Ģagird ləri  - 

Əbülabbas  əl-Ləvkəri,  Əbü lfəth  Ġbn  Xəyyam  və  onların  ardıcılları  tərəfindən 

inkiĢaf etdirilmiĢdir. 

Azərbaycanda XI-XII əsrlərdə daha bir sıra peripatetik  filosoflar yaĢamıĢ, 

fəlsəfə,  məntiq  və  təbiətĢünaslıq  məsələləri  ilə  məĢğul  olmuĢlar.  On lardan  "ġərif‖  

ləqəbi  ilə  tanın mıĢ  ġihabəddin  Maraği  "Əl-Cədəl"  ("Dialektika")  adlı  traktatın 

müəllifid ir.  Əbusəd  Təbrizi  hikmətə,  fəlsəfi  kateqoriyalara  dair  əsərlər  yazmıĢdır. 

O,  Dədə  Qorqudun "Təkəbbürlük  eyləyəni  Tanrı  sevməz",  "Könlün   uca tutan ərdə 

dövlət  (ağıl)  olmaz"  və  s.  öyüdlərinə  uyğun  olaraq  təvazökarlığı  yüksək 

qiymətləndirirdi: "Dostlarla lovğa davranan adam onların səmimi  məhəbbətini qazana 

bilməz". 

XII  əsr  fəlsəfə  tarixçisi  Zəhirəddin  Beyhəqi  Abdulla  Urməvini  filosof-təbib, 

Əbusəid  Urməvini  isə  filosof-riyaziyyatçı  kimi  yad  etmiĢ,  onların  yaradıcılığından 

nümunələr  vermiĢdir:  "Əbusəid  Urməvi  hikmət  zirvəsinə  çatmıĢ  filosof,  ədəbiyyatı 

dərindən bilən, nəzm və nəsr əsərlərinin müəllifi  idi. "Kitab fi-l-ilahi" ("Ġlahi haqqında 

kitab"),  "Risalə  fi-l-məntiq"  ("Məntiqə dair  traktat"), "ġərh  əl-məqaləteyi  əl-ula  va-s-

saniyə  min  kitab  Uqlidis"  ("Evklidin  kitabından birinci  və  ikinci  məqalənin  Ģərhi") 

onun əsərlərindəndir". 

ġihabəddin Əbülfütuh Yəhya ibn HəbəĢ əs -Sührəvərdi böyük filosof, iĢraqilik 

fəlsəfəsinin banisi, istedadlı Ģairdir. Marağada Məcdəddin əl-Cilinin yanında fəlsəfənin və 

müsəlman hüququnun  əsaslarını  dərindən  öyrənmiĢ  ġihabəddin  Sührəvərdi  müsəlman 

ġərqinin bir sıra ölkələrini gəzmiĢ, Ġsfahan, Diyarbəkr, Konya və s. Ģəhərlərdə olmuĢdur. 

Filosof  1183-cü  ildə  Hələb  Ģəhərinə  gedib,  orada  keçirilən  disput  məclislərində  fəal 

iĢtirak  etmiĢdir.  Öz  müasirlərinin  verdikləri  xəbərə  görə,  o,  müzakirələrdə, 

diskussiyalarda  yüksək  natiqlik  məharəti  göstərir,  bəsirəti,  geniĢ  elmi  məlumatı  və 

sübutları  sayəsində  əleyhdarlarına  qalib  gəlirmiĢ.  Belə  məclislərdən  birində  parlaq 

qələbə qazanmıĢ ġihabəddin Sührəvərdini dinsizlikdə təqsirləndirir, 1191-ci ilin ikinci 

yarısında 37 yaĢında edam edirlər. XII əsrin azad fikirli filosofunun öz əqidəsindən dön-

məzliyi  bütün  müsəlman  ġərqində  onun  məğrur  adını  "əl-fəyləsuf  əl-məqtul" 

("ÖldürülmüĢ filosof‖) deyə əbədiləĢdirmiĢdir. 

ġihabəddin Sührəvərdi zəngin yaradıcılıq yolu keçmiĢ, peripatetizmə dair "Ət-

Təlvihat  əl-lauhiyyə  va-l-arĢiyyə"  ("Lövhi  və  ərĢi  qeydlər"),  "Əl-MəĢari  va-l-

mutarahat"  ("GiriĢlər  və  qarĢıya  qoyulmuĢ  məsələlər"),  "Əl-Məqəvamat" 




416 

 

("Müqavimətlər")  və  s.;  sufizmin  fəlsəfəsinə  dair  "Qissa  əl-ğürbət  əl-ğərbiyyə" 



("Qərb  qürbəti  haqqında  hekayət"),  "Avaz-e  pər-e  Cəbrail"  ("Cəbrail  qanadlarının 

səsi"),  "Fi  həqiqət  əl-eĢq,  ya  munisəl-üĢĢaq"  ("EĢqin  həqiqəti,  yaxud  aĢiqlərin 

munisi"),  "Ruzi  ba  camaat-e  sufiyan"  ("Bir  gün  sufi  camaatla  birlikdə"),  "Lüğət-e 

muran" ("QarıĢqaların dili") və s. iĢraqiliyə dair "Hikmət əl-iĢraq" ("ĠĢraq fəlsəfəsi"), 

"Həyakil  ən-nur"  ("ĠĢıq  heykəlləri"),  "Pərtovname"  ("ĠĢıqnamə")  və  s.  qiymətli 

traktatlar yazmıĢdır. Peripatetizmə dair əsərlərində məntiq, metafizika və təbiətĢünaslıq 

məsələlərini  dərindən  araĢdırmıĢ  filosof  əvvəlki  ənənələri  davam  etdirməklə 

kifayətlənməmiĢ,  öz  sələflərinin  ideyalarını  daha  da  təkmilləĢdirmiĢdir.  ġərq 

peripatetikləri  mahiyyət,  kəmiyyət,  keyfiyyət,  zaman,  məkan,  vəziyyət,  nisbət, 

malikiyyət,  təsir  və  təsirlənmə  kateqoriyalarını  geniĢ  Ģərh  etsələr  də  Aristotel 

mövqeyindən  kənara  çıxmamıĢlar.  ġihabəddin  Sührəvərdi  bu  kateqoriyalar  sırasına 

hərəkəti  də  əlavə  etmiĢ,  onların  yeni  təsnifatını  vermiĢdir.  O,  mahiyyət,  kəmiyyət, 

keyfiyyət  və  hərəkəti  müstəqil  kateqoriyala r  saymıĢ,  za man,  məkan,  vəziyyət  və 

malikiyyəti nisbət,  təsir və təsirlənməni hərəkət  kateqoriyasının  tərkibinə salmıĢdır.  Öz 

Ģagirdi  ġəmsəddin  ġəhrəzurinin  dediyi  kimi,  ġihabəddin  Sührəvərdi  peripatetik 

fəlsəfənin  "binasını  möhkəmlətmiĢ,  dayaqlarını  qurmuĢ,  qısa,  gözəl  ibarələrlə  onun 

düzgün, incə mənaların ı ifadə etmiĢdir". 

Filosofun sufi-fəlsəfi traktatlarında varlıq təlimi, idrak nəzə riyyəsi  və  təbii-

elmi fikirlər əsasən təsəvvüfdə iĢlənən rəmzlərlə ifadə edilmiĢdir. 

ġihabəddin  Sührəvərdinin yaratdığı  işraqilik  təlimi  bəĢər  fəlsəfəsi  tarixində 

özünəməxsus yer tutur.  ĠĢraq  (əl-iĢraq  -  nur saçma)  emanasiya termininə  mütabiqdir. 

ĠĢraqilik  (əl-iĢraqiyyə)  bu  sözdən  əmələ  gəlib,  "iĢraqa  məxsus,  iĢraqa  əsaslanan" 

fəlsəfə  mənasını  ifadə  edir.  Bu  təlimə  görə,  varlığın  əsasında  iĢ ıqlar  iĢığı  (nur  əl-

ənvar)  durur,  bütün  mövcudat  həmin  mütləq  iĢıqdan  törənmiĢdir,  maddi  və  mənəvi 

Ģeylər aləmi qaranlıqla iĢıqdan ibarətdir. ĠĢraqilikdə mü xtəlif növ cisimlər materiyanın 

təzahür  formaları  olub,  vəhdət  təĢkil  edir.  Burada  ünsürlər  arasında  möhkəm  sədd 

qoyulmur,  onlardan  birinin  digəri  ilə  əvəz  olunması  mümkün  sayılır.  ġihabəddin 

Sührəvərdi qeyd edir ki, ünsürlərin bir-birinə çevrilməsi onlardan hər birinin heçliyə 

varıb,  yenidən vücuda gəlməsi  deyil,  öz  maddi  formalarını  dəyiĢməsidir.  O,  maddi 

Ģeylərin  bir  haldan baĢqa hala  keçməsini söyləməklə  təbiətdə  heç Ģeyin  itməməsini, 

məhv olub sona varmamasını əsaslandırmıĢdır. 

ĠĢraq  ilə  hərəkət  qarĢılıqlı  münasibətdə,  bir-birini  vücuda  gətirən  proses 

timsalında  götürülür.  "Həyakil  ən-nur"  traktatında  deyilir:  ĠĢıq  "hər  bir  iĢraqdan 

hərəkət  olaraq  törəyir  və  hər  bir  hərəkət ilə baĢqa bir iĢraq üçün hazırlanır. Bu qayda 

üzrə iĢraqların təzələnməsi hərəkətlərin təzələn məsi  ilə, hərəkətlərin təzələnməsi isə 

iĢraqların təzələnməsi ilə davam etmiĢdir". 

Dünyanın  əzəliliyi  və əbədiliyi  fikri  iĢraqilik  fəlsəfəsində  özünə  möhkəm  yer 

tutmuĢdur. "Hikmət  əl-iĢraq"  kitabında deyilir: "ĠĢıqlar  iĢığı,  itaətetdirici  iĢıqlar,  onların 

kölgələri və mücərrəd ziyaları daimidir...". 

ġihabəddin  Sührəvərdi  və  onun  ardıcılları  idrakda  hissi,  əqli  və  intuitiv 




Yüklə 5,02 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə